Siyasi sabitlik prosesinin mahiyyəti



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
siyasi sabitlik

 
 
Azərbaycanda həyata keçirilən islahatlar: 
Azərbaycanda sosial-iqtisadi islahatlar uğurla aparılır. Dünya Bankı 2020-ci il 
hesabatıda da Azərbaycan dünyanın ən çox islahat aparan 20 ölkəsindən biri seçildi. 
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan rəy sorğusunda əhalinin mütləq 
əksəriyyəti Prezident İlham Əliyevi - islahatların rəhbərini dəstəklədi. Azərbaycanda 
ictimai siyası sabitliyin möhkəm olması da islahatların sürətli və əhatəli olması üçün 
münbit şərait yaratmışdır. İslahatların aparılması üçün gücli siyasi iradənin və liderin 
olması nəticələrin hər il daha da yaxşılaşmasına mühüm zəmanət verir. [2] 



 Azərbaycanda illərdir sistemili şəkildə görülən işlər və aparılan siyasət milli 
iqtisadiyyatımızın yüksəlişini təmin edib. Xatırlayırıq ki, hələ qlobal maliyyə 
böhranı dövründə Azərbaycan iqtisadiyyatı öz sabitliyi ilə seçildi və həmin 
prosesdən demək olar ki, zərər çəkməyən azsaylı dövlətlərdən olduq. Bunun 
arxasında isə illərdir düzgün istiqamətlənən dövlət siyasəti dayanırdı. Bu gün 
respublikamız rəqabət qabiliyyəti kifayət qədər yüksək olan iqtisadiyyata malikdir 
və heç bir kənar maliyyə mənbəyindən asılı deyil. Azərbaycan hətta ölkə xaricində 
də nəhəng investisiya layihələri həyata keçirir. Bütövlükdə, son 15 ildə həyata 
keçirilən müxtəlif təşviq tədbirləri, islahatlar və maliyyə təminatının gücləndirilməsi 
sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox genişlənib. O cümlədən cari ilin ilk 
iki ayında ölkə üzrə ümumi daxili məhsul 3 faiz artıb. Qeyd edək ki, bu, son illərin 
ən yüksək göstəricisidir. Daha böyük artım isə 15,5 faiz olmaqla qeyri-neft 
sənayesində qeydə alınıb ki, bu, dünya rekordudur. Sevindirici haldır ki, artıq ildən-
ilə ölkəmizin gəlirlərindən qeyri-neft sektorunun payı artmaqdadır. 
Təbii ki, burada regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət 
proqramlarının rolunu xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu ilin 
yanvarın 29-da imzaladığı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü 
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 
Fərmanda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası regionlarının inkişafı 
ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm 
tərkib hissəsidir. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət 
proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul qeyri-
neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. 
Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 
milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə 
yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə endirilib. [3] 
Hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması 
sahəsində böyük nailiyyətlər qazanan Azərbaycanda demokratik inkişaf 
istiqmətində önəmli addımlar atılır. İctimai-siyasi həyatımızın bütün sferalarında 
reallaşdırılan genişmiqyaslı islahatlar bugünkü Azərbaycanın yeni siyasi 
gerçəkliyidir. Bunu Prezident İlham Əliyev sentyabrın 21-də BMT Baş 
Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş 
Yüksək Səviyyəli İclasında videoformatdakı nitqində bir daha bildirdi: “Azərbaycan 
sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının 
qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental 
hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad 
azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay öncə 


biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin 
təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi 
gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət 
edəcəkdir.” 
Son illər ölkəmizdə siyasi islahatlar dərinləşdikcə siyasi plüralizmin daha da 
şaxələnməsi, siyasi hüquq və azadlıqların durmadan genişlənməsi, çoxpartiyalı 
siyasi sistemin yeni konfiqurasiyasının formalaşması prosesi daha da sürətlənib. Bir 
sıra yeni partiyaların dövlət qeydiyyatına alınması, siyasi partiyaların liderləri ilə 
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə 
əlaqələr şöbəsində mütəmadi olaraq keçirilən görüşlər bunun əyani sübutdur. VI 
çağırış Milli Məclisdə rəhbər orqanların tam dəyişdirilməsi, ilk dəfə olaraq müxalifət 
nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçilməsi, bununla 
yanaşı, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində 
parlamentin komitələrinə başçılıq etmələri siyasi konfiqurasiyanın formalaşmasının 
bariz nümunəsidir. 
Əslində son zamanlar struktur, kadr, maliyyə və hüquq sahəsində aparılan islahatlar 
müəyyən mənada ötən illərki islahatların davamı kimi şərh oluna bilər. Ölkə 
başçısının 17 il ərzində davamlı olaraq həyata keçirdiyi islahatlar kursu 2018-ci ilin 
prezident seçkilərindən sonra keyfiyyətcə yeni mərhələyə daxil olmaqla, ölkəmizdə 
ictimai-siyasi sabitliyi daha da möhkəmləndirib, iqtisadi inkişafın dayanıqlığını 
təmin edib. 
Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin Milli Məclisin VI çağırış birinci 
iclasındakı nitqi siyasi islahatların, siyasi sistemin daha da təkmilləşdirilməsinin 
siyasi-elmi konsepsiyasını təşkil edir. Ölkə başçısı həmin nitqində bildirib ki, 
aparılan genişmiqyaslı və çoxşaxəli islahatlar nəticəsində Azərbaycanın yeni siyasi 
konfiqurasiyası formalaşır. 
Ölkəmizdə siyasi islahatların uğurla reallaşdırılması çoxpartiyalı demokratik 
cəmiyyət quruculuğunu daha da inkişaf etdirmək, partiyalararası münasibətləri 
tənzimləmək, iqtidar-müxalifət münasibətlərində siyasi dialoqa nail olmaq 
baxımından mühüm əhəmiyyət kəsb edir. Siyasi islahatlar, həmçinin siyasi 
təfəkkürün və mədəniyyətin formalaşmasını təmin edir. Qətiyyətlə demək olar ki, 


ölkə başçısının uğurla reallaşdırdığı və gündən-günə dərinləşməkdə olan yeni siyasi 
islahatlar Azərbaycan cəmiyyətinin monolitliyini təmin edir. 
Təbii ki, xalqımızın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin 
formalaşdırılması istiqamətində atılan uğurlu addımların təməlində məhz uğurla 
reallaşdırılan sistemli və köklü islahatlar dayanır. Prezident İlham Əliyev aprelin 14-
də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans 
şəklində müşavirədə çıxışında bildirib: “Siyasi islahatlar göz qabağındadır, kadr 
islahatları aparılıb. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, 
parlamentdə böyük kadr dəyişiklikləri edilib. Bütün hakimiyyət qollarında aparılan 
islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii 
olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin. 
Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu 
dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə biz onu da təmin edirik. Hesab edirəm 
ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan 
ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm 
qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Eyni zamanda, yerli icra 
orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi 
mübarizə də göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir.”[4] 
Bütövlükdə keçən il ölkəmizin uğurla inkişaf etdiyini, sabitliyin təmin olunduğunu 
vurğulayan Prezident İlham Əliyev dünyada gedən proseslərin narahatlıq 
doğurduğunu, yeni münaqişə ocaqlarının yarandığını, mövcud problemlərin öz 
həllini tapmadığını, əksinə, yeni problemlərin əlavə olunduğunu bildirib və deyib: 
“Ancaq Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud 
olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət 
xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin 
təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz 
həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək 
səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur”. 
Prezident İlham Əliyev keçən il iqtisadi sahədə yaxşı nəticələr əldə edildiyini, 
ölkəmizin indi iqtisadi inkişaf, ciddi islahatlar yolunda olduğunu, islahatların 
cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək deyib: “Çünki bu 


islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını 
sürətləndirir, ölkəmizdə mövcud olan xoşagəlməz problemlərin həllində isə çox 
önəmli rol oynayır. Adətən çox köklü iqtisadi və siyasi islahatlar böyük problemlər 
də gətirir. Yəni, bu islahatlar bəzi hallarda, daha doğrusu, bir çox hallarda insanların 
həyat tərzinə mənfi təsir göstərir. Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. 
Bu, düşünülmüş siyasətdir. Sadəcə olaraq, biz indi islahatların yeni mərhələsinə 
qədəm qoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm siyasi sahədə aparılan 
islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir. Eyni zamanda, çox 
ciddi struktur və kadr islahatları aparılmışdır”. [5] 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə