Siyasi sabitlik prosesinin mahiyyəti


Partiyalaşmanın siyasi həyata təsiri



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   ...   10   11   12   13   14   15   16   17   18
siyasi sabitlik

Partiyalaşmanın siyasi həyata təsiri. 
Demokratik inkişaf yolunu seçən bütün ölkələr üçün çoxpartiyalılıq xarakterik 
əlamətlərdən biridir. Çoxpartiyalılığın olması cəmiyyətdə siyasi fəallığın 
artırılmasında önəmli çəki daşlarından sayılır. Bir çox politoloqlar hesab edir ki, 
demokratik cəmiyyətdə çoxpartiyalı sistemin mövcudluğu cəmiyyət üzvlərinin 
siyasi fəallığını artırır və bu dəyişiklik insanlar arasında siyasi şüurun 
formalaşmasına təkan verir. Demokratiya yolunu seçən Azərbaycan üçün də 
çoxpartiyalılıq xarakterik haldır. Azərbayan şərqdə ilk demokratik respublikanın 
yaradıldığı ölkədir. 1918-ci ilin mayın 28-dən sonra qurulan Demokratik 
Respublikada çoxpartiyalılığa geniş şərait yaradılıb və parlamentdə çoxlu sayda 
partiya təmsil olunub. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyinin bərpasından 
sonra da qurulan siyasi sistemdə çoxpartiyalılığa imkan verilib. 1995-ci ildə qəbul 
edilən Konstitusiyasında insanların birləşmək hüququ tanınır. Konstitusiyanın 58-ci 
maddəsində qeyd edilir ki, hər kəs başqaları ilə birləşmək hüququna sahibdir. Hər 
kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai 
birlik yaratmaq və ya mövcüd birliyə daxil olmaq hüququna malikdir. Bütün 
birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kim hər hansı birliyə daxil olmağa 
və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının 
bütün ərazəsində və ya hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək 
məqsədi güdən birliklər isə qadağandır. Konstitusiyanı və qanunları pozan 
birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Bütün müasir 
siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm 
xasdır. Siyasi partiyalar qanunverici və yerli özünüidarəetmə orqanlarında təmsil 
olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək 
imkanı qazanır. Çoxpartiyalılığın mövcudluğu ilk növbədə partiyaların seçkidə 
iştirakı zamanı özünü təzahür etdirir. Xarici İşlər Nazirliyinin seçki sistemi ilə bağlı 
şərhində qeyd edilir ki, azad və demokratik seçkilərin keçirilməsi və belə seçkilərin 


keçirilməsinə imkan yaradan seçki qanunvericiliyinin mövcudluğu demokratik 
cəmiyyət quruculuğunun əsas komponentlərindən biridir. Bu baxımdan 
Azərbaycanda ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün mühüm qanunvericilik 
özülü formalaşdırılıb. [1]
Seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsinə, aparıcı beynəlxalq 
təşkilatlarla əməkdaşlıqda hazırlanan və müasir demokratik seçki prinsip və 
normalarını özündə əks etdirən, cəmiyyətin geniş dairələrinin də müzakirəsinə cəlb 
edildiyi Seçki Məcəlləsi mövcuddur. Sənədin hazırlanması ilə bağlı ilk növbədə 
Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan 
Hüquqları Bürosu (ATƏT/DTİHB) və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla 
(İFES) sıx əməkdaşlıq edilib. 2002-ci ilin ortalarından etibarən qeyd olunan 
təşkilatlarla edilən əməkdaşlıq nəticəsində bu təşkilatların Seçki Məcəlləsinin 
layihəsinə dair təklif etdikləri tövsiyələrin demək olar ki, hamısı Seçki Məcəlləsinin 
layihəsinə daxil edilib. Seçki Məcəlləsi ölkədə Prezident, Parlament və bələdiyyə 
seçkilərinin, eləcə də referendumun keçirilmə qaydalarını müəyyənləşdirir. Eyni 
zamanda, Seçki Məcəlləsi Mərkəzi Seçki Komissiyasının və seçki komissiyalarının 
təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirir. Bu sahədə əvvəlki qanunlarla 
müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha 
möhkəm hüquqi bazis yaradaraq, namizədlərin qeydiyyatı və seçki komissiyalarının 
fəaliyyəti də daxil olmaqla, seçkilərin bütün aspektlərinin təkmilləşdirilməsinə 
imkan yaradıb. Azərbaycan hökuməti ölkədə demokratik və Avropa standartlarına 
cavab verən seçkilərin keçirilməsinə mühüm önəm verir və bu istiqamətdə nüfuzlu 
beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və daim bu əməkdaşlığın davam 
etdirilməsinə hazırdır. Azərbaycan hökuməti seçkilər sahəsinin əhəmiyyətini nəzərə 
alaraq, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də seçkilərə hazırlıq 
və seçkilərin keçirilməsi istiqamətində gələcəkdə də qarşılıqlı və konstruktiv ruhda 
əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Bu baxımdan, aparıcı beynəlxalq 
təşkilatların MSK və seçki komissiyalarına, onların üzvləri üçün treninq və 
seminarların təşkili, əhalinin seçkilərlə bağlı məlumatlılığının artırılması sahələrində 
yardımı yüksək qiymətləndirilir. Azərbaycanda çoxpartiyalılığı dövlət qeydiyyatına 
alınan partiyaların sayı da nümayiş etdirir. Mərkəzi Seçki Komissiyasının 
məlumatına əsasən, Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. 
Dövlət qeydiyyatından keçən ilk partiya Azərbaycan Milli İstiqlal Partiyası (1992-
ci ilin iyulu), son partiya Milli Dirçəliş Hərəkatı Partiyasıdır (2011-ci ilin mayı).
Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə