Siyasi sabitlik prosesinin mahiyyəti


partiyalar hələ ki, formalaşmamışdı. Yada salmalıyıq ki, nəzə-riyyənin məqsədi



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
siyasi sabitlik


partiyalar hələ ki, formalaşmamışdı. Yada salmalıyıq ki, nəzə-riyyənin məqsədi 
hakimiyyətlər arasında balans quraraq liberal rejimin bərqərar olmasını təmin etmək 
idi. Halbuki partiya sistemi hakimiyyətlər bölgüsünün səviyyəsinə ciddi təsir 
göstərir. Günümüzdə isə sistemin liberallığı icra/ qanunvericilik bölgüsünə görə 
deyil, iqtidar/müxalifət bölgüsünə görə aparılır. Partiyaların hakimiyyətlər bölgüsü 
üzərindəki təsiri isə təkcə sayları deyil, eyni zamanda daxili quruluşları və qarşılıqlı 
gücləri ilə də ortaya çıxır. Bu səbəbə görə modern hakimiyyətlər bölgüsü
konstitusion müddəalardan yaranan hakimiyyətlər bölgüsü ilə partiya sistemindən 
yaranan hakimiyyətlər bölgüsünün toplamından yaranır.
Dünya dəyişib, beynəlxalq siyasi səhnədə də ciddi dəyişikliklər baş verib. Ancaq 
Azərbaycanda destruktiv müxalifət başçılarının düşüncəsində və fəaliyyətində 
dəyişiklik baş vermir. Bu da ondan irəli gəlir ki, bu yönümlü müxalifətçiliyin əsası 
əvvəldən düzgün qoyulmayıb. Çünki ilk gündən xalq hərəkatına rəhbərliyi ələ 
keçirənlərin əhval-ruhiyyəsi demokratik dəyərlərdən uzaq idi. Əlbəttə, bütövlükdə o 
dövrün mübarizə metod və formalarına kölgə salmaq düzgün olmazdı. Kəskin 
radikallıq yaranmış vəziyyətin tələbi idi. Ancaq hər dövrün özünəməxsus fəaliyyət 
proqramı və metodları olmalıdır. Bu aksiomadır. Mitinq, yürüş, daş-kəsək, yalan, 
böhtan, təhqirlər və s. bu tipli mübarizə metodları keçmişdən xəbər verir və indi 
qətiyyən cəmiyyət tərəfindən qəbul olunmur". [6, səh. 6]
Bu gün müxalifətçi qruplar istədikləri qədər mitinq keçirə və ya boykot edə bilərlər, 
amma bunun bir nəticəsi olmayacaq, çünki xalq onların "yürüşlərindən" və 
"yığnaqlarından" bezmişdir. İqtidarı tənqid etmək hər bir sivilizasiyalı ölkənin 
ictimai-siyasi həyatında adi haldır. Sağlam müxalifət iqtidara lazımdır. Lakin siyasi 
tarazlığı pozmağa çalışaraq, konstitusiya quruluşunun əsaslarının təftiş olunmasını 
tələb edənləri iqtidar dəstəkləməyəcəkdir.
- İqtidar və müxalifətin dialoqu demokratik dövlətin həyatında çox mühüm amildir. 
Bu gün iqtidarla müxalifətin qarşılıqlı münasibətləri necədir?
- Müxalifətçi partiya və hərəkatlar müasir Azərbaycanın siyasi sisteminin bir 
hissəsinə çevrilmişlər.
İndi cəmiyyət həyatının bütün tərəflərini əhatə edən dəyişikliklər siyasi sahədə, 
bəlkə də, daha aydın və aşkar şəkildə nəzərə çarpır. Siyasi həyat siyasi proseslərin 
rəngarəngliyi və dinamikası ilə fərqlənən yeni məzmunla dolğunlaşır.


Əlbəttə, iqtidarla müxalifət arasında vicdanlı, normal, sivil münasibətlər bütün 
cəmiyyət üçün nümunədir, siyasi sabitliyə, əhalinin müxtəlif qrupları arasında siyasi 
mədəniyyət, tolerantlıq tərbiyə olunmasına kömək edir. Bu da millətin intellektual 
və mənəvi qüvvələrini təxirəsalınmaz ümummilli vəzifələrin həllinə, xalqın 
daxilində inteqrativ meyllərin güclənməsinə səfərbər etməyə yardım göstərir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə