Siyasi sabitlik prosesinin mahiyyəti



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   2   3   4   5   6   7   8   9   ...   18
siyasi sabitlik

Təsir imkanlarına görə
siyasi sabitliyi şərti olaraq iki yerə bölmək olar: 
1.
Daxili siyasi sabitlik; 
2.
Xarici siyasi sabitlik. 
Daxili siyasi sabitlik
dedikdə aşağıdakılar nəzərdə tutulmalıdır: 
a) cəmiyyətin kefiyyətli transformasiyasına istiqamətlənmiş islahatların uğurla 
həyata keçirilməsi;
b) vətəndaş sülhü və həmrəyliyinin oldə olunmasına yönəldilən siyasətin 
aparılması;


c) sosial düzənin yaradılması; 
ç) müxtəlif siyasi partiyalar və sosial qrupların arasındakı siyasi gərginliyin 
kompromiss yollarla həll edilməsi. 
Bütün sadalananlar cəmiyyətdəki ümumi narazılıqların aradan qaldırılmasına 
və siyasi sabitliyin əldə olunmasına gətirib çıxarır. 
Siyasi sabitliyinn xarici
sferası iki istiqamətdə formalaşır : 
1 ) siyasi istiqamat
2 ) hərbi - siyasi istiqamət. 
Azərbaycan Respublikasının xarici siyasətinin əsasını sülh və əməkdaşlıq 
prinsipləri təşkil etdiyi üçün , beynəlxalq aləmdə kifayət qədər müsbət imic 
qazanmışdır. Əgər dövlətin apardığı xarici siyasət dünyanın maraqlarının, 
əlehinə yönəlməmişsə , onda xarici təsirlər siyasi sistem üçün müsbət xarakterli 
olurlar . 
Hərbi - siyasi fəaliyyətdə isə ölkəmiz əsasən « münaqişələrin dinc yolla həlli 
prinsipinə riayət edir . Lakin bu heç də hərbi gücün tətbiq olunmayacağı demək 
deyildir . Çünki dövlətimiz ərazi bütölüyünü hansı yolla olursa olsun, bərpa 
etməlidir .
Əldə olunması qaydalarına görə
, siyasi sabitlik 
1) demokratik 
və 
2) 
avtoritar 
kimi iki yerə ayrılır .
Demokratik sabitlik
humanist yolla və əxlaqi qaydalara riayət etməklə əldə 
olunduğu üçün , cəmiyyətdə sosial sarsıntıların (vətəndaş müharibəsi, hərbi 
münaqişə, milli toqquşma, iqtisadi krizis və s .) olmaması , demokratiya və 
azadlıqların inkişafı üçün əlverişli şəraitin olması, milli və regional problemlərin 
humanistcəsinə həlli və sair ilə fərqlənir . Bu cür siyasi sabitlik insan hüquq və 
azadlıqlarına hörmət, daxili narazılıqların güc yolu ilə həll olunmamasi, ərazi 
bütövlüyünün pozulmaması, başqa dövlətlərin daxili işinə qarışmamaq, 
beynəlxalq hüquq normalarına vicdanla əməl etmək, BMT nin qərarlarına 
hörmətlə yanaşmaq və s . kimi prinsiplərə əsaslanır .

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə