Siyasi sabitlik prosesinin mahiyyəti


Daxili siyasətin siyasi sabitliyə təsiri



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   2   3   4   5   6   7   8   9   ...   18
siyasi sabitlik

Daxili siyasətin siyasi sabitliyə təsiri 
 
Daxili siyasət
— dövlət siyasətinin ölkə sərhədləri daxilində olan bütün 
problem və fəaliyyətlərə (qanunlar, hökumət proqramları, inzibati qərarlar və s.) 
birbaşa aid olan hissəsi. Bu, hökumətin dünya siyasətində olan maraqlarını ifadə 
edən xarici siyasətdən fərqlidir. Daxili siyasət biznes, təhsil, enerji, səhiyyə, kənd 
təsərrüfatı, hüquq-mühafizə, maliyyə və vergilər, təbii ehtiyatlar, sosial təminat və 
şəxsi hüquq və azadlıqlar kimi geniş sahələri əhatə edir.
Həmçinin daxili siyasətdəki eybəcərliklər yalnız həmin ölkənin xalqına ziyan 
vurmur, narazılıqlar yaradır və sakinlərin miqrant kimi başqa ölkələrə üz tutmasına 
səbəb olur. Lokal problem kimi qalmayıb, beynəlxalq əhəmiyyətli məsələyə çevrilir. 
 
Dövlətin sosial siyasəti
cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi 
şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. O, 
gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatında gəlirlər 
və mülkiyyət sahəsində fərqlərin zəiflədilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları 
arasında ziddiyyətlərin yumşaldılmasına və cəmiyyətdəki sosial ixtilafların aradan 
qaldırılmasına yönəldilmişdir. Bazar iqtisadiyyatı sistemində sosial siyasət vasitəsi 
ilə əhalini əmlak sahəsində mövcud olan bərabərsizliyin müəyyən dərəcədə aradan 
qaldırılmasını nəzərdə tutan və əhalinin bütün təbəqələri üçün eyni başlanğıc 
şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. 
Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı 
əlaqə mövcuddur. Birincisi, iqtisaid inkişafın məqsədləri birbaşa və dolayı yolla 
sosial siyasətdə cəmləşir. İkincisi sosial siyasət sahəsində bir çox məsələlərin həyata 
keçirilməsi, dövlətin onların reallaşdırılması üçün yönəldə biləcəyi iqtisadi 
ehtiyatlardan asılıdır. Üçüncüsü, sosial siyasətə iqtisadi artımın mühüm amili kimi 
baxmaq olar. [4]
 
Sosial siyasət dedikdə adətən əhalinin həyati təminatına yönəlmiş konkret 
fəaliyyət və tədbirlər sistemi başa düşülür. Sosial siyasət − əhalinin bütövlükdə və 
onun tərkibini təşkil edən sosial icmaların (ailə, xalq, şəhərin, kəndin, regionun 
əhalisi və s.), sosial demoqrafik, sosial həmkar qruplarının, sosial təbəqələrin və 


siniflərin sosial vəziyyətinin qorunması, saxlanılması və dəyişdirilməsi prosesində 
yaranan qarşılıqlı münasibətlərdir. Müasir dünya təcrübəsində isə sosial siyasət 
demokratik dövlətlə vətəndaş cəmiyyətinin birgə funksiyası hesab olunur. 
 
Hər bir dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biri də onun 
sosial siyasətidir. Sosial siyasət əhalinin ayrı-ayrı qruplarının həyat keyfiyyətinin 
yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn tədbirlər 
sistemidir. Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsi olub, onun həyata 
keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağını əsas 
götürərək, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir. Sosial 
ziddiyyətsiz cəmiyyət, əslində, sosial ədalətli cəmiyyətdir və belə bir cəmiyyətin 
qurulması müasir dövrdə hər bir dövlətin arzusu olsa da, dövlət bu önəmli məsələnin 
öhdəsindən gəlmişdir. Azərbaycan dövlətinin sosial siyasəti sosial ədalətin bərqərar 
olunmasına, milli sərvətlərin artırılmasının təmin edilməsinə, milli sərvətlərin 
ədalətli bölgüsünün həyata keçirilməsinə, istiqamətlənmiş proqramlar şəklində 
həyata keçirilən davamlı və dinamik prosesdir. Xalq ilə İqtidarın arasındakı 
mükəmməl birliyin olması, müstəqil siyasətin demokratik inkişafı təmin etməsidir. 
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının himayədarıdır, Onun 
qəbul etdiyi qərarlar xalqın rifahının yaxşılaşmasına sosial müdafiəsinin təmin 
edilməsinə istiqamətlənmişdir.[1] 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə