Siyasi sabitlik prosesinin mahiyyəti



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   2   3   4   5   6   7   8   9   ...   18
siyasi sabitlik

əsas 
əlamətləri
bunlardır :
1) cəmiyyətin əsas sosial qruplarının , icrası zamanı ölkə rəhbərliyi tərəfindən hətta 
müəyyən ardıcıllığın pozulmasına baxmayaraq , həyata keçirilən sosial - iqtisadi və 
siyasi proqramların olması ; 
2) şəxsiyyətin asas hüquq və azadlıqlarının qorunması ;


3) ölkənin xarici siyasətinin yetirincə çevik olması ; 
4) taktiki qərarların qəbul olunması zamanı diplomatik səhvlərin buraxılması. 
Aşağı səviyyəli siyasi sabitlik:
ölkənin əksər regionlarını siyasi narazılıqların 
bürüməsi, insanların həyat səviyyəsinin həddən artıq pisləşməsi, iş qabiliyyətli 
insanların əksəriyyətinin kasıblıq həddinə düşməsi və mafioz korrupsiyalaşmış 
qruplaşmaların həddən artıq varlanması ilə səciyyələnir . Bu zaman siyasi sabitliyin 
tez - tez pozulması nəticəsinda ölkədə dövlət çevirilişləri və hakimiyyət dəyişilikləri 
baş verir . Siyasi sabitliyin aşağı səviyyəsi 
aşağıdakı alamətlərlə
xarakterizə olunur:
1) ölkə rəhbərliyində xalqın xeyrinə olan siyasi və iqtisadi islahatları aparmaq 
qabiliyyətinin olmaması ;
2) ölkənin əsas siyasi qruplarının mövcud rejimin idarəçiliyi müddətində talançılıq 
siyasətinə qarşı çıxması ; 
3) kütləvi informasiya vasitələrində iqtidarın daxili və xarici siyasətinin kəskin 
tənqid olunması ;
4) müxalifətin hakimiyyət strukturlarını tənqid etmək yolu ilə xalqı iqtidarın 
gələcəyinin olmamasına inandıra bilməsi ; 
5) əhalinin müxtəlif təbəqələrinin kütləvi şüurunda, o cümlədən orduda
hakimiyyətin müxtəlif qollarına inamsızlığın artması. 
Siyasi sabitliyin səviyyələri haqqında nisbətən geniş məlumat verməyimizin əsas 
səbəbi, transformasiya olunan Azərbaycan cəmiyyətində stabilliyin aqrar islahatlarla 
iqtisadi və siyasi cəhətdən nə qədər bağlı olduğunu diqqətə çatdırmaqdır. Çünki 
siyasi sabitliyin təsnifatında iki faktor - daxili və xarici amillər əsas götürülür. Aqrar 
islahatlar isə sabitliyin təmin olunmasının mühüm təyinedici daxili amil sayılır. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə