Siyasi sabitlik prosesinin mahiyyəti


Avtoritar siyasi sabitlik



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   2   3   4   5   6   7   8   9   ...   18
siyasi sabitlik

Avtoritar siyasi sabitlik 
hərbi - siyasi gücün hesabına qazanıldığı üçün, 
qurulmuş siyasi rejim diktatura kimi səciyyələndirilir. Bu cür sabitlik xalqların 
suveren hüquqlarının pozulması, milli dəyərlərdən imtina edilməsi, kütləvi 
informasiya vasitələrində sərt siyasi senzuranın olması, insan hüquq və 
azadlıqlarının pozulması ilə xarakterizə olunur . 


İnsanların fəaliyyətinin nəticəsi onun məqsədi , həmin fəaliyyətin 
mənalandırılması prosesində təzahür edən isə tələbatı olub , bu tələbat mənafeləri 
doğurur . Mənafe insanların həyatının xarakterini və istiqamətini müəyyən edən 
təhrikedici qüvvə kimi çıxış edir . Subyektin onu dərk edib etməməsindən asılı 
olmayaraq mənafe öz təbiətinə görə obyektiv xarakterə malikdir . Lakin mənafe 
subyektin şüuru vasitəsi ilə dərk olunduğu üçün , o , həm də subyektiv xarakter 
daşıyır . Cəmiyyətdə təzahür edən ictimai faydalı mənafeyin reallaşması ölkənin 
tərəqqisinə imkan yaradır . Öz mənafeyi uğrunda mübarizə aparan hər hansı sosial 
qrup bu mənafeyin xarakterindən və adamların şüurunda onun əks olunmasının 
düzgünlüyü dərəcəsindən asılı olmayaraq siyasətin subyekti kimi çıxış edir . Siyasət 
isə sosial fenomen olmaq etibarı ilə şüurlu , məqsədyönlü bir fəaliyyətdir . Siyasi 
biliklər , baxışlar və siyasi fəaliyyət insanların mənafelərinin reallaşmasına 
yönəlməlidir . Müxtəlif milli mənafelərin qarşılıqlı əlaqəsini və asılılığımı başa 
düşmək müasir dövrdə daha mühüm əhəmiyyət kəsb edir . Müasir dövrdə 
siyasətçilərin , siyasi liderlərin fəaliyyətinin başlıca istiqaməti milli mənafeyi yer 
üzündə sülhü , əmin - amanlığı qoruyub saxlamaq perspektivi ilə məqsadyönlü 
əlaqələn dirməkdən ibarətdir . Milli mənafeyin reallaşdırılması digər zəruri amillərlə 
yanaşı milli təhlükəsizlik şəraitinin formalaşmasını tələb edir . İlk dəfə 1904 - cü 
ildə ABŞ prezidenti T. Ruzveltin konqresə göndərdiyi məktubda siyasi lüğətdə 
işlətdiyi milli təhlükəsizlik anlayışı siyasi elmin mühüm kateqoriyalarından olub , 
sosial təsisatların vəziyyətini , şəxsiyyətin və cəmiyyətin mövcudluğu və inkişafının 
səmərəli şəraitini qoruyub saxlamaq məqsədilə həmin təsisatların təsirii fəaliyyətini 
səciyyələndirir . Milli təhlükəsizliyin strukturunda siyasi , iqtisadi hərbi , ekoloji 
ünsürlər , o cümlədən informasiya təhlükəsizliyi və millətin mədəni inkişti 
təhlükəsizliyi mühüm yer tutur . Milli təhlükəsizliyin əsas ünsürlərindən biri də 
iqtisadi təhlükəsizlikdir . Ölkə daxilində cəmiyyətin hərtərəfli inkişafı üçün maddi 
zəmin yaratmaq və bu zəmində dünya təsərrüfat əlaqələri sisteminin müstəqil və 
bərabər hüquqlu subyekti kimi çıxış etmək iqtisadi təhlükəsizliyin mahiyyəti olub , 
hər hansı ölkənin özünü heç də digər dövlətlərdən iqtisadi cəhətdən təcrid etmək 
deyildir . Dövlətin iqtisadi təhlükəsizliyi isə birbaşa siyasi təhlükəsizliyin təminatı 
ilə bağlıdır . Siyasi təhlükəsizliyin mahiyyəti dövlət quruluşuna aid olan məsələlərin 
müstəqil həll olunmasında millətin və onun yaratdığı dövlət təsisatlarının 
qabiliyyətini və imkanlarını səciyyələndirir , həmçinin , şəxsiyyətin və cəmiyyətin 
mənafeyi naminə müstəqil daxili və xarici siyasət yeridilmasini ifadə edir . Başqa 
sözlə , siyasi təhlükəsizlik beynəlxalq münasibətlər sistemi çərçivəsində sabit siyasi 
suverenliyin mövcudluğunu və cəmiyyətin siyasi sabitliyini nəzərdə tutur . Bu isə 
siyasi sistemin formalaşmasını , şəxsiyyətin aliliyi asas götürülməklə müxtəlif sosial 
qrupların mənafeyinin tarazlığın tamin edir . Əks təqdirdə ölkənin siyasi 
təhlükəsizliyi pozulur . Müasir dövrdə mülkiyyət münasibətləri , istehlak , bölgü və 


mübadilə saviyyasində əsaslı iqtisadi islahatlar həyata keçirilmədən iqtisadi 
təhlükəsizlik sisteminin yaradılması və iqtisadi dirçəlişə nail olmaq mümkün 
deyildir . Odur ki , bütövlükdə milli təhlükəsizlik sisteminə təsir göstərən ən mühüm 
amil kimi iqtisadi təhlükəsizlik iqtisadi münasibətlərin , istehsalın və ölkənin iqtisadi 
inkişaf tələblərinə uyğun gəlməsidir . İstehsal münasibətləri məhz , cəmiyyətin 
obyektiv tələblərinə əsaslanmalıdır . Əks təqdirdə , xammal ehtiyatlarından səmərəli 
istifadə etmək , infrastrukturun inkişafı , işçi qüvvəsinin ixtisaslaşdırılması , elmin 
və texnologiyanın inkişaf etdirilməsi mümkün deyildir . Hakimiiyyət maraqlarının 
təmsilçisi kimi hər bir siyasi rejim öz iqtidarının dayanıqlılığı üçün maksimal 
dəstəyin təmin olunmasına çalışır . Məhz iqtidarın mühafizəkarlıq mahiyyətinə 
uyğun olan « movcudluq instintiki » budur və onun cəmiyyətdə baş verə biləcək 
ciddi dəyişiliklər ərəfəsindəki qorxusudur . Bu dəyişiliklər iqtidarn vəziyyətini 
sabitləşdirmək üçün çox az hallarda hakimiyyət institutuları tərəfindən həyata 
keçirilir . Mühafizəkarların « sınmayanı təmir etmə » şüarı istənilən hakimiyyətin 
əsas yaşayış formulu sayılır . Müasir sosioloji ədəbiyyatlarda siyasi sabitliyin tam 
təsnifatı baradə geniş açıqlamalar verilməmişdir . Məhz bu məsələ siyasi sabitliyin 
təsnifat landırılmasını tələb edir . Əvvəla , belə bir təsnifatın olması həm cəmiyyətin 
müasir inkişaf şəraitində , həm də onun gələcək inkişaf istiqəmətlərinin 
proqnozlaşdırılması üçün siyasi sabitliyin subyektləri , növləri , vəziyyəti barədə 
konkret əsas yaradır . İkincisi , dövlətin və siyasi strukturların müxtəlif 
səviyyələrindəki rəhbərlərini , cəmiyyətin əsas fəaliyyət sahələrinin optimal 
laşdırılması üçün təsir metodları ilə təmin edir , sosial təhdidlərin aradan qaldırılması 
mexanizminin işlənib hazırlanmasında onlara köməklik göstərir . Üçüncüsü , 
dövlətin xarici siyasi fəaliyətinin səmərələlilyinə şərait yaradacaq , ölkə rəhbərliyinə 
dövlətin geopolitik maraqlarını nəzərə almaqla yeni metodlar və vasitələr tapmağa 
yardımçı olacaqdır . Baxmayaraq ki , « sabitlik » , « siyasi saitlik » anlayışları kifayət 
qədər tez - tez istifadə olunur , hələ də elmi əsərlərdə və publisistikada bu 
anlayışların vahid təfsiri formalaşmamışdır . Bundan başqa indiyə qədər milli siyasi 
ədəbiyyatlarda siyasi sabitlik problemi demək olarki işlənməmişdir . Siyasi sabitlik 
termini politolji lüğətdə belə izah olunur : « Siyasi sabitlik - xarici və daxili təsirlərin 
altında səmərəli fəaliyyət göstərməyə və inkişaf etməyə imkan verən , cəmiyyətdə 
baş verən prosesslərə nəzarət etməyə qabil olan və bu halda öz quruluşunu saxlaya 
bilən siyasi sistemin dayanıqlılıq vəziyyətidir » ( 106 , s.273 ) . Ümumi nəzəri planda 
« sabitlik » anlayışına « dayişilməz » və « dayanıqlı Ber terminləri daha yaxındır . 
Həmin terminlər camiyyatin müxtəlif ictimai həyat fəaliyyəti sahələrində baş verən 
bir sıra özünəməxsus prosesləri xarakterizə edir . Beləki , « dəyişilmaz kəlməsi 
işlənəndə müəyyən makan və zaman kəsiyində nəzərdən keçirilən obyektlərin 
vəziyyətinin eyni qaldığı başa düşülür . « Dayanıqlılıq dedikdə isə , verilmiş ( 
əvvəlcədən məlum olan ) sərhədlərdə müəyyənləşdirilmiş parametrlərdə 


dəyişilikləri ( tərəddüdləri ) dayandırmaq qabiliyyətini qiymətləndirən proseslərin 
təyin edilməsi , həmçinin sistemin pozulmuş tarazlığı bərpa etməsi qabiliyyəti də 
başa düşülür . Dayanıqlılıq prosesin və ya vəziyyətin bu və ya digər kefiyyati 
haqqında hər hansı bir göstərişi özündə əks etdirmir . Bu proses həm yaradıcı və həm 
də dağıdıcı ola bilər . Dayanıqlılıq mütləq dəyişməzlik də deyildir . Hər şeydən Öncə 
dayanıqlılıq dəyişmələrin proqnozlaşdırılması və daimiliyini ifadə edir . Məhz bu 
xüsiyyət onu « sabitlik » anlayışı ilə yaxınlaşdırır . Lakin bu iki anlayışı 
eyniləşdirmək də olmaz « Sabitlik » - daha mürəkkəb kateqoriya olub , qarşılıqlı 
əlaqəli və qarşılıqlı tasirli elementlər toplusunun qarşılıqlı hərəkətlərinin ( mümkün 
nəticələrinin ) kompleks qiymətləndirilməsini özündə birləşdirir . Siyasi sistemin 
sabitliyini qiymətləndirərkən sistemin fəaliyyəti ilə onun real imkanlarını 
formalaşdıran « tənzimlənən » və « özünütənzimləyən » potensiallarnı tutuşdurmaq 
mühüm əhəmiyyət kəsb edir . Sistemin imkanlarının isə müxtalif növləri mövcuddur 
: əldə edilmiş , alınmış ( ekstraksiyon ) imkanlar , daha doğrusu , material və insan 
resurslarının ( maliyyə , dəstəkləmə , istedadlıhların cəlb edilməsi və s . ) səfərbər 
olunması ; nəzarət imkanlar , daha doğrusu , müxtəlif sosial qruplar və institutların 
davranış və fəaliyyətinin nəzarət altına alınması ; paylaşdırma ( distrubitiv ) 
imkanları , yəni camiyyətin mövcud ehtiyatlarının həqiqi tələblərə uyğun şəkilda 
yerləşdirilməsi və paylanması ; münasibət göstərmə imkanlar , daha doğrusu , 
bütünlüklə cəmiyyətdən və ya ayrı - ayrı sosial qruplardan gələn müxtəlif tələblərin 
( çağırışların ) vaxtında qeydə alınması ; kommunikasiya imkanları , yəni 
cəmiyyətdəki populyar ideyalardan , şüarlardan , simvollardan istifadə etməklə 
sistemin bütün elementlərinin qarşılıqlı hərəkatının səmərəliliyinin artırılması 
qabiliyyəti nəzərdə tutulur ( 84 , s 79-80 ) Böyük imkanlara malik olan sistem nəinki 
öz sabitliyini təmin edir həmçinin lazımi dəyişilikləri də stimullaşdırır . Sabitlik və 
dəyişiliklər arasındakı tarazlıq siyasi sistemin səmərəliliyinin ən vacib 
göstəricilərindən biri hesab olunur . Öz fəaliyyəti prosesində eyniyyət çərçivəsini 
pozan siyasi sistem , ona xas olan təbiətinin əleyhinə getməklə sabitliyini itirmiş olur 
. Gözlənilməyən və arzu olunmayan göstəricilər siyasi sistemin sabitliyini pozan 
amillərdir . Sabitliyin ( qeyri - sabitliyin) qiymətləndirilməsi ham müvafiq 
informasiyanın mövcudluğundan , həm də siyasi proses iştirakçılarının siyasi 
mövqeyi və dünya görüşündən , eyni zamanda , subyektlərin siyasi hayatı və 
fəaliyyətindən asılıdır . Ona görə də , siyasi sistemin vəziyyətini və onun sabitlik 
dərəcəsini obyektiv qiymətiəndirməyə imkan verən xüsusi qaydaların işlənib 
hazırlanması önəmli əhəmiyyətə malikdir . Həmin qaydaların hazırlanması zaman 
minimum asas aspektə diqqət yetirmək lazımdır : Birincisi , qanunauyğunluqları , 
cəmiyyətin siyasi sferasının kompleks inkişafını və xkonkret tarixi şəraitdə baş 
verən proseslərin istiqamətlərini birləşdirən sistemlilik ) İkincisi , fəaliyyət göstərən 
subyektin ( subyektlərin ) müxtəlif siyasi idarəetmə səviyyələrində baş verən hadisə 


və proseslər barəda vaxtında , kifayət qədər ətraflı və vacib məlumatların 
mövcudluğuna əsaslanan gizlililik ; Üçüncüsü , siyasi proses subyektlərinin pian və 
proqramlarında təşəkkül tapan , siyasi fəaliyyətin real nəticələrini və imkanlarını 
nəzərə alan funksionallıq Siyası sistemin mövcudluğunu , özünəməxsus 
xüsusiyyətlərə və mahiyyat cizgilərinə malik olan siyasi fəaliyyat təmin edə bilər . 
Hər şeydən öncə siyasi fəaliyyət aydın görünən sosial istiqamətə malik olmalıdır . 
Onun hər bir subyekti ( dövlətin hakimiyyət və idarəetmə orqaniari , siyasi partiyalar 
, ictimai təşkilatlar və s . ) öz maraqlarni həyəata keçirmək üçün siyasi həyatda iştirak 
edir . Həmin subyektlərin hər birinin arxasında müəyyən sosial qruplar durur . 
Müxtəlif maraqları nəzərə alan , həmrəylik və əməkdaşlıq ənənələrini formalaşdıran 
, qrup və korporativ siyasi fəaliyyətləri koordinasiya edə bilən siyasi sistem sabit 
siyasi sistem sinfinə aid edilir . Siyasi fəaliyyət isə bilavasitə hakimiyyət problemi 
və onun fəaliyyət xarakteri ilə bağlıdır . Ola bilər ki hakimiyyəti geniş xalq kütləsinin 
əksəriyyəti və ya çox az bir hissəsi dəstəkləsin. Hakimiyyətə verilən dəstək də 
müxtəlif ola bilər : a ) vəziyyətə uyğun - bu cur dəstək dövlətin siyasi kursuna uyğun 
olaraq dövlət orqanları tərəfindən qəbul edilmiş konkret qərarlara , müraciətlərə , 
siyasi liderlərin şəxsi kefiyyətlərinə görə cəmiyyətin verdiyi qiymətə söykənir; b ) 
qarışıq cəmiyyətin və dövlətin xarakterik cizgilərini özündə birləşdirən və hər 
şeydən öncə bütün siyasi rejimə xas olan dəstək . Bu halda cəmiyyət hakimiyyət 
strukturlarının bütün hərəkətlərini qəbul edir , daha doğrusu , dastak ayrı - ayrı 
hakimiyyət təmsilçilərinə deyil , bütövlükdə siyasi rejimə yönəlmişdir . Qarışıq 
dəstəyin əsas komponenti inamdır . İnam əhalinin müxtəlif qruplarının hakimiyyət 
strukturları tərəfindən onların sosial gözləmələri ilə bağlı adekvat addımların 
atılması nəticəsində yaranır . O , həm də siyasi liderlərin əməl etdiyi müsbət norma 
və qaydalardan , daha doğrusu , bütün siyasi sistemdə formalaşan siyasi oyun 
qaydalarından asılıdır . Siyasi rejimə dəstək iki səviyyəda həyata keçirilir : 1 ) Elitar 
bu dəstəyin əsas amili kimi əhalinin sosial qrupları arasında resursların paylanma 
həcmini müəyyənləşdirən sosial - iqtisadi inkişaf dərəcəsi . Çıxış edir . 2 ) Kütləvi 
kütləvi dəstək dedikdə isə , əhalinin əksər hissəsinin qəbul etdiyi dəyərlər söz 
azadlığı, fikir müxtəlifliyi , kütləvi informasiya vasitələrinin sərbəstliyi və s . ) , 
siyasi liderlərin və hakimiyyət strukturlarının davranışını müəyyənləşdirən siyasi 
sistemin konkret sosial və siyasi normalara ( konstitusiyon , hüquqi , əxlaqi və s . ) 
söykənməsi başa düşülür . Mövcud rejimin kütləvi dəstəklənməsinə təsir edən əsas 
şərtlər aşağıdakılardır : - cəmiyyətdə demokratik dəyərlərin yaranmasının davamlı 
və uzunömürlü olması ; - iqtisadiyyatın idarə edilməsində dövlətin iştirak dərəcəsi ; 
- şəxsiyyətin sosial müdafiəsinin təşkil olunması səviyyəsi ; - milli hüquq bərabərliyi 
; müxtəlif əhali qruplarının yaşayış səviyyəsinin daimi olaraq artması şəxsiyyətin 
real təhlükəsizliyinin təmin olunması . Siyasi fəaliyyətdə əhalinin müxtəlif 
qruplarının iştirakçısı olduğu istənilən siyasi proseslərin obyektiv və subyektiv 


səbəblərinin uçotu vacib əhəmiyyətə malikdir . Azərbaycan mentalitetinin 
xüsusiyyətini nəzərə alsaq , onda görərik ki . ölkəmizin siyasi həyatında partiyaların 
siyasi proqramları deyil siyasi liderin şəxsiyyəti xüsusi önəmə malik olur . Bu isə 
iqtidarda baş verənlərə görə bir adamın tənqid olunması sindromunu yaradır . 
Görkəmli alman sosioloqu K. Manheym qeyd etmişdir ki , « müasir qərb « burjaziya 
intellektualizmi » insanı , onun can atdığı siyasi sferadan təcrid etməyə və siyasi 
diskusiyaları « təbii hüquq » adlanan ümumi şüura yönəltməyə çalışır . İqtidar üçün 
« təbii hüquq mahiyyət etibarı ilə hakimiyyətdə olanın şəxsiyyəti deyil , qanunların 
hakimiyyəti olmalıdır . Siyasi partiyaların fəaliyyətində də xarizmatik şəxsiyyətlərin 
rolu danılmazdır » ( 92 , s . 144 ) . İstər siyasi həyatda fəal iştirak edən , istərsədə 
fəal iştirak etməyən sadə vətəndaş üçün liderlə ( və ya onun bilavasitə yaxın ətrafı 
ilə ) birlikdə olanlara münasibəti həmişə önəmli olmuşdur . Bu münasibət radikal 
dayişiliklər şəraitində dayanınlılıq hisslərini formalaşdırır . Bütün siyasi liderlər 
yenilik olmayanda , özlərinin « keçmiş xidmətlərindən » məharətlə istifadə edirlər . 
Bu fikirlə bağlı R.Benedikslə razılaşmamaq olmur : « İnsanlar arasında elə vacib 
bağlar mövcüddür ki , onlar cəmiyyətin sabitliyini təmin edə bilirlər ; hər bir fərdin 
hərəkəti digərinə elə istiqamətlənmişdir ki , bütün insanlar iştirak etdikləri kollektiv 
birliklərin dəyərlərinə xüsusi qiymət verirlər » ( 73. s . 571 ) . Siyasi seçim azadlığı 
və qrupların korporativ maraqlarının təzyiqi müəyyən şəraitdə siyasi liderin 
davranışlarına göstərə biləcəyi təsir bütün siyasi sistemin sabitliyinin pozulması ilə 
nəticələnə bilər . Əgər bu təsirin miqyası böyük olarsa , onda qeyri - sabitlik siyasi 
rejimin iflası ilə nəticələnəcəkdir . Keçmiş SSRİ - nin dağılması da bu zəmində baş 
vermişdir . Korporativ maraqların həyata keçirilməsi uğrunda mübarizədə qeyri 
legitim vasitələrdən istifadə olunması təkcə siyasi sistem üçün deyil , bütünlükdə 
cəmiyyətə təhlükə törədir . Ən təşlükəlisi isə həm siyasi rejimin tərəfdarları , həm 
də onun rəqiblari tərəfindən zorakılığdan istifadə etmək və ya vətəndaş 
müharibəsinə şərait yaratmaq cəhdidır . Bu cür qarşıdurmaların sonu dövlət çevrilişi 
və yeni siyasi rejimin yaranması ilə nəticələnir . Əgər iqtidar öz əsas fəaliyyətini 
şəxsi maraqlarına uyğunlaşdırıb , çoxluğun maraqlarını nazərə almazsa , onda həmin 
siyasi sistem heç zaman sabit qala bilməz . V. Semyonovun təbirincə desək , « 
Sabitlik ancaq gücün tətbiqi , yalan , özbaşınalıq , qəddarlıq və repressiya ilə əldə 
oluna bilər » ( 115 , s . 23 ) . Iqtidarın subyektiv fəaliyyəti cəmiyyətin təbiəti və 
obyektiv tələbbiri ilə əksilik təşkil etdiyi üçün sosial narazılıqların artması siyasi 
gərginliyin və qarşıdurmanın yaranmasına gətirib çıxarır . Qarşıdurmalar siyasi 
sistemin fəaliyyətində heç də müsbət rol oynamır . Onların yaranması müəyyən 
uğursuzluğun və ya artan narazılıqların əlamət göstəriciləridir . Əgər iqtidarın 
qarşıdurmaları lokallaşdırmaq və ya həll etmək mexanizmi varsa , onda narazılıqlar 
siyasi sistemin sabitliyinə təsir göstərə bilmayacaklar . R.Bendiksin bu fikri nə qədər 
həqiqət olsa da , millətlərarası münaqişələrə bir qədər çətinliklə aid etmək olur . 


Çünki millətlərarası münaqişələr daha böyük dağıntılar və itkilərlə müşayət olunur . 
Bu daha çox münaqişələri yaradan səbəblərin kompleks xarakterli olması ilə izah 
olunur . Həmin səbəblərə « etnik sərhədlər üzrə mövcud olan və ya yeni yaranan 
sosial differensasiyanı , hakimiyyətdən və resurslardan qeyri - bərabər istifadəni , 
hüquqi və mədəni diskriminasiyanı , ksenofobiya və neqativ stereotiplərin təbliğini 
» ( 118 , s . 70 ) misal göstərmək olar . Siyasi sabitliyin formalaşmasında legitimliyin 
səmərəliliyin xüsusi əhəmiyyəti vardır . « Səmərələlik » anlayışını ilk dəfə 1960 - cı 
ildə S. Lipset özünün « Siyasi insan . Siyšətin sosial əsası » elmi əsərində gündəmə 
gətirmişdir . S. Lipsetə görə , iqtidar sisteminin sabitliyi təkca legitimliklə deyil , iki 
parametrlə – legitimlik və hakimiyyətin iqtisadi səmərələliyi ilə təyin olunur . O belə 
hesab edir ki , « iqtidarın legitimliyi iki yolla - ya əvvəlcədən birdəfəlik 
müəyyənləşdirilmiş normaları olduğu kimi qəbul etmək ( varislik ) , ya da ənənəvi 
ya normalardan imtina etməklə , hər şeydən öncə , cəmiyyətdə yetişmiş sosial 
jquisadi problemləri səmərəlilik hesabına həll etməklə əldə edə bilər » ( 128 , p . 6 ) 
. It mövzu Politoloq alimlər tərəfindən daxili sabitliyin iki tipi qeyd olunur : 1. 
səfərbər olunmuş ( mobilizasiya edilmiş ) sabitlik ; 2 bərqərar olunmuş ( avtonom ) 
sabitlik . Səfərbər olunmuş sabitlik « yuxarıların göstərişi ilə cəmiyyətə təlqin olunur 
və müəyyən olunmuş müddət ərzində cəmiyyət həmin məqsədi həyata keçirmək 
üçün səfərbər olunur . Bu hakimiyyət böhranı , münaqişələr , vətəndaş cəmiyyətinin 
itaətsizliyi və ya açıq zorakılığa cəhd zamanı formalaşır və fəaliyyət göstərir . Belə 
tip siyasi sistemdə dövlətin və hakim partiyanın maraqları , cəmiyyətin maraqlarını 
ifadə etmək və həmin zaman kəsiyində dövlətin inkişafın təmin etmək məsuliyyətini 
üzərinə götürmüş liderin avtoritar xarizması əsas rol oynaya bilər . Vətəndaş 
cəmiyyətinin bütün strukturlarında inkişaf « aşağıdan başlayarsa , onda həmin 
ölkədə iqtidarın və ya hər hansı başqa bir siyasi qüvvənin iradəsindən asılı 
olmayaraq bərqərar olunmuş siyasi sabitlik tipi yaranır . Bu tip siyasi sabitlikdə 
inkişafı xüsusi olaraq kimsə stimullaşdırmır , o özlüyündə cəmiyyətin hər bir 
yarımsistemində mövcud olur . Dərin sosial iqtisadi və siyasi istahatlar üçün vacib 
olan və sabitliyi təmin edən iqtidara lazım olan , hakimiyyətin və cəmiyyətin vəhdəti 
yaranır . Bərqərar olunmuş sabitlik sistemi öz funksiyalarını əsasən legitimlik 
hesabına , daha doğrusu , hakimiyyətin yuxarı təbəqəsinin bazi idarəçilik 
funksiyaylarını könüllü olaraq aşağılara ötürməsi yolu ilə həyata keçirilir . Belə 
vəziyyət ölkə miqyasında demokratik rejimin möhkəmləndirilməsi hesabına 
mümkün olur . Bu sabitlik tipində dini , etnik , ərazi iddiaları və sair masalələrlə 
bağlı təzadlar və əksliklər minimuma enir , sosial münaqişələr və narazılıqlar 
leqallaşır və sivil qaydalarla həll olunur , mövcud sistem daxilində başqa ölkələrlə 
müqayisədə əlverişli yaşayış mühitinin olduğu önə çəkilir və rifah səviyyəsinin 
yüksəlməsi tempi təmin olunur . Əhalinin sosial statusu , məşğulluğu və gəlirləri 
üzrə heterogenliyi avtonom sabitliyin asas amilləri hesab olunur . Bərqərar olunmuş 


sabitlik sistemi açıq olduğuna görə , cəmiyyətlə dövlət siyasəti arasında tənzimləyici 
balanslaşdırma aparmaq imkanı mövcud olur . Siyasi sistem comiyyətdəki 
dəyişiliklərin əsas subyekti roluna iddia etmir və mövcud olan iqtisadi münasibətləri 
dəstəkləyir . Avtonom sistemlərdə demokratiya daimi ənənəyə çevrilir və 
ümummilli dəyər qazanır . Siyasi proses bir problem kimi siyasi sistemin funksional 
- dinamiki aspektləri , hər şeydən öncə onun sosial mühitlə münasibətələri ilə 
bağlıdır . Siyasi proses miqyasına görə makro ya mikro olur . Makroprosesə nümunə 
kimi dünyada gedən qloballaşma prosesini , mikroprosesə isə ölkə daxilində baş 
verən iqtisadi və siyasi hadisələr toplusunu göstərə bilərik . Nüfuzlu « Sosial 
elmlərin beynəlxalq enkslopediyasında ( 127 , s . 17 ) yazılmışdır : « Siyasi proses 
hakimiyyət uğurunda mübarizə və ondan özlərinin fərdi və qrup maraqlarına çatmaq 
üçün istifadə edən müxtəlif qrup insanların fəaliyyətidir » . Deməli , siyasi prosesin 
mahiyyətini dərk etmək üçün onu təşkil edən komponentləri araşdırmaq lazımdır . 
Çünki ayrı - ayrı iştirakçıların siyasi fəaliyyəti prosesin öyrənilməsində mənbə 
kefiyyətində çıxış edir . Əgər siyasi prosesi ümumi şəkildə araşdırmağı çalışsaq , 
onda onu təşkil edən komponentlərin şərhini iki qrupda təsnifatlandırmaq olar : 1 ) 
« makrotərif » - bütünlükdə ümumi müzakirələr əsasında fərdi nəticələr ( deduksiya 
) çıxartmaq imkanı verməsi ; 2 ) « mikrotərif » - əsasən ayrı - ayrı siyasi hadisələrin 
ümumilaşdirilməsi ( induksiya ) Baxmayaraq ki , hər ikisi cəmiyyətin siyasi 
sferadakı fəaliyyətinin davamlı və ya dəyişkənlik əlamətlərinin kombinasiyasını 
özündə birləşdirir , siyasi proses kateqoriyasını siyasi inkişaf kateqoriyasından 
ayırmaq lazımdır . Siyasi prosesi analiz edərkən , əsasən institutların yaradılması və 
onların funksiyaları , işloma mexanizmi , alaptasiyası , siyasi sistemin qorunması və 
varisliyi məsələləri açılır . Beləliklə , siyasi proses kateqoriyası özündə həm dinamik 
və həm də statik xüsusiyyətləri birləşdirir . Siyasi inkişaf kateqoriyası isə əsasən 
cəmiyyətin tədrici islahatlar və ya inqilabi dəyişiliklər yolu ilə inkişaf dinamikasını 
özündə ehtiva edir . Cəmiyyət həyatında daxili və xarici şərtlər altında siyasi sistem 
və onun yarımsistemlərinin və ya onların ayrı - ayn elementlərinin vəziyyətinin 
zamana görə ardıcıl və müddətli dəyişməsi prosesi idarəçilik məsələlərində xüsusi 
əhəmiyyət kəsb edir . Bir qayda olaraq , bu proses özünün hər bir mərhələsində , 
onun komponentlərinin konkret qarşılıqlı münasibət qaydaları və müxtəlif templəri 
ilə səciyyələnir . Siyasi proses anlayışının daha mürəkkəb bölgüsü aşağıdakıları 
özündə ehtiva edir : 1. Hər hansı bir cəmiyyətin siyasi həyatını , onun siyasi 
sisteminin komponentlərini institutlar və onların funksiyalarını , hərəkət 
mexanizmlərini , uyğunlaşması və qorunmasını və s ) , həmçinin siyasi sistemin 
vəziyyətində onun təkrar yaranması ( formalaşması , fəaliyyəti , inkişafı ) dövrünü 
təmin edən müəyyən dəyişiliklərin dinamik , integral ( bütov ) ölçülərini özündə 
birləşdirir ; 2. Sosial və siyasi subyektlərin « real zaman » ( daha döğrusu , daimi 
zaman çərçivəsində ) daxilində ardıcıl genişlənməsi ilə ayrı - ayn siyasi hərəkət və 


hadisalərin siyasi fəallığının toplusudur ; 3. Sosal - siyasi qüvvələrin müəyyən 
düzümünü və nisbətini səciyyələndirən , cəmiyyətə hakim olmaq və onu idarə etmək 
üzərində nəzarət etmək uğurunda mübarizədir ( 71 , s . 336 ) . Zaman və məkan 
daxilində siyasi həyatın inkişaf şəraitinə görə , siyasi prosesləri iki yerə ayırmaq olar 
: 1 ) Lokal - regional proseslər , 2 ) Qlobal proseslər . Bəzən bu və ya digər regional 
proses dünya siyasatinin gedişinə belə təsir edə bilər . Məsələn , bosniya serbləri , 
müsəlmanlar va xorvatlar arasında baş verən etnosiyasi münaqişə avvaləkeçmiş 
Yuqoslaviyanın daxili işi hesab edilsə də , sonradan bu regional proses ümünavropa 
siyastinə təsir edən irimiqyaslı prosesə çevrildi . Lakin əksər hallarda lokal proseslər 
yerli cəmiyyətin maraqları çərçivəsində fəaliyyət göstərir . Əgər bu prosesə 
sistemdaxili və ya keçid ( tranzit ) nöqteyi - nəzərindən baxsaq , onda bu hadisənin 
digər tərəfini - istənilən prosesin ümumi çərçivasini müəyyən edən institutlar və 
normalar sisteminə nisbətini görmüş olarıq . Azərbaycan Respublikası 
transformasiya dövrünü yaşadığına görə , regional siyasi proseslər bizim üçün daha 
önəmlidir . Ölkəmizdə aparılan aqrar islahatlar da lokal siyasi sabilik prosesin bir 
elementi kimi araşdırılmışdır . Ölkəmizdə aqrar sahədə aparılan islahatlarla əlaqədar 
yarana biləcək narazılıqlarn vaxtında qarşısını almaqdan ötrü , dünya təcrübəsindən 
istifadə etməklə , siyasi sabitlik prosesinin uzunmüddətli olmasına şərait yarada 
biləcək iqtsadi tədbirlər toplusunu hazırlamalıyıq . Beləliklə , aşağıdakı nəticəyə 
gəlmək olar : « sabitlik » səbəb qanunauyğunluğuna xas olan həm xətti , həm də 
ehtimal mahiyyətli proses və hadisələri xarakterizə edən anlayışdır . Deməli , siyasi 
sabitliyə dəyişməz qalmayan bir proses kimi baxmaq lazımdır . 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə