Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə143/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   136   137   138   139   140   141   142   143   144

439 

 

Bu sözləri deyib acıqla qapını çırpıb getdi. Özümü əl‐ayağa 



dolaşan zibil kimi hiss edirdim. Özümə bu qədər nifrət etdiyim  

olmamışdı.  Sifətimə  lopayla  tüpürməyim  gəldi.  Gör  evdə  nüfu‐

zumu  nə  qədər  itirmişəm...  Artıq  arvadım  da  mənimlə  danışı‐

ğının  tonunu  qaldırmışdı  və  bunun  qarşısında  inək  kimi  göz‐

lərimi bərəldib lal‐dinməz ona baxırdım. “El içində biabır oldum, 

indi məni tanıyanlar haqqımda nə düşünəcəklər? Gəl indi dost‐

tanış içinə çıx görüm necə çıxırsan. Oğul evləndirən, nəvə‐nəticə 

gözləyən,  yaşı  ötmüş  kaftarın  biri  indi  özü  uşaq  sahibi  olur”,  – 

deməzlərmi? Kim buna xoş baxar ki... Tez rədd olub getmək la‐

zımdır  buralardan,  kimsənin  səni  tanımadığı  uzaq  yerlərə  get‐

mək lazımdır, başqa yolu yoxdur. Qoy cəhənnəm olsun hər şey. 

Doğur,  qoy  beşini  doğsun,  artıq  rüsvay  olduqdan  sonra  bunun 

nə dəxli var ki?” Əgər atalıqdan istefa verməyin bir yolu olsaydı, 

elə bu saat istefa ərizəsini yazıb tələsik imzalayardım. 

...Dilbərlə  küsülülər  kimiydik,  bir‐birimizin  yanından  lal‐ 

dinməz ötüb keçir, birlikdə tək qalmaqdan çəkinir,  görüşməyə 

meyl etmirdik. Şirin sevgimizin acı dadını gizli‐gizli yaşayırdıq. 

Yeni  evlənənlər  kimi  abrımızı  hamıdan  qoruyurduq.  Amma 

haqq üçünə Dilbərə hamiləlik çox yaraşırdı. Aylar ötdükcə Dil‐

bərin  üzü  çillənir,  döşləri,  qarnı  iriləşirdi.  Doqquz  ayın  tama‐

mına yeddi gün qalmış Dilbəri utanmaz‐utanmaz doğum evinə 

apardım – özü də Afətlə birlikdə... Sabahı gün Afət zəng vurub 

muştuluğunu  istədi  –  “Gözün  aydın  olsun,  nur  topu  kimi  bir 

oğlumuz olub, muştuluğa səndən özümə və Dilbərə qızıl sırğa 

istəyirik.  Sən  hələ  bunun  qabağındakını  görəsən,  eynən..!”  – 

pıqqıldadı.  Allah  abrınızı  örtsün  sizin,  ikisi  birlikdə  qəhqəhə 

çəkib gülüşürdülər. Desəm sevinmədim, ən böyük yalanı danış‐

mış  olardım.  Oğlumu  görmək  üçün  ürəyim  atlanırdı.  Lap  Kə‐

nan  doğulanda  olduğu  kimi  tibb  bacısına  görüm‐baxım  edib 

birbaşa  oğlumun  yanına  qaçmaq  istəyirdim.  Dilbərimə  olan 




440 

 

ülvi  sevgim  indi  ikiqat  artmışdı.  Onun  səbirsizliklə  doğum 



evindən  evə  qayıtmağını  gözləyirdim.  Və,  qayıtdılar.  Əvvəlcə 

doğma  övladıma  baxmağa  utanırdım.  Elə  bil  Bahar  üçün  əsl 

gəlincik almışdıq, – bütün günü körpəni qucağından yerə qoy‐

murdu. 


Çoxdan  idi  ki,  Bakıdakı  ofisə  ayaq  basmırdım.  Dostlarımın 

tənəsindən utanırdım. Onlar indi bizə gec‐gec gəlirdilər. Kənanın 

dini  söhbətlərindən  sonra  dostlarımın  öz  qınına  çəkilib  xəlvəti 

namaz  qıldıqlarından  xəbərdar  idim.  Sanki,  bizi  birləşdirən  elə 

təkcə  araq,  yemək‐içmək  imiş.  Bəlkə  də  indiyədək  yeşik‐  yeşik 

“gillətdiyimiz” arağa görə bir‐birimizdən utanıb çəkinirdik. Am‐

ma,  uşağın  doğulduğunu  Yaşar  və  Sabirdən  cəmi  üç  gün  gizli 

saxlaya bildik, – arvadlar ağzıyırtıq olurlar axı... Dostlarım və ya‐

xınlarımın  hamısı  yenə  tam  tərkibdə  bizə  yığışdıq.  Məni  ortaya 

çəkib o ki var lağa qoydular. O qədər utandırdılar, lağa qoydular 

ki,  bu  yaşda  övlad  sahibi  olduğuma  görə  bir  daha  utanmadım. 

Evimizdəki  “ismət  pərdəsi”  lağ‐lağıda  əriyib  aradan  götürüldü. 

Artıq  kimsədən  utanmırdım  bu  evdə,  çünki  hamının  üstündə 

əsdiyi, maraq göstərdiyi biri vardısa, o da balaca Ağəli idi. Adını 

Yaşargil  təklif  etmişdilər.  İndi  atam  adında  bir  oğlum  da  vardı. 

Mən isə Durna nənəm deyən əsl “qızbibi” olmuşdum... 

 

* * * 


 

Beləcə aylar bir birini əvəz etdi, həyat öz axarıyla ötüb ke‐

çirdi.  Artıq  bir  şeyə  ailəlikcə  yekdil  qərar  vermişdik  –  Oğuza 

köçürdük. Sanballı bir şirkət evimizi ofis kimi icarəyə götürmək 

istəyirdi.  Heç  birimiz  razı  olmadıq.  Eləcə  qapını  kilidləyib, 

həyət‐baca, bağ‐bağat üçün gözətçi qoyub getməyi qərara aldıq. 

Gözətçi  kimi  ilk  ağlıma  gələn  Aşralı  kişi  oldu.  Bu  gün  onunla 

görüşə  gedəcəkdim.  Baysal  və  anası  bizə  gəlmişdilər.  Baysalla 




441 

 

Aşralı  kişinin  arxasınca  getdik.  Hər  dəfə  Baysalın  təmir  olun‐



muş maşınını görəndə Zəhranın üsyanını xatırlayıb fikrə dalır‐

dım.  İndi  Baysal  bizə  gec‐gec  gəlir,  ailəsinə  daha  çox  diqqət 

ayırırdı. Zəhra isə özünü elə aparırdı ki, sanki qara‐qışqırıq sa‐

lıb aləmi dağıdan heç bu deyilmiş – izafa, o vaxtkı dəliliyindən 

söz düşəndə qızarıb xəcalət çəkirdi. 

Aşralı  kişini  bulvarda  tapa  bilmədik.  İş  yerinə  yollanıb 

qaldığı  ünvanı  soruşduq.  Güc‐bəla  ilə  deyilən  ünvanı  tapıb 

qapını döydük. Bura toyuq hininə oxşar ayrıca otaqlardan iba‐

rət ümumi həyət idi. Ümumi həyətə yeddi qapı açılırdı, – ümu‐

mi  hamam,  ümumi  tualet,  paltar  asmaq  üçün  ümumi  məftil... 

Bütün həyət betonlanmışdı. Həyətin ortasında cəmi bircə ədəd 

heyva  ağacı  can  verib  quruyurdu.  Ağaca  paltar  ipi  bağlamaq 

məqsədilə  o  qədər  mismar  çalmışdılar  ki,  çox  güman  zavallı 

ağac  da  elə  bu  “ağrıdan”  quruyurdu.  Həyətdə  bir  qadın  palaz 

çırpırdı,  toz  bütün  həyəti  bürümüşdü.  Aşralının  evini  soruş‐

duq,  ən  kənardakı  daxmanı  nişan  verdi.  Daxmanın  üstünə  az‐

best  şifer,  şiferlərin  üstünə  isə  hörgü  daşı  düzmüşdülər  ki, 

külək atmasın. Qapını döydük, səs verən olmadı. Azca itələdik, 

qapı açıq imiş. İçəri boylandım, Aşralı kişi yatağında güclə bizə 

tərəf dönə bildi. Alnı, sifəti bütöv tərin içindəydi. Əlini ovcuma 

aldım, qızdırmadan yanırdı. Kişi,“yeyə vay” dərdindən ölürdü. 

Həyətə çıxıb “təcili tibbi yardım”ı yığdım. Həyətdəki qadından 

ünvanı  dəqiqləşdirib  həkimlərə  yerimizi  istinad  verdim.  Təcili 

yardım  maşını  tez  gəldi.  Temperaturunu  ölçdülər,  müayinə 

etdilər.  Güclü  soyuqlamışdı.  Bir  iynə  vurub  dərman  yazdılar. 

Baysal  həkimləri  yola  saldı.  Bir  qədərdən  sonra  Aşralının  tem‐

peraturu  normaya  düşdü.  İsrarla  onu  geyindirib  maşınımıza 

mindirdik  və  düz  Mərkəzi  Klinik  Xəstaxanaya  apardıq.  Onu 

tam  müayinədən  keçirdik,  –  “Sapsağlamdır,  sadəcə  güclü  so‐

yuqlaması  var”,  –  dedilər.  Ona  evdə  müalicə  almağı  məsləhət 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə