Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə5/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   2   3   4   5   6   7   8   9   ...   144

18 

 

Familə, Quran haqqı, tək qalanda ürəyim partdıyır. Dağı arana, 



aranı dağa daşıyıram, ağlayıram, dəli kimi öz‐özümə gülürəm. 

Namazsız  ölməkdən  qorxuram.  Camaat  gündə  5  kərə  namaz 

qılır,  mənsə,  təkcə  gecə  7  dəfə  namaz  qılıram.  Fərhad  mənlə 

qalandaysa, evdə kişi hənirtisini duyuram. Elə rahat yatıram ki, 

elə bil evimi mələklər qoruyur. Balamı bir gün görməyəndə, az 

qalıram  gəlib  sizdən  icazə  alım  ki,  Fərhadı  qoyun  mənimlə 

qalsın.  Dilinə  qurban  olduğum  elə  şirindillidir  ki,  qılığı  ilanı 

yuvasından  çıxardar.  Balaca  vaxtı  qorxulu  nağıllar  danışanda 

yerinə  işiyərdi,  qorxudan  yata  bilmirdi.  Amma  gündüz  olan 

kimi arsız‐arsız böyrümü kəsdirirdi ki, – “Nənə, axşamkı nağılı 

bir  də  danış”.  Nəmxudalar  olsun,  “tfu‐tfu‐tfu”,  yekə  kişi  olub 

balam.  O  günü  belimə  banka  qoyub,  əli  elə  şəfalıdır  ki  Allah 

saxlamışın, denən birjə qırıq ağrım‐ajım qalıbmı... 

–  Ay  arvad,  mənə  deyə  bilmirsən  gəlib  bankalıyım, 

imanlı‐quranlı  arvadsan.  Fərhad,  maşallah,  daha  yekə  kişidi, 

naməhrəm sayılmırmı bəs? 

–  Əmiraslandan,  İsmayıldan  sonra  mehr  saldığım  üçüncü 

kişidir  Fərhad  balam.  O,  mənim  öz  balamdı,  ən  əziz  kişi  ba‐

lamdı. Bax bu qoja canım ona qurban olsun! 

–  Elə  demə  sən  Allah...  Allah  rəhmət  eləsin,  mən  gör‐

məmişəm,  amma  Bajan  xala  həmişə  deyərdi  ki,  aclıq  illərində 

Əmiraslan  dayının  çox  adama  köməyi  dəyib.  Neçə  yetimə 

himayədarlıq  edib,  evləndirib,  ev‐eşik  sahibi  edib.  Elə  bizim 

uşağın kirvəsi Sədrəddinin arvadını gəlin gətirəndə, – Bərgüşad 

daşıb atı gəlin qarışıq aparıb, kişininsə qabırğaları sınıb. Solmaz 

həmişə deyir: “Əmiraslan dayı olmasaydı, o sel‐suda tikəm  də 

tapılmazdı”.  Yaralı  olmasına  baxmayıb,  ata  minməyib,  zarıncı 

halda  gəlini  yenə  ata  mindirib  ər  evinəcən  gətirib.  Həyətə 

çatanda isə ağrıya dözməyib, ürəyi gedib. 

–  Hə,  bala,  elədi.  Amma  nə  olsun,  əlinin  duzu  yoxuydu. 

Gör sonra sənin o kirvən Sədrəddin yazığın başına nə işdəklər 



19 

 

gətirmədi. Gah  dedi, – “Hinduşkalarımı  oğurlamısan”, gah de‐



di,  –  “Mənim  qoyunum  əkiz  doğmalıydı,  hanı  bunun  ikinci 

balası?” Adam da belə qədirsiz olar? Orucunu, namazını qaçır‐

mayan bir kişiyə belə də qara yaxarlarmı? Yazıq Sədrəddini elə 

kişinin  qarğışı  tutdu,  –  kolxozun  anbarında  əskiyi  gəldiyinə 

görə iki il qazamata basdılar. Hə.., nəsə deyirdim, araya söz qat‐

dın huşumdan çıxdı yenə... 

Familə  kündələri  oxlova  və  taxtaya  yapışmasın  deyə 

tez‐tez  urvalayır,  taxtada  yayır  və  sacın  üstünə  sərirdi.  Durna 

isə  əlinin  sehrli  hərəkətiylə  yuxanı  şişlə  havada  fırladır,  sacın 

yanlarından alova tutur, digər tərəfinə çevirir, sonra isə bişmiş 

yuxanı tərs üzünə teştə yığırdı. Ətrafa gözyaşardıcı təzək tüstü‐

sünə  qarışmış  –  dünyada  tayı‐bərabəri  olmayan  təzə  yuxa  ətri 

yayılırdı. Və bu bərəkət iyi bütün kəndi bürüyürdü. 

Bu  qoxu,  kənd  uşaqlarının  “ana  iyi”  dedikləri  iydi  – 

əzablı  tüstüdən  və  anaların  göz  yaşları  hesabına  ortaya  çıxmış 

müqəddəs bərəkət iyi. Biz çörəyə çox and içənik. Amma həmin 

bu  çörəyə!  Məncə  kənd  yuxası,  fəsəli,  fətir,  cad,  kömbəyə 

gözəllik,  dad  verən  təzək  tüstüsünün  qoxusu  və  urvalı  əllərin 

dadı, təzək‐gərmə tüstüsünün xamıra qatdığı göz yaşıdır. Haqq 

üçünə, gərməylə bişən çörəyin dadıyla, təzəyinki arasında yer‐

göy qədər fərq var – təzəyin çörəyi daha dadlı olur. 

Kənddə  hər  kəsin  həyətində  ot  tayası  ilə  bərabər  gərmə 

tayası da olmalıydı. Bir də görürdün ki, kəndin camaatı nobat‐

dan  qayıdanda  və  yaxud  yolda  qabağına  çıxmış  quru  təzəyi 

utanıb‐çəkinmədən əlinə alıb evə gətirir və gərmə tayasının ya‐

nına  yığırdı.  Kənd  üçün  əvəzedilməz  yanacaq  olan  gərmə  və 

təzək həm qışda evin sobasını yandırmaqda, həm sac qalamaq‐

da,  külündən  qabları  ağartmaqda,  həm  də  ovuntusundan 

kömür  almaq  üçün    kötük    basdırmaqda    istifadə  olunurdu. 

Gübrə kimi istifadəsini də nəzərə alsaq, kənd üçün lap hava, su 

kimi  ən  vacib  sayıla  bilən  şeydi  mal  peyini...  Görəsən,  niyə  o 



20 

 

vaxt  divara  təptəzə  –  isti  inək  nəcisi  yaxanda  əlləri  cadarlamış 



analarımız tetanus, bruselyoz və başqa min cür xəstəliyə tutul‐

murdu?  Necə  də  gözümüzdən  qığılcım  parladırdı  o  əllərin 

üzümüzə  sillə  kimi  çırpılması.  Bəlkə  də,  sabah  ertədən  qəfil 

ölüm  xəbərini  eşitdiyimiz  biri,  elə  bu  xəstəliklərdən  ölürmüş? 

Deyirəm,  bəlkə  də  qaramalarda  balıq  tutarkən  bədənimizə  ya‐

pışan yüzlərcə zəli bizim canımızdakı bu xəstəliklərimizi sorub 

özlərini  qurban  verirmiş?  Kim  bilir...  Amma  nə  gözəliydi  ağır 

xəstəliyə tutulduğunu bilmədən ölmək... Yeganə yuyucu sabun 

–  üstündə  “72%”  yazılmış  qəhvəyi  paltar  sabunu  qurtarmasın 

deyə,  əllərimizi  adi  soyuq  suda  yaxalamaqla  kifayətlənərdik  – 

nə qrip olardıq, nə də xəstə yatardıq. Dünyalara dəyişmərəm o 

cadarlı əllərin saçımı oxşamasını... 

Fərhad  qayıdıb  tüstüdən  acışan  gözlərini  ova‐ova  yuxa 

salınan talvara girdi: 

– Nənəmə qurban inəklər! Bu tüstüdə nənəmin halı necədi 

görəsən? 

Durna: 

–  Sağ  ol,  başına  dönüm,  get şor  gətir,  nənən  sənə  dürmək 



eləsin, isti‐isti ye. 

Fərhad  çayniki  dəmlədi,  samovara  əlavə  qamqalaq atdı, 

“dam”  dedikləri  yarıuçuq  anbardan  nehrə  yağı  və  divardan 

asılmiş şor torbasını gətirdi: 

– Sac qırağında isti yuxayla nehrə yağı, şor dürməyi yemə‐

yib, üstündən də bir şirin çay gillətməyən adam kəndin ləzzətin 

bilməz... – Fərhad əslində nənəsini söhbətə çəkirdi. 

Durna: 


–  Oğul,  vallah  bin‐bərəkət,  ağız  dadı,  könül  xoşluğu  elə 

kənddədir. Keçən il İrəhim (Rəhim) şəhərdən yumru zavod çö‐

rəyi  göndərmişdi.  Nə  dişim  tutdu,  nə  də  irağbətti‐başlı

dadı 



                                                            

8

 Əməlli‐başlı, yönlü.



 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə