Siyasi sabitlik prosesinin mahiyyəti


İqtidar-müxalifət münasibətlərinin siyasi sabitliyə təsiri



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
siyasi sabitlik

İqtidar-müxalifət münasibətlərinin siyasi sabitliyə təsiri
Demokratik seçkilər normal olaraq yalnız bir hökumətin qurulmasına gətirib 
çıxarmır, eyni zamanda müxalifətlə nəticələnir. Bu məntiqdə demokratik bir seçki 
qazanmaqla bərabər, müxalifət də demokratiyanın xas hissəsidir. Müxalifət 
partiyalarının demokratik rejimlərdəki bu həlledici roluna baxmayaraq, siyasət 
elmində aparılan araşdırmalar əksərən müxalifətləri və onların demokratik 
ölkələrdəki rolunu laqeyd etdi. Bununla yanaşı demokratik qərar qəbuletmə 
prosesinin həlledici aktorları kimi müxalifətləri diqqət mərkəzinə gətirir və 
qanunverici təşkilata müxalifət partiyalarının perspektivindən baxmağı təklif 
etmişdirlər. Müxalifət partiyalarının siyasət qurma gücünün təqdim olunan 
indeksinə müxalifət partiyalarının gücünün incə bir şəkildə təhlil edilməsinə imkan 
verən üç fərqli ölçü - təşəbbüs, müzakirə və veto daxildir. Nəticələr demokratik 
ölkələr arasında müxalifət partiyalarının gücünün xeyli fərqliliyini göstərir. 
Müxalifət partiyalarının təşəbbüsü, mübahisəsi və mümkün veto hüququndan 
danışarkən güclərinin müqayisəsi rejim tipləri ilə yanaşı bölgələr arasındakı bəzi 
xüsusi nümunələri göstərir. Müxalifət partiyalarının bu müxtəlif siyasi güclərinin 
fərdi siyasi davranışları üçün əhəmiyyətli nəticələri də ola bilər.[1] 


Vətəndaş cəmiyyətinin siyasi institutlarından biri müxalifətçilikdir. İdeya-siyasi, 
sosial-fəlsəfi ideallarına görə müxalifət konservativ,
liberal, sağ, sol və digər qütblərə bölünür. Bundan başqa mötədil, radikal, loyal, 
konstruktiv, destruktiv müxalifət tipləri də mövcuddur. [3].
Təəssüf ki, müxalifət iqtidarla əməkdaşlıq, konsensus əvəzinə, bəzən aqressiv 
davranış tərzi nümayiş etdirir. Siyasi sistemin varlığını təşkil edən təsisatların - 
dövlət institutları, partiyalar, ictimai təşkilatlar, elitalar, liderlər və bütün 
vətəndaşların fəaliyyəti milli mənafe naminə ölkənin demokratik inkişafına kömək 
etməkdir. Görkəmli Qərb tədqiqatçısı M.Veber göstərir ki, dövlət insanların spesifik 
birgə fəaliyyətinin kompleksidir. Siyasi fəaliyyətin subyektləri kimi insanların təşkil 
olunmuş qrupları - parlament, partiya funksiyaları, hakim qruplar - elitar, hökumət, 
digər dövlət orqanları, bilavasitə, siyasi sistemdə fəaliyyət göstərən liderlər çıxış 
edir. Siyasi fəaliyyətin mahiyyətini cəmiyyətin demokratik idarə olunması təşkil 
edir. 
Siyasi ədəbiyyatda göstərildiyi kimi, partiyaların siyasi fəaliyyəti müəyyən sosial 
qrupların marağının əsaslandırılması və müdafiə edilməsi, dövlət hakimiyyətinin 
konkret siyasətində onların reallaşdırılması ilə bağlıdır.
“Siyasi qüvvə” siyasi subyektin konkret modifikasiyası mənasını verir. Siyasi 
qüvvələr təşkil olunmuş sosial qruplar, siniflər, təbəqələr, milli birliklər (icmalar), 
beynəlxalq birliklərdir (dövlət ittifaqları, hərəkatları). Siyasi fəaliyyətin təşkilinin ali 
forması siyasi institutlardır (dövlət, siyasi partiyalar). Siyasi fəaliyyətin konkret 
subyektləri müxtəlifdir. Və əsasən iki növü var: qrup və fərdi subyektlər. Qrup
subyektlərinə sinfi, milli, ərazi (regional), korporativ, elitar subyektlər daxildir. 
Fərdi subyekt - qrupla birgə fəaliyyət göstərən istənilən aktiv şəxsdir. Siyasi qrupları 
sosial qruplardan fərqləndirmək lazımdır. Siyasi fəaliyyətin subyekti kimi çox vaxt 
böyük sosial qrupların və ya qarışıq qrupların yalnız bir hissəsi (təbəqəsi) çıxış edir.
Siyasi fəaliyyətin mühüm əlamətlərindən biri onun səmərəliliyidir. Başqa sözlə 
desək, bu, siyasi mənafelərə, məqsəd və dəyərlərə düşünülmüş istiqamət götürmək 
deməkdir. M.Veberin fikrincə, səmərəliliyin iki növü var: məqsədyönlü səmərəlilik 
(şüurluluq, siyasi məqsədlərin elmi əsaslandırılması) və dəyər-səmərəli fəaliyyət 
(dəyərlərin dərk edilməsi). Səmərəliliyin hər iki növü bilik və dəyərləri hakimiyyət 
və idarəetmənin ən mühüm amillərinə çevirməyi sübut edir. Siyasətdə səmərəlilik 
spesifikdir: buraya ideologiya daxildir. İdeoloji komponent bütün siyasi fəaliyyətə 
müncər edir, o, müəyyən dəyər və maraqlara istiqamətlənmişdir. Bundan əlavə
ideologiya siyasi fəaliyyətin istiqamətinin ölçü əlamətidir.


Siyasi fəaliyyətin növlərinin təsnifatını verərkən onun aşağıdakı modellərini 
göstərmək olar: konstruktiv-pozitiv (sistemin funksiya göstərməsinin təmin 
edilməsinə 
istiqamətlənmiş), 
neqativ-destruktiv 
(sistemin 
dağılmasına 
istiqamətlənmiş), strateji və operativ-taktiki fəaliyyət (siyasi proqram müddəalarının 
və fəaliyyət taktikasının həyata keçirilməsinə istiqamətlənmiş).
Siyasi fəaliyyətin aktivliyinin (onun təşkil edilməsi və istifadə olunan metodlarının 
müxtəlifliyi baxımından) palitrası genişdir. Bunlar leqal və qeyri-leqal, açıq və gizli, 
nizamlı və kortəbii, institusionallaşmış və institusionallaşmamış, könüllü və səfərbər 
edilmiş fəaliyyətdir. Amerikan politoloqu D.Sartori qeyd edir ki, siyasət idarə 
edənlər və idarə olunanlar arasında qarşılıqlı münasibətdir. Müasir cəmiyyətdə 
siyasi idarəetmə bütövlükdə sosial proseslərin idarə olunmasının özəyidir.
Professor Ə.Tağıyev iqtidar partiyasının islahatçı, dövlətçilik və demokratiya 
prinsiplərinə sadiq olduğunu, müxalifətin daha çox türkçülük, azərbaycançılıq, 
islamçılığı müdafiə etdiyini göstərərək iqtidar və müxalifətin düzgün olaraq bir 
xətdə birləşdirdiyini milli maraqların, ərazi bütövlüyü, Dağlıq Qarabağ probleminin 
həlli, dövlətçilik, vətənçilik, xalqçılıq, millətsevərliyin birləşdirdiyini qeyd edir.
Müxalifətin radikal qanadı, xüsusən də AXCP, Müsavat Partiyası, onlara bağlı 
mətbu orqanlar durmadan ölkədə demokratiyanın boğulduğunu iddia edir. Lakin 
görünür onların demokratiya anlayışı 1992-ci ildəki xaotik vəziyyətdən o yana keçə 
bilmədiyindən bu sərsəm fikirlərdən əl çəkə bilmirlər. Yoxsa bilərdilər ki, 
hakimiyyətin ünvanına az qala hər gün ən sərt formada tənqidlər, bəzən isə təhqirlər 
səsləndirmələri, bunları nəzarətlərində saxladıqları qəzetlərin səhifələrinə daşıya 
bilmələri özü Azərbaycanda əsl demokratiyanın
mövcudluğunun real nümayişidir. Çünki belə fikirlərinə görə hakimiyyət tərəfindən 
müxalifətə heç bir irad tutulmur, təzyiq göstərilmir. Əksinə, onlara məxsus 
qəzetlərin dövlət nəşriyyatına olan borcları ölkə Prezidenti tərəfindən silinir. Hətta 
həmin qəzetlərə Prezident, eləcə də dövlət tərəfindən yaradılan müvafiq qurum 
səviyyəsində maliyyə yardımları edilir. Amma nədənsə bütün bunları açıq etiraf 
etməkdən radikal müxalifət çəkinir, bunları heç dilinə də gətirmək istəmir.
Əvəzində Azərbaycanın əleyhinə fəaliyyət göstərən qüvvələrin, xarici qeyri-
hökumət təşkilatlarının hər hansı antiazərbaycan xarakterli açıqlaması müxalifətin 
əlində şüara çevrilir. Məsələn, xaricdəki ermənipərəst siyasi dairələrin 
nümayəndələri, habelə bəzi ölkələrdə ermənipərəst qanunvericilərin Azərbaycan 
əleyhinə ifadələr səsləndirməsi radikal müxalifətin ən sevimli şüarları sırasında yer 
alır. Bəzi müxalifət funksionerləri, onların nəzarətində olan qeyri-hökumət 


təşkilatları isə xaricdən aldıqları pullar hesabına Azərbaycana qarşı istənilən 
məkanda istənilən cəfəng fikirlər səsləndirməyə hazır olduqlarını dəfələrlə nümayiş 
etdiriblər. [4]
Bütün bunlar onu göstərir ki, müxalifət öz hakimiyyət iddiasını reallaşdırmaq üçün 
istənilən yola baş vurmağa, hətta iğtişaşlar törətməyə belə hazırdır. Xaricdən alınan 
maliyyə yardımları ilə təşkil olunan mitinqlər də bunun real sübutudur. Müxalifətin 
demokratiya anlayışının daha bir qabarıq ifadə tərzi bu düşərgədaxilində cərəyan
edən son proseslərdə də özünü göstərir. Məsələn, fəaliyyəti bir müxalifət partiyası 
olaraq fiaskoya uğrayan, cüzi elektoratını da son parlament seçkilərindən sonra itirən 
Müsavat Partiyasını tərk edənlərə artıq bu partiya tərəfindən düşmən münasibəti 
bəslənir. Bu da radikal müxalifətin əsas şüarının, fəaliyyət taktikasının mahiyyətinin 
"Kim bizimlə deyildirsə, o, bizim əleyhimizədir" olmasını göstərir.
Budur, ifrat radikal müxalifətin iç üzü, demokratiya anlayışı. Belələrinin təbii olaraq 
xalq arasında heç bir dayağı, dəstəyi yoxdur. Bu səbəbdəndir ki, ifrat radikal 
müxalifət xalqla yox, bu xalqın əleyhinə olanlarla təmasda olmağa daha çox 
üstünlük verir və demokratiya maskası geyinərək öz varlıqlarını yaşatmaq 
istəyirlər.[4]
Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın 
yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də aktual 
məsələdir və məcburi şərtdir. Monteskye bu prinsipi “Qanunların ruhu” adlı əsərində 
irəli sürüb. Lakin müəllif bu anlayışı ilk dəfə “İngilis Konstitusiyası” adlı əsərində 
“məhkəmə hakimiyyəti, qanunvericilik və icra hakimiyyətindən ayrılmayıbsa, 
azadlıqdan danışmaq mümkün deyildir” şəklində istifadə edib. Hakimiyyətlərin 
ayrılmasının səbəblərini isə Monteskye belə açıqlayır: insanın pis cəhətləri də vardır 
və iqtidarı əlində tutan şəxs bu hüquqlardan sui-istifadə edə bilər. Buna görə, 
iqtidarın suiistifadəsinın qabağını almaq üçün iqtidarı iqtidarla durdurmaq lazımdır.
Klassik mənada hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan ümumi 
qaydaları qoyan parlamenti, bu qaydaları icra edən icra hakimiyyəti orqanını və bu 
qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə orqanının 
olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur.
Digər tərəfdən, bəzi hallarda hakimiyyət orqanlarının özlərinə aid olmayan 
səlahiyyətlərdən istifadə etdiklərini də görmək olar. Misal olaraq, bəzən parlament 
icra funksiyasını üzərinə götürür, müəyyən bir hadisəni araşdırmaq üçün təhqiqat 
komissiyaları qurur; məhkəmə orqanları plenum qərarları ilə qayda qoyur; yenə icra 


hakimiyyəti orqanı da normativ aktlarla qayda qoyduqları kimi, inzibati cəza 
verməklə sanki mühakimə işini aparırlar.
Başqa tənqidi fikir ondan ibarətdir ki, hakimiyyətlər bölgüsü plüralist rejimlərdəki 
bəzi hadisələrlə uyğun gəlmir. Həqiqətən də bu nəzəriyyə irəli sürüləndə siyasi 
Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə