Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə23/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   19   20   21   22   23   24   25   26   ...   144

74 

 

dində  atılmış  ikimərtəbəli  taxta  hərbi  kazarmada  birlikdə  qalır‐



dıq – qızlar ikinci, biz isə birinci mərtəbədə. Şəhərə yenicə gəlmiş 

sütül  kənd  oğlanları  üçün  əsl  cənnət  idi  –  yan‐yörəmiz  huri‐

mələklərlə doluydu. Tümenin mərkəzində tikilən “Sofiya” meh‐

manxanasının  sanitar  qovşaqlarında  keramik  plitə  döşəyirdik. 

Yataqxana dostlarımla canbir olduq bu qərib şəhərdə. Burada da 

işləri  böldük  –  qoldan  güclümüz  Sabir  palçıq  qarışdırır,  Yaşar 

araba  ilə  palçığı  yanımızadək  daşıyır,  Nağı  və  mən  isə  kafelləri 

yapışdırırdıq. İçimizdə bu işi bacaran yalnız Nağı idi. Mənsə, bu 

işi tez bir zamanda öyrənəcəyimə ümid edirdim. Nağı məndən 6 

yaş böyük idi. Beş bacının bir qardaşıydı. Evlərinin maddi duru‐

munu  yaxşılaşdırmaq,  yetişmiş  bacılarını  ərə  vermək,  cer‐cehiz 

tədarükü  görmək  məqsədilə  institutun  ikinci  kursunda  “as‐

toroçka”

34 


götürmüş, pul dalınca Orta Asiyaya yollanmışdı. Əllə 

kərpic  kəsirmiş.  Qayıtdıqdan  sonra  isə  iki  kurs  dala  düşüb  ye‐

nidən bizimlə oxumaq məcburiyyətində qalmışdı. 

Bakıda  çəkdiyim  qəriblik  heç  nəyimiş  Tümendə  çəkdiklə‐

rimin  yanında.  Qürbətə  alışa  bilmirdim.  Hətta,  gündə  bir  neçə 

gözəl  toxucu  qız  da  xiffətimə  hörümçək  qədər  də  olsa  “tor  to‐

xuya” bilmirdi. 

İvanovonun  gözəl  qızları  bizi  aeroportda  vətənə  yola  sa‐

landa  arxamızca  hönkür‐hönkür  ağlaşırdılar.  Yaşarı  öz  sevimli 

Daşasından qoparıb ayıra bilmirdik. Bir yerdə Tümenə getdiyi‐

miz  15  nəfər  tələbə  oğlanların  6‐sı  “tripper”  xəstəliyinə  tutula‐

raq, təzə sünnət olmuş uşaqlar kimi paçasıayrıq gəzirdilər. 

Rusiyadan qayıdanda mənim əmək haqqı payıma 600 ma‐

nat  düşmüşdü.  Evdəkilərə  xeyli  pay‐püş  almışdım.  Bakıya, 

oradan isə doğma kəndimizə qayıtdım. 

 

* * * 

                                                            

34

 

Könüllü olaraq “kursda qalma”.



 


75 

 

Qubadlını unudanlara bir daha xatırladıram ki, rayonumuz 



Ermənistanla  həmsərhəd  bölgədir.  Zaman‐zaman  bu  qonşu‐

luğun  acısını  çox  çəkmişik,  –  ulularımız  dəfələrlə  doğma 

yurd‐yuvalarından  didərgin  salınıblar.  Vəziyyət  yenə  də  qarış‐

maqdaydı.  Hamı  çamadanı  hazır  vəziyyətdə,  kimdənsə  yardım 

gözləyirdi.  Adamların  əli  işə  yatmır,  hamı  ölkə  rəhbərliyindən 

şikayətlənir,    başlarına    gələcək  acı,  labüd    fəlakətləri  çarəsiz 

halda  oturub  gözləyirdilər.  Sərhəd  kəndlərində  ermənilərin 

mal‐qara  oğurluğu  adi  hal  almışdı.  Özümüzün  başbilənlərimiz 

isə erməniləri bizimkilərdən “qoruyur”, hətta, ov tüfənglərimizi 

belə müsadirə edib camaatı əliyalın qoyurdular. Əhali öz ümid‐

lərinə tərk edilmişdi. Hər gün yeni‐yeni özünümüdafiə dəstələri 

yaradılır,  növbə  ilə  sərhəd  kəndlərinin  mühafizəsinə  könüllü 

olaraq  qatılırdılar.  Ov  tüfəngləriylə  silahlanmış  bu  adamlar  mal 

nobatına gedirmiş kimi ərzaq boxçasını doldurur, evlə halallaşıb 

2‐3 günlüyə “müharibəyə” yola düşürdülər.  Belə “sərhəd noba‐

tının”  birinə  də  mən  getdim.  Bax  onda,  ilk  dəfə  vətən  torpaqla‐

rının  ana  qoxusu  ilə  eyni  olduğunu  duydum,  əldə  silah  vətən 

qorumağın,  düşmən  öldürməyin  nə  olduğunu  dərk  elədim. 

Həmişə  fikirləşirdim,  –  “Görəsən  qarşıma  əli  silahlı,  ya  da  lap 

silahsız  erməni  çıxsa,  onu  öldürə  bilərəmmi?”.  Əsla!  Adam 

öldürmək mənlik  deyilmiş.  Mən  bəşər övladının  şüurlu  və sülh 

içində  yaşamasının,  sərhədsiz  dünyanın  tərəfdarıydım.  Hətta, 

Lenayla danışıb ünsiyyət qura bilməyəndə, niyə bütün bəşər öv‐

ladının  vahid  dilinin  olmamasını  o  vaxt  özümə  xeyli  dərd  elə‐

mişdim.  Niyə  mən  səhər  yeməyimi  Amerikada,  günortamı  İrə‐

vanda, axşamı isə doğma evimdə etməyim? Kim icad edib bu lə‐

nətə gəlmiş sərhəd məftillərini görəsən! Nədir bu pasport rejimi, 

sərhəd keçidləri? Hər şeydən öncə mən dünyalıyam və dunyadır 

mənim  vətənim.  Vətən  qorumalıyıqsa,  dünyanı  qorumalıyıq. 

Mən  belə  düşünürdüm.  Yaxşı  ki,  qarşıma  erməni  çıxmadı  və 

“öldürüm, yoxsa yox?” sualı ilə üzbəüz qalmadım. 



76 

 

...Yay  tətilim  başa  çatdı,  dərslərim  başlayırdı.  Yaxınlarımı 



düşmənlə  üzbəüz  əliyalın  qoyub  əndişə  içində  şəhərə  yollan‐

dım. Amma, Bakıda izdihamlı mitinqlər, etiraz tətilləri ilə qarşı‐

laşdım. Nağı, yataqxanaya hamımızdan tez qayıdaraq bu hadi‐

sələrin fəal iştirakçısı olmuşdu. Xasiyyəti daha da ağırlaşmışdı. 

İndi  daha  qaradinməz  olmuş,  ciddiləşmiş,  quruluşa,  hakimiy‐

yətə  qarşı  münasibəti,  aqressiv  fikirlərilə  bizi  əməlli‐başlı  qor‐

xudurdu.  Dərslərimiz  günlərlə  boş  keçir,  hər  gün  institut  qar‐

şısında  mitinqlər  təşkil  edilirdi.  Mitinqin  təşkilatçılarından  biri 

də  Nağı  idi.  Hamı  SSRİ‐nin  dağılmasını,  respublika  hökumə‐

tinin Qarabağda və İrəvanda gedən haqsızlıqlara qarşı ciddi və 

əməli müdaxiləsini istəyirdi. Bu hadisələr və hakimiyyətin süst‐

lüyü  “Dövlət  Müdafiə  Şurası”nın  yaranmasına  gətirib  çıxardı. 

Tələbələr, fəhlələr, digər qeyrətli gənclər könüllü olaraq özünü‐

müdafiə batalyonlarına yazılır, silahlanır, təlim‐filan görmədən 

birbaşa  cəbhəyə  yollanırdılar.  Bakıda  xaos  hökm  sürürdü. 

Mitinqlər  idarəolunmaz  şəkil  almışdı.  Artıq  ölkə  rəhbərliyinin 

istefası tələb olunurdu. İnsanların hiddəti, aqressivliyi son həd‐

də  idi.  Cəbhədən  gələn  şəhid  cənazələrinin  sayı  artmaqdaydı. 

Mitinqlərdə  öndə  gedən  ziyalılar,  alimlər  çox  vaxt  kütlənin 

hiddətindən  qorxub  əhalinin  qarşısına  çıxa  bilmirdilər.  Müdrik, 

ağıllı  təklif  verən  hər  bir  ziyalı,  ağsaqqal  böyüklüyündən  asılı 

olmayaraq “vətən xainı”, “satqın”, “KQB‐nin agenti” adı ilə dam‐

ğalanır və fitə basılaraq kürsüdən uzaqlaşdırılırdılar. Hərəkat naşı 

adamların  əliylə  idarə  olunurdu.  Kütləni  idarə  etmək  xatirinə, 

özünü kütlənin küt iradəsinə tabe etdirən liderlər meydanlarda at 

oynadır, boş‐boş yalanlar, vədlər düzüb‐qoşurdular. 

Bu  hadisələrin axını  1990‐cı  ilin  qanlı  yanvar  faciəsinə 

doğru  gedirdi.  Sovet  ordusu  Bakıya,  azadlıq  hərəkatına,  azəri 

türklərinə divan tutdu. Hərəkat amansızlıqla və faciəvi sonluq‐

la  yatırıldı.  Xalqımızın  tarixinə  qanlı  hərflərlə  “20  Yanvar”  fa‐

ciəsi  adlı  yeni  bir  səhifə  yazıldı.  Od  üstünə  su  deyil,  elə  bil 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə