Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə59/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   55   56   57   58   59   60   61   62   ...   219

 195 

Özünü də həddindən artıq tox tuturdu. Bu, Rəsul idi. 

Sonralar Rəsul da kinostudiyaya işə düzəldi və orada təzədən 

tanış olduq. Bir şöbədə  işləyirdik, bir otaqda otururduq, amma 

uzun müddət bir-birimizlə danışmağa söz tapmırdıq". 

Yuxunu qaçıran mənəmsə əgər, 

niyə məndən qaçırsan! 

Könlünü dağıdan bu qəm, bu kədər 

Mənimsə, 

  

niyə məndən qaçırsan! 

Bir kəlmə danışmazsan görsə bir adam 

Bəs təklikdə nə üçün 

mən sənə yadam! 

Mən ki sənin könlündə 

  

yaşayan bir fəryadam, 

pərişan halınla 

  

hər məni görcək 

  

niyə məndən qaçırsan?! 

Anamındır bu misralar. 



"Məni işdən çıxardılar, hər yerdən də  əlim üzüldü. O vaxt 

həmkarlar ittifaqının sədri işləyən Əliağa Babayevin qəbuluna 

getməyi qərara aldım". 

(Əliağa Babayev mərhum 

kinorejissorumuz Arif Babayevin əmisidir – A.). 

"Heç vaxt onun xeyirxahlığını yadımdan çıxarmaram. – 

Sənin kimi körpə  uşağın üstünə düşüblər? – dedi. Məni 

"Azərnəşr"ə işə düzəltdi. 

Azərnəşr isə tamam yeni bir aləm idi – poeziya, ədəbiyyat, 

gənclik dünyası. Sabit, Müşfiq, Nəzakət burda işləyirdilər". 

Alman dili üzrə mütəxəssis Nəzakət Ağazadə anamın  ən 

yaxın rəfiqələrindən idi. Sonralar Nəzakət xanım dilçi-alim 

Əliheydər Orucovun həyat yoldaşı olub. 1979-cu ildə xaricə 

turist səfəri zamanı vəfat etdi. 

Cənazəni qürbətdən 

  

təyyarəylə gətirdilər, 

Qapalı dəmir yatağında 



 196 

vətən torpağına yetirdilər. 

Soyuq barmaqlarıyla 

  

yapışdı ürəyimdən 

bu dərd mənim, bu qəm mənim, 

Nəzakət, Nəzakət, 

  

əziz, mehriban 

  

 

rəfiqəm mənim... 

…Nə ata çörəyi yedik, 

  

nə gördük qardaş sovqatı 

Qamçıladı bizi 

  

acı-acı 

sərt üzlü yetimlik həyatı. 

…Ömrün çətin yollarında 

  

bizə yar oldu Əli, Rəsul 

Onlar açıq ürəkli, 

  

qaynar  məhəbbətli 

  

 

gənclər idi, 

O zamanlar bizimlə  

  

ünsiyyət bağlamaq 

Sadə sevgi deyil 

  

böyük  hünər idi 

Xatirələr aləminə səsləyir yenə 

  

bu  ayrılıq, bu qəm məni,  

Nəzakət, Nəzakət, 

  

əziz, mehriban 

  

 

rəfiqəm mənim... 

1934-cü ildə anamla atam evləndilər. Həmişə  təbəssümlə 

xatırlayırdılar ki, kəbinlərini kəsdirərkən qəribə  vəziyyətə 

düşüblər, qeydiyyat üçün bir manat vermək lazım imiş, heç 

birinin də yanında bir manatı yoxmuş. Bu fakt atamın şerinə də 

düşüb. 


Xatırladım o əziz günü. 

Xoşsifət qadın: 

"Bir manatınız yoxdur, – dedi, 


 197 

sonra gətirərsiniz". 

Qeyd dəftərində 

qoşa imza atdıq biz 

Sonra başladı  

ayrılıq günləri 

acıdan acı. 

Sonra başladı 

Nigaran qəlbin 

ülfət ehtiyacı. 

Kəbinlərini kəsdirsələr də, toylarını edə bilməmişdilər. 

Bibilərim oxuyurmuş, atamgilin böyük ailələri – anası, üç 

bacısı (böyük bacısı Kubra ərdə idi) və özü Birinci Paralel 

küçədə iki balaca otaqda yaşayırmışlar. 

Anam Moskvaya ali təhsil almağa gedib. Bubnov adına 

pedaqoji instituta daxil olub. Bir neçə ildən sonra atam da 

Moskvaya növbəti sona yetməmiş ali təhsillərindən birini 

almaq üçün yola düşüb. 

Toyları 1937-ci ildə fevralın 11-də Bakıda, həmin o Birinci 

Paralel küçəsindəki mənzillərində olub. Toyun qonaqları içində 

Hüseyn Cavid, Əhməd Cavad, Kazım  Ələkbərli, Mikayıl 

Müşfiq də vardı. 

"Tez-tez düşünürəm ki, yəqin sonralar bizim o toy məclisini 

xatırlayırmışlar, yazıqlar". 

Söhbətdən yorulur. 

–Sən get, – deyir, – bir az dincəlmək istəyirəm. – Sonra 

soruşur: – Mərdəkana gedəcəksən? 

–Gedəcəm, – deyirəm. 

–Rəsula salam söylə.  

Hər dəfə Rəsula salam göndərir. 

Hər dəfə  xəstəxanadan çıxıb Fəxri xiyabana gedirəm – 

atamın qəbri üstə. 

Fəxri xiyabanın milisləri mənimlə artıq tanış kimi 

salamlaşırlar. Ölüm yeni tanışlar çevrəsinə salır məni; 

indiyənəcən qapısını tanımadığım idarələrlə, təşkilatlarla 




 198 

münasibətlərim yaranır;  əhaliyə mülki xidmət idarəsi, yaşıl 

təsərrüfat idarəsi, Bakı sovetinin əlaqədar şöbələri, Bədii fond, 

daş karxanaları, mərmər zavodu, heykəl fabriki... 

Müxtəlif peşə sahiblərinə  bələd oluram – daş yonanlarla, 

qraniti işləyənlərlə, daş üstündə yazı yazanlarla əlaqə 

saxlayıram, uçotçular, mühasiblər, saysız-hesabsız kağızlar, 

qərarlar, göstərişlər, smetalar, sərəncamlar, dərkənarlar aləminə 

qərq oluram. Yük qaldıran, yük aparan, yük boşaldan 

maşınların, qaldırıcı kranların çeşid-çeşid növlərini bir-birindən 

ayırmağa başlayıram... 

İnsanın həyət qonşuları, həyat qonşuları olan kimi ölüm 

qonşuları da varmış. 

Atamın məzarına tərəf gedərkən sağ  əldəki, sol əldəki 

məzarlara – onun ölüm qonşularına baxıram və bu mərhumlar 

da elə bil mənimçün məhrəmləşirlər. 

Atamın məzarının yanındakı  qəbir  İmran Qasımovundur. 

İmran atamdan düz iyirmi gün sonra – aprelin 20-də vəfat etdi. 



*** 

Əlli illik ədəbi fəaliyyəti ərzində anamın çox az kitabı çıxıb. 

Bunun bir sıra səbəbləri var. Birinci səbəbi,  əlbəttə, odur ki, 

anam yaza biləcəklərinin yüzdə birini də yaza bilmədi. Ailə 

borcu, analıq vəzifəsi, böyük evin qayğıları onun yaradıcılığına 

mane olurdu. Biz mane olurduq, biz hamımız. Biz hamımız və 

əlbəttə, çox böyük dərəcədə mən özüm onun vaxtını talayırdıq, 

qarət edirdik, onu yazı masasından ayırırdıq, hisslərini

duyğularını, fikirlərini dağıdır, pərən-pərən edirdik. 

Yaradıcılığa həsr olunası günlərini, saatlarını – ərinə, ailəsinə, 

uşaqlarına, nəvələrinə paylayırdı. Həmişə yanındaydıq, həmişə 

böyründəydik, həmişə onunlaydıq; özü-özüylə  tək qalmağa 

imkan vermirdik, qəlbiylə baş-başa qalmağa macal tapmırdı. O 

isə, atamdan fərqli olaraq, tənhalığı sevirdi. 

Atam yalqızlığa dözümsüz idi. Xususilə, son illərdə heç 

təkliyə tab gətirə bilmirdi. Yəni elə əvvəlki illərdə, hələ səhhəti 

yaxşı olan vaxtlarda da ayrılıq möhlətini heç vədə başa vura 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə