Siyasi sabitlik prosesinin mahiyyəti



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
siyasi sabitlik

RADİKAL İSLAHATLAR
– cəmiyyətin siyasi və iqtisadi quruluşunun əsaslarını 
dəyişir və sosial həyatın bir çox istiqamətlərini əhatə edir: dövlət quruluşu, ölkə 
təsərrüfatı, təhsil, elm, hərbi kompleks, məhkəmə hakimiyyəti və s. sahələri. Radikal 


islahatlara əsas misal kimi, Rusiyada Yeqor Qaydarın “Şok terapiyası” kimi 
islahatlarını göstərmək olar. Radikal islahatların demək olar ki, hamısı cəmiyyət 
üçün çox ağrılı olur və çox halda iflasla nəticələnir. Radikal islahatları keçirmək 
üçün tələb olunan məcburi şərait əhalinin əksəriyyətinin maddi rifah halının kəskin 
pisləşməsinə səbəb olan dərin iqtisadi böhrandır. 
YUMŞAQ İSLAHATLAR
- mövcud sistemin onun fundamental əsaslarına 
toxunmadan modernizasiyasını təmin edir. Bu dəyişikliklərə misal kimi
iqtisadiyyatın dövlət tənzimləməsini dərəcəsinin aşağı salınması, rəqabətin inkişaf 
etdirilməsi, azad sahibkarlığa dövlət dəstəyinin səviyyəsini artırılması, əhaliyə sosial 
dəstəyin səviyyəsinin artırılması və s göstərmək olar. Bu tip islahatlar daha səmərəli 
və qəbul edilən olur. 
MİNİMAL İSLAHATLAR
– yalnız tənzimləmə xarakteri daşıyır və siyasətdə
iqtisadiyyatda, idarəetmə sistemində mövcud olan mexanimlərdə cüzi dəyişiklikləri 
əhatə edir. 
İslahat aparan bir çox ölkələrin təcrübəsi göstərir ki, islahatların nəticələrinin uğurlu 
olması islahat prossesinin ardıcıl və dönməzliyi ilə bağlıdır. Eyni zamanda əks 
islahatçı qüvvələrin fəaliyyətlərinin neytrallaşdırılması da islahatların uğurlu 
nəticələrinə birbaşa təsir edir. Məşhur islahatçı, Çar Rusiyasının baş naziri P.Stolıpin 
deyirdi: “Dövlətə 20 il daxili və xarici sabitlik verin və siz indiki Rusiyanı 
tanımayacaqsız”. 1911-ci ildə Stolıpini güllələməklə dövlətə bu müddəti vermədilər, 
nəticələr isə: inqilab, terror, aclıq, müharibə, geriləmə və s. oldu. [2] 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə