Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə6/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   2   3   4   5   6   7   8   9   ...   144

21 

 

vardı. Dörd gün saxladım, içi sulandı, üstü də kiflədi. Doğrayıb 



toyuqlara atdım. 

Fərhad: 


–  Bəs  mənə  niyə  vermədin  yeyəm,  demək  məndən  gizlət‐

misən  hə?  Səndən  heç  gözləməzdim.  İldə  bir  dəfə  “hökumət 

çörəyi”  yemək  imkanatımız  vardı,  onu  da  toyuqlara  vermisən. 

Küsdüm səndən! 

– Buy nənən ağrını alsın elə! Dedim yəqin çox qalar dayna 

– nə də olmasa şəhər çörəyidi – mən nə bilim ki, bu da kifləyir‐

miş.  Mənim  adımdan  məktub  yazarsan,  gələndə  5‐6  dənəsini 

İrəhim alıb gətirsin. 

– Ta istəmirəm. Heyif deyil kənd yuxası... 

– Onu deyirdim... Odey, Qələmnazın qızı Leyla – dumbul 

kimi  qızıydı.  Kəndin  oğlanları  qızın  gözəlliyindən  dəliydilər, 

qızın üstündə bir‐birlərini qırırdılar az qala. Getdi şəhərə, bir il 

keçmədi, sir‐sifətini ənlik‐kirşanla boyayıb civirtdək

9

 kökdə gəl‐



di. Eşqi donbalanların da fısı yatdı qıza. İyrəndiklərindən yaxı‐

nına duranı da yoxdu, – “tfu dilimə”, – indi evdə qalıb qarıya‐

caq,  kaftar  yosunlu

10

.  Sən  də,  inşallah,  inistuta



 

girəndən  sonra 

nə təzəkli nənəni, nə gərmədə bişmiş yuxanı, nə də sac qırağın‐

da  isti  yuxa  dürməyilə  şirinçayı  bəyənməyəcəksən.  Mozalan 

tutmuş  dana  kimi  arxana  baxmadan  tızırıqlanacaqsan  üzü  şə‐

hərə.  Ya  da,  mənim  gədəm  İrəhim  kimi  arvaddan  qorxan  qız‐

bibi  olub  qayıdacaqsan.  Qınamıram,  təzək  qoxan  arvadı  kim 

bağrına  basıb  öpər  ki?  Duxili‐muxili  şəhər  qızları  beynini  elə 

yeyəcək ki, nənən də yadına düşməyəcək... 

Fərhad: 


–  Heç  sənin  balan  qızbibi  oğlana  oxşayır,  ay  cənnət  mə‐

ləyim?  Şəhərin  bütün  gözəl  qızları  bir  yerə  yığışsa,  yenə  də 

                                                            

9

 Eybəcər. 



10

 Kaftarsifət, kaftara oxşayan.

 



22 

 

onları  sənin  bir  dırnağına  dəyişmərəm.  Qoy  hamısı  arxamca 



gözüyaşlı  qalsınlar.  Sənin  kimi  bir  gözəl  qız  tapmayınca  ev‐

lənmərəm  də.  Doğrudan  ey,  ay  nənə,  güclə  yadıma  gəlir,  sən 

gəlin  gələndə  mən  damın  üstündən  sənə  baxırdım.  Öz  ara‐

mızdı, o qədər gözəl qızıydın ki.., amma, sən allah, düzünü de, 

niyə ağlıyırdın?.. 

Durna nənə Fərhadın onu lağa qoyduğunu anlamadı: 

– Nə bilim, ay bala, heç yadıma da düşmür. 14 yaşlı yetim 

qızıydım,  yəqin  fikirləşirmişəm  ki,  yad  evdə  məni  necə  qəbul 

edəcəklər dayna, elə bilirsən ata evindən ayrılmaq asan şeydir? 

Allah  sənə  də  toy  qismət  eləsin,  onda  arvadınnan  soruşarsan 

niyə ağladığını. 

Fərhad  və  anası  pıqqıldaşıb  gülüşdülər.  Nə  baş  verdiyini 

hələ də anışdırmayan Durna nənə duruxub qaldı: 

– Nəyə gülürsünüz, ağız!  

Familə: 

–  Səni  Allah  güldürsün,  ay  nənəsi.  Sənin  14  yaşın  olanda 

heç mən yoxuydum, o ki qala sənin bu düdəmə Fərhad nəvən... 

Durna nənə də onlara qoşulub güldü: 

–  Həzrət  Əli  belini  qurşasın  sənin,  gör  nə  pəstah

11

  çıxarır 



ey!  Allah  səni  arvadınla  bir  qocaltsın,  heç  fikir  verdim  ki...  Elə 

yerimdən tutdu ki, kövrəldim, dərdim açıldı. 

Fərhad anasına: 

–  Anacan,  sən  Allah  düzünü  de..,  bax,  gördüyün  bütün 

qoca qarıların hamısının çənəsində, bığ yerlərində tük çıxır, lap 

“Qaynana” filmindəki Cənnət qarı kimi. Amma mənim nənəm 

gündən‐günə  gözəlləşib  cavanlaşır,  “tfü‐tfü”,  ağappaq,  nur 

topu kimidir, təmiz‐tarıx nurani qızdı. Düz demirəm? Nənəcan, 

doğrudan səni belə cavan saxlayan, gündən‐günə gözəlləşdirən 

nədir? 


                                                            

11

 Oyun, hoqqa. 




23 

 

Durna: 



– Sənin şirin dilin, sənin gülər üzün, bax belə sizin xoşbəxt 

olmağınız.  Nənəniz  sizə  qurban  olsun...  –  Durna  Fərhadın 

“toruna” düşmüşdü, ötən illəri qəribsədi: 

–  Ay  oğul,  başımıza  nələr  gəlməyib..?  Atasız  qızıydım. 

Atam, hələ mən körpəykən yatalaqdan ölmüşdü. Ərə gedəndə 

yataq xəstəsi kor anamla yaşıyırdım. Yazığın altını təmizlədik‐

cə,  dalımda  ayaqyoluna  apardıqca,  yeməyini  yedirdikcə 

Allahdan  özünə  ölüm  arzulayırdı.  Allah  o  günləri  düşmənimə 

də  qismət  eləməsin.  Qorxurdu  ki,  əcəl  tez  haxlıyar,  mən  kim‐

səsiz qalaram. Odur ki, məni əmisi nəvəsi Əmiraslana ərə verdi. 

Əmiraslandan  Rəhim  oldu.  Yazıq  heç  balasının  üzünü  də 

düz‐əməlli görmədi. Allah torpağını nurla doldursun, çox yaxşı 

adamıydı  Əmiraslan.  Anama  öz  doğma  anası  kimi  baxardı  – 

hər  qulluğunda  dayanar,  əlini‐ayağını  yuyardı.  Çox  da  ixlas‐

lıydı.  Mənə  həm  ata,  həm  qardaş,  həm  də  ər  olub.  Sonra  məl‐

ğun


12 

Hitlerin müharibəsi başlandı. Heç bir il keçmədi, davadan 

qara kağızı gəldi. Heç qəbrinin harda olduğundan da xəbər tuta 

bilmədim. Rəhim balaca olanda anam rəhmətə getdi. Bir uşaqla 

qaldım  yeyəsiz.  Kolxozda  işlədim,  sonra  məni  tütün    briqadiri 

qoydular.  Bax  beləcə  Rəhimi  böyütdüm,  inistuta  qoydum. 

Oxudu, evləndi, oğul‐uşaq sahibi oldu, Bakıya – opşitelə

13  


köç‐

dü.  İndi  də  gözləyirəm  ki,  Fərhad  balam  nə  vaxt  arvad‐uşaq 

sahibi  olacaq  ki,  mən  də  nəticə,  kötücə  görüb  sonra  dünyaya 

gözümü rahat yumum... 

Fərhad dinc durmadı: 

– Araya söz qatma, sonra da ikinci dəfə ərə getdin!  

Durna: 

                                                            



12

 

Məlun



 

13

 



Yataqxana (rusca)

 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə