ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   2   3   4   5   6   7   8   9   10   ...   118

 
20 
 
köklərə  malik  olduğunu  sübuta  yetirmək  üçün  mühüm  əhəmiyyət 
kəsb edir. Bir sıra ənənələri özündə ehtiva edən mərasimlərdə və ta-
rixən formalaşan adətlərdə xalqa xas olan keyfiyyətlər özünü bütün 
çalarları ilə birlikdə qabarıq şəkildə təcəssüm etdirir. Xalqın psixo-
logiyasını,  dünyagörüşünü,  bu  və  ya  digər  məsələyə  bəslədiyi  mü-
nasibətini,  eyni  zamanda  dini  təsəvvürlərini  üzə  çıxarmağa  imkan 
yaradan adət və ənənələr öyrənilməyə dəyər. Göründüyü kimi, ailə 
məişəti  özünəməxsus  çalarlara  malik  olmuşdur.  Azərbaycanın  ailə 
məişətinin etnoqrafik cəhətdən öyrənilməsində əhəmiyyət kəsb edən 
adətlərdən biri də qızbəyənmə, elçilik və nişanlanmadır. 
 
 


 
21 
 
QIZBƏYƏNMƏ  VƏ  ELÇİLİK 
Qızbəyənmə,  elçilik  və  nişanlanma  adətləri  toy  mərasiminə  
qədər icra olunan ilkin mərhələni təşkil edir. Orta əsrlərdə bu adətin 
icra olunması barədə məlumatlarımızın mənbəyini xalq yaradıcılığı 
nümunələri və orta əsr müəlliflərinin əsərləri təşkil edir. 
Gələcək  ailə  həyatının  qurulmasında  əsas  məsələlərdən  biri 
məhz gəlinliyə namizədin seçilməsidir. Bu vacib məsələ kimi ailə-
nin evlilik planlarında hər bir dövr üçün əhəmiyyətli yer tutmuşdur. 
Belə ki, hər bir ailə öz daxili qaydalarına uyğunlaşa biləcək, evin tə-
ləblərinə  uyğun  şəkildə  davranacaq  və  əsli,  nəsli  öz  səviyyələrinə 
müvafiq  olan  bir  qızı  özlərinə  gəlin  seçməyi  əsas  şərt  hesab  et-
mişdir.  Eyni  zamanda  gəlin  seçilən  qızın  sağlamlığı,  təsərrüfatda 
yaxşı  işləyə  bilməsi,  zirək  olması,  əməksevərliyi  də  əksər  ailələr 
üçün  vacib  şərt  sayılmışdır.  Bütün  bu  deyilənlər  orta  əsrlər  döv-
ründə də əhəmiyyətli məsələlərdən idi.   
Orta  əsrlərdə  evlilik  məsələlərində  qızların  özlərinin  bilavasitə 
gələcək həyat yoldaşını seçmə hüququ yox idi. Bu məsələ böyüklə-
rin  məsləhəti  və  yaxın  adamların  tövsiyələri  ilə  həll  edilirdi.  Qıza 
söz haqqı düşmürdü. Bu isə bir ürək yanğısına çevrilərək aşağıdakı 
bayatıların  yaranmasına  səbəb  olmuşdur.  Bayatılardan  birində  belə 
deyilir ki, 
 
Kisə tikdim olmadı, 
Suya saldım, solmadı, 
Elçi dilin qurusun 
Özüm sevən olmadı (32, 16).  
 
Əslində burada ümumiyyətlə qadına münasibət məsələsi bilava-
sitə özünü göstərir. Görkəmli  tədqiqatçı S.A.Tokarev qeyd edir ki, 
ailə mənəviyyatına və cinslər arasındakı münasibətlərə islami baxış-
larda patriarxal nəsli quruluşun təsiri özünü əks etdirirdi. Qadın tabe 
olan  varlıqdır.  Bununla  yanaşı,  Quranda    qadının  insani  və  vətən-
daşlıq  hüquqları  da  tanınır.  Kişinin  qadına  hədsiz  zülmkarlığı  qı-
nanır, mülki və irsi hüququnun olduğuna işarə edilir. (25, 527)
  


 
22 
 
Ailədə  atanın  sözü  əsas  olsa  da,  lakin  bu  bütünlüklə  orta  əsr-
lərdə  qadınların  sosial  statusunun  yoxluğu  demək  deyildir.  Sadəcə 
qızlar  erkən  yaşlarından  ərə  verilirdi  və  burada  əsas  qayğı  anaya 
məxsus olurdu. Qızı razılığa gətirmək, təbliğat aparmaq və məsləhət 
vermək ananın öhdəsinə düşürdü.  
Ailədə  bütün  problemləri  təkcə  onun  başçısı  sayılan  kişidən 
asılı deyildi. Burada eyni zamanda evin xanımından da tələb olunan 
işlər vardı. Bu məsələ özünü xüsusən qızbəyənmə və elçilikdə daha 
qabarıq  göstərirdi.  Oğlan  evində  qızın  seçilib  bəyənilməsində  əsas 
rol anaya məxsus idi.  
Elçilik  adəti  ailə  qurulmasında  əhəmiyyətli  mərhələdir.  Qeyd 
etməliyik ki, etnoqraf alim Hacı Qadir Qədirzadə də ailə məişəti ilə 
bağlı  adətləri  və  etnogenetik  əlaqələri  tədqiq  edərkən  qızbəyənmə 
adətinin  türkdilli  xalqlarda  mövcudluğu  məsələsinə  toxunmuşdur. 
Bir  adət  kimi  elçilik  nəinki  bütün  türkdilli  xalqlarda  icra  olunur, 
eləcə də digər xalqlar üçün də xarakterikdir. 
Qızbəyənmə adəti orta əsrlərdə müxtəlif şəkildə icra olunurdu. 
Birincisi  odur  ki,  analar  öz  evlilik  çağına  çatmış  oğullarını  evlən-
dirmək üçün xeyir mərasimlərində və xüsusən də hamamda qızlara 
göz qoyurdular. Bu işdə əsas rol anaya və bacıya (bəzi hallarda isə 
yaxın qohumlara) məxsus idi. İkincisi isə, oğlanlar özləri görüb bə-
yəndikləri qızlara elçi göndərilməsini arzu edirdilər. Nəhayət, yaxın 
dostlar və ya qohum ailələr xalq arasında mövcud olan göbəkkəsmə 
(beşikkərtmə) adəti ilə körpə yaşlı uşaqlarını erkən vaxtlardan etiba-
rən deyikli elan edirdilər və məlum olduğu kimi, burada əsas seçim 
valideynlərdən asılı olurdu. Bu adət təkcə Azərbaycanda deyil, eyni 
zamanda  başqa  türk  mənşəli  xalqlarda  da  indiyədək  mövcuddur. 
Eyni  vaxtda  yaxın  dostların  birinin  qızı,  o  birinin  oğlu  olardısa  və 
ya birinin oğluna müvafiq digərinin qızı müəyyən yaş fərqilə uyğun 
gələrdisə,  valideynlər  arasındakı  sözləşmə  ilə  onlar  deyikli  sayılır-
dılar.  Bu  hal  «Kitabi–Dədə  Qorqud»  dastanında  da  belə  əks  olun-
muşdur:  «Baybican  bəy  dedi:  «Bəylər,  siz  şahid  olun,  Allah-taala 
mənə  bir  qız  verərsə,  Baybörə  bəyin  oğluna  göbəkkəsmə  adaxlı 
olsun!»  (31,  150)  Etnoqrafik  məlumatlar  təsdiq  edir  ki,  bu  zaman 


 
23 
 
qızın  beşiyini  bir  balaca  kərtirdilər.  Bəzən  isə  əmi  uşaqlarının  da 
beşikkəsməsi olduğu bir sıra mənbələrdən aydın olur.  
Qızbəyənmə  və  elçiliyin  orta  əsrlərdə  nə  cür  icra  olunduğunu 
hərtərəfli öyrənmək üçün həmin dövrlərdə yaşayıb-yaradan müxtəlif 
müəlliflərin (şair və mütəfəkkirlərin, müxtəlif mənbə müəlliflərinin) 
əsərlərinə müraciət etmək zəruridir. Belə ki, hər bir müəllifin özünə-
məxsus şəkildə təsvir etdiyi ailə ilə bağlı məsələlər onların əsərləri 
boyunca səpələnmişdir.  Buna görə də onların hamısını seçib təqdim 
etmək vacibdir. 
Orta əsrlərdə qızbəyənmə və elçilik məsələləri  ilə bağlı onu da 
qeyd  etməliyik  ki,  nikah əlaqələri  əksər vaxt  sosial  bərabərlik əsa-
sında qurulurdu. Bərabər zümrələr arasında nikahın rəsmiləşdirilmə-
si məsələsi qız bəyənilərkən də əsas şərt hesab olunurdu. Lakin ən 
əsas qız anasının öz şəxsi hörməti sayılırdı. Atalar məsəllərində də 
deyildiyi  kimi,  «Qırağına  bax,  bezini  al,  anasına  bax,  qızını  al», 
«Anası çıxan ağacı balası budaq-budaq gəzər».  
Orta əsrlərdə seçiləcək gəlinin hansı cəhətlərinə diqqət yetirildi-
yi maraq doğurur. Bu barədə orta əsr müəlliflərinin əsərlərində mü-
hüm məlumatlar mövcuddur. Məsələn, orta əsrin böyük mütəfəkkiri 
Qəzali  qadında  göstərilən  xüsusiyyətlərin  olmasını  mühüm  sayırdı 
ki,  bu  da  aşağıdakılardan  ibarətdir:  din,  xoşxasiyyətlilik,  gözəllik, 
mehr yüngüllüyü, doğmaq qabiliyyəti, bakirəlik, əsil-nəsəb (30, 73). 
Fars  nəsrinin  görkəmli  əsəri  «Qabusnamə»də  də  qızbəyənmə  ilə 
bağlı  məqamlar  vardır.  Burada  deyilir  ki,  həyat  yoldaşı  seçilərkən 
onda əsas xüsusiyyətlər ismət, namus, dindar, evdar, təmizkar, başı-
aşağı,  üzüyola,  əlidüz  və  malyığan  olmasıdır.  (33,  113)  Bu  Azər-
baycan xalqı ilə minilliklər boyu yanaşı, yaşayan farsların vahid bir 
təfəkkür tərzinə malik olmaları barədə fikir söyləməyə imkan verir. 
Eyni  mahiyyət  daşıyan  fikirləri  N.Tusi  yaradıcılığında  da  izləmək 
mümkündür.  
XIII  əsrin  tanınmış  mütəfəkkir  alimi,  görkəmli  şəxsiyyəti  və 
dövlət  xadimi  olan  Nəsirəddin  Tusi  özünün  məşhur  «Əxlaqi–Na-
siri» əsərində deyilən məsələ ilə əlaqədar yazır ki, «bakirə bakirə ol-
mayandan  daha  yaxşıdır:  ərin  tərbiyəsini  qəbul  etməyə,  onun  xa-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə