Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə60/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   56   57   58   59   60   61   62   63   ...   219

 199 

bilmirdi, istirahət yerlərindən, yaradıcılıq evlərindən yarımçıq 

qayıdırdı – yeniyetmə çağında oxuduğu məktəbləri buraxıb 

evlərinə qaçdığı kimi... 

Bəzən ailədə, bizim içimizdə  də darıxırdı, sıxılırdı. Amma 

bizsiz daha da artıq darıxırdı. 

Mənə elə gəlir, sağlam vaxtlarında səfərlərə, səyahətlərə də 

belə tez-tez çıxırdı ki, bir daha aydın qənaəti təsdiq etsin: 

evdən uzaqlarda uzun müddət yaşaya bilməz… 

Hara getsəydi bir həftədən,  ən çoxu iki həftədən sonra evə 

dönürdü. Xəstəliklər, qayğılar, yorğunluq onu üzüb əldən 

salmadığı keçmiş illərdə qonaq getməyi, qonaq qəbul etməyi 

çox xoşlardı. Bir də ondan xoşlanırdı ki, biz hamımız –balaları, 

nəvələri ətrafına toplaşaq, yanında olaq. Son illərinin ən böyük 

sevinci nəvələrinin məzəli sözləri, çıxartdıqları min-bir oyunlar 

idi. Dünyanın  ən böyük mütəfəkkirlərindən daha çox 

nəvələrinin gülməli ifadələrini sitat gətirərdi, məşhur 

kəlamlardan,  şerlərdən daha artıq nəvələrinin sözlərini misal 

çəkərdi. 

Anam hamımızı – övladlarını, da nəvələrini də atamdan az 

istəmirdi, amma arabir də olsa öz daxili aləminə qapılmaq 

anamın  əlçatmaz arzusuydu. O özü özüylə baş-başa qalanda 

heç vaxt darıxmırdı. Amma belə yalqızlıq məqamları – 

onunçün xülya idi. İnsanlar içində  tənhalıq – tənhalıqların  ən 

betəridir. 

Mənə elə gəlir ki, məsələn, tutalım Ənvər Məmmədxanlının 

tənhalığı – bütün ömrünü təklik içində, amma kitabları, 

yazıları, qeydləri arasında keçirmiş, zəngin, geniş mütaliəsinin 

və fenomenal yaddaşının məhsulu olan fikirlər; fikrin daxili 

təkamülündən doğan düşüncələr, dünya, həyat, hadisələr 

haqqında mülahizələr, keçmiş və müasir insanların təhlili və o 

sıradan özünütəhlil – ömrü bütün bunlarla dolmuş  Ənvər 

Məmmədxanlının adamlardan təcrid olunmuş yaşayışı – hələ 

tənhalığın son həddi deyil. Tənhalığın son həddi insanlar 

arasında keçən tənhalıqdır – gündəlik qayğılardan, min-bir 



 200 

məişət məsələsindən, insanın içini sümürüb sovuran 

adiliklərdən yoğrulmuş ömür – özünə  çəkilməyə, qəlbinlə, 

fikrinlə, yaddaşınla, nəhayət, kitablarınla təkbətək qalmağa 

macal tapmayanda – bu tənhalığın, ümidsiz, işıqsız, bəhrəsiz 

şəklidir. Atam demişkən, "kimə deyim dərdimi, dünya dolu 

adamdır". 

Əksər hallarda özü-özüylə yalqız qalmaq imkanından 

məhrum olan anam, təbii ki, yaradıcılığa öz istəyincə vaxt ayıra 

bilmirdi. Nəticəsi isə yazdıqlarının yaza biləcəklərinə nisbətdə 

qat-qat azlığıdır. Yaradıcılıqla biz məşğul olurduq, bizim 

qayğılarımızı isə o çəkirdi. 

Mənim yazdığım hər yazı, atamın yaratdığı hər şer, anamın 

yazılmamış şeri, yazısıdır. 

Anamın bu qədər az kitabı olmasının, yuxarıda dediyim 

kimi,  əsas səbəbi budur. Əsas səbəbidir, amma yeganə  səbəbi 

deyil. Bunun başqa bir səbəbi də var. Kitab buraxdırmaq çətin, 

yorucu, üzücü bir işdir, bununçün gərək  əsəblərin dəmirdən 

ola, gərək möhkəm səbrin ola, inadkarlığı, zirəkliyi, fərasəti 

demirəm hələ... Kitabı plana saldıranacan, saldıracaq olsan çap 

edilənəcən nəşriyyatlar qapısına dönə-dönə gedib-gəlmələr də 

bir yana dursun... Anamın sağlığında çıxan axırıncı kitabı 

səkkiz il yubadılıb gah plana salınır, gah çıxarılırdı. Gah anamı 

inandırırdılar ki, kitabı ən yeni bir üsülla – fotoyığım üsuluyla 

çap ediləcək, gah məlum olurdu bu metod hələ yaxşı 

mənimsənilməyib, gah deyilirdi ki, kitab yenidən köhnə üsulla 

yığılır, gah bütün deyilənlər də unudulurdu, kitabın özü də... 

Aylar, illər keçirdi.  Anam, əlbəttə, bunu ürəyinə salırdı, amma 

nə haqqını tələb edə bilirdi, nə şikayətlənirdi, nə kiməsə xahişə 

gedirdi. Dinib danışmırdı, ürəyində nisgili qalırdı, vəssalam. 

1981-ci ilin aprelində həkimlərin qəti hökmündən iki-üç gün 

sonra mən nəşriyyat müdiri – Əjdər Xanbabayevin yanına 

getdim. Anamın diaqnozunu və ömür möhlətini dedim ona. 

Həqiqəti dediyim yeganə adam idi. 

–Anam kitabını görməlidir, – dedim, – bunun yolunda nə 



 201 

lazımdırsa hər  şeyə hazıram.  Əgər lazımdırsa mətbəədə 

gecələyə bilərəm. 

Müdir məni başa düşdü; 

–Arxayın ol, – dedi, – elə edərik ki, ən yaxın zamanda kitab 

çıxar. 


Sözünün üstündə durdu və kitab 25 günün içində  çıxdı. 

Aprelin 30-da yadımdadır, may bayramının ərəfəsi idi – kitabın 

siqnal nüsxəsini xəstəxanaya apardım.  

Kiçicik bir kitab idi, həm də şerlərinin orijinalı deyildi, rus 

dilinə  tərcüməsi idi. Amma bu balaca kitabça xəstə  şairəyə 

ömrünün qürubunda nə  qədər sevinc bəxş elədi. Gözümün 

qabağından heç vaxt çəkilməz – kitabı yastığının yanına 

qoymuşdu, gəlib-gedənlərə göstərirdi, təzə nüsxələr gətirdikcə 

xahiş edirdi ki, onun adından həkimlərə, tibb bacılarına yazaq. 

Özü taqətsiz idi, yaza bilmirdi, yalnız diktə elədiyi sözlərin 

altından qol çəkirdi. 

Elə  təxminən o günlərdə  əvvəlcə "Literaturnaya qazeta"da, 

sonra da respublika mətbuatında bir məlumat çıxdı: məşhur 

İtaliya bəstəkarı Franko Manino "Məhəbbət haqqında" kantata 

yazmışdır. Kantatanın mətni bir neçə sovet şairəsinin, o 

cümlədən Nigar Rəfibəylinin şerləridir. 

Anam qədər  şöhrət həvəsindən uzaq adam tapmaq çətindi, 

amma bu məlumat onu uşaq kimi sevindirirdi. 

–O bəstəkara mənim adımdan bir təşəkkür məktubu yazın, – 

deyirdi. 

Xəstəlik onu gün-gündən saralıb-soldururdu, boğazından bir 

tikə çörək getmirdi, əriyib çöpə dönmüşdü. Ona bir qaşıq 

meyvə  şirəsi içirtmək – qazancımız idi. Bir dəri qalmışdı, bir 

sümük, ancaq hələ də zarafat edirdi, 

–O italyana mənim  şəklimi göndərin, cavanlıq  şəklimi... 

Amma yox, lazım deyil, italyanlar çılğın olur, bir də görərsən 

durdu gəldi bura, məni bu halda gördü, sözlərimə musiqi 

yazdığına peşiman oldu. 

Susurdu, fikrə dalırdı, sonra birdən: 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə