Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə20/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   16   17   18   19   20   21   22   23   ...   144

64 

 

verdim.  Çox  bəyənmişdilər.  Şəhərdən  qaytardığım  pulun  artı‐



ğını sayıb atama verdim, xırda qəpikləri özümə saxladım. 

Anam: 


–  Payın  çox  olsun  bala,  babamdan  qalma  canamazın  cırıl‐

mağına az qalırdı. Kişinin biricik yadigarını bu gündən sandığa 

qoyub  rahatca  qoruya  bilərəm.  Hərçənd  ki,  təzə  paltar  geyin‐

məyi sevən  deyil, heç olmazsa atan da daha toya, yasa qaloşla 

getməz. Lap adamı biabır edəndi, deyir ki, – “Ayaqqabı geyən‐

də ayağımı döyür”. Bax, ölçüsü də lap əladır, rahat olur. Amma 

yenə  də  gördük  ki,  nənəni  hamımızdan  çox  istəyirmişsən  – 

deyib başının işarəsiylə nənəmə tərəf işarə elədi. 

Hamımız Durna nənəyə baxırdıq. Doluxsunmuşdu: 

– Allah, ölmədim bu günü də gördüm, balam yekəlib, nə‐

nəsinə  pay‐püş  alır...  Sənə  qurban  olum,  ay  Allah,  bilirəm,  hə‐

yasızlıq edirəm, amma nolar qoy balamın toyunu, balalarını da 

görüm,  sonra  öldür  məni.  Sonra  ta  arsızlıq  eləməyəcəyəm,  lap 

canımı almasan da, özümə qəsd edib öldürəcəyəm. 

Qanrılıb alnımdan öpdü. Çustu  geyib  yoxladı, çox  bəyən‐

di, – “Əsl mən istəyən yumul

32 

çustdu” – dedi. 



İşıqları söndürüb hamı yatağına girəndən sonra, durub köh‐

nə  alt  paltarların  içindən  ləkəli  tumanımı  götürüb  məhlədəki 

hamama  qaçdım.  Tumanı  vannada  yaxalayıb  yuyulmaq  üçün 

atılmış  paltarların altına  soxdum  və  yatağıma qayıtdım. Lena 

gözlərim  önündən  çəkilmirdi.  İndi  qara  zənci  ilə  nə  etdiklərini 

düşündükcə, hirsim məni boğurdu. Xəyalımda çılpaq bədənləri‐

mizin  dəniz  ləpəsi  kimi  dalğalanması  canlanırdı.  “Görəsən  mə‐

nimçün darıxıbmı, heç olmazsa yadına düşürəmmi?”... 

 

* * * 

                                                            

32

 

Yüngül.



 


65 

 

...Günlər  sürətlə  ötüb  keçirdi.  Həmin  il  sənədlərimi  Kirov 



adına  Bakı  Dövlət  Universitetinin  biologiya  fakültəsinin  qiyabi 

şöbəsinə,  sonra  isə  Gəncə  Kənd  Təsərrüfatı  İnstitutunun  aqro‐

nomluq  fakültəsinin  qiyabi  şöbəsinə  verdim.  Heç  birinə  qəbul 

ola  bilmədim  –  “konkurs”a  düşdüm.  Dalbadal  uğursuzluqlar 

məni təngə gətirmişdi. Əlimi ali məktəb sevdasından tamam üz‐

düm.  Qəbul  zamanı  gördüyüm  haqsızlıqlar  isə  uşaq  yadda‐

şımda,  məhrəmət,  insanlıq,  ədalət  hisslərimdə  ciddi  izlər  qoy‐

muşdu.  Kənd Təsərrüfatı İnstitutuna imtahan zamanı ikinci “5” 

uğrunda az qala müəllimlə əlbəyaxaya çıxmışdıq – rektorun işti‐

rakı ilə gücbəla “4” ala bildim. Beləliklə, keçmişdə və hətta gələ‐

cək  institut  həyatımda  ömürboyu  “5”‐dən  başqa  qiymət  al‐

madığım kimya və biologiya fənlərinə məndə nifrət yarandı. Yu‐

xudan  hövlnak  qalxıb  bu  fənlərə  dair  istənilən  suallara  cavab 

verməyi  mənə  öyrətmiş  Akif  müəllim  və  Ənniyaz  müəllimin 

zəhmətləri hədər getmiş oldu. Uşaq qəlbim qırıldı, kənd arasında 

veyillənərkən  artıq  əvvəlki  kimi  müəllimlərimi  görəndə  qor‐

xudan qaçıb gizlənmirdim. Artıq başa düşürdüm ki, müəllimlər 

də  yemək  yeyir,  hamamda  çimir  və  xəstələnirmişlər,  hələ  öz 

arvadlarıyla gecələr mən bildiyim işlə də məşğul olurmuşlar... 

Qəbul  imtahanlarında  gördüklərim  məni  əsaslı  surətdə 

sırtıltdı,  arsızlaşdırdı,  dikbaşlığa  öyrətdi.  Artıq  institut  tələbəsi 

olmaq arzumdan vaz keçdim. Amma fələk başqa cür sayırmış... 



 

 

* * * 

 



66 

 

...Günlərin bir günü gələcək həyatımın uğurlu şansı yaran‐



dı.  Komsomolun,  raykomun  səlahiyyətli  nümayəndələri  taxıl 

biçini  zamanı  kəndbəkənd  kolxozlara  təhkim  olunardılar.  Yol‐

kənarı evimiz həmişə qonaqlı‐qaralı olardı. Atam qabaqcıl kol‐

xozçu və ot briqadiri, əmək veteranı olduğundan rəsmilərin bi‐

zə təşrif buyurması adi hal idi. Bir gün, növbəti dəfə komsomol 

komitəsindən Hacı müəllim qonağımız idi. Allah verəndən ye‐

dilər‐içdilər.  Qorbaçovun  yenicə  başladığı  “perestroyka”  dəyi‐

şikliklərini müzakirə edirdilər. Mənsə onlara çay‐çörək daşıyır‐

dım. Hacı müəllimlə bir qədər isinişmişdik. Məndən soruşdu: 

– Neçədə oxuyursan? 

– Bitirmişəm məktəbi – dedim. 

– Nəylə məşğulsan, harda işləyirsən? 

– İşləmirəm hələ – dedim. Atam sözə qarışdı: 

– Üç instituta sənəd verdi, üçündən də kəsildi. 

Hacı müəllim: 

– İşləmək istəyirsənmi? 

– Əlbəttə – dedim. 

– Sabah yadıma salarsan, səni rayona aparıb yeni işinlə ta‐

nış edəcəyəm, oldu? 

– Baş üstə! – sevindim. İşləmək heç indiyədək ağlıma da gəl‐

mirdi.  Demək  mənim  də  işləmək,  maaş  almaq  vaxtım  çatıbmış. 

Səbirsizliklə sabahı gözlədim, təklif olunacaq işin xəyallarını fik‐

rimdə canlandırdım. Sabah gec açıldı, amma açıldı. Tanrının hə‐

min  sabahına,  xeyirlə  gələn  hər  gününə  şükürlər  olsun.  Artıq 

Hacı  müəllim  deyil,  “Hacı  əmim”  gəldi,  yedi‐içdi  və  məni  də 

QAZ‐69‐a mindirib rayon mərkəzinə apardı. Rayonda cəmi 10‐15 

dəfə olmuşdum, – ən çox da “Məhsul bayramı” şənlikləri zama‐

nı. Hacı əmi məni yarıuçuq bir tikilinin qarşısına gətirib dedi: 

–  Bu  gündən  buranın  sahibi  sənsən.  Buradakı  işlərə  ciddi 

nəzarət edəcəksən. Özün özünə maaş qazanacaqsan, hər şey sə‐

nin etibarından və zəhmətindən, bacarığından asılı olacaq. İçə‐



67 

 

riyə keçdik. Böyük otağın iç vəziyyəti qənaətbəxş idi. 5‐6 nəfər 



yaşlı  arvad  nəsə  tikirdilər.  Darısqal  kabinetə  keçdik,  qarşıma 

kağız  və  qələm  qoyub,  –  “Yaz”  dedi.  Ərizəmlə  “Qala”  kiçik 

müəssisəsinin  direktoru  təyin  edildim.  Qorbaçov  “perestroy‐

kası”nın ilk barını görənlərdən biri də mən oldum. İşi mənə ba‐

şa salıb getdi. Anam yaşda olan qadınlar başıma toplaşdılar: 

–  “Kimsən,  kimlərdənsən,  nəyə  gəlmisən?”  –  suallarını 

yağdırdılar. Son cavabım öz başımı gicəlləndirdi, – “Sizin yeni 

müdirinizəm!”... 

“Qala”  kiçik  müəssisəsi,  ikibarmaq  fəhlə  əlcəkləri,  xəstə‐

xana və uşaq bağçaları üçün yastıq üzləri, döşəkağlarının tikişi 

ilə  məşğuldu.  Kifayət  qədər  sifariş  var  idi,  işi  vaxtında  çat‐

dırmaq  ən  başlıca  vəzifəm  idi.  Rayonda  ilk  3‐5  özəl  müəssisə‐

lərdən biriydi “Qala”. 

Hər  gün  həmkəndlim  Asifin  QAZ‐53‐nün  kuzovunda  ra‐

yona  gedir,  gecəyədək  işləyir,  avtobusla  geri  qayıdardım. 

Qalstuk  taxırdım.  Geyimimə  ciddi  fikir  verirdim  –  axı  mən 

müdiriydim.  Bəzək‐düzəyimə  baxan  isə  Durna  nənəmdi.  Hər 

dəfə  məni  təmiz  və  səliqəli  kostyumda  görəndə,  –  “Nənən  bo‐

yuna  qurban,  Allah  bədnəzərdən  qorusun  səni,  ay  Fərhad!”  – 

deyər, arxamca hər dəfə su atardı. Hacı əmi hər həftəsonu işləri 

yoxlamağa gələr, tapşırıqlarını verib gedərdi. İş üçün müraciət 

edənlər çoxuydu. İçində gözəl qızlar da az deyildi. Heyif ki, işə 

adam  götürmək  ixtiyarı  məndə  deyildi.  Növbəti  ayın  başında 

Hacı  əmi  işçilərin  maaşını  verdi.  İkilikdə  qalanda  məni  xeyli 

tərifləyib  işimdən  razılıq  etdi.  Təşəkkür  olaraq  hətta  alnımdan 

da  öpdü.  Stolun  üstünə  180  manat  pul  qoyub,  –  “Bu  da  sənin 

əmək  haqqın”,  –  dedi.  Uçmağa  qanadım  yox  idi.  Hacı  əminin 

boynuna  sarıldım  və  təşəkkürümü  bir  neçə  damla  sevinc  göz 

yaşımla ifadə etdim. Bir dəfə Rəhim əmi danışanda eşitmişdim 

ki,  şəhərdə  baş  mühəndis  işlədiyi  zavoddan  aldığı  maaşı  180 

manatdır, deməli mən onun qədər maaş alacağam... İşçilər göz 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə