Siyasi sabitlik prosesinin mahiyyəti



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix11.10.2023
ölçüsü0,65 Mb.
#126708
1   2   3   4   5   6   7   8   9   10   ...   18
siyasi sabitlik

 
 
 
Dövlətin iqtisadi siyasəti 
– istehsal, bölgü, mübadilə, istehlak, yığım, idxal, 
ixrac sahələrində dövlətin həyata keçirdiyi tədbirlər kompleksi və ümumi fəaliyyət 
istiqamətidir. İqtisadi siyasət - mahiyyət etibarilə, əmək bölgüsün əəsaslanaraq 
iqtisadiyyata məqsədyönlü təsir edən – dövlət institutları, qanunvericiliklə 
müəyyənləşdirilmiş hüquqi normativ qaydalar və digər fəaliyyət alətlərini özündə 
cəmləşdirən tədbirlər toplusudur. İqtisadi siyasət ölkənin reallıqları ilə 
uzlaşdırıldıqda, o cümlədən siyasi qüvvələr nisbəti, istehsal-texniki potensial, sosial 
şərait, ümumdövlət və yerli idarəetmədə institusional qaydalar və s. nəzərə alındıqda 
daha effektli olur. İqtisadi siyasət ölkənin qlobal maraqlarının və ona müvafiq 
formalaşdırılan dövlətin siyasi kursunun təmin edilməsinin həllediçi vasitəsidir.
İqtisadi siyasətin vəzifələri - İqtisadi sistemin məhsuldarlığının və resursların 
bölgüsünün səmərəliliyinin təmin edilməsi, dövlət xərclərinin maliyyələşdirilməsi 
və dövlət büdcəsinin formalaşdırılması, iqtisadiyyatda dayanıqlığın, inkişafın 
davamlılığı və tarazlığın təmin olunmasıdır. Bu bir həqiqətdir ki, hər bir ölkədə 
iqtisadi inkişafın, yüksək rifahın əsasında sosial-siyasi sabitlik, cəmiyyətdaxili 
harmoniya, qarşılıqlı etimad və razılığa söykənən vətəndaş-dövlət münasibətləri 
dayanır. [3] 


 
 
 
 
 
Azərbaycanda daxili siyasi sabitlik:
Azərbaycan demokratik dəyərlər 
əsasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçmiş və bu yolda 
inamla irəliləyən bir ölkədir. Demokratik cəmiyyət quruculuğu prosesinin tərkib 
hissəsi kimi respublikada fikir və söz azadlığı təmin olundu. Bunun ən bariz 
göstəriciləri olaraq, KİV üzərində senzuranın ləğv edilməsini, mətbuat orqanlarının 
maddi-texniki imkanlarının yaxşılaşdırılması üçün görülən çoxsaylı işləri 
vurğulamaq olar. Konstitusiyamızda da öz əksini tapan fikir, söz, vicdan 
azadlıqlarının, sərbəst toplaşmaq hüququnun təmin olunması sayəsində 
Azərbaycanda fikir, siyasi mövqe müxtəlifliyi mövcuddur. Fikir plüralizmi insanlara 
cəmiyyət içərisində, həmçinin, mətbuatda müxtəlif məsələlərə fərqli yanaşmalar 
sərgiləməyə imkan verir. Demokratiya və söz azadlığının göstəricisi olaraq, bu gün 
Azərbaycanda müxtəlif siyasi mövqeli partiyalar, QHT-lər, çoxlu sayda müstəqil və 
müxalifyönlü mətbuat orqanı fəaliyyət göstərir. Onu da vurğulamaq yerinə düşər ki, 
müstəqilliyi dövründə bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq, Azərbaycan 
hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda yüksək nailiyyətlər əldə edib. Bu 
illər ərzində ölüm hökmü və KİV üzərindəki senzuranın ləğvi, bələdiyyələrin, milli 
Ombudsman aparatının yaradılması, məhkəmə islahatları, Seçki Məcəlləsinə və 
Konstitusiyaya edilən mütərəqqi dəyişikliklər, eləcə də, digər bu kimi addımlar 
hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir. Vətəndaşların 
hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam 
təmin edilməsi istiqamətində işlər bu gün də uğurla davam etdirilir. Korrupsiyaya və 
rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı 
mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, qeydiyyat və vergi 
ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin 
təkmilləşdirilməsi və digər addımlar bu reallığı bir daha ortaya qoyur. 
Məlum olduğu kimi, müstəqilliyinin ilk dövrlərində Azərbaycanda dərin 
sosial, siyasi, iqtisadi böhran hökm sürürdü. Tez-tez baş verən hakimiyyət 
çevrilişləri, qanunsuzluq və özbaşınalıq, daxildən parçalanma təhlükəsi, xarici hərbi 
təcavüz ölkənin gələcəyini ciddi təhlükə altına qoymuşdu. Dünya təcrübəsi göstərir 
ki, belə situasiyalarda vaxtında vahid siyasi hakimiyyətin yaradılmaması, böhranlı 
vəziyyətə müdaxilə edilməməsi, cəmiyyətdə harmoniyanın yaradılmasına xidmət 
edən addımların atılmasının gecikdirilməsi daha böyük fəsadlarla müşayiət olunan 
faciəli nəticələrə gətirib çıxara bilər. Sevindirici haldır ki, 1993-cü ilin yayında siyasi 
hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev həyata keçirdiyi təxirəsalınmaz 


tədbirlərlə, ilk növbədə, mövcud siyasi-hərbi qeyri-stabilliyin aradan qaldırılmasına 
nail oldu. Beləliklə, qanunsuz hərbi birləşmələrin fəaliyyətinə, müəyyən xarici 
dairələrin əli ilə ölkəni daxildən parçalamağa yönələn separatizm meyillərinə son 
qoyulması ilə ölkədə sosial-siyasi sabitliyin bərpa edilməsi istiqamətində olduqca 
vacib addım atılmış oldu. Digər tərəfdən, ölkənin iqtisadi vəziyyətinin həddən artıq 
ağır olduğu bir dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində davam edən 
müharibənin vəziyyəti daha da ağırlaşdırmasını nəzərə alan Ümummilli lider tez bir 
zamanda, yəni, 1994-cü ilin mayında atəşkəsin imzalanmasına nail oldu. Bununla 
da, ölkə daxilində və cəbhə xəttində stabilliyin təmin edilməsi sayəsində Azərbaycan 
iqtisadiyatının dirçəldilməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün geniş 
imkanlar açıldı. Siyasi sferada əldə olunan sabitlik öz növbəsində iqtisadi 
canlanmaya, xarici investorların ölkəmizə maraq göstərməsinə səbəb oldu ki, bu da 
öz nəticəsini 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ilə 
göstərdi.
Beləliklə, bu gün demokratik siyasi sistem, vətəndaş cəmiyyəti və hüquqi 
dövlət quruculuğu xətti ilə irəliləyən Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və 
intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda 
inamla irəliləyir. Siyasi islahatlarla yanaşı, həyata keçirilən mütərəqqi iqtisadi 
tədbirlər isə ölkəmizin daha da güclənməsini təmin edib. Məlum olduğu kimi, 
ölkəmizdə həyata keçirilən regionların sosial inkişafını özündə ehtiva edən Dövlət 
Proqramının birinci hissəsinin uğurlu icrasının ardından bu istiqamətdə ikinci bir 
proqram qəbul olundu. 2009-2013-cu illəri əhatə edən yeni "Regionların sosial-
iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu icrası nəticəsində rayonlarda abadlıq, 
quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının 
yaxşılaşması üçün mühüm addımlar atılır. Proqramın icrasına cəlb olunmuş mühüm 
dövlət strukturları və icra orqanları qarşıya qoyulmuş vəzifələrin maksimum 
dərəcədə yerinə yetirilməsi üçün bütün güclərini səfərbər edir. Dövlət Proqramına 
uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün 
sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata 
keçirilməsi, regionlarda yeni iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin 
icra olunması, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi nəzərdə 
tutulduğundan da yüksək səviyyədə yerinə yetirilir. Bir sözlə, həyata keçirilən 
siyasət nəticəsində inkişafın Azərbaycan modeli yaranıb. Bundan başqa, ölkəmizin 
iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş 
layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sürətli inkişaf təbii 
olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi 
sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Dövlətimizin 
bu istiqamətdə daim sadiq qaldığı strateji xətt üç mühüm prinsipi əhatə edir: sosial 
müdafiə, sosial təhlükəsizlik və sosial rifah. Bir-biri ilə sıx bağlı olan və uzun 


gələcəyə hesablanmış bu strateji hədəflər zaman keçdikcə Azərbaycanın düzgün 
yolda olduğunu bir daha təsdiq edir. 
Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq 
formalaşdırılır. Belə ki, büdcənin 30 faizdən çoxu sosial məsələlərə yönəldilir ki, bu 
da ölkəmiz üçün tamamilə məqbuldur. Azərbaycanda sosial siyasət elə şəkildə 
həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar 
mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin 
təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən 
hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. 
Xalq-hakimiyyət birliyi də ölkəmizdə bütün problemlərin aradan 
qaldırılmasının əsas formuludur. Təbii ki, görülən bütün bu işlər, ölkədə insanlar 
üçün yaradılan şərait kompleks şəkildə vətəndaşların rahatlığına, yüksək yaşayışının 
təmininə yönəlib. Bütün bu işlərin həyata keçirilməsində isə ölkə hakimiyyəti ilə 
yanaşı, vətəndaşların da dəstəyi mühümdür. Yəni, xalq-hakimiyyət birliyi ölkəmizdə 
bütün 
problemlərin 
aradan 
qaldırılmasının 
əsas 
formuludur. 

Bu bir həqiqətdir ki, Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi 
inkişaf baxımından yeni model bəxş edib. Bununla yanaşı, ölkəmiz dünya 
sivilizasiyalarının qovşağı və multikulturalizmin nümunəsi kimi bütün dünyada 
qəbul olunur. 
 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə