Siyasi sabitlik prosesinin mahiyyəti


Siyasi sabitliyin qorunmasında tolerantlıq amilinin rolu



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə18/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   ...   10   11   12   13   14   15   16   17   18
siyasi sabitlik

Siyasi sabitliyin qorunmasında tolerantlıq amilinin rolu 
Müasir dövrdə beynəlxalq aləmdə baş verən xoşagəlməz hadisələr dünyada 
sabitliyi qorumaq üçün ilk növbədə insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın 
təmin olunmasının xüsusi əhəmiyyət daşıdığını göstərir. Mədəniyyətlərin 
müxtəlifliyini qəbul etməyən, digər dinlərin nümayəndələrinin adət-ənənələrinə, 
həyat tərzinə və düşüncələrinə hörmətlə yanaşılmayan cəmiyyətdə sabitliyə və 
inkişafa nail olmaq qeyri-mümkündür. 
Bu gün dünyada, əsasən də müsəlman ölkələrində sabitliyin, istiqrarın 
pozulmasında din amili xüsusi rol oynayır və xarici dairələr bir sıra hallarda bu 
amildən məharətlə istifadə edir. Bu, müəyyən şəxslər və qurumlar tərəfindən 
yaradılan çoxsaylı hərəkatların, cərəyanların fəaliyyətində özünü açıq büruzə verir.
Bir çox dövlətlər bu reallığı nəzərə alaraq dinlərarası münasibətlərdə 
dözümlülüyə nail olunmasına, müxtəlif din və mədəniyyətlərə mənsub insanların 
sülh şəraitində yaşayışının təmin edilməsinə xüsusi önəm verirlər. Cəmiyyətdə 
dözümsüzlük meyilləri baş qaldırdıqda, insanlar arasında münasibətlər daha da 
kəskinləşir və dünyada yeni münaqişə ocaqları yaranır. Qarşıdurmaların baş 
verməməsi üçün digər din və mədəniyyətlərə qarşı dözümlülüyün, hörmətin təbliğ 
edilməsi xüsusi əhəmiyyət daşıyır.
Tarixə nəzər saldıqda müxtəlif dinlərə və məzhəblərə etiqad edən xalqlar arasında 
günahsız insanların qətlə yetirilməsinə səbəb olmuş dini zəmində bir çox 
müharibələrin baş verdiyi qənaətinə gəlirik. Bu qarşıdurmalar, əsasən, cəmiyyətdə 
dini dözümsüzlük və təəssübkeşlik meyillərinin baş qaldırması nəticəsində yaranmış 
və qarşısıalınmaz prosesə çevrilmişdir. Bu gün də dünyanın bir sıra ölkələrində bu 
təhlükə öz aktuallığını qoruyub saxlamaqdadır. 
Son illər dünyada regional və qlobal müstəvidə baş verən hadisələr mehribanlıq, 
səmimiyyət və qarşılıqlı sevgi kimi ülvi dəyərləri yaymaq, yüksək əxlaqi dəyərləri 
təbliğ etmək, insanların birlik və bərabərliyini təmin etmək, sülhü və əmin-amanlığı 
qorumaq missiyası daşıyan dinlərdən bir sıra hallarda siyasi məqsədlərin, məkrli 
niyyətlərin həyata keçirilməsi, insanlar arasında qarşıdurmanın yaradılması 
məqsədilə istifadə olunduğunu göstərir.


Yalnız mənsub olduğu dini doğru sayan və başqa heç bir inancın varlığını qəbul 
etmək istəməyən insanlar digər dinlərə qarşı barışmaz mövqe nümayiş etdirir, bir 
sıra hallarda bu, yüzlərlə günahsız insanın qətlinə, dini ibadət yerlərinin 
dağıdılmasına, bəzən bütövlükdə bir ölkənin məhvinə gətirib çıxarır. Bütün səmavi 
dinlər öz ardıcıllarını digər dinlərin nümayəndələrinə qarşı dözümlü və ədalətli 
davranmağa çağırır, insanlar arasında ayrı-seçkilik salmağı, onlarla münasibətdə din 
və məzhəb fərqliliyini əsas götürməyi günah sayır [1, s. 85]. 
Odlar yurdu Azərbaycan zərdüştiliyin vətəni hesab edilir, birinci minillikdə 
onun ərazisində xristian dövləti mövcud olmuşdur, hazırda isə müsəlman, xristian 
və yəhudilər bu bölgədə bir yerdə sülh şəraitində və tolerantlıq mühitində yaşayırlar 
[2, s. 267]. 
Bu gün Azərbaycan müxtəlif millətlərin, dini konfessiyaların dinc birgə 
yaşadığı unikal nümunədir. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini 
etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək 
üçün şərait yaradılmışdır.
Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin qovuşduğu məkan olmuş
ayrı-ayrı dinlərə etiqad edən insanlar ölkəmizdə daima sülh və əmin-amanlıq 
şəraitində yaşamış, Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol 
oynamış, etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxlamışlar. 
Tarix boyu ölkəmizdə yaşayan xalqlar arasında milli, irqi, dini ayrı-seçkilik, ədavət 
və qarşıdurma müşahidə edilməmişdir [3, s. 35]. 
Eyni zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə dini dözümsüzlükdən 
əziyyət çəkən insanlar üçün sığınacaq yeri olmuş, bura təkcə ayrı-ayrı dinlərin 
nümayəndələri deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərə məruz qalan dini 
cərəyanların nümayəndələri də pənah gətirmişlər. Onlar burada özlərini yad hesab 
etməmiş, yerli əhali ilə qaynayıb qarışmış, qohumluq əlaqələri qurmuş və hər zaman 
yerli əhali ilə həmrəy olmuşlar.
Azərbaycan xalqı daim ölkədə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub 
insanların dostluğunun, qardaşlığının möhkəmləndirilməsinə, onlar arasında sülh və 
əmin-amanlıq mühitinin yaradılmasına çalışmışdır. Bu humanist ənənə günümüzdə 
də qorunub saxlanılır.
Digər din və mədəniyyətlərə dözümlü münasibət, onlarla qarşılıqlı anlaşma 
şəraitində yaşamaq Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən, xoş 
məramından irəli gəlir. Bu gün dünyanın bir çox ölkələrində insanların yaşayış 
yerinin müəyyən edilməsində onların dini mənsubiyyəti əsas götürülür. 
Sivilizasiyaların qovşağı olan Azərbaycanda müxtəlif dinlərə və məzhəblərə mənsub 


insanlar bir küçədə, həyətdə, hətta evdə sərbəst yaşayır, bir-birilərinin 
bayramlarında, dini mərasimlərində yaxından iştirak edirlər.
Azərbaycan Respublikasının Konstitusiyasında bütün dini etiqadların qanun 
qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu müddəa təkcə qanunda deyil, real 
həyatda da öz əksini tapmışdır. Ölkəmizdə hər hansı bir dinin digər dindən üstün 
olması barədə təbliğatın aparılması qanunla qadağan edilmişdir.
Azərbaycanda Xristianlığın pravoslavlıq, katoliklik və protestantlıq qollarını 
təmsil edən bir çox dini icma fəaliyyət göstərir. Ölkəmizdə pravoslavlıq qoluna 
mənsub xristianlar çoxluq təşkil edir. Azərbaycan hökumətinin qəran ilə, 1907-ci 
ildə məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa 
olunmuş, 1920-ci ildə bağlanmış Jen Mironosets kilsəsinin binası 1991 -ci ildə Rus 
Pravoslav Kilsəsinə verilmişdir. Həmin kilsəni 2001-ci ilin may ayında 
Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədi ziyarət 
edərək ona baş kafedral kilsə statusu vermişdir. Kilsə Sovet hakimiyyəti dövründə 
anbar kimi istifadə olunduğundan dağıntılara məruz qalmışdır. Kilsənin təmirini 
Moskvada yaşayan azərbaycanlı iş adamı Aydın Qurbanov öz üzərinə götürmüş, 
tezliklə təmir başa çatmış və ibadət ocağı istifadəyə verilmişdir. Açılış mərasimində 
Ümummilli Lider Heydər Əliyev, hökumət üzvləri və səfirliklərin nümayəndələri 
iştirak etmişlər [4, s. 72].
1999-2001-ci illərdə Bakıda digər pravoslav məbəd - Müqəddəs Məryəmin 
Miladı Baş kilsəsi bərpa olunmuşdur. 1998-ci ildə Azərbaycanda Bakı və Xəzəryanı 
ölkələrin Yepiskopluğu yaradılmış, tərkibinə Azərbaycan ərazisindəki Pravoslav 
kilsələri ilə yanaşı, Dağıstan və Çeçenistan Respublikalanndakı Pravoslav kilsələri 
də daxil edilmişdir. Sonradan həmin qurum Rus Pravoslav Kilsəsinin Bakı və 
Azərbaycan Yeparxiyası adlandırılmışdır. Hazırda Bakıda 3, Gəncə və Xaçmazda 1 
rus pravoslav kilsəsi, Sumqayıtda 1 məbəd fəaliyyət göstərir.
2003-cü ilin aprel ayında Rum patriarxı I Varfolomey dini durumla tanış olmaq 
və dinlərarası dialoqu inkişaf etdirmək məqsədilə Azərbaycanda səfərdə olmuş, 
dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi icmalarının rəhbərləri ilə 
görüşmüş, ölkədə fəaliyyət göstərən dini konfessiyalar arasındakı münasibətləri 
yüksək qiymətləndirmişdir. Qonağı Ümummilli Liderimiz Heydər Əliyev də qəbul 
etmiş, geniş fikir mübadiləsi aparmışdır.
1992-ci ilin mayında Azərbaycan Respublikası ilə dünya katolik xristianlarının 
mərkəzi sayılan Vatikan dövləti arasında diplomatik münasibətlər qurulmuşdur. İki 
dövlət arasında əlaqələrin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin 
1997-ci il sentyabrın 26-da Vatikana rəsmi səfərinin böyük rolu olmuşdur. 


Ümummilli Lider Heydər Əliyev Roma papası II İohann Pavellə görüşmüş və 
katolik kilsəsinin Azərbaycandakı fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparmışdır. 
1999-cu ildə katolik dini icması rəsmi dövlət qeydiyyatına alınmış, 2002-ci il 
mayın 22-də Vatikan dövlətinin başçısı, Roma papası II İohann Pavel ilk dəfə 
Azərbaycana səfərə gəlmiş, dövlət rəsmiləri və ictimaiyyətin nümayəndələri ilə 
görüşmüşdür. O, ölkəmizdəki dini dözümlülüyü yüksək qiymətləndirərək, 
Azərbaycanda dinlər arasındakı tolerantlıq və dözümlük münasibətlərinin dünyanın 
bir çox ölkələri üçün yaxşı nümunə olduğunu bildirmişdir.
Sonrakı illərdə Vatikan dövləti ilə əlaqələr daha da inkişaf etdirilmiş, Prezident 
İlham Əliyev 2005-ci ilin fevralında İtaliyaya rəsmi səfəri zamanı Vatikan 
dövlətində olmuş, dövlət katibi kardinal Ancelo Sodano ilə görüşmüş, Azərbaycanla 
Vatikan arasında qarşılıqlı əlaqələri müzakirə etmişdir.
2008-ci il martın 6-da Müqəddəs taxt-tacın dövlət katibi kardinal Tarçiziyo 
Bertone Azərbaycana səfərə gəlmiş, Prezident İlham Əliyev martın 7-də onu qəbul 
etmiş, görüşdə ölkəmizdəki müxtəlif din və icmalar arasında dözümlülüyün yüksək 
səviyyədə olduğu vurğulanmışdır. Həmin gün Bakıda Müqəddəs Məryəm Ana 
katolik kilsəsinin açılışı olmuş, Prezident İlham Əliyev və kardinal Bertone 
mərasimdə iştirak etmişlər. Dövlət başçısı İlham Əliyev çıxışında Bakıda katolik 
kilsəsinin açılmasının Azərbaycanın gələcək inkişafına, dünya birliyinə 
inteqrasiyasına, Avropa ilə qarşılıqlı münasibətlərin davam etdirilməsinə töhfə 
verəcəyini bildirmişdir. 
2016-cı il oktyabrın 2-də isə Roma Papası Fransisk Azərbaycana səfərə gəlmiş, 
Prezident İlham Əliyev, ictimaiyyətin nümayəndələri, din xadimləri ilə görüşmüş və 
Bakıdakı katolik kilsəsində təşkil olunan dini mərasimdə iştirak etmişdir. Roma 
Papası Fransiskin ölkəmizə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir 
mərhələnin əsasını qoymuşdur. 
Azərbaycanda dövlət qayğısı ilə əhatə olunan azsaylı xalqlardan biri də əsasən 
Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Dünyada udilərin sayı 10.000 
nəfərə yaxındır ki, onların də təxminən 4000-i Qəbələnin Nic qəsəbəsində yaşayır. 
Əsrlər boyu azərbaycanlılarla udilər dinc şəraitdə, yanaşı yaşamış, aralarında daim 
dostluq əlaqələri və qarşılıqlı anlaşma mövcud olmuşdur.
Azərbaycan hökumətinin diqqət və qayğısı sayəsində 2003-cü ildə Alban-udi 
dini icması dövlət qeydiyyatına alınmışdır. 1836-cı ildə Rusiya çarının fərmanı ilə 
Alban Apostol Kilsəsinin idarəçiliyi erməni qriqoryan kilsəsinə verilmişdir. 
Azərbaycan hökumətinin dini fəaliyyət sahəsində həyata keçirdiyi uğurlu siyasət 
nəticəsində udi etnosu itirilmiş hüquqlarını bərpa etmişdir. Bu abidələrdən biri 


Qafqazda, eləcə də dünyada ən qədim xristian məbədlərindən olan, vaxtilə Şəkinin 
Kiş kəndində inşa edilən Alban kilsə-muzeyidir. IV-V əsrlərə aid bu kilsə 2003-cü 
ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. Kilsənin bərpasında xarici 
alimlərlə yanaşı, azərbaycanlı alimlər də böyük əmək sərf etmişlər. 
2006-cı ilin may ayında Qəbələ rayonunun Nic kəndində Çotari alban-udi 
kilsəsinin açılış mərasimi keçirilmiş, tədbirdə hökumət üzvləri, dini icmaların 
nümayəndələri və xarici qonaqlar iştirak etmişdir [5, s. 152].
Azərbaycanda yaşayan qədim xalqlardan biri də yəhudilərdir. Məskunlaşdıqları 
ölkələrdə işgəncə və təzyiqlərə məruz qalan yəhudilər Azərbaycana pənah gətirərək 
neçə əsrlərdir bu bölgədə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Onlar 
ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamış, əksinə, 
daim yerli əhalinin diqqət və qayğısı ilə əhatə olunmuşlar [6, s. 35]. Quba 
rayonundakı Qırmızı qəsəbə postsovet məkanında dağ yəhudilərinin sıx yaşadığı 
yeganə məkandır. Azərbaycan dünyada yəhudilərə xoş münasibət göstərilən azsaylı 
ölkələrdən biridir.
Yəhudilər Azərbaycanda üç icma (dağ, aşkinazi və gürcü yəhudiləri icmaları) ilə 
təmsil olunur. Ölkəmizdə yəhudilərin ümumi sayı təxminən 16.000 nəfər təşkil edir. 
Bunlardan 11.000-i dağ yəhudiləridir ki, onlann da təxminən 6.000-i Bakıda, 4.000-
i Qubada, 1000-i isə digər şəhərlərdə yaşayır. Aşkinazi yəhudilərinin təxmini sayı 
4000, gürcü yəhudilərininki 700 nəfərdir. Azərbaycanda hazırda 7 yəhudi dini 
icması dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri, Oğuz və Quba rayonlarının hər 
birində 2 sinaqoq fəaliyyət göstərir.
Azərbaycan hökumətinin diqqəti sayəşində 2003-cü ilin mart ayında Bakıda yeni 
yəhudi sinaqoqu, sentyabr ayında ilk yəhudi orta ümumtəhsil məktəbi istifadəyə 
verilmişdir. Açılış mərasimlərində dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət 
göstərən dini icmaların rəhbərləri və xarici ölkələrdən qonaqlar iştirak etmişlər. 
Sinaqoqun tikintisində yəhudi təşkilatlan ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, 
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası yaxından iştirak etmişdir. 
Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun inşasında iştirakı və yardım 
göstərməsi dünyada misli görünməyən hadisələrdəndir. 
Onu da qeyd etmək lazımdır ki, bir çox taleyüklü məsələlərdə yəhudilər 
azərbaycanlıların dərdinə şərik çıxmış, hər iki xalqın nümayəndələri düşmənə qarşı 
vahid cəbhədə daima birgə mübarizə aparmışlar [7, s. 127].
Tolerantlığın gücləndirilməsinin Azərbaycanda dövlət siyasətinin əsas 
istiqamətlərindən birini təşkil etməsinə dəlalət edən əsas faktlardan biri də 
müstəqillik illərində dini ibadət yerlərinin, məscid, kilsə və sinaqoqların sayının 


sürətlə artmasıdır. Azərbaycan dövlət müstəqilliyin bərpa edən zaman ölkədə 17 
məscid fəaliyyət göstərirdi [8]. Hazırda ölkədə 2166 məscid, 748 ziyarətgah, 13 kilsə 
və 7 sinaqoq mövcuddur. Kilsələrdən 5-i pravoslav (Bakıda 3, Gəncə və Xaçmazda 
1), 4-ü gürcü pravoslav (Qax rayonu), 1-i lüteran, 1-i katolik, və 2-si alban-udi dini 
icmasına məxsusdur. Hazırda ölkədə 719 dini icma qeydiyyatdan keçmişdir, 
onlardan 27-i qeyri-islam icmalarıdır. Sonunculardan 17-I xristian, 7-i yəhudi, 2-i 
bəhai və 1-i krişna şüuru dini icmasıdır [9, s. 171].
Azərbaycanda 
dini 
dözümlülük 
ənənələrinin 
qorunmasında 
və 
möhkəmləndirilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 
müstəsna xidmətləri olmuşdur. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra digər 
sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də əsaslı dəyişikliklər baş 
vermiş, milli-mənəvi dəyərlərin təbliğinə diqqət artırılmış, dini fəaliyyət sahəsində 
mövcud problemlərin həlli istiqamətində ciddi addımlar atılmışdır.
Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin himayəsi ilə ölkədə köhnə 
məscidlər bərpa edilmiş, yeni məscidlər inşa olunmuş, Azərbaycan xalqının əsas 
inanc yerlərindən biri olan və 1936-cı ildə dağıdılmış Bibiheybət məscidi yenidən 
tikilmiş, yeni dini tədris müəssisələri fəaliyyətə başlamışdır [10, s. 222].
Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan 
xalqının zəngin tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasına xüsusi 
diqqət yetirilmiş, ölkəmizdə dini dözümlülüyün möhkəmləndirilməsi hökumətin din 
siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Heydər Əliyev mütəmadi 
olaraq müxtəlif dinləri təmsil edən din xadimləri ilə görüşər, ibadət ocaqlarını 
ziyarət edər, dindarlar qarşısında çıxışlar edər, dini bayram və mərasimlər 
münasibətilə onları təbrik edərdi [11, s. 131].
Hazırda bu siyasəti Prezident İlham Əliyev böyük uzaqgörənliklə və uğurla 
davam etdirir. Bu gün ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələrinə böyük 
diqqət və qayğı ilə yanaşmaq Azərbaycan hökumətinin din siyasətinin əsas 
istiqamətlərindən birini təşkil edir. 
Prezident İlham Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin yüksək 
səviyyədə tənzimlənməsinə, tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dini 
abidələrin təmir və bərpasına xüsusi önəm verir, mütəmadi olaraq dini icma 
rəhbərləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı 
sayəsində son illər bir sıra məscidlər, tarixi mədəniyyət abidələri, o cümlədən 
Təzəpir, Əjdərbəy və Şamaxı məscidləri, Bibiheybət, Gəncə və Bərdə İmamzadə 
ziyarətgahları yüksək memarlıq üslubunda təmir və bərpa olunmuşdur. Eyni 


zamanda, Bakıda öz möhtəşəmliyi və əvəzsiz memarlıq üslubu ilə seçilən Heydər 
Məscidi tikilmişdir.
Həmçinin, dövlət dini icmalara daima xüsusi qayğı ilə yanaşır, dövlət 
büdcəsindən onlara maliyyə yardımı ayırır, dini bayram və mərasimlər dövlət 
səviyyəsində qeyd edilir. Bu, Azərbaycan hökumətinin dini icmalara yüksək diqqət 
göstərdiyinə dəlalət edir [12, s. 384]. .
Prezident İlham Əliyevin bilavasitə qayğısı ilə 2014-cü ilin fevral ayında 
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini 
dözümlülük ənənələrinin daha da möhkəmləndirilməsi, etnik qruplara və dini 
icmalara dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Respublikası 
Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlşt müşaviri 
xidməti, may ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. 
Hazırda Dövlət müşaviri xidməti dövlət din münasibətlərinin tənzimlənməsi, 
Azərbaycanda yaşayan bütün etnik və dini qrupların hüquqlarının qorunması, 
ölkəmizin zəngin tarixə malik tolerantlıq ənənələrinin möhkəmləndirilməsi 
istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.
Azərbaycanda dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi istiqamətində 
Heydər Əliyev Fondu da mühüm işlər görür. Fondun xətti ilə Xristianlığa və İslama 
aid bir çox dini abidələr təmir və bərpa olunmuşdur. Hazırda Fond Katolik kilsəsinin 
Azərbaycan Respublikasındakı Apostol Prefekturası ilə sıx əməkdaşlıq edir, 2008-
ci ildə Fondla sözügedən qurum arasında əməkdaşlıq haqqında memorandum 
imzalanmış, Fondun dəstəyi ilə 2009-cu ildə Bakıda yerləşən “Bakirə Müqəddəs 
Məryəm” katolik kilsəsində yenidənqurma və bərpa işləri aparılmışdır.
2016-cı ilin fevral ayının 23-də Azərbaycanın birinci xanımı Mehriban 
Əliyevanın iştirakı ilə Vatikanda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilmiş 
Marçellinio və Pietro katakombalanmn açılış mərasimi keçirilmişdir. Bu 
Azərbaycanın təkcə ölkəmizdə deyil, dünyanın ayn-ayn bölgələrində yerləşən 
müxtəlif mədəniyyətlərə və dinlərə aid abidələrə göstərdiyi qayğı və diqqətin 
göstəricisidir.
Azərbaycanda tolerantlığa aid qeyd olunan faktlar ölkəmizdə bütün dinlərə 
bərabərhüquqlu şəraitin yaradıldığını, tolerantlığın yüksək səviyyədə olduğunu, 
hökumətin bütün xalqların, etnik qrupların hüquqlarına hörmətlə yanaşdığını, 
onların tarixi və mədəni irsinin öyrənilməsinə, qorunub saxlanılmasına xüsusi önəm 
verdiyini göstərir.
Bu gün tam əminliklə deməyə əsas var ki, Azərbaycanda tolerantlıq ənənələrinin 
möhkəmləndirilməsi üçün bütün tədbirlər ardıcıllıqla, məqsədyönlü şəkildə həyata 


keçirilir, ayn-ayn dinlərin ardıcıllarının tam bərabərhüquqlu vətəndaş kimi yaşayıb 
fəaliyyət göstərməsinə şərait yaradılır.
Müasir dövrdə qarşıda duran əsas vəzifə bu zəngin irsi daha dərindən öyrənmək, 
qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Bu, hər bir Azərbaycan 
vətəndaşının üzərinə düşən tarixi məsuliyyətdir.
Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlanna nümunə göstəriləcək milli-
mənəvi sərvətidir. Azərbaycan xalqı özünün tolerantlıq ənənələrini bundan sonra da 
qoruyub saxlayaraq gələcək nəsillərə çatdıracaq və bu ənənənin zəiflədilməsinə 
yönələn bütün cəhdlərin qarşısını qətiyyətlə alacaqdır. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə