Siyasi sabitlik prosesinin mahiyyəti


Seçkilərin siyasi sabitliyə təsiri



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   ...   10   11   12   13   14   15   16   17   18
siyasi sabitlik

Seçkilərin siyasi sabitliyə təsiri 
Seçkilərin siyasi sabitliyə təsiri: Seçkilər demokratik idarəetmə və siyasi sabitliyin 
təməl daşıdır. Seçkilər yolu ilə hökumətlər demokratik mandatlarını əldə edir və 
vəzifələrindəki fəaliyyətlərinə görə məsuliyyət daşıyırlar. Məlumdur ki, demokratik 
cəmiyyətlərdə hakimiyyətin mənbəyi xalqdır. Bu mənada demokratik seçkilər 
dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların əsas iştirak formasıdır. 
İstənilən dövlətdə seçkilərin ədalətli və şəffaf keçirilməsi həmin cəmiyyətin 
demokratik mühitinin yüksək olmasından xəbər verir. Bu prosesin məntiqi yekunu 
olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi qüvvə ilə bağlayır. 
“Sistemin möhkəm olması üçün onu tez-tez silkələmək lazımdır”. ( Çelomey ) 
Tarixi təcrübə göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə 
yanaşı həm də demokratik seçkilərdən asılıdır. Seçkilər idarəetmənin mərkəzi 
institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi 
formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə seçkilər 
vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə 
legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca 
mexanizm isə, ilk növbədə, azad, ədalətli və obyektiv seçkilərin təşkilidir. 
Seçki sistemləri “ədalətli təmsil” və “idarəetmədə sabitlik” prinsiplərindən biridir. 
Hər bir seçki sistemi siyasi sabitliyə mühüm formada təsir göstərir. Başqa sözlə
ölkələrin üstünlük verdiyi seçki sistemləri siyasi güc strukturlarının ən 
müəyyənedici elementidir. Bu baxımdan hər bir ölkə özünə ən uyğun olan seçki 
sistemini seçməlidir. 
Demokratik ölkələrin seçki təcrübəsi göstərir ki, hər bir seçkinin uğurunu təmin edən 
şərtlər sırasında siyasi iradə və ictimai-siyasi sabitlik amilləri ilə yanaşı, təkmil seçki 
qanunvericiliyinin də olması vacibdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 
hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil 
Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən 
azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri 
müəyyənləşdirmişdir. Əsas Qanunda təsbit olunmuş müddəalara istinadən 
Azərbaycanda seçkilərin hüquqi bazası formalaşdırılmışdır. Konstitusiyanın 4-cü 
maddəsinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin 


xalqı təmsil etmək, xalqın adından danışmaq və müraciət etmək hüququ yoxdur. 
Əsas Qanunun 56-cı maddəsinə əsasən, hər bir Azərbaycan vətəndaşının dövlət 
orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var. 
Bütövlükdə respublikamızda demokratik institutlar inkişaf etdikcə seçki sisteminin 
təkmilləşdirilməsi prosesi ötən illərdə uğurla həyata keçirilmişdir. Əlbəttə, bütün 
bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokratiyanın inkişafı ilə 
bağlı qətiyyətli və ardıcıl siyasəti dayanır. Ölkəmizdə keçirilmiş hər bir seçki 
əvvəlkinə nisbətən beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində irəliyə 
doğru atılmış addım kimi qiymətləndirilir. Bunu nüfuzlu beynəlxalq təşkilatların 
seçkilərə dair verdikləri rəylərin müqayisəli təhlili göstərir. 
1993-cü ilin iyun ayından etibarən ölkəmizdə 6 prezident, 5 parlament, 5 bələdiyyə 
seçkisi, o cümlədən 4 referendum keçirilmişdir. Ayrı-ayrı vaxtlarda parlamentə və 
bələdiyyələrə əlavə və təkrar seçkilər də təyin olunmuşdur. Bütün bu seçki və 
referendumlara dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq 
edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə vətəndaşların siyasi şüuru və seçki 
mədəniyyəti daha da yüksəlmişdir. 
Azərbaycanda seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması 
məqsədi ilə 2003-cü ilin mayında Seçki Məcəlləsinin qəbulu bu əməkdaşlığın gözəl 
bəhrəsidir. Sənədin hazırlanması ilə bağlı ilk növbədə AŞ Venesiya Komissiyası, 
ATƏT DTİHB və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq 
münasibətləri qurulmuşdur. 2002-ci ilin ortalarında bu təşkilatlardan alınan müsbət 
rəylərdən sonra Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. 
Demokratik məzmununa görə dünyanın ən inkişaf etmiş ölkələrinin seçki 
qanunvericiliyinə nümunə sayıla biləcək bu məcəllə beynəlxalq təşkilatlar 
tərəfindən yüksək qiymətləndirilmiş, seçki üzrə ixtisaslaşmış təsisatların müsbət 
rəyini almışdır. 
Bu gün ABŞ-da siyasi proseslərin əsas iştirakçıları - özlərinin XVIII və XIX 
əsrlərdəki sələflərinin varisləri olan Demokratlar və Respublikaçılar partiyalarıdır. 
Çox nadir hallar istisna olmaqla, məhz bu iki partiyanın nümayəndələri 
prezidentliyə, Konqresə, qubernatorluğa və ştatların qanunvericilik orqanlarına 
seçilirlər. Məsələn, 1852-ci ildən başlayaraq ölkə prezidenti ya respublikaçılardan, 
ya da demokratlardan seçilir. İkinci Dünya müharibəsindən sonra isə yalnız bu əsas 
iki partiyanın nümayəndələrinə verilən səslər bütövlükdə 95 faiz təşkil edir. Çox 
nadir hallar olub ki, 50 ştatın hər hansı birinə ya respublikaçılardan, ya da 
demokratlardan olmayan namizəd qubernator seçilsin. ABŞ Konqresində, eləcə də 


ştatların qanunvericilik orqanlarında da müstəqil deputatlar və ya üçüncü 
Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə