Siyasi sabitlik prosesinin mahiyyəti


partiyaların nümayəndələri son dərəcə məhdud saydadır



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə16/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   ...   10   11   12   13   14   15   16   17   18
siyasi sabitlik


partiyaların nümayəndələri son dərəcə məhdud saydadır. 
Son onillikdə daha çox seçici özünü "müstəqillər" kateqoriyasına aid edir və bir çox 
ştatlarda onlara bu qismdə seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçməyə 
icazə verilir. Buna baxmayaraq, içtimai rəy sorğularının nəticələrinə görə, hətta 
özlərini müstəqil kimi təqdim edən seçicilər belə, adətən öz əqidələrinə uyğun gələn 
iki aparıcı siyasi partiyadan birinin tərəfinə keçirlər. 
Maliyyə imkanları məhdud olan, geniş tərəfdarlar dairəsinə söykənməyən 
partyaların nümayəndələri adətən seçkili orqanlarda təmsil oluna bilmirlər. 
Amerikanın seçki sistemində mövcud olan, "hər şey qalibə məxsusdur" mahiyyəti 
daşıyan qaydalara görə yeni partiyaların milli səviyyədə hər hansı nüfuz əldə etməsi 
çox çətindir. 
Nə üçün yaxşı maliyyə resurslarına malik üç yox, iki ümummilli partiya var? Bu, 
xüsusi olaraq onunla izah edilir ki, mövcud iki partiya seçicilərə kifayət qədər azad 
seçim imkanı verir. Digər tərəfdən isə amerikalılar kəskin siyasi baxışları o qədər də 
sevmir və hər iki partiyada yeni ideyalara açıq münasibət göstərirlər. 
Həyata keçirildiyi ölkədəki siyasi proseslərin xarakterindən asılı olaraq bloklaşma 
prosesi həm seçkiqabağı kompaniya zamanı, həm də seçkidən sonra baş verə bilər. 
Seçkidən əvvəl formalaşmış bloklarla, seçkidən sonra qalib partiyanın 
formalaşdırdığı blok bir-birindən xarakterinə görə fərqlənir. Seçkidən əvvəl 
formalaşmış blokların əsas məqsədi qələbəyə nail olmaqdırsa, seçkidən sonrakı 
blokların əsas təyinatı idarəetmənin uzunömürlülüyünü və siyasi sabitliyin 
qorunmasını təmin etməkdir. 
Seçki hüququnun həyata keçirilməsində mühüm rol oynayan şərtlərdən biri 
səsverməni təşkil etmək forması, yəni seçicilərin rəyini daha adekvat şəkildə əks 
etdirməyə imkan verən səsvermə forması hesab edilir. Səsvermə prosesini həyata 
keçirmək üçün tətbiq edilən konkret seçki forması seçki sistemi anlayışı ilə ifadə 
edilir. Seçki sistemi dedikdə vətəndaşların seçkili dövlət orqanlarının seçilməsində 
iştirakını, habelə seçicilərlə seçkili dövlət orqanlarının üzvləri arasında əlaqələri 
müəyyən edən qaydalar başa düşülür. Zahirən belə düşünmək olar ki, seçki sistemi 
səsvermə prosesinin yalnız texniki tərəfini, yəni seçkili orqanda yerlərin seçicilərin 
İradəsinə uyğun olaraq ədalətli təmsil edilməsi texnologiyasını əks etdirir. Lakin 
əslində isə hər hansı ölkədə bu və ya digər seçki sisteminə üstünlük verilməsi ölkənin 


siyasi rejiminin xarakterindən, siyasi sistemindən, sosial-etnik tərkibindən, habelə 
həyata keçirilən dövlət siyasətindən asılı olur. 
Seçkilərin həyata keçirilməsinin müxtəlif formaları mövcuddur və bu sistemlərin 
müəyyən özünəməxsus xüsusiyyətləri vardır. Səsvermənin nəticələrini 
müəyyənləşdirmək qaydasından asılı olaraq əsasən mojaritar və proporsional seçki 
sistemlərindən istifadə edilir. Məsələn, Majoritar və Proporsional sistemlərin həm 
müsbət həm də mənfi tərəfləri var. Majoritar sistemlərdə millət vəkili ilə onu seçən 
icma arasında münasibət daha yaxın olur. Yəni, burada namizədlər seçki qabağı
tədbirlərdə şəxsən iştirak edir və öz seçicilərini daha yaxından tanıyırlar. Lakin bu 
sistemdə ərazi üzrə yalnız bir namizəd qalib gəldiyindən, ölkə miqyasında kiçik 
partiyaların fəaliyyəti məhdudlaşır. Bu isə getdikcə partiyaların sayının azalmasına 
gətirib çıxarır. Hazırda bu sistemdən ABŞ, Hindistan, Böyük Britaniya və Kanada 
da uğurla istifadə edilir. Proporsional seçki sistemindən isə İsrail, Avstriya, 
Hollandiya, Portuqaliya və İsveç kimi ölkələrdə istifadə edilir. Proporsional sistem
öz növbəsində çoxlu sayda partiyaların yaranmasına və çoxlu sayda fikirlərin 
səslənməsinə təkan verir. Lakin bu sistemdə, partiyalar fəaliyyətləri zamanı diqqəti 
ayrı-ayrı icmalara yox, bütövlükdə ölkəyə yönəldirlər. Buna görə də seçici öz 
problemini bir millət vəkilinə yox, bütöv partiyaya ünvanlamalı olur. Bu müsbət və 
mənfi məqamları nəzərə alaraq, bir çox ölkə, seçkiləri qarışıq sistemlə keçirir. Belə 
sistemlərdə seçicilərə həm majoritar, həm də proporsional səs vermək imkanı verilir. 
Əvvəllər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər qarışıq seçki sistemi 
əsasında həyata keçirilirdi. Lakin Azərbaycan Respublikası Konstitusiyasında 
dəyişikliklər edilməsi haqqında 2002 il avqustun 24 ümumxalq referendumunda 
qəbul edilmiş dəyişikliklər nəticəsində Milli Məclisə yalnız majoritar seçki sistemi 
əsasında seçkilərin keçirilməsi müəyyən edildi. 
Demokratik seçkilərin keçirilməsi müasir vətəndaş cəmiyyətinin qurulmasının ən 
mühüm şərtlərindəndir 
Seçki hüququnun pozulmasına görə məsuliyyət nəzərdə tutan normaların 
təkmilləşdirilməsi yüksək demokratik tələblərə cavab verən seçkilərin 
keçirilməsinin təmin edilməsinə xidmət göstərir 
Seçki hüququ ən vacib, zəruri və əsas insan hüquqlarından biridir və onun nə 
dərəcədə dolğun və tam həyata keçirilməsindən, təmin olunmasından cəmiyyətdə 
stabilliyin və qanunçuluğun vəziyyəti, hüquqi dövlətin prinsiplərinin bərqərar 
olması, demokratiyanın inkişafı çox asılıdır. Seçkilər demokratiyanın təmin 
edilməsində və inkişaf etməsində mühüm rol oynayırlar ki, bu da seçkilərin 
vətəndaşları dövlətin idarə olunmasına cəlb edilməsi vasitəsi olması ilə əlaqədardır. 
Seçkilər, eyni zamanda, vətəndaşların siyasi fəallığının artmasında mühüm 


əhəmiyyətə malikdirlər. Təsadüfi deyildir ki, BMT -nin Baş Assambleyasının 1948-
ci il 10 dekabr tarixli 217 saylı qətnaməsi ilə qəbul və bəyan olunmuş insan hüquqları 
sahəsində ən nüfuzlu beynəlxalq sənəd olan “Ümumdünya İnsan hüquqları 
Bəyannaməsi”nin 21-ci maddəsinin 3-cü hissəsində deyilir: “Dövlət hakimiyyətinin 
əsasında xalqın iradəsi durmalıdır. Bu iradə ümumi və bərabər seçki hüququ 
əsasında gizli səsvermə yolu ilə, yaxud səsvermənin azadlığını təmin edən eyni 
mənalı formalarda keçirilən vaxtaşırı və saxtalaşdırılmamış seçkilərdə öz əksini 
tapmalıdır”. 
Vətəndaş cəmiyyətində demokratiyanın bərqərar edilməsinin ən sağlam yolu 
seçkilərdir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri 
sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin 
təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq 
etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Seçkilər 
və referendum zamanı hakimiyyət faktiki olaraq, seçki məntəqələrinə gedərək 
hakimiyyət orqanlarının nümayəndələrinə səs verən xalqın əlinə keçir. Bu mühüm 
vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur. 
Ən mühüm prinsip seçkilərin dövlət hakimiyyəti orqanlarını formalaşdıran əsas 
vasitə kimi qəbul edilməsi sayılmalıdır. Həmin prinsip aşağıdakı ünsürləri özündə 
birləşdirir: birincisi, xalqın real seçki hüququna, yəni seçmək və seçilmək hüququna 
malik olması; ikincisi, nümayəndəli orqanların, müxtəlif səviyyələrdə icra 
orqanlarının rəhbərlərinin seçkili olması; üçüncüsü, bərabər seçki hüququnun tətbiq 
edilməsi; dördüncüsü, seçicilərin seçkilərin obyektiv gedişinə təsir göstərmək 
imkanı. 
Yuxarıda qeyd etdiklərimiz bir daha onu göstərir ki, seçkilərin həyata keçirilməsi 
cəmiyyətin siyasi həyatında mühüm rol oynayır. Əlbəttə ki, seçkilərin hansı formada 
keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə isə seçki prosesinin həyata 
keçirilməsi və seçki sisteminin tətbiqi siyasi sabitliyə əsaslı şəkildə təsir göstərir. 
Beləliklə bu qənaətə gəlmək mümkündür ki, siyasi sabitliyə təsir baxımından seçki 
mexanizmi xüsusi rola malikdir. 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə