Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə19/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   15   16   17   18   19   20   21   22   ...   144

61 

 

– Məndən narahat olmaya bilərsiniz, özümə təzə birini tap‐



mışam, tətil bitənədək onun yanında qalacağam. 

– Adı nədir təzə erkəyinin? – Səmərqənd acıqla soruşdu. 

– Amuzuqardı nədi, heç yadda saxlaya bilmədim – ərəbdir, 

ya da fars. Çoxdan sulanırdı mənə, bir iki dəfə söz atmışdı, axır 

ki, bu gün üz verdim. 

– Dilini bilirsən? – mən soruşdum, Səmərqənd tərcümə elədi.

 

Lena: 


–  Yataqda  sevişərkən  danışmırlar  dostum,  –  deyib  arsız‐

arsız üzümə irişdi. 

–  Axşam  onunla  yatacaqsan,  hə!? – hirsimi cilovlaya bil‐

mirdim. 


–  Bəs  təkbaşına  nə  edim?  Sən  getməyə  bilmədiyin  kimi, 

mən də tək qala bilmərəm axı... – məzlum halına azca rəhmim 

gəldi. 

Sanki  namusumuz  əldən  gedirdi.  Artıq  bu  söhbətin  bu 



qədər  adi  şəkildə  davam  etməsi  məni  əsəbləşdirirdi.  İlk  dəfə 

olaraq  Lenanın  fahişə  olduğunu  anladım  və  onunla  yatdığım 

üçün özümdən zəhləm getdi. Demək mənə çatanadək neçəsiylə 

yatmış, məndən sonra da neçəsiylə yatacaqdı. Aldığım ləzzətlər 

burnumda  irinə  döndü.  Lenayla  ayrılmağımı  başqa  cür  təsəv‐

vür  edirdim:  qucaqlaşıb  ağlaşacaq,  şəhərə  qayıdarkən  mütləq 

yenidən  birlikdə  olacaq,  ayrılmamışdan  isə  son  dəfə  imkan 

tapıb yatağımızda “qığılcım” çıxaracaqdıq. Lakin indi nifrətdən 

və soyuq baxışlardan başqa heç nə hiss eləmirdim. Mən az qala 

onu sevmişdim. Kam aldığım ilk sevgini onda sınamışdım. İndi 

isə  biz  onu  atmadan,  o  bizi  atıb  gedirdi.  İkimizin  də  üzündən 

öpüb  otaqdan  qaçdı.  İkimiz  də  dilxoruyduq.  Səhərədək  qıs‐

qanclığımdan yata bilmədim, əlimdə imkan olsaydı, elə bu də‐

qiqə gedib Amuzuqarın yatağındaca başını kəsərdim... 



 

* * * 


62 

 

...Avtobus bir saatdan sonra kəndimizə çatacaqdı. Ali mək‐



təbə qəbul ola bilməməyimin üzüntüsü evə yaxınlaşdıqca daha 

da  şiddətlənirdi.  “Əzizlərimin  üzünə  necə  baxacağam?”  Ha‐

mını  bir‐bir  göz  önünə  gətirdim,  hiss  edirdim  ki,  bədənimi 

gizilti alır, sifətim qızarır. 

Evimiz  düz  magistral  yolun  kənarındaydı  –  avtobusdan 

düşən  kimi  demək  olar  ki,  ayağını  dərhal  məhləmizin  dar‐

vazasına qoymuş olursan. Yol kənarında olmağın bəzi üstün və 

mənfi  cəhətləri  var.  Yolda  qalan,  maşını  xarab  olan,  peşov 

qarıxdıran, sofu, dilənçi, hökumət adamı ilk olaraq özünü bizə 

verirdi. Ələlxüsus da Bakı avtobusuna minmək çox rahatdır. 

Həyət  darvazasını  aralayıb  Səmərqəndlə  içəri  girdik  – 

dostum məni tək buraxmamışdı. Anam bizi görcək, – “Ay Ağa, 

uşaq  gəldi..!”  –  çığırıb  üstümə  qaçdı.  “Sənin  boyuna  qurban, 

oğul,  ağlamaqdan  gözümüz  kor  oldu,  di  gəlib  çıxsana!  De 

görüm “oğlansan”, ya “qız”? Quruca – “Qızam” – dedim. Ana‐

mın  səsini  Durna  nənəm  də  eşitmişdi,  önlüyü  əlində,  yorta‐

yorta,  qucağını  açıb  mənə  doğru  qaçırdı.  “Qadan‐balan  mənə 

gəlsin,  ay  bala,  heç  ərim  müharibədə  olanda  bu  qədər  dərd 

çəkməmişdim”,  –  mənə  çatanda  təngnəfəs  olmuşdu.  O  üz,  bu 

üzümdən doyunca öpüb məni bağrına basdı, iyimi qoxladı, ara‐

layıb  bir  də  alnımdan  öpdü.  Deyəsən  xəbərin  “qız”  olduğunu 

anamın  sifətindən  duymuşdu.  Atam  evdən  çıxıb  qaloşlarını 

geydi, əl verib görüşdü, sonra üzümdən öpdü, – “Xoş gəldin” – 

dedi.  İnanmayacaqsınız,  amma  inanın  bütün  müqəddəslərə  ki, 

özümü  tanıyandan  bəri  atam  məni  ilk  dəfəydi  öpürdü.  Gözü‐

mün  yaşını saxlaya  bilmədim.  Ali  məktəbə  girə  bilməməyimin 

əsl sarsıntısını məhz indi aldım. Bir kişinin yanında üzüm qara, 

gözüm  kölgəliydi.  Mal‐qaramızın  hamısını  canavar  boğub 

parçalasaydı, atamın yanında bu qədər xəcalət  çəkməzdim. Bu 

anda  ilk  dəfəydi  ki,  atamı  anamdan  çox  sevdim.  Durna  nənə 

boynumu  qucaqlayıb  qəhərləndi,  elə  bil  məni  atamın    gözləni‐



63 

 

lən  tənələrindən  qoruyurdu  –  “Eybi  yoxdu qadan ürəyimə, 



qocalmamısan ki, bu il olmaz gələn il girərsən, gələn il olmaz, o 

biri  il  girərsən”.  Hərə  bir  dərdə  ağlayırdı,  mən  isə  atamın  acı 

silləsindən  də  betər  ilk  öpüşünün  bədənimə  yaydığı  əzabdan 

ağlayırdım. Sonralar müxtəlif bəhanələrlə atamı çox öpdüm... 

Evə  keçdik.  Kəndin  ən  çox  yeyilən  “həmişə  hazır”  yay 

xörəyi  –  pomidor‐badımcan  çığırtması  ilə  qarnımı  doyurdum. 

Səmərqənd sağollaşıb evlərinə getdi. 

Mal‐qaranın  nobatdan  gələn  vaxtı  paltarımı  dəyişib  tövlə 

işlərinə  girişdim.  Heyvanlarımızın  hər  birinin  baxışında  “xoş 

gəldin”  ifadəsini  sezməyə  çalışırdım.  Onları  yenidən  görməyə 

çox  sevinirdim.  Təkcə,  “Batasar”  adlı  camışımız  saymaz‐

yanaydı,  –  başını  aşağı  salıb  islanmış  kəpəyini  yeyirdi,  heç 

boylanıb  sifətimə  də  baxmadı.  Bu  qanacaqsız  camışı  keçən  il 

almışdıq.  “Ətlik”  məntəqəsinə  bir  cüt  qocalmış  ələngə  inək 

verib  dəyişmişdik.  Camış  qatığından  ötrü  sinov  getdiyimdən, 

mənim  xətrimə  və  anamın  israrıyla  atamı  güclə  bu  dəyiş‐dü‐

yüşə razı salmışdıq. Atam sonradan bu dəyişmə əməliyyatının 

çox  ağıllı  olduğunu  özü  də  etiraf  eləmişdi.  “Batasar”  adını  isə 

hansısa  hind  filmindən  götürüb  qoymuşduq.  Çox  məhsuldar 

heyvan idi, həm də hələ cavandı, – ikinci doğuşu olacaqdı. 

Mal‐qaranı    nənəm  demişkən  –  “iraxlıyıb”  yenə  televizor 

qabağına  yığıldıq  –  bu  gün  Şövkət  Ələkbərovanın  konserti 

vardı.  Şövkət  xanım  ecazkar  səsiylə  bərabər,  həm  də  ona  görə 

mənə  daha  əziziydi  ki,  o,  köklükdə  və  buxaqda  eynən    Durna 

nənəyə bənziyirdi. Hətta, tövlə işlərini bitirməyə tələsən anam, 

–  “Bu  gün  Durna  nənən  oxuyur  ha...”  –  deyə  məni  xəbərdar 

eləmişdi.  Şəhərdən  gətirdiyim  çamadanı  ortaya  sürüdüm,  əv‐

vəlcə  kirli  paltarlarımı  çıxardım.  Alt  tumanım  əlimə  keçdi,  qa‐

bağındakı  ağ  qərtmək  ləkələrini  indi  görürdüm.  Tumanı  kirli 

köynəklərimin  arasında  gizlətdim.  Az  qalsın  biabır  olacaqdım. 

Ürəyimdə Lenanın qarasınca söydüm. Hər birinin payını özünə 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə