Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə217/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   211   212   213   214   215   216   217   218   219

 706 

 

5 oktyabr, 2003, Paris 



 

*** 

Faciəvi, dramatik, ümidsiz illər yaşadıq. Dəhşətli vaxtlarda 

və ondan da dəhşətli VAXTSIZLIQ (bezvremenye) şəraitində 

ömür sürdük. Amma heç bir zaman həyat indi kimi bayağı 

olmamışdı.  İndi son dərəcə BAYAĞI bir dünyada yaşayırıq. 

Hər yerdə hökm sürən ancaq və ancaq bayağılıqdır. Siyasətdə, 

sənətdə,  əxlaq və  mənəviyyatda, mətbuatda, TV və radioda – 

bayağılığın təntənəsi…. Fikirlərdə  və hisslərdə – əgər bunları 

fikir və hiss saymaq olarsa – bayağılıq. Bu "fikir" və "hissləri" 

ifadə edən dildə bayağılıq.  

Bayağılıq insanların bütün varlıqlarına hakim kəsilib. 

Bayağılıq üzünü Keçmişə də tutur. Keçmişin ən yüksək, təmiz, 

müqəddəs  ədəbiyyat və  sənət anlayışları,  ədəbiyyat və  sənət 

adamları bayağılaşdırılır. Bayağılıq indiki söz sənətinə, 

musiqiyə, ifaçılığa, kinoya öz zövqlərini, daha doğrusu, öz 

zövqsüzlüyünü diqtə edir. Gələcək haqqında düşünəndə  də 

bayağılıq heç bir ümid yeri qoymur.  

 

21 sentyabr, 2003 



 

*** 

Fərqli fikrə, sənin mövqeyinlə üst-üstə düşməyən mövqeyə 

qarşı bu qədər dözümsüz olub özünü demokrat saymaq olmaz. 

Hakimiyyət uzurpatorları olduğu kimi demokrat anlayışının da, 

millətçi anlayışının da uzurpatorları var.  

*** 

İndi xarici sözləri işlətmək dəbdir, mən də iki əcnəbi söz 

işlədəcəm: Mən istərdim ki, bizim müxalifət bu cəmiyyətin 

İSTEBLEŞMENTİNƏ daxil olsun, cəmiyyətin 

MARGİNALLARI olmasın.  

*** 



 707 

Düzəliş: "Filankəs cüvəllağıdır"  əvəzinə, "Filankəs 

cümləqayğıdır" oxunmalıdır.  

*** 

Bu çox sadə bir əqidədir: Allaha inanırsansa, deməli, o 

dünyaya, həyatın mənasına, son nəticənin  ədalətinə  də 

inanmalısan. Yox, Allaha inanmırsansa, deməli, başqa heç 

nəyə də inanmırsan.  

*** 

Onlar yalnız Molla Nəsrəddin lətifəsində olduğu kimi 

eşitdiyini eşitmək, bildiklərini bilmək istəyirlər. Bildiklərini, 

dəfələrlə  eşitdiklərini bir balaca nəzmə  də  çəkiblərsə, bu olur 

bəyəndikləri, sevdikləri şer.  

*** 

Tİnsaf dinin yarısıdırU deyirlər. Dinləri var ki, onun yarısı 

da olsun?  

*** 

Mən özümü ona görə güclü hiss edirəm ki, Allaha və Vaxta 

arxalanıram. Daha doğrusu, tək bir Allaha, çünki Vaxt da elə 

Allahın səbridir. Allah: "Tələsik nəticələr çıxarmayın, – deyir, 

– darıxmayın, dözün, səbriniz olsun. Zaman hər şeyi yerbəyer 

edəcək, Hər  şey öz məqamında həqiqi və  ədalətli qiymətini 

alacaq". 

Səbr – vaxtın ölçüsüdür. Vaxt da, tarix də Allahın səbridir.  



*** 

Mən Həzrət  İsa olmasam da, əstəğfürullah, yan-yörəmdə 

İudalar bir deyil, iki deyil.  

*** 

İnsanın qoruması vacib olan və heç vəchlə qoruya bilmədiyi 

şey – onun ölümündən sonra xatirələrdə əks olunmuş surətidir. 

Haçansa söylədiklərin, haçansa etdiklərin, hər hansı  hərəkətin 

xatırlayanların öz zövqü, öz səviyyəsi, öz marağına görə 

yozulacaqdır. Çox vaxt tam təhrif olunacaq, heç zaman 

demədiklərin, etmədiklərin sənə aid ediləcək, sənə  sırınacaq, 

gerçək 


şəxsiyyətin tanınılmaz 

şəkildə 


dəyişiləcək, 


 708 

saxtalaşdırılacaq, bayağılaşdırılacaq.  



 

16 oktyabr, 2003, Strasburq 

 

*** 

Türkiyədən Strasburqa Türk Dünyası yazarlar toplantısına 

gələnlərin  əksəriyyəti dinçidir. Türkiyədə bunlara qalstuklu 

mollalar da deyirlər. Əlbəttə, aralarında açıq fikirli şəxsiyyətlər 

az deyil, amma çoxu ayağı çarıqlı, başı panamalı adamlardır. 

Çuxalarının yaxasında kəpənək qalstuk taxmış insanlar – belə 

də demək olar.      

 

Oktyabr 2003, Strasburq 



 

*** 

Bəzən deyirlər ki, filankəsi (klassiki, ya çağdaşı) dünyaya 

tanıda bilməmişik. Səfeh sözdür. Sənətkar yalnız özü-özünü 

sənəti vasitəsilə tanıda bilər. Doğrudur, bəzi istisnalar da olur, 

bu tanınma uzun illər, hətta  əsrlər də gecikə bilər. Belədə 

dünyasını dəyişmiş sənətkar bundan xəbər tutmayacaq. Amma 

gec-tez məhz sənət əsəri – söz, mətn, film, musiqi, rəsm özünü 

təsdiq edir. Əks halda belə çıxardı ki, bir əsəri dünyaya tanıda 

biləcək tənqidçi, alim (yaxud lap neçə-neçə  tənqidçi, alim) 

sənətkarın özündən daha böyük təsir etmə gücünə malikdir, ya 

reklamın, təbliğatın gücü sənət əsərinin öz gücündən üstündür. 

Cəfəng fikirdir. Rəhmətlik Məmməd Arif düz deyirdi ki, bizim 

ədəbiyyatda layiqli bir şey olanda Moskva (o vaxtkı  Mərkəz) 

özü tapıb, dartıb çıxardır. Həqiqətən böyük, onda ki olsun dahi 

sənətkarı dünyadan gizli saxlamaq mümkün deyil. Dünya 

böyük sənət  əsərlərindən bixəbər deyil və biganə qalmır belə 

əsərlərə.  Əlbəttə, reklamın, piarın (illah da dünyada yəhudi 

piarının) təsir gücünü də tamamilə inkar etmək olmaz.  

 

2003 

 



 709 

*** 

Mənimçün xalq yalnız bir millətə mənsub olan, indi yaşayan 

insanlar toplusu deyil. Xalq bu, ya digər miqdarda camaat deyil 

və əlbəttə, küyə gedən kütlə də deyil.  

Xalq – müəyyən mədəni dəyərlər, yaratdığı maddi və 

mənəvi sərvətlər,  əxlaq prinsipləri, adət-ənənələr, sənət, elm 

əsərləridir, doğma dildir. Xalq – onun keçmişi, tarixi, əsrlərin 

keşməkeşli yollarından keçirib gətirdiyi özünəməxsusluğu, 

mənliyi, qeyrəti, heysiyyəti, bənzərsiz simasıdır. Dədə-

babalarının məzarları qazılmış  və özünün, nəvə-nəticələrinin 

yaşadıqları və yaşayacaqları ərazinin sahibidir.  

 

2003 



 

*** 

Dədə Qorqud 

Dedi: qoduq 

Yetər, bəsdi 

Dedi-qodu. 

*** 

Ədəbiyyat çabalayır 

kəndlə şəhər arasında. 

Yazır, yazır, hey yazırlar 

axşam, səhər arasında.  

Mətbuat zəhərlədikcə 

artır qanımda şəkərim, 

Bax beləcə keçir ömrüm 

Şəkər-zəhər arasında. 

7 iyul, 1999 

 

Qanda şəkərimin 305-ə qalxdığı gün 



*** 

Bugünkü Azərbaycan əhalisinin gen yaddaşında, şüuraltının 

ən alt və dərin qatlarında nəinki İran-Turan davası, hətta oğuz-

qıpçaq savaşlarının da uzaq əks-sədaları yaşayır. Dilimizin 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə