Siyasi sabitlik prosesinin mahiyyəti


Sabitlik prosesi elementlərinin təsnifatı



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   2   3   4   5   6   7   8   9   ...   18
siyasi sabitlik

Sabitlik prosesi elementlərinin təsnifatı
Şübhəsiz , rejimin siyasi sabitlik problemi siyasət elminin əsaslarından biridir . 
Siyasi sabitliyin öyrənilməsi sahəsində mühüm eimi nəticələr əldə etmiş s . 
Mantinqton qeyd edirdi ki , « sabitliklə anarxiya arasındakı fərq , demokratiya ilə 
diktatura arasındakı fərqdən daha çox fundamental xüsusiyyətə malikdir » ( 126 , p 
. 47 ) . S.Hantington sabitliyi siyasi institutlaşmanın səviyyəsi ilə əlaqələndirir . 
Cəmiyyətdə siyasi institutlaşmanın səviyyəsi isə sabitliklə düz mütənasibdir . Siyasi 
sabitliyin təmin olunması siyasi institutların mühüm vəzifəsi hesab olunur . Bu 
məqsədlə müxtəlif siyasi mexanizmlərdən istifadə olunur . Məsələn , yeni 
konstitusiyanın qəbul olunması , islahatların apanlması və s . Azarbaycan 
Respublikasında siyasi sabitliyin təmin olunması üçün hər iki siyasi mexanizmdən 
paralel şəkildə istifadə olundu . Siyasi sabitliyin təmin olunması məsələsi daimi 
xarakter daşıyır . Bu gün dünyanın müxtəlif ölkələrində politoloq - alimlər sabitliyin 
təmin olunmasının konsepsiyalarının hazırlanması ilə məşğuldurlar . Məlumdur ki , 
istənilən sistemi struktur kimi , daha doğrusu , sabit xassəli komponentlər toplusu 


şəklində təqdim etmək olar . Ancaq bütövlükdə sistem vahidlər arasında bir sıra 
xassə və münasibətləri dəyişdirən hadisələr və proseslər toplusudur . T.Parsonsun 
qeyd etdiyi kimi , « sistem o vaxt sabit və ya nisbi tarazlıq halında olur ki , onun 
strukturu və proseslər arasında , onun daxilində və onu əhatə edənlər arasında 
xüsusiyyətlər və münasibətlər dəyişməz qalsın » ( 80 , s . 17 ) . Ümumiyyətlə , 
dinamiki sistemlərdə tarazlığın bu cür saxlanması , həmişə « neytrallaşdırıcı » 
ekzogen ( xarici səbəblərdən yaranan ) və endogen ( daxili səbəblərin doğurduğu ) 
proseslərdən asılıdır . Əgər həmin proseslər nəzarətdən çıxarsa , onda bu strukturun 
dəyişməsinə gətirib çıxara bilər . Ölkəmizdə aparılan aqrar islahatlar da endogen 
mənşəlidir və siyasi sabitliyin tamin olunmasında mühüm əhəmiyyətə malikdir . 
Siyasi cəhətdənsabit dövlətlər üçün aşağıdakılar xarakterikdir a ) millətə xas olan 
xüsusiyyətlərin bölüşdürülməsi ; b) idarəçilik formasının irsiliyi ; c) hakim elitanın 
tədricən və qaydaya müvafiq əvəzlənməsi ; d) hakim strukturların balanslaşdırılması 
üçün saxlama və dəfetmə sistemlərinin mövcudluğu ; daxilində müxalifətin səmərəli 
fəaliyyət göstərə bildiyi çoxpartiyalılığın fəaliyyət göstərə bilməsi ; e) orta sinif 
nümayəndələrinin kifayət qədər olması ( 100 , s . 522 ) . Siyasi sabitliyin bütün 
amilləri analtik cəhətdən nə qədər ayrı olsalar da , onlar bir - biri ilə o qədər bağlıdır 
ki , onlardan birinin pozulması digərinin də pozulması ilə nəticələnə bilər . Alim 
politoloqların əksəriyyəti belə fikirdədilər ki , əgər rejimin siyasi institutları 
vətəndaşların tələblərinə vaxtında reaksiya verirlərsə , onda həmin iqtidar siyasi 
sabiliyi qazanmış olur . Vətəndaşların tələblərinin əksəriyyəti iqtisadi təyinatlı olub 
, daha çox gündəlik istehlak mallarına olan münasibətdə özünü göstərir . Əgər xalq 
hiss etsə ki , o daha yaxşı yaşamaq imkanlarına malikdir , onda narazılıqlar bütün 
cəmiyyəti əhatə edə bilər . Bu isə siyasi saitlik prosesinin pozulması ilə nəticələnə 
bilər . Bəzi politoloqlar isə belə hesab edir ki , əhalinin böyük hissəsinin siyasi 
proseslərdə iştirak etməsi , qrup munaqişələrin kəskinləşməsi və artan tələblərin 
yerinə yetirilməməsi sabitlik prosesinin pozulması ilə nəticələnir. Azərbaycan 
Respublikası siyasi tarixinin keçid mərhələsini başa vurmaq üzrədir . İlk vaxtlarda 
ölkədə siyasi sabitliyin təmin olunması üçün həyata keçirilən tədbirlər daha çox 
səfərbərlik formasında icra olunurdu . Çünki siyasi sabitliyin təmin olunmasının 
alternativ yolu yox idi . Artıq ölkədə siyasi sabitliyin dayanıqlı olması Azərbaycanda 
bərqərar olunmuş siyasi sabiklik tipinin ilkin əsasları formalaşmaqdadır . Siyasi 
sabitliyin bütün amilləri analitik cəhətdən ayrılsalar da , əslində bir - biri ilə qarşılıqlı 
bağlıdırlar . Daha doğrusu , bir faktorun sabitliyinin pozulması digərlərinin də 
pozulmasına təkan verir . Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 
Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördillik 
yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində demişdir : « Azərbaycan 
dövlət müstəqilliyini bərpa edəndə başqa respublikalarla müqayisada an ağır və 
acınacaqlı vəziyyətdə idi . Həm iqtisadi cəhətdən , həm də siyasi baxımdan 


Azərbaycanda total böhran hökm sürürdü . Siyasi böhran vətəndaş qarşıdurması 
başlanmışdı . Azərbaycan torpaqları işğal altına düşürdü . Demək olar ki , 
iqtisadiyyat iflic vaziyyətində idi . Sənaye istehsalı aşağı düşürdü , daxili məhsul 
istehsalı faktik olaraq böyük sürətlə aşağı düşürdü Ölka ham siyasi , həm də iqtisadi 
cəhətdən idarəolunmaz vəziyyata düşmüşdü . Bütövlükdə , Azrəbaycanın gələcək 
perspektivləri , müstəqil dövlat kimi yaşamast sual altında idi . Ümumiyyətlə , 
inkişafdan söhbət getmirdi . Söhbət ondan gedirdi ki , ölkəmiz üçün xoşagəlməz , 
dağıdıcı proseslərin qarşısı alınsın və Azərbaycan bu ağır vəziyyətdən çıxa bilsin » 
> ( 7 ) Akademik R.Mehdiyev 14 oktyabr 2006 - cı ildə Azərbaycan qazetinə verdiyi 
- « Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti prezident İlham 
Əliyevin rəhbərliyi altında son üç il ərzində daha da möhkəmləndi və inkişaf etdi » 
- adlı müsahibəsində deyir : « Bu gün ölkədə yaradılmış ictimai siyasi sabitlik 
Ümummilli Liderimiz Heydər Əliyevin uğurlu fəaliyyətinin əsas təzahürlərindən 
sayıla bilər . Lakin biz sabitlik dedikdə , ölkəmiſidə kriminogen durumun tam 
nəzarətə götürülməsi , cinayatkarlığa qarşı səmərəli mübarizənin təşkili kimi vacib 
məqamlarla yanaşı , həm də ictimai mühitdə hökm sürən sağlam ab - havan , siyasi 
məkanda cərəyan edən konstruktiv münasibətləri da nəzərdə tuturuq ». Cəmiyyətdə 
gedən proseslər kompleks şəkildə öyrənildikdə daha düzgün nəticə çıxarılır və baş 
verə biləcək prosesləri proqnozlaşdırmaq mümükün olur . Keçid dövrünü yaşayan 
bütün postsovet ölkələrində baş verən proseslərə yanaşma tərzi daha çox , sosialist 
baxışlar nöqteyi - nəzərindən xarakterizə olunur . Məsələn , millətlərarası 
münaqişələr , hakimiyyət uğurunda amansız mübarizə , islahatların keçirilməsi ( 
istər siyasi , istər hüquqi və istərsə də iqtisadi ) , mitinqlər və s . Bu sadalananlar isə 
yeni yanaşma üsulları və metodları tələb edirdi . Məhz həmin məsələlər əksər 
tədqiqatçıları qərb alimlərinin təcrübələri ilə tanış olmağa vadar etdi . Keçən əsrin 
90 - cı illərini ortalarından başlayaraq elmi - tədqiqat işlərində demokratikləşmə 
prosesi xüsusi önəm daşımağa başladı . Bu , demoratikləşmə prosesinin ölkənin 
ictimai həyatında mühüm yer tutması , həmçinin , bütün sosial institutları və ölkə 
əhalisini bu və ya digər gərəcədə öz orbitinə cəlb etməsi ilə izah olunur . Əgər bir 
tərəfdən demokratikləşmə kütiənin sosial gözləntilərinə uyğun gəlirdisə , digər 
tərəfdən həyata keçirildiyi ilk vaxtlardan , onlar üçün yeni problemlər və çətinliklər 
yaradırdı . Hakimiyyətə gəlmiş yeni siyasi qüvvələr rəsmi olaraq demokratikləşməni 
, hər şeyi öz nəzarəti altında ( planlı iqtisadiyyatdan tutmuş vətəndaşların 
düyagörüşünə qadər ) saxlayan totalitar dövlətçilikdən huquqi dövlətə keçid prosesi 
kimi qəbul etdilər . Azərbaycanda yeni demokratik institutların yaradılması və 
vətəndaş cəmiyyətinin formalaşdırılması prosesini dəstəkləmək vəzifəsi gündəmə 
gəldi . Demokratikləşmənin birinci mərhələsində ölkəmizdə , bürokratik partiya 
sistemi dağıdılaraq , qərb demokratiyasında etalon kimi qəbul edilən norma və 
standartlara uyğun « sivill dövlət » qurulmağa başlandı . Hakimiyyətin partiya 


inhisarçılığından qurtarması siyasi və ideoloji plüralizmin yaranmasına , 
çoxpartiyalılığa və yeni siyasi yanaşma tərzinə səbəb oldu . Mülkiyyət 
münasibətlərinin dəyişməsi , iqtisadi və siyasi islahatların aparılması , yeni siyasi 
şüurun formalaşması , bazar qanunlarının yaranması özü ilə bərabər problemlər və 
narazılıqlar da yaratmağa başladı ki , bu da hakimiyyət və cəmiyyət arasında 
münasibətlərin gərginləşməsi ilə nəticələndi . « Hakimiyyət və cəmiyyət » problemi 
təkcə iqtidarın deyil , həm də politoloqların diqqət mərkəzinə gəlməyə başladı . 
Məlum oldu ki , inzibati komanda sistemindən hüquqi dövlət və vətəndaş 
cəmiyyətinə keçid , hakimiyyətlə xalq arasındakı yadlığı aradan qaldıra bilmədi . 
Xalq hakimiyyəti hesab olunan demokratikləşmə əslində xalqın hakimiyyəti olmadı 
. Demokratik siyasi mədəniyyət yaranmadı . Təqiqatçılar qeyd edirlər ki , siyasi 
sferada yaranan bu tendensiya iqtisadiyyatda və sosial sahədə baş verən proseslərlə 
birbaşa bağlıdır . Çünki cəmiyyət ona sarunan iqtisadi islahatlara mahiyyət etiban 
ilə hazır deyildi . Keçmiş kommunist ruhunda tərbiyə olunmuş əhali qısa bir zaman 
kəsiyində islahatların məğzini olduğu kimi başa düşə bilməzdi . Digər ölkələrdə 
olduğu kimi Azərbaycanda da islahatların mürəkkab vəzifələrinin müvəffəqiyyətli 
həlli , əsasən mövcud siyasi sabitliyin saviyyəsindən asılıdır . Bununla bərabər , əgər 
üctimai şüurda siyasi sabitliyin mahiyyəti və onu determinasiya edən faktorlar 
haqqında elmi baxışlar əsaslandırılmış şəkildə təqdim olunarsa , onda cəmiyyətin 
islahatlara təsiri daha samarali olar . Siyasi sabitliyin elmi təsnifatı ilkin olaraq onun 
subyektləri , növləri və vaziyyəti üçün cəmiyyətin müasir inkişafı şəraitində , habelə 
gələcək inkişafın proqnozlaşdırılması nöyteyi - nəzərindən konkret tədqiqatlara əsas 
yaradır . İkincisi , dövlətin və siyasi strukturların müxtəlif səviyyələrindəki 
rahbarlari , cəmiyyətin əsas fəaliyyət sferalarını optimallaşdırmaq metodları ilə 
təmin edir və sosial narazılıqların aradan qaldırılması mexanizminin hazırlanmasına 
kömək edir . Üçüncüsü , Azərbaycan gecsiyasi maraqlarını nəzara almaqla , dövlətin 
səmərəli xarici siyasi fəaliyyetinə imkan verir , iqtidardakılan beynəlxalq 
münasibətlərdə innovasiya metodları vasitələrindən istifadə etməyə vadar edir . 
Siyasi sabitliyin təsnifatı müxtəlif əsaslar üzrə aparıla bilər . Təsir imkaniarına görə 
siyasi sabitliyi , şərti olaraq iki yerə bölmək olar : 1 ) daxili siasi sabitlik ; 2 ) xarici 
siyasi sabitlik . Daxili siyasi sabitlik dedikdə aşağıdakılar nozərdə tutulmalıdır : a ) 
cəmiyyətin kefiyyətli trasformasiyasına istiqamətlənmiş islahatların uğurla həyata 
keçirilməsi ; b ) vətəndaş sülhü və həmrəyliyinin əldə olunmasına yönəldilən 
siyasetin aparılması ; c ) sosial düzənin yaradılması ; Siyasi sabitliyin səviyyələri 
haqqında nisbətən geniş məlumat verməyimizin əsas səbəbi , transformasiya olunan 
Azərbaycan cəmiyyətində stabilliyin aqrar islahatlarla iqtisadi və siyasi cəhətdən nə 
qədər bağlı olduğunu diqqətə çatdırmaqdır . Çünki siyasi sabitliyin təsnifatında iki 
faktor - daxili və xarici amillər əsas götürülür . Aqrar islahatlar isə sabitliyin təmin 
olunmasının mühüm təyinedici daxili amil sayılır . Siyasi sabitliyi 


təsnifatlandırarkən real - Acrübədə bir - biri ilə sıxı əlaqədə olan iki mühüm faktor 
qrupunu ( daxili və xarici ) nəzərə almaq lazımdır . Bu faktorlar məğzinə və 
xüsusiyyətlərinə görə fərqlənirlər . Daxili faktorlar içərisində ən mühümləri 
vətəndaş cəmiyyəti və vətəndaş sülhü hesab elunur . Keçid dövrünü yaşamış 
İspaniyada aparılmış elmi tədqiqatlar sübut etdi ki . siyasi qütbləşmə posesinin və 
avtoritarizmdən azad olmanın sürəti vətəndaş cəmiyyətinin radikal şəkildə dəyişərək 
demokratikləşməsinə gətirib çıxarmır . Əvvəlcə ictimai şüurda və mədəniyyətdə 
legitim vətəndaş cəmiyyətinin rüşeymləri yaranır . Prosesin bu mərhələsində bir 
tərəfdən hökümətin dəstəklənməsi ilə əlaqədar müsbət dəyərlər formalaşırsa , daha 
doğrusu , siyasi qütbləşmə daha yumşaq siyasi müstəviyə keçirsə və konsolidasiya 
yaranırsa , digər tərəfdən , sosial - iqtisadi və siyasi - mədəni amillərə dəyər verilir . 
Siyasi legitimlik siyasi rejimin sabitliyi ilə sıx əlaqədardır . İnkişaf etmiş demokratik 
ölkələrdə bu amil zəif şəkildə təzahür etsə də , tranzit ölkələrdə sabitliyin olmaması 
dövlət idarəçiliyi sahəsində ciddi problemlər yaradır ( 131 , p . 365-377 ) . Vətəndaş 
sülhü cəmiyyətdə kəskin ixtilafların ( vatandaş müharibəsinin , silahlı qarşıdurmanın 
) olmaması ilə xarakterizə olunur . Vətəndaş sülhü olan cəmiyyətlərdə hakimiyyət 
və xalq , sosial qruplar və təbəqələr , siyasi partiyalar və ictimai birliklər , həmçinin 
fərdlər arasında olan narazılıqlar hərbi güc tətbiq olunmadan tənzimlənir.Vətəndaş 
sülhünün bir neçə növü vardır : sosial xarakterinə görə : 1 ) plutokratik ( cəmiyyətin 
varlı təbəqəsinin hakimiyyəti ) ; 2 ) demokratik ; 3 ) qeyri - demoratik ( diktatura ) ; 
- hüquqi bazisinə görə : 1 ) qanuni ; 2 ) qeyri - qanuni özbaşnalıq hesabına ) ; - əldə 
olunma qaydalarına və vasitələrinə göra : 1 ) zorakılıqla ; 2 ) demokratik yolla ( güc 
tətbiq etmədən ) ; - əxlaqi əsaslarına görə : 1 ) ədalətli ; 2 ) ədalətsiz , - dayanıqlılılıq 
dərəcəsinə göra : 1 ) dayanıqlı ; 2 ) dayanıqsız ; 3 ) təhlükəli ( 111 , s . 201-203 ) 
Vətəndaş sülhü cəmiyyətin siyasi sabitliyini xarakterizə edə bilən bir sıra atribut 
xussiyyətlərə malikdir : a ) genezisinə görə - bu cür sülh asasan dinc vasitələrlə əldə 
olunur . Dinc vasitələrə dövlətin prioritet dəyərləri olan - azadlığın və 
demokratiyanın təmin olunması , sosial ədalət , qanun qarşısında hamının bərabərliyi 
, insanpərvər siyasətin aparılması , insan hüquq və azadlıqlan aid edilir ; b ) 
mövcudluq qaydalarına görə - bu heç də sadəcə olaraq cəmiyyətdə vətəndaşlar 
arasındakı destruktiv mübarizənin olmaması ilə deyil , xalqın tarixi seçiminə uyğun 
olaraq çoxluq tərəfindən bəyənilən və dəstəklənən həyat tərzi kimi qəbul edilir ; c ) 
həyata keçirilmək xüsusiyyətlərinə görə vətəndaşların cəmiyyətin inkişaf 
proqramlarını müəyyən etmək imkanı olan , özlərinə məsuliyyətli və hesabatcıl 
rəhbər seçə bilən , hüququ pozan bacarıqsız dövlət məmurlarını qanuni yolla 
hakimiyyətdən uzaqlaşdırmağı bacaran cəmiyyətdə təzahür edir , məqsədinə görə - 
bu cür sülh öz maraqları və baxışları uğurunda mübarizə aparan və başqa cür 
düşünənləri qorxudulması və əzilməsi üçün deyil , sosial statusundan və siyasi 
etiqadından asılı olmayaraq onların arasındakı münasibətlərdə dözümlülük və 


partnyorluğun inkişaf etdirilməsinə , nifrətin istisna olunmasına xidmət etməlidir . 
Möhkəm vətəndaş sülhünün əldə olunması cəmiyyət üçün həyati vacib məsələ hesab 
olunur . Cəmiyyətdə siyasi sabitliyin təmin olunmasında vətəndaş sülhünün 
saxlanması qaydalarının xüsusi nəzəri və təcrübi əhəmiyyəti vardır . Hər şeydən 
öncə bu - ədalətli və vicdanlı sosial - iqtisadi siyasətin təmin olunması , həyat 
səviyyəsinin kifayət qədər yüksəldilməsi , insanların hüquq və azadlıqlarının 
qorunmasına zəmanətin verilməsi deməkdir . Daha sonra , mürəkkəb siyasi 
məsələlərin həlli üçün dialoqlar , müxtəlif növlü forumlar , razılaşmalar , dövlət və 
ictimai təşkilatların ittifaqı , partiyalar və vətəndaş harakatları kimi dinc forma və 
üsullardan istifadə olunmasıdır . Nəzərə almaq lazımdır ki , sülhyaradıcı siyasətdə 
aparıcı rol bütünlükdə cəmiyyətin sabitliyini təmin edə bilən , öz fəaliyyətində 
hüquqi və əxlaqi normaları rəhbər tutan dövlətə məxsus olmalıdır . Bu zaman 
ölkənin Konstitusiyası və qanunları , cəmiyyətdə tarixən formalaşmış əxlaqi 
dəyərlər , sülh və humanizm ideyaları aktual praktiki əhəmiyyətə malik olur . 
Vətəndaş sülhünün bərqərar olmasında dövlət başçısının ictimai - siyasi liderlərin , 
qabaqcıl elm və mədəniyyət xadimlərinin , dini nümayəndələrin nüfuzu xüsusi 
əhəmiyyət kəsb edir . Sadalanan şəxslər yüksək siyasi mədəniyyətə , siyasi 
toqquşmaların qarşısının alınması üçün kompromisə gəlmək bacarığına və siyasi 
narazılıqları vaxtında görmək qabiliyyətinə malik olmalı , bütün siyasi harakatlara 
vicdalla yanaşmalı , əxlaqlı və ədəbli olmalıdır .Cəmiyyətdə vətəndaş sülhünün 
pozulmasının səbəbkarları - xalqdan ayrı düşmüş hakim elita , mafioz strukturiar , 
şəxsi maraqlan naminə xalqı talayan qruplar , ekstremist siyasi partiyalar və ictimai 
təşkilatlar , əhalinin aqressiv köklənmiş qrupları ola bilər . Siyasi sabitliyi 
determinasiya edən digər mühüm amil vətəndaş həmrəyliyidir . Vətəndaş 
həmrəyliyinin bərqərar olmasında müxtəlif siyasi partiyaların ideya birliyinin xüsusi 
əhəmiyyəti vardır . AFR - in siyasi partiyalarının proqramin " müdəalarını araşdıran 
tədqiqatçı H. Volmann qeyd etmişdir ki , « federal seçki korpusunun azacıq nisbi 
siyasi - ideolji qütbləşməsi AFR partiya sisteminin fəaliyyətinin mühüm şərti hesab 
olunur və eyni zamanda iri partiyalar üçün özlərinin programm tapşırıqlarında və ya 
hərəkətlərində « sağa » və ya « sola » meyl etməyə imkan yaradır » ( 71 , s . 135 ) . 
Dünyanın çoxsaylı demokratik ölkələrində ictimai həyatın düzənini pozmayan siyasi 
mübarizə ( xüsusilə , hakimiyyət uğurunda ) təcrübəsi qazanılmışdır . Bir qayda 
olaraq , hamin ölkələrdə prezident və parlament seçkiləri zamanı cəmiyyətdə ciddi 
qarşıdurma olmur . Bundan başqa , mövcud siyasi mədəniyyət cəmiyyətin inkişafına 
şərait yaradır . Cəmiyyətdə siyasi mübarizənin konstruktivliyi və onun əlverişli 
nəticələri aşağıdakı şərtlərə əməl olunması ilə bağlıdır : - hüquqi ; -əxlaqi ; - mədəni 
. Hüquqi şərait xalqın və müxtəlif siyasi partiyaların içərisində konstitusiya 
həmrəyliyinin olması , onlar tərəfindən Konstitusiyasnın və konstitusiyon quruluşun 
legitimliyi ilə əlaqədardır . Əgər mübarizə aparan qüvvələr Konstitusiyaya 


münasibətdə əks mövqelərdə dururlarsa , onda münaqişələr daim xarakter alacaqdır 
. Əxlaq normaları, prinsipləri və imtiyazlar sistemi cəmiyyətin siyasi həyatında 
tənzimləyici kimi çıxış edirlər . Əxlaqlılıq , vicdanlılıq , həqiqətsevərlik və ədəblilik 
daha vacib əxlaq normaları hesab olunur . Əxlaqi normalara əsaslanan siyasi 
davranış rəqabətdə olan siyasi tərəflərin bir - birinə hörmətlə yanaşmasına səbəb olur 
. Cəmiyyətin siyasi madəniyyəti daha dolğun və inkişaf etmişsə , onda siyasi 
mübarizə daha sivil qaydalar əsasında aparılır . Siyasi mədəniyyət siyasi 
subyektlərin fərdi və ümumi maraqların razılaşdırılmasına hazırlılığı və qabiliyyəti 
zamanı təzahür edir . Həqiqi siyasi mədəniyyətin məqsədi siyasi opponentləri 
qarşıdurmaya gətirmək deyil , cəmiyyətdə siyasi sabitliyin əldə edilməsi üçün onları 
bir araya gətirən siyasi mübarizəyə nail olmaqdır . Siyasi sabitliyin determinantlar 
içərisində , dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin inkişafına şərait yaradan 
əlverişli xarici siyasi şərait mühüm əhəmiyyətə malikdir . Bu məsələdə fransız 
sosioloqu L. Mandevilin fikri daha maraqlıdır : « Dünyada inkişaf etdirilən siyasi 
proseslərdə « soyuq müharibə dövrü üçün xarakterik olan siyasət yeni yanaşma tələb 
edir . Mahiyyətcə yeni yanaşma sərt hərbi - sənaye komleksinə deyil , qarşılıqlı 
etibara əsaslanmalıdır ( 130 , p . 84 ) Qloballaşma şəraitində köhnə stereotiplərdən 
və ştamplardan azad olmuş müxtəlif dövlətlər arasındakı əməkdaşlıq münasibətlərin 
liberallaşmasına əsaslanmalıdır . Azərbaycan Respublikası hərbi , mədəni , iqtisadi 
, informasiya mübadiləsi , kadrların hazırlanması , mədəniyyət tarixinin birgə 
öyrənilməsi və s . sahələrdə ikitərəfli və çoxtərəfli müqavilələr imzalamışdır . 
Ölkələr arasında əlverişli münasibətlərin elmi əsaslar üzərində qurlması prosesində 
politoloqların , filosofların və sosiolqların önəmli yeri vardır . Siyasi sabitliyin təmin 
olunmasında müxtəlif qruplar tərəfindən siyasi cahətdən dövlətin dəstəklənməsinin 
xüsusi əhəmiyyəti vardır . Siyasi dəstək açıq və ya gizli formalarda ola bilər . Siyasi 
rejimin geniş miqyaslı dəstəklənməsi , onun qorunmasına və davamlı fəaliyyət 
göstərməsina parait yaradır . Siyasi dəstək kütləvi və elit formada özünü biruzə verir 
. Demokratik cəmiyyətlərdə hər iki dəstək forması balanslı şəkildə fəaliyyət göstərir 
. Totalitar cəmiyvat üçün isə siyasi elitanın birliyinin təmin olunması istiqaməti daha 
səciyyəvidir , Keçid dövrünü yaşayan və islahatlar həyata keçirən dövlətlər üçün 
siyasi dəstəyin böyük əhəmiyyəti vardır . Çünki milli transformasiya mərhələsini 
yaşayan ölkələrdə , obyektiv səbəblər üzündən balans pozulur ki , bu da sabitliyin 
davamlı olmamasına bais ola bilir . Adətən , belə şəraitdə hakimiyyət strukturları 
tərəfindən təsdiq olunan sosial dəyərlərio , kütləvi şüurda hakim olan və ətalət 
əsasında daha çox keçmişdakilərə üstünlük verən dəyərlər arasında narazılıq yaranır 
. Narazılıqların artması və lazımi siyasi qərarların gecikməsi nəinki gərginliyi artırar 
, eyni zamanda əhali ilə iqtidar arasında münaqişəyə səbəb ola bilər . Nəzərə almaq 
lazımdır ki , həmişə cəmiyyatda vəziyyətdən istifadə etməyə çalışan qruplar 
mövcuddur . Həmin qruplar siyasi partiya və hərakatlar yaratmaq yolu ilə 


hakimiyyəti ələ keçirə bilərlər . Ölkəmizin müstəqilliyin ilk illərindəki siyasi 
təcrübəsi bizə belə fikir söyləməyə əsas verir . Kütləvi şüurda iqtidarın sadə 
vətəndaşları unutması , onların maraqlarını qorumamsı və ancaq öz hakimiyyətlərini 
düşünmasi barədə aşılanan fikirlər rejimin siyasi dəstəyini azaldır . Cəmiyyətdə 
hakimiyyəta olan insam azalır , narazılıqlar artır və bəzi qüvvələr iqtidara gəlmək 
üçün siyasi - sabitliyin pozulmasında maraqlı olurlar . Bütün bunlar keçid dövrünü 
yaşayan əksər ölkələrə xas olan əlamətlərdir . 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə