Siyasi sabitlik prosesinin mahiyyəti



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə17/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   ...   10   11   12   13   14   15   16   17   18
siyasi sabitlik

 

 


KİV-in siyasi proseslərə təsiri 
KİV dövlət orqanlarının fəaliyyətini işıqlandırmaqla, dövlət orqanlarının 
fəaliyyətini obyektiv informasiya ilə təmin etməklə, gizli iqtisadiyyat, korrupsiya və 
vəzifə cinayətkarlığı ilə mübarizə aparmaqla, informasiya sferasında ictimai, milli 
və dövlət marağına xidmət etməklə dövlət və cəmiyyət sistemində mühüm rol 
oynayır. Müasir cəmiyyətdə demokratikləşmə və modernləşmə xeyli dərəcədə 
dövlət hakimiyyətindən, media vasitələrindən, həmçinin, onların arasındakı 
qarşılıqlı münasibətlərdən asılıdır. 
Müasir KİV İKT-nin tətbiqi sayəsində dünya informasiya məkanına çox 
asanlıqla daxil olur, dünya xəbərlərini əldə edərək cəmiyyətə çatdırır, oxucu 
auditoriyasının tələbatını lazımi səviyyədə ödəyə bilir. Müasir dövrdə 
mediatexnologiya dövlət və vətəndaş cəmiyyəti qurumları arasında təmasların 
şəffaflığında, iqtisadiyyat, sosial, elm, təhsil və mədəniyyət sahələrinin və insanların 
həyat tərzinin inkişafında universal katalizator rolu oynayır. Lakin bu da məlumdur 
ki, cəmiyyətdə informasiyaya tələb təklifi, təklif isə tələbi tamamladıqda 
mediatexnologiyalar səmərə verməyə başlayır. Başqa sözlə, informasiya-
kommunikasiya texnologiyalarının geniş miqyasda tətbiqini cəmiyyətin sosial 
sifarişi şərtləndirir. 
KİV-də dövlət informasiya siyasəti insan, dövlət və cəmiyyətin qarşılıqlı 
hüquq və vəzifələrinin bərabərliyini, insan və bəşəriyyətə dövlət qayğısını irəli sürən 
humanizm ideologiyasına əsaslanır. Bu siyasət şəxsiyyət, cəmiyyət və dövlətin 
kütləvi informasiya təhlükəsizliyini təmin etmək məqsədi güdür. 
Siyasi mədəniyyəti yüksək olan insan dövlətçiliyin, sabitliyin 
möhkəmlənməsində əlindən gələni əsirgəmir, antihumanist ideya və metodların 
qarşısını alır. KİV siyasi maarifçilik fəaliyyəti ilə ölkədə bütün maraqlı qüvvələrin 
birliyini yaradır. İnsanı bütün ömrü boyu müşayiət edən mass-media onun siyasi və 
sosial informasiyanı qavramasına ciddi təsir edir. Demokratik cəmiyyətlərdə KİV 
vasitəsilə ictimai şüurda qanunun aliliyinə, insan hüquqlarına, peşəkar əməyə, 
ictimai konsensusa hörmət hissləri formalaşır, vətənpərvərlik tərbiyyə olunur. 
KİV-in daha bir qeyri-məxsusi funksiyası tənqid və nəzarətdir. Cəmiyyətin 
demokratikləşməsi və qanunçuluğun təmini baxımından bu funksiya çox mühüm 
əhəmiyyətə malikdir. Mətbuatın nəzarət funksiyası ictimai fikrin nüfuzuna əsaslanır. 
O, əlbəttə ki, qanunları və insan hüquqlarını pozanlara qarşı inzibati və ya iqtisadi 
sanksiyalar tətbiq edə bilmir. Lakin mətbuatın nəzarəti bir çox hallarda bu işi həyata 
keçirməli olan məxsusi orqanlara nisbətən daha təsirli və ciddidir. Çünki KİV bu və 
ya başqa hadisələrə və şəxslərə təkcə hüquqi qiymət deyil, həm də ictimai və mənəvi 
qiymət verir. 
KİV-in nəzarət funksiyası demokratik inkişaf yoluna qədəm qoymuş, dövlət 
nəzarət təsisatlarının peşəkarlığın çatışmadığı, müxalifətin yarımleqal fəaliyyət 


göstərdiyi ölkələrdə daha çox əhəmiyyət kəsb edir. Qeyri-dövlət, müxalifət KİV-nin 
mövcud olduğu cəmiyyətlərdə daha çox kəskin tənqidlər olur. Qeyri-dövlət KİV-in 
olmadığı cəmiyyətlərdə dövlət mediasının tənqidi minimal həddə olur. Belə 
cəmiyyətlərdə məmurlar dövlət maraqları adı altında öz maraqlarını həyata 
keçirirlər. Müstəqil, müxalifət KİV-in mövcud olmadığı yerlərdə dövlət mediası 
bütöv cəmiyətin, xalqın maraqlarını tam ifadə edə bilmir. Eyni zamanda, dövlət və 
qeyri-dövlət KİV-i tənqidi funksiyanı yerinə yetirərkən obyektivliyə və sosial 
ədalətə söykənməlidir. Bir çox hallarda KİV-in tənqidi münasibəti sosial ədalətin 
bərqərar olmasına xidmət edir. Tənqid və nəzarət funksiyaları yalnız KİV deyil, 
müxalifət və xüsusi təsisatlar vasitəsilə həyata keçirilir. KİV-in tənqidi daha geniş 
xarakter alır. Mass-media siyasi liderləri, hakimiyyətin müxtəlif qollarını, dövlət 
siyasətini, islahatları, hətta özünü də tənqid edə bilər. 
KİV vasitəsilə həyata keçirilən dövlət informasiya siyasətinin 
funksiyalarından biri artikulyasiya və inteqrasiya funksiyasıdır. KİV-də müxtəlif 
ictimai maraqlar açıq-aşkar öz əksini tapır. Dövlət informasiya siyasəti insana 
nifrəti, milli, dini, irqi, ayrı-seçkiliyi, şovinizmi təbliğ edən qüvvələrdən başqa, 
hamıya öz rəylərini, ideyalarını, proqramlarını açıq ifadə etməyə imkan 
yaratmalıdır. 
İnformasiya hakimiyyəti xalq və dövlətlə qarşılıqlı təsirdə olan bir 
fenomendir. İnformasiya hakimiyyətini təmsil edən KİV kütləvi şüura səmərəli təsir 
göstərir. İnformasiya fəaliyyəti sayəsində KİV dövlətçiliyin əsaslarının və dövlət 
informasiya siyasətini formalaşmasına təsir edən zəruri ünsürə çevrilir. 
KİV bir tərəfdən cəmiyyətin siyasi sistemini möhkəmləndirə, inkişaf etdirə, 
digər tərəfdən onu deformasiyaya uğrada, cəmiyyətə mənfi təsir edə bilər. 
Demokratik cəmiyyətlərdə KİV hakimiyyət və xalq arasında münasibətlərin 
ahəngdarlığının əsas vasitəsinə çevrilmişdir. KİV müxtəlif təsisatları təmsil 
etdiyindən, bəzən onun dövlət və cəmiyyət maraqlarını ifadə etməməsi hallarına da 
geniş rast gəlinir. 
Dövlət və cəmiyyət milli KİV-ə dövlət yardımı göstərir, dövlət və özəl KİV-
in inkişafında bərabər imkanlar, ölkənin informasiya mənbələrinə və ehtiyatlarına 
bərabər daxil olmaq şansı, cəmiyyətin sosial, iqtisadi, siyasi, mədəni inkişafını təmin 
etmək üçün ictimai həyatda informasiya prosesinin və KİV-in fəaliyyəti üçün 
optimal şərait yaradır. 
Dövlət uğurlu informasiya siyasəti yürüdərkən aşağıdakı baza prinsiplərinə 
əsaslanır:
1. Siyasətin aşkarlığı prinsipi. Bu zaman informasiya siyasətinin əsas 
istiqamətləri cəmiyyətdə və dövlətdə KİV nümayəndələrinin iştirakı ilə açıq 
müzakirə olunur, ölkə vətəndaşlarının ictimai rəyi nəzərə alınır.


2. Sistemlilik prinsipi - qəbul olunmuş qərarın həyata keçdiyi zaman onun 
nəticələri bütövlüyü, məcmusu ilə götürülməlidir.
3. Maraqların bərabərliyi prinsipi-informasiya fəaliyyətində iştirak edən KİV-
in cəmiyyətdəki vəziyyətindən, mənsubiyyətindən asılı olmayaraq bərabər 
səviyyədə maraqlarının nəzərə alınması siyasəti yürüdülməlidir.
4. Milli və dövlət maraqlarına üstünlük verilməsi prinsipi.
5. Sosial yönümlülük və vətəndaşların sosial maraqlarının təmin edilməsi 
prinsipi.
6. Dövlət tərəfindən yardım edilməsi prinsipi. 
7. Qanunun aliliyinin təmin edilməsi prinsipi. 
Müasir dövrdə KİV dövlət və cəmiyyət sistemində rolunun artması ilə 
multimedia və sosial medianın yaranması, sosial informasiya nəzəriyyələrinin 
inkişafı baş verməkdədir. Hazırda "Demokratiyanın informasiya nəzəriyyəsi" adlı 
elmlərarası istiqamət diqqəti cəlb etməkdədir. Bu nəzəriyyə informasiyanın dərk 
olunması məqsədilə sosial-iqtisadi və digər formaların qarşılıqlı təsirinin faydasına 
artırmaq üçün informasiya-kommunikasiya texnologiyalarının imkanlarını öyrənir. 
"Tətbiqi planda demokratiyanın informasiya nəzəriyyəsinin məqsədi mövcud siyasi 
sistemlər çərçivəsində demokratik təsisatların optimallaşdırılması və elektron 
demokratiyanın inkişafıdır. Bunun üçün informatika, kibernetika, sinergetika, 
sosiologiya və digər elmlərin ideya və metodoloji üsullarından istifadə edilir. 
Demokratiyanın informasiya nəzəriyyəsi birgə rifah yaradılması konsepsiyası ilə 
qovuşur". Göründüyü kimi, bu nəzəriyyə elmlərarası tədqiqat obyekti kimi 
demokratiyanın və informasiya azadlığının bərqərar olmasına xidmət edir. 
Dövlət və cəmiyyət sistemində, sosial inkişafın istiqamətində informasiya və 
kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. İnkişafına iqtisadi, siyasi, hüquqi, 
təşkilati yaradıcılıq informasiya-texnoloji amillərin təsir etdiyi kütləvi informasiya 
vasitələri dövlətin idarəetmə sistemində mühüm tərkib hissəsi kimi xarici və daxili 
siyasətin formalaşmasında, həyata keçirilməsində, hökumətlə xalqın qarşılıqlı 
əlaqələrində, cəmiyyətin demokratik idarə olunmasında xüsusi rol oynayır. KİV 
cəmiyyətin inkişaf dinamikasına təsir etmək və onu dəyişdirmək gücünə 
malikdir. KİV-in cəmiyyətdə və dövlətdə rolunu aşağıdakı kimi qruplaşdırılır:
1) KİV ictimai rəy formalaşdıran, ictimai-siyasi prosesləri istiqamətləndirən təsisat 
kimi; 
2) cəmiyətdə baş verən prosesləri dərk etdirən və qiymətləndirən amil kimi;
3) müstəqil KİV-in demokratik prinsiplərin reallaşmasını təmin edən əsas göstərici 
kimi. 
Kütləvi informasiya vasitələri və hökumət arasındakı əlaqə və münasibətlər 
əsasən üç şəkildə üzə çıxır: Birincisi, KİV siyasi, iqtisadi, sosial və sahələri idarə 
edən qüvvələrin - hökumətin təsiri altında işləyir. İkincisi isə, bütün bu sahələrə 


nəzarəti həyata keçirir. Üçüncüsü, KİV müstəqil olaraq cəmiyyətin həyatında iştirak 
edir. Bu zaman artıq KİV dördüncü hakimiyyət rolunda çıxış edir. 
Son dövrlərdə bəzi tədqiqatçılar hakimiyyətin üç deyil, dörd, hətta beş 
bölgüsündən bəhs edir. Rus tədqiqatçısı professor R.F.Abdeyev "İnformasiya 
sivilizasiyası fəlsəfəsi" əsərində hakimiyyətin əsas demokratik bölgü prinsipinin 
inkişafında informasiyanı ayrıca bir hakimiyyət kimi nəzərdən keçirir: "Yeni 
sivilizasiyada dövlət mürəkkəb özüntəşkil sistemi kimi öz strukturunu daha artıq 
təkmilləşdirir. İnformasiya sivilizasiyası dövrünə qədəm qoymuş ölkələrin təcrübəsi 
göstərir ki, hüquqi-demokratik dövlət beş hakimiyyət üzərində qurulur". 
R.F.Abdeyev göstərir ki, dövlət sosial-mədəni planda və iqtisadi cəhətdən yalnız beş 
müstəqil hakimiyyətin - qanunverici, icraedici, məhkəmə, informasiya və intellekt 
hakimiyyətlərinin qarşılıqlı təsiri zamanı inkişaf edə bilər. Sonuncu iki hakimiyyət 
tipi bütün qalan hakimiyyətin hamısına nüfuz edir. Müəllif informasiya hakimiyyəti 
dedikdə azad mətbuatı, aşkarlığı, məlumat banklarına daxil olmağın bolluğunu 
nəzərdə tutur. İnformasiya hakimiyyəti fasiləsiz olaraq xəbərlər axınını həyata 
keçirən peyk televiziyası vasitəsilə reallaşır. 
Cəmiyyət və dövlət sistemində infomrasiya idarəetməsinin rolu getdikcə daha 
da artır. İnformasiya hüquqi dövlət, demokratiya və vətəndaş cəmiyyətinin 
inkişafına təkan verir. KİV ictimai həyata, insanların əhval-ruhiyyəsinə və ictimai 
rəyə güclü təsir edə bilir. Demokratik təsisatlar geniş vətəndaş azadlığı, müstəqil, 
azad KİV və güclü vətəndaş cəmiyyətinin bərqərar olduğu hüquqi dövlətlərdə daha 
sürətlə formalaşa bilir. 
Dövlət informasiya siyasətinin həyata keçirilməsində mühüm rol oynayan 
müasir KİV informasiya cəmiyyətinə özünəməxsus şəkildə təsir edir. Öz növbəsində 
informasiya cəmiyyətinin KİV-ə təsiri aşağıdakılarla müəyyənləşdirilir: 
- İqtisadiyyatın əmtəə istehsalından xidmətə istiqamətlənməsi. Bu şəraitdə 
jurnalistika qarşısında tələb bazarın informasiya və kommunikasiya sahələrinin 
idarə edilməsidir. 
- Cəmiyyətin texnoloji və sosial-siyasi strukturlarının əsasları kimi biliklərin 
əhəmiyyətinin artması bilik yayımını təmin edən ictimai institutlara, yəni qlobal 
informasiya-kommunikasiya şəbəkələrinə və bu sahədə çalışan mütəxəssislərə 
ehtiyacı formalaşdırır. Belə olan təqdirdə jurnalistika bilik tədarükçüsü rolunu 
yerinə 
yetirir. 
- Aparıcı “universitet”lərin (təhsil, elm) ictimai faktorun sistem qenerasiyası kimi 
formalaşması. Bu şəraitdə jurnalistika qarşısında tələb jurnalistikanın, sosial təhsil 
institutlarının məsuliyyət sferasına aktiv şəkildə əlavə edilməsidir. Jurnalistika 
sahəsində birbaşa interaktivlik, gələcəkdə əhəmiyyətli dərəcədə intellektual 
mülkiyyətin müdafiəsini təmin edəcək. Bu artıq müəyyən qədər baş verməkdədir. 


Müasir dövrdə bütün ölkələr qarşısında duran əsas vəzifə , informasiya 
cəmiyyətinə keçmək üçün zəruri olan səmərəli yolları müəyyənləşdirmək , onları 
müərəkkəb sosial siyasi proseslərin yeni texnologiyaları ilə əlaqələndirmək , analiz 
və korreksiya etməkdən ibarətdir . Bu sosial fövqəl və məsuliyyətli bir vəzifədir , 
hal – hazırki informasiya texnologiyaların inqilabı ilə ayaqlaşa bilməyən , özünün 
sosial və siyasi çöhrəsini onunla uzlaşdırmağı bacarmayan cəmiyyət sonunda 
mövcud texnologiyalardan səmərəsiz istifadə edən iqtisadi siyasi , texnoloji və 
mədəni cəhətdən geridə qalmış ölkəyə, cəmiyyətə çevriləcək. 
İnformasiya cəmiyyətində siyasi həyat radikal transformasiyalara məruz qalır 
və siyasi birləşmə, siyasi fəaliyyət proseslərinin axarı dəyişmiş olur . Qeyd olunanlar 
özünü aşağıdakılarda büruzə verir.
1.insanların davranışlarının və siyasi birliyinin sosial - sinfi və maddi 
motivlərin qlobal maraqlarla özünü gerçəkləşdirmə vəzifələri ilə əvəz olunur . Əsas 
diqqət mərkəzində sinif, qrup insanlar kateqoriyası deyil , şəxsiyyətin tələbatları 
durur .
2.informasiya texnologiyalarının eninə yayılması ilə (güclü fərdi 
kompüterlərin yaranması) əlaqədar kommunikasiya kodları yaranmış olur və bu da 
öz bütün - mərhələrində siyasi birləşmədən tutmuş, siyasi proqramların həyata 
keçirilməsinədək bilavsitə iştirak etməyə şərait yaradır.
3.vətəndaşların öz hökumətlərinin və siyasi liderlərinin fəaliyyətlərinə nəzarət 
etmək imkanları xeyli dərɔcədə artır.
4.insanların şəxsi həyatlarının sirlərinin toxunulmazlığı problemi, özəl 
həyatanın sirli qalmasına təminat verilməsi problemi kəskinləşir . 
Qeyd olununlarla uyğun olaraq informasiya cəmiyyətdə siyasi birlik və siyasi 
fəaliyyət instrumentləri də başqa cür olur . 
Nə üçün informasiya cəmiyyətdə siyasəti formalaşdıran faktorların ümumi 
çəkisində nəzərə çarpacaq dəyişikliklər baş verir ? Nə üçün industrial cəmiyyətdə 
Siyasi liderlər 
Siyasi partiyaların 
formalaşması 
KİV 
Siyasətin həyata 
keçirilməsi 
Şəxsiyyətin fərdi 
tələbatları 


önəmli rol oynayan sinfi mənsubiyyət və partiyaların siyasi partiyaların siyasi 
proqramların kimi mühüm siyasi birlik faktorları II plana keçirlər ? Nə üçün siyasi 
liderlərin şəxsiyyəti əlahiddə əməhiyyət kəsb etməyə başlayır ? 
Bütün bu söylədiklərimiz onunla izah olunur ki, informasiya cəmiyyətdə 
nümayndəlik demokratiyasının atribut və imperativlərin çıxışdırıb aradan çıxaraq bir 
başa demokratiya hökm sürməyə başlayır və o da ayrı - ayrı şəxslərin rəngrəng 
maraqlarını ifadə edir. 
M.Kastelsin fikrincə , belə rəngarənglitk yanlız simvollar səviyyədə birləşmiş 
olur. Öz növbəsində hakimiyyət səviyyədə simvolların əsas ifadəçisi kimi siyasi 
liderlərin şəxsiyyəti çıxış edir . 
Qeyd etmək lazımdır ki, informasiya cəmiyyətdə dövlət orqanlarının qərarları, 
sıravi vətəndaşlarının maraq və tələbatlarından tədric olunmuş olunduğundan, 
vətəndaşlar siyasi partiyalara qarşı inamsızlıqlarını nümayiş etdirirlər. Siyasi 
partiyalara inanmamalarına baxmayaraq , insanlar onu da dərk edirdilər ki , siyasət 
bir gərçəklikdir və o , onların həyatlarının tənzimlənməsində ən mühüm rol oynayır. 
Elə məhz buna görə də onlar daha az ziyalı seçməli olurlar , yəni siyasi liderlər 
arasından seçkdikləri şəxsiyyətə səs verirlər. 
M.Kastelsin də qeyd etdiyi kimi, belə bir şəraitdə şəxsiyyət o kəsə çevrilir ki , 
hamı ona müraciət edir, öz hərəkətini onunku ilə tutuşdurur. 
Informasiya cəmiyyətdə müəyyən şəxsi keyfiyyət toplusundan ibarət olan, 
siyasi streotipini formalaşır. Onu da qeyd etmək lazımdır ki, müxtəlif 
mədəniyyətlərdə bu keyfiyyətlər toplusu dəyişmiş olur. Beləliklə, informasiya 
cəmiyyətdə sinfi siyasətdən simvolik siyasətə keçid nazərə çarpacaq dərəcədə hiss 
olunur
Məsələn : ABŞ - da prezident seçkilərində qalib gəlmək üçün rəsmi surətdə öz 
həyat yoldaşına sədaqəti qorunmalıdır. Bundan fərqli olaraq , Avropada namizədələr 
kübarcasına bu mövzuya toxunmur , çünki orada belə bir məntiq mövcuddur ki , 
əgər kişi bir dəfə olsun arvadına xəyanət etməyibsə , deməli o çox qəribə insandır . 
İnformasiya müasir dövrdə dövlət siyasətinin əlahiddə faktoru olmaqla Milli 
təhlükəsizliyin də təminatçısı kimi çıxış edir ( i.Panarin ). 
Özünün yeni inkişaf arasına qədəm qoymuş sivilizasiyada informasiya 
bəşəriyyətin qlobal , sonsuz sərvətinə çevrilməyə başlamışdır. Beləliklə , bəşəriyyət 
informasiya ehtiyatlarının intensiv mənimsəmə mərhələsinədaxil olmuşdur . Dünya 
prosesində informasiya inqilabları , bəşəriyyət tarixindəki dəyişmələrin ən 
fundamental və fövqəladəsidir . Yeni informasiya texnologiyaları səbəb olmuşlar . 
Təkcə bir faktı qeyd etmək lazımdır ki , informasiya vasitələri ilə triolliyonlarla 
dollarlar köçürülür .


Bu inqilab sayəsində , mikroelektronikada əmək məhsuldarlığı milyon dəfə 
artmış və elmi biliklər hər 13-15 il ərzində 2 dəfə çoxalmışdır. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə