Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə3/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
İbrahimovun baş redaktorluğu ilə Təbrizdə nəşr olunan ”Vətən 
yolunda” q
əzetinin səhifələrində  qoyulmuşdur.  Digər bir 
Az
ərbaycan şairi Rəsul Rza isə bu  yöndə çoxsahəli fəaliyyət 
göst
ərmişdir. 
R.Rza T
əbrizə  ilk gəlişində  həyəcanla bu sözləri söylə-
mişdi  ;-  “Təbriz  bizim  üçün  adi  şəhər deyil, sözün əsl 
m
ənasında    paytaxtdır.  Şah  İsmayıl  Xətainin, Səttarxanın, 
Bağır  xanın,  Şeyx  Məhəmməd Xiyabaninin, neçə-neçə  söz 
dahil
ərinin yadigar qoyub    getdiyi  şəhərdir. Mənim bura 
g
əlişimdə  məqsədim  tarixdə  ad  qoymuş  şəhərin və  cənublu 
qarda
şlarımızın bugünki həyatından  sənədli  film çəkməkdir. 
İstəyimiz budur ki,qoy gələcək nəsillərə  ataların,  babaların 
q
əhrəmanlıqla dolu həyatından bir yadigar qalsın. İnsanların bir  
zaman unuda bil
əcəklərini  qoy  olduğu  kimi kino lentində 
saxlayaq. Sabah  g
ələcək nəslimiz bizi utanqanlıq  üstündə  
qınamasın”  
R.Rza  C
ənubi Azərbaycanın    iftixar  dolu    həyat 
s
əhnələrini  Təbrizə səfərində  lentə köçürüb əbədi olaraq tarixə 
saldı. Azərbaycanı tanıdan və bu torpaqda baş verən həqiqətləri 
dünyaya b
əyan edən sənədli və tarixi bir əsər yaratdı; - ”Arazın 
o tayında” filmini çəkməklə. 
 
 
T
əbrizin yolları oyum-oyumdur 
Yanıq dağdan qalxan duman olaydım. 
D
ərdli könüllərdə ümid olmasam 
Heç olmasa z
əif güman olaydım. 
 
Bu misraları Rəsul Rza  50 -ci illərdə yazıb. Xalq yazıçısı 
Anarın  təbirincə  desək,45-ci ilin 21 Azər fərəhi də, 46-cı  ilin 
yen
ə  də  21 Azər  faciəsi də  Şimali  Azərbaycan  ziyalılarının 
(el
əcə  də  Rəsul Rzanın-P.M.)  şahidi  olduqları  hadisələr idi. 
 
 



 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
R
əsul Rza  Təbrizdən  əbədi    ayrılığının    xiffətini çəkərək 
yaradıcılığında bu duyğuları əks etdirmişdi.  
40-
cı illərin  birinci yarısında Quzey Azərbaycan ədəbiy-
ya
tında Cənub    mövzusunda    yazılmış  ilk  əsərlərdən biri də 
R.Rza
nın “Hilal”  poeması idi. 
R
əsul  Rzanın  Cənub  mövzusunda  yazdığı  əsərlərindən  
v
ə  “Arazın  o  tayında”  filmindən  başqa  Güney  Azərbaycan 
qarşısında digər xidməti “Azərbaycan” jurnalının baş redaktoru 
kimi  f
əaliyyəti ilə  bağlıdır.    Deyilənlərə  aydınlıq  gətirmək 
üçün bu mövzudan 
ətraflı bəhs etmək yerinə düşərdi.  
İkinci dünya müharibəsi illərində Stalinin İrana,özəlliklə 
Güney Az
ərbaycanla  bağlı  müəyyən niyyət və  planları  vardı. 
Stalin Güneyd
ə  tapdanan hüquqları uğrunda mübarizəyə qalx-
mağa  hazır  olan  sosial-siyasi qüvvələrin  mövcudluğunu    da 
bilirdi.  
Dig
ər bir tərəfdən isə  sovet  qoşunlarının  həmin  əraziyə 
daxil olması üçün şərait yetişmiş, Qırmızı ordu 1941-ci il av-
qustun 25-d
ə  sərhədi keçib, Güney Azərbaycana daxil 
olmuşdu.  
Quzeyli 
qardaşları  ilə  yaxınlığa  Cənubda  güclü meyil 
olması  Stalinin  cənub  haqqında  düşünülmüş  gizli  planlarına 
tam  cavab  verirdi.  Qırmızı  ordu  ilə  birlikdə  bir qrup 
Az
ərbaycan  ziyalıları  da  Təbrizə  gəldi.  Başda  M.C.  Bağırov 
olmaqla r
əhbər partiya və  dövlət  işçiləri,  ziyalıları,  hərbi 
qulluqçuları  və  s. üzərinə  fövqəladə  və  səlahiyyətli bir vəzifə 
Güney Az
ərbaycanda milli-mədəni və  siyasi dirçəlişə  yardım 
v
əzifəsi qoyulmuşdu.
 
 
Siyasi büronun q
ərarı ilə bu sahədə görüləcək işlər müəy-
y
ənləşdirilmişdi və qərardakı bəndlərin bir neçəsi mədəniyyət 
m
əsələləri ilə  bağlıydı.İlk  illər  ərəb  əlifbası  ilə  Azərbaycan 
dilind
ə  üç qəzet nəşr etmək nəzərdə tutulmuşdu Qeyd etmək 
lazımdır ki, yerli əhali arasında siyasi, ideoloji, mənəvi, mədəni 
iş  aparmaq  və  həm də  onlara  qayğı  göstərmək məqsədi ilə 
 
 
10 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
M.C.Bağırovun təşəbbüsü ilə Azərbaycan K(b)P MK-nın katibi 
Əziz  Əliyevin  rəhbərliyi  altında  xüsusi  qrup  yaradılmışdı.  Bu 
qrupda t
əbliğat  məsələləri, inzibati-təsərrüfat  işləri, xüsusi 
əməliyyatların  aparılması  ilə  ayrı-ayrı  şəxslər məşğul  olurdu. 
T
əbrizdə Azərbaycan dilində çıxacaq ordu qəzetinin redaktor-
luğu Mirzə İbrahimova tapşırılmışdı. «Vətən yolunda» adlanan  
bu q
əzetlə yanaşı digər şəhərlərdə Urmiyada Zülfəli İbrahimo-
vun redaktorluğu ilə Azərbaycan dilində «Qızıl əsgər», Rəştdə 
is
ə  Xasay Vəzirovun  redaktorluğu  ilə  fars dilində  «Sərbaze 
sorx» (Qızıl əsgər) qəzetləri çıxırdı. 
Sentyabrın  21-dən Cənubi Azərbaycanda fəaliyyətə  baş-
la
mış  missiya  tez  bir  zamanda  əhalinin rəğbətini qazana 
bilmişdi. 
Az
ərbaycan dilində  çıxan  mətbu nümunələrini  xalq ara-
sındakı  nüfuzunu  göstərmək üçün yerli müəllif  M.Biriyanın 
yazdığı məqaləyə nəzər salmaq kifayətdir - ” Mehrin (oktyabr 
ayı nəzərdə tutulur – P.M.) 22-də saat 10 radələrində Tərbiyət 
xiyaba
nı qarşısından keçərkən əhalinin bir nəfər kiçik oğlanın 
dövr
əsinə  yığışaraq  qəzet almagını  gördüm.  Saqqalı  ağarmış 
bir qoca kişi əlində pul tutaraq camaatı itələyə-itələyə ruznamə 
almaq ist
əyirdi. Müsaidə  edərək ruznamənin  birini  alıb  ona 
verdim. O,  ruznam
əni sevincək alaraq dedi: “Ağa,  əgər 
mümkün olarsa bir az oxu gör
ək nə  yazırlar?”  Onun  xahişini 
yer
ə  salmadım,  oxudum.  Qoca dərindən bir ah çəkdi. Mən 
heyr
ətlə  səbəbini sual etdim. O,  üzünü mənə  tutub:  -  “Çox 
şükür  ki,  belə  sadə  dildə  yazırsınız”,  -  dedi və  ruznaməni 
əlimdən  alıb  mənimlə  xudahafizləşdi. Və  ömrünün son 
ill
ərində Azərbaycan dilində yazılmış ruznaməni əlləri titrəyə-
titr
əyə başqalarına göstərmək üçün sürətlə getdi»  
Sovet-alman c
əbhəsində  vəziyyətin gərgin xarakter 
alması  Güney  Azərbaycanda  olan  siyasi  işçilərin  Bakıya  geri 
çağırılması  ilə  nəticələnmişdi.  Sovetlər Birliyi bir də  bu mə-
s
ələyə  böyük müharibədə  əsaslı  döyüş    başa  çatdıqdan  sonra 
 
 
11 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə