Siyasi sabitlik prosesinin mahiyyəti


Partiyaların 36-ı 90-cı illərdə qeydiyyatdan keçib. Hazırda iqtidarda olan Yeni



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə14/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   ...   10   11   12   13   14   15   16   17   18
siyasi sabitlik


Partiyaların 36-ı 90-cı illərdə qeydiyyatdan keçib. Hazırda iqtidarda olan Yeni 
Azərbaycan Partiyası 1992-ci ilin noyabrında dövlət qeydiyyatına alınıb.[1]


Müasir dünyanın siyasi həyatında blok və koalisiyaların yaradılması çox mühüm rol 
oynayır. Hakimiyyətə can atan, öz məqsədlərini reallaşdırmaq istəyən qruplar öz 
ətraflarında daha çox qüvvənin toplanmasında maraqlıdırlar. Demokratik 
dövlətlərdə bu proseslər sivil üsullarla həyata keçirilir. Bu cür dövlətlərdə siyasi 
proseslərin gedişini siyasi partiyalarla yanaşı, siyasi partiyaların yaxından iştirakı ilə 
yaradılmış birliklər müəyyən edir. Siyasi blokların formalaşması üçün çoxpartiyalı 
sistem vacib şərtdir. Lakin elə çoxpartiyalı dövlətlər mövcuddur ki, onlarda artıq 
özünəməxsus çoxpartiyalılıq ənənələri mövcuddur və bu da müəyyən mənada siyasi 
partiyaların ciddi bloklaşmasını qeyri-müəyyən edir. Ənənəvi ikipartiyalı sistemin 
mövcud olduğu Böyük Britaniya, ABŞ elə dövlətlərdəndir. Bir sıra siyasi 
sistemlərdə isə seçicilərin səsləri o qədər səpələnir ki, bloklaşma olmadan keçinmək 
mümkün deyil. Bu cür 115 hallarda bloklar siyasi sabitliyin təminatçısı rolunda çıxış 
edirlər. Sosialist düşərgəsinin dağılması bu düşərgəyə məxsus ölkələrdə blok və 
koalisiyaların yeni dalğasını yaratdı. Əlbəttə, yeni yaranmış bu birliklər stabil 
deyildilər. Qısa müddət ərzində bu birliklər çoxlu sayda partiyalara, hərəkatlara 
bölündü və bu bölünmə nəticəsində yeni blokların formalaşma prosesi indi də davam 
edir. Bloklaşmada müstəqil element kimi elita da iştirak edir, lakin elitanın bu 
proseslərə təsiri birbaşa deyil, dolayısı yolladır. Ümumilikdə, cəmiyyətdə eyni 
zamanda, siyasi sistemdə elitanın rolu danılmazdır. Siyasi partiyaların və maraq 
qruplarının fəaliyyətinin ən yüksək dövrü seçkiqabağı və seçki kompaniyası dövrünə 
düşür. Seçki kompaniyası zamanı cəmiyyətdəki sosial hüquqlar və tələbatlar qabarır, 
ölkədə siyasi qüvvələr qruplaşır və ya yenidən qruplaşır, çoxluğun iradəsinin ifadə 
edilməsi şəklində özünə dəstək tapan sosial-siyasi mənafelər formalaşır.[2] 
Ümumilikdə, belə bir nəzəri müddəa mövcuddur ki, normal siyasi bloklaşma 
meyilləri əsasən, demokratik siyasi cəmiyyətlər üçün xarakterikdir. Bununla belə 
tarix səhnəsində demokratiyanın bərqərar olması uğrunda və yaxud ona təhlükə 
törəndiyi vaxtlarda da demokratik qüvvələrin geniş spektrini əhatə edən siyasi 
bloklarda birləşərək mübarizə apardığının şahidi olmaq mümkündür. Təbii ki, belə 
bloklar çox geniş, bəlkə də ümummilli xarakter daşıyaraq bu və ya digər siyasi qrup 
yaxud qrupların maraqlarından yuxarıda dayanaraq, ümumxalq hərəkatı səviyyəsinə 
çatır. Qeyd olunan xarakterinə baxmayaraq, həmin bloklar da normal siyasi blok 
xüsusiyyətlərinə malik olmaqla siyasi bloklaşma üzrə tədqiqatların obyektinə 
çevrilmişlər. Həmin bloklaşmalar qarşılıqlı inteqrasiya nöqteyi-nəzərindən digər 
bloklardan çox fərqlənirlər. Belə ki, əgər adi bloklarda iştirak edən siyasi partiya və 
digər təşkilatlar öz təşkilati strukturlarını müstəqil şəkildə qoruyaraq blokun 
tərkibində fəaliyyət göstərirsə, haqqında danışdığımız bloklaşmalarda isə bu yoxdur. 
Məhz bu xarakteri də onu adi siyasi bloklardan fərqləndirir. Bu tipli blokun 
yaranmasında siyasi partiyalarla yanaşı, ictimai təşkilatlar, hərəkatlar, dini qurumlar, 
qadın və gənclər 116 təşkilatları və s. iştirak edir. Belə geniş siyasi və ictimai 


strukturları özündə birləşdirmək üçün müxtəlif dövrlərdə müxtəlif dövlətlərdə 
ayrıayrı formalardan istifadə edilmişdir. Xalq Cəbhəsi də belə formalardan biridir. 
İlk dəfə Xalq Cəbhəsi 1935-ci ildə Fransada yaradılmışdır.[2]
Müasir dövrdə Azərbaycanda çoxpartiyalı sistemin formalaşması məsələlərini 
araşdırarkən görərik ki, ölkədə demək olar ki, dünya təcrübəsində normal qəbul 
olunan bütün əsas ideoloji istiqamətlər üzrə siyasi qüvvələr meydana çıxmışdır. 
Digər tərəfdən qeyd etmək lazımdır ki, Azərbaycanda çox sevindirici haldır ki, 
mürtəce ideologiyalara söykənən partiyalara rast gəlinməmişdir. Eyni ideoloji 
istiqamətlər üzrə yaranmış partiyalar arasında isə inteqrasiya meylləri və müəyyən 
mərhələdən sonra bloklaşma perspektivləri ortaya çıxır. Qeyd etdiyimiz kimi, 
Azərbaycanda da müəyyən ideologiyaları əsas tutan xeyli sayda siyasi partiya 
yaranmışdı. Məhz bu da ölkə siyasi sistemi üçün bloklaşma proseslərini labüd edirdi. 
İdeoloji istiqamət üzrə bloklaşma əslində nisbətən yetkin siyasi sistemlər üçün 
xarakterik sayıla bilər. Digər bir misal kimi 2005-ci ildə yaradılmış “Azadlıq” 
blokunu da göstərmək olar. Blokda əsasən mühafizəkar millətçi partiyalar təmsil 
olunsa da, Lalə Şövkətin liderlik etdiyi Liberal Partiya da bu birliyə qoşulmuşdu. 
Əslində liberalizmlə mühafizəkarlıq bir-birləri ilə təxminən əks olan 
ideologiyalardır. Məsələn, konservatorlar bərabərlik 119 dedikdə yalnız insanların 
hüquq bərabərliyini qəbul edirlər, liberallar isə insanı qrup, sinif, din və digər bu 
kimi mülahizələrdən kənar tutaraq, onu ən ali sərvət kimi dəyərləndirir, həmçinin 
kosmopolitizm, humanizm prinsiplərinə əsaslanırlar.[3]
Siyasi partiyaların haqqında söz açdığımız siyasi spektrlərini birbirindən müxtəlif 
prinsiplərlə fərqləndirmək olar. Siyasi partiyaları siyasi spektrlərə bölərkən həmin 
siyasi partiyaların fəaliyyətləri, bu və ya digər məsələdə tutduqları mövqe və yaxud 
strategiyaları əsas götürülür. Bu nöqteyi-nəzərdən ilk növbədə ölkənin siyasi 
həyatında mühüm yer tutan Yeni Azərbaycan Partiyası (YAP) ayrılır. Təbii ki, YAP 
iqtidar partiyası olaraq ayrıca spektr təşkil edir. O, həm üzvlərinin sayına, ictimai-
siyasi nüfuzuna, hakimiyyətdə təmsilçiliyinə, həm də bütün ölkəni əhatə edən 
təşkilati şəbəkəyə malik olmasına və s. görə fərqlənir.[4]
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli 
günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan 
ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının 
yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və 
mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və 
Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan 
biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül 
tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci 
ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin 


əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni 
düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, 
hakimiyyətdə olan və bir birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti 
daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş 
dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış 
insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən 
insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə 
çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin 
şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan 
ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın 
ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün 
xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış 
insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən 
yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli 
Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar 
Respublikasının Ali Məclisinə sədrlik edirdi.
Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı 
hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların 
bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis 
konfransını orada keçirməyə nail oldular.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu 
konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis 
konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın 
Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə 
partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin 
müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük 
tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni 
Azərbaycan Partiyası yarandı.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, 
özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında 
Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş 
cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ 
mərkəzyönümlü siyasi partiyadır.
Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət 
müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin 
qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya 


məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, 
yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında 
duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə 
Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.[5] 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə