Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə57/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   53   54   55   56   57   58   59   60   ...   219

 188 

İri mülkədar, müsavat partiyasının böyük liderlərindən biri, 

Bakı kommunasına qarşı yürüşün təşkilatçılarından biri, 

Gəncənin keçmiş general qubernatoru Xudadat bəy Rəfibəyli 

Gəncə qiyamının təşkilatçısı kimi 1920-ci ildə güllələnmişdir. 

Özündən sonra bu mülkədarın varisləri qalıb: arvadı madam 

Cəvahir xanım, qızı mademuazel Nigar xanım və iki oğlu. 

Bu mülkədar ailəsində  xırdaca bir dəyişiklik olub, yəni 

ancaq ailə başçısı öldürülüb. Mülkədar Xudadat bəyin varidatı 

isə 3 evi, 3 bağı  və son dərəcə  zəngin yaylaq evi toxunulmaz 

qalıb. Üstəlik, Xudadat bəyin arvadına sovet hökumətinin bəzi 

imtiyizları da verilib. Madam Cəvahir xanım Azərbaycan 

fəhlələrinin hesabına özünün mülkədar oğullarını oxudub, ali 

savad təhsili verib. Oğlanlardan biri 1928-1929-cu illərdə 

Bakıda ali məktəbi bitirəndən sonra İrana qaçıb və orada sovet 

hökuməti əleyhinə iş aparmağa başlayıb. İkinci oğlu Leninqrad 

politexnik institutunda təhsil alır. Və heç inamımız yoxdur ki

ali məktəbi bitirəndən sonra böyük qardaşından nümunə 

götürməyəcəkdir. 

Bizim baş  qəhrəmanımız isə mademuazel Nigar xanımdır. 

Hal-hazırda o, Bakı məktəblərinin birində tərbiyəçi işləyir. Ali 

Pedaqoji  İnstitutda və konservatoriyada təhsil alır.  Şair imiş! 

Doğrudur, Bakı proletariatı onu tanımayıb və tanımır da, o isə, 

sən demə, məşhur şairmiş. Bundan onun dərs dediyi sinif yaxşı 

xəbərdardır. 

Biz, onun sovet məktəbimizdəki "tərbiyəvi" fəaliyyətində 

eşələnməyəcəyik. Onun pedaqoji fəaliyyətinə qiymət vermək 

üçün iki aylıq yaradıcılıq məhsulu ilə tanışlıq kifayət edər. 

1928-ci ilin iyun-iyul aylarında yazdığı indiyə  qədər üzə 

çıxmayan şerlərinə diqqət edək. 

Şer "Günəşin şimaldan doğacağını" gözləyənlərə müraciətdir. 

Nigar xanım yazır: 

Ey sən… 

Beynində şimal küləkləri əsən! 

Bil ki, 


 189 

Günəş şimaldan doğmayıb! 

Şimaldan da doğmayacaq!" 

Şerin ardını söyləməyə ehtiyac yoxdur, ona görə ki, 

bütünlüklə bu ruhda yazılıb.  Şer "Odlu günəş  həmişəki kimi 

yenə də Şərqdən doğacağı" ümidilə bitir. 

Mademuazel Nigar Xanım günəşin  Şərqdən doğmasını (ağ 

atlı ingilis müdaxiləçilərini) gözləyənlərdən biridir. Mülkədar 

və kapitalist dövlətinin bərpasını arzulayanlardan biridir. 

İngilis kapitanının hamisi, mülkədar Xudadat bəyin qızı 

əsrlərdən bəri  Şərq xalqlarının daşa dönmüş ürəklərini 

hərəkətə gətirən qırmızı günəşin parlaq şəfəqlərinə dözə bilmir, 

onunla barışmaq istəmir. O, Şərqi ingilis kapitalı  əsarətindən 

xilas edəcək  Şimalın sayrışa-sayrışa xalqlara yol göstərən 

nicat ulduzunu da duya bilməyəcəkdir. 

Təsadüfi deyil ki, mademuazel Nigar Xanım özü ruhlu 

şairlərlə geniş  məktublaşır və bu "şairlər" onu Azərbaycan 

qəhrəmanı sayırlar. 

Onu və ona bənzər çoxlarını  hələ  də  nə üçünsə üzə 

çıxarmamışıq, sifətlərinə geydikləri yalançı maskaları qoparıb 

qatı mülkədar simalarını ifşa eləməmişik... 

…Müsavatçı mülkədarın qızı öz ulularının işini durmadan 

davam etdirir. Üzünə xeyirxah maska taxan bu müsavat 

paraziti mədəniyyət cəbhəsində özünə yer eləyib bizim gəncləri 

mülkədar zəhərilə zəhərləyir. 

Başqa şərh verməyəcəyik, çünki onlar məlumdur. Nəticə özü 

hər şeyi izah edir.  

Qarayev 

Məqalənin qalan hissəsi Cavad bəy Rəfibəylinin "ifşasına" 

həsr olunub. 

Gətirdiyim parçaları əxlaq, insaf və sairə yüksək mənəvi və 

insani kateqoriyalar baxımından, Azərbaycan milli 

xarakterində bu qədər öyündüyümüz namusluluq və kişilik 

baxımından  şərh etmək fikrində deyiləm. Bütün bunlar 

haqqında oxucu özü nəticə  çıxarda bilər. Yalnız Qarayevin 




 190 

məqaləsindəki faktik yalanlardan söz açmaq istəyirəm. 

Məqalənin adından başlanır yalanlar. Cavad bəy anamgilin 

qohumu idisə  də, dayısı deyildi və anam heç cür onun 

"plemyannitsası" ola bilməzdi. Xudadat bəy 9 ay Gəncənin 

qubernatoru işləmişdisə  də, nə müsavat partiyasının böyük 

liderlərindən idi (heç bu partiyanın üzvü də deyildi), nə də iri 

mülkədar. Bakı kommunasına qarşı heç bir yürüş-filan təşkil 

etməmişdi. Gəncə qiyamının təşkilatçısı da ola bilməzdi, çünki 

bu qiyamdan qabaq həbs olunub Bakıya gətirilmiş və Nargində 

güllələnmişdi. Evləri və bağları yeni hakimiyyətin ilk 

günlərində müsadirə edilmişdi. Kamil dayı, heç şübhəsiz ki, iki 

ilə heç bir ali məktəbi qurtarıb eləməmişdi. Qarayev Gəncəyə 

rəhbərlik etdiyi dövrdə on doqquz yaşından yuxarı bütün 

keçmiş zadəgan və  bəy oğullarını ucdantutma güllələtdiyi 

üçün, nənəmin təhrikilə canını qurtarmaq üçün İrana qaçmışdı 

(eyni tərzdə  Rəşid dayı Rusiyaya qaçdığı kimi). Kamil dayı 

İranda, sonra isə Türkiyədə yaşamış, tar çalmaqla çörəyini 

qazanmış  və bu dolanışıqla Türkiyədə ali tibb təhsili almış, 

ömrü boyu həkim işləmiş, heç vaxt siyasətə qarışmamışdı. 

Anam heç vaxt konservatoriyada təhsil almamışdır. 

Xüsusi qəzəbə  səbəb olmuş "Günəş  Şərqdən doğacaq" 

şerinə gəlincə isə – bu şerin müəllifi anam deyildi. Anamgilin 

Gəncədəki evlərində növbəti axtarış zamanı tapılıb bu şer, özü 

də imzasız imiş.  Şeri Mikayıl Rzaquluzadə yazıbmış. Bu 

zaman o, Moskvada təhsil alırmış, anamın qardaşlarıyla, dayısı 

Fərruxla dostluq edir, Gəncədə evlərinə  gəlib gedir

məktublaşırmış. O cümlədən anama da məktublar yazırmış və 

bu məktubların birinin içində həmin şeri göndəribmiş. Güman 

ki, "Nigar xanımın özü ruhlu şairlərlə  məktublaşması, onların 

şairəni Azərbaycanın qəhrəmanı hesab etməsi haqqında" 

məqalədəki işarələr də məhz bu yazışmayla tanışlıqdan doğub. 

Mikayıl Rzaquluzadənin təhsilini pozmamaq üçün, həyatını 

qırmamaq, gələcəyinin üstünə kölgə salmamaq üçün anam 

həqiqəti açmayıb, qəzəbə keçmiş  şer "mənim deyil" deməyib, 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə