Siyasi sabitlik prosesinin mahiyyəti


İslahatların siyasi sabitliyə təsiri



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
siyasi sabitlik

İslahatların siyasi sabitliyə təsiri
 
İslahat 
— qanun səviyyəsində həyata keçirilən dəyişikliklərdir. 
İslahatlar zərurətdən yarandığına görə dövlət hakimiyyəti tərəfindən yuxarıdan 
başlanır. İslahatların məqsədi cəmiyyətdə qanunların səmərəli işləməsini və həyat 
şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. İslahatlar gedişində siyasi sitemin 
əsasları dəyişilmədən bir hissəsi dəyişdirilir. Bununla belə islahatlar heç də həmişə 
deyilənlərin tezliklə baş verməsini təmin etmir. [1] 
İnqilablardan (mövcud olanın dağıdılması) fərqli olaraq, islahatlar cəmiyyətdə 
yığılmış ziddiyətləri həll edir və ola biləcək sosial gərginliyi kompromislər və 
dəyişikliklər yolu ilə aradan qaldırır. Hakimiyyətin islahatları həyata keçirərkən əsas 
bacarığı ondan ibarət olur ki, vaxtı, miqyası, resursları və dəyişikliklərin nəticələrini 
diqqətlə təhlil edərək və planlaşdıraraq bir tərəfdən islahatlarda daha çox maraqlı 
olan əhali təbəqəsi tərəfindən dəstək qazanmaqla onları cəsarətli və məqsədyönlü 
şəkildə aparır, digər tərəfdən isə bu ishalatları apararkən lazımi səviyyədə sayıq və 
çevik olur. 2018-ci ilin aprel ayında cənab İlham Əliyevin xalqın yüksək etimadı ilə 
Prezident seçilməsi 1-ci amilin təmin olunduğunu, yəni əhalinin mütləq 
əksəriyyətinin islahatları dəstəklədiyini deməyə imkan verir. Digər tərəfdən, 
islahatlar gedə-gedə müxtəlif təhlillərin və ölçmələrin aparılması, islahatlara şəxsən 
ölkə Prezidentinin başçılıq etməsi, bir çox məsələlərə şəxsən müdaxilə etməsi, kadr 
dəyişiklikləri 2-ci amilin də təmin olunduğunu, yəni hakimiyyətin bu mərhələdə 
kifayət qədər sayıq və çevik olduğunu deməyə imkan verir. 
İSLAHAT
– dövlətin mövcud siyasi və iqtisadi strukturunun təkmilləşməsi
yenidən qurulması üçün kompleks tədbirlər məcmusudur. İslahat bir yoldur. 
Xarakterinə görə islahatları RADİKAL, YUMŞAQ VƏ MİNİMAL ishalatlar kimi 
ayırmaq mümkündür. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə