Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   2   3   4   5   6   7   8   9   10   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
36 
Erməni Çaxırlıya gəlib, dolduğu zaman,  
Seyid Bayram Daşkəndi özünə seçmiş məkan. 
 
Daşkənddə yuva saldı, o Daşkənddə yaşadı, 
Adı hər bir ürəkdə möminlərlə qoşadı. 
 
Yüz igidin içində xəncərini sıyıran, 
Selikovun başını, bədənindən ayıran. 
 
Cəsarətdə, cürətdə pir olan Hacı Rəhim, 
İgidlərin dizinə gir olan Hacı Rəhim. 
 
Daşkəndin sakiniydi, Daşkəndin ərəniydi, 
Elin vuran sağ əli, sabahı görəniydi. 
 
Çox mənəm deyənləri salıb tilov, tələyə, 
Selikov can vermişdi Nikolay – deyə-deyə. 
 
“Arpa-arpa” deyərmiş, atlara arpa yığmaq, 
Nikolayın əmriylə müsəlmanı talamaq. 
 
Damlası torpaqda qalsa göyərər,  
Qazıyıb itlərə atın bu qanı! 
Qulağı kəsilmiş Andranikin, 
Qəbir torpağına qatın bu qanı! 
 
Çox uzun çəkəcək hələ bu oyun, 
Köməyə çağırır havarın, hoyun. 
Üstünə bir eşşək dırnağı qoyun, 
Kəvər keşişinə satın bu qanı! 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
37 
 
Min fitnə var, min fəsad var bu qanda,  
Əməlləri tor qurubdu hər yanda. 
Hacı Rəhiməm, qoyun yaxşı sapanda,  
İngilis tərəfə atın bu qanı! 
 
Millət satqınlarımız,  
Hacını tanıtdılar. 
Selikovun qanını,  
Ermənilər aldılar. 
Elin gözü önündə,  
Şəhid oldu Hacı Rəhim. 
Ancaq ki, igidliyə, 
Bir yol saldı Hacı Rəhim. 
Oğlu Əsədullah da,  
Şəhid oldu bu yolda. 
Dillər əzbəri oldu,  
Hər ikisi mahalda. 
Bu sözləri deməyə,  
Var sübutum, əsasım. 
Kəndə pənahdarıydı, 
İgid Məşədi Qasım. 
Onun silahdaşları,  
Neçə-neçə igidlər. 
Ziyad, Qara İdristək, 
Cəsarətli, hünərvər. 
“Rzallı” tirəsindən, 
Abbasəli pəhləvan. 
Güləş meydanlarında,  


Sərraf Şiruyə             
                           
                          
 
 
38 
Qalib idi hər zaman. 
Hacı Balı kəndinin,  
Təsivini çəkərdi. 
El üçün, oba üçün, 
Əlbir olun deyərdi. 
Sözü qılıncdan iti, 
Ağsaqqallar var idi. 
Kəndin xeyir-şərinə, 
Onlar ixtiyar idi. 
Ələsgərin sevimli,  
Şəyirdi Aşıq Nəcəf. 
Öz sazı, öz sözüylə,  
Olmuşdu əziz xələf. 
Bütün Qafqaz elində, 
Sevilirdi bu ozan. 
Yaman bəd yazmış idi, 
Bəxt, iqbal yazı yazan. 
Beş oğulu, həm özü, 
Arvadı, gəlinləri. 
Şişqayada oldular, 
Erməni əsirləri. 
Beş oğlunu diriykən, 
Torpağa basdırdılar. 
Özgə əsirləri də,  
Bu zülmlə qırdılar. 
Nəcəfin sazın qırıb, 
Samovar qaladılar. 
Samovarı Nəcəfin,  
Belinə bağladılar. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
39 
Tarixi dastanlarda,  
Təsvir olub bu sitəm. 
Nəcəfin son sözləri, 
Dildə oxunur müdəm: 
 
Könül quşu, uç get vətən elinə, 
Mənə o ellərdən bir xəbər gətir. 
Yetir əhvalımı nər igidlərə, 
Qasımı, Ziyadı birtəhər gətir. 
 
Görsən nalə çəkir oğulsuz ana, 
Deginən – ömürü getdi bədfana. 
Qoy düşmən gülləsi dəyməsin mana
İçməyə vətəndən bir zəhər gətir.  
 
Nəcəf bilmir harda qaldı Gülüstan, 
Şəmiddin, Şəmistan, Mikayıl, Astan. 
İsmayıl körpəydi, çıxammaz yasdan, 
Xudam, sən üzünə xoş səhər gətir. 
 
Sonra da bir bayatı, 
Demişdi son nəfəsdə. 
Nə qədər ah-fəqan var, 
Bu deyimdə, bu səsdə. 
 
El gəlsin an üstəyəm, 
Gedirəm kam üstəyəm. 
Nə çəkilməz dərddi bu: 
Yaram yox, can üstəyəm. 


Sərraf Şiruyə             
                           
                          
 
 
40 
 
Bax bu Aşıq Nəcəfdə, 
Daşkənd elindən idi. 
Bu dediyim sözlərsə, 
Onun dilindən idi. 
Adı, ünvanı, yeri, 
Tarixlərə həkk olmuş. 
Şair Məmmədhüseyn
Həmən bu kənddən olmuş. 
Zərbi məsələ dönmüş, 
Bir şeirini deməsək. 
Bizləri bağışlamaz, 
Bu yer, bu göy, bu fələk. 
 
Yönü bəri duran dağlar, 
Yatıb oyanmaz, oyanmaz. 
Üstündəki ağır ellər, 
Yatıb oyanmaz, oyanmaz. 
 
Gəldim yarın xanasına, 
Laçın qonmaz binəsinə. 
Əlim qoydum sinəsinə, 
Yatıb oyanmaz, oyanmaz. 
 
Qurbanam qələm-qaşına, 
Gör nələr gəldi başıma. 
Səs verrəm dostum guşuna, 
Yatıb oyanmaz, oyanmaz. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
41 
Yarım yaman yatmış idi, 
Müşk-ənbərə batmış idi. 
Ürbəndini atmış idi, 
Yatıb oyanmaz, oyanmaz. 
 
İgidin dönməsin əhdi, 
Yana çevrilməsin təxti. 
Məmmədhüseynin qara bəxti
Yatıb oyanmaz, oyanmaz. 
 
Oxucum, əvvəl sənlə, 
Bir ixtilaf etmişdim. 
Mən sadə bir ocaqdan, 
Söz açacam demişdim. 
İndiyədək saydığım, 
Elnən tanışlıq idi. 
Uzun-uzadı söhbət, 
Bəlkə yalnışlıq idi. 
Çox kişilər var idi, 
Adları yazılmalı. 
Hünərləri tarixdə, 
Yaddaşlarda qalmalı. 
Məndən sonra gələnlər, 
Yazacaqdı bunları. 
Söyləyəcək zamanın,  
Açdığı oyunları. 
Mən mətləbə qayıdıb, 
Mən məqsədə gəlirəm. 
Mənzil uzaq, vaxtım dar,  
Bunu yaxşı bilirəm. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə