Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə58/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   54   55   56   57   58   59   60   61   ...   219

 191 

zərbəni özü qəbul edib, beləliklə  də, 17 yaşlı  qızcığaz 

maskalanmış qatı mülkədara, müsavat agentinə, ingilis 

kapitalının hamisinə (bu lap əcaib ittihamdır!) çevrilib. Bir 

müddət sonra məsələdən xəbər tutan M.Rzaquluzadə Bakıya 

məktub yazmış,  şerin ona məxsus olduğunu bildirmişdir. Bu, 

əlbəttə, mərdanə  hərəkətdir. Amma bu vaxta qədər anama 

hücumlar kompaniyası, onu işdən çıxarmaq tədbirləri və s. ən 

yüksək zirvəsinə çatmışdı. 

Ə.Qarayevin məqaləsiylə başlanan bu "igidlik 

kompaniyasına" bir çox şairlərimiz böyük həvəslə qoşulmuşlar. 

Sağ ol, yoldaş Qarayev, 

Bolşeviksən bolşevik 

Hər işdə sənin kimi 

Biz gərək olaq çevik. 

(Süleyman Rüstəm) 

Başqa şairlər də ondan geri qalmayıblar. Belə bir şer də çox 

maraqlıdır: 

Nigar! 

Madmazel Nigar! 

Sözlərim sənə bil olsa zəhrimar  

Deyəcəyəm, 

Bizi yaşadan günəşin 

Şimaldan doğduğunu isbat edəcəyəm. 

 

Yadındamı madmazel Nigarlara 

 

Qara hərf, qara günlər yox idi. 

Üst qatlarda xumarlanan 

Bəy nəsliniz tox idi, 

Fəqət Nigar, 

Şimaldan gələn ruzigar 

Sildi siyah örtüləri, sildi siyah pərdəni 

hər dəni 

Bu günəşin ziyasını içmədi. 

İçəməz! 



 192 

Bu bir körpü 

hər kəs ondan keçəməz. 

Şimaldan doğdu günəş. 

Zənginlərin gözlərini qamaşdıran bir günəş. 

Min günlərlə qan soran 

Bəyi, xanı  

çaxnaşdıran bir günəş. 

Sən günəşin istəyinə uymadın, 

Bu bəllidir, uymadın. 

O günəşi duymazdın 

Onu duymaq, 

ona uymaq 

asan deyil 

Unutma ki, sən 

Aclığından torpaq yeyən milyonları 

Əzən, kəsən 

Xudu bəyin qızı, Rəfibəyov Nigarsan. 

Bağlamışsan ümidin şərqdən doğan günəşə 

Fəqət sənin duymadığın bir günəş var, 

Ey Nigar! 

Biz günəşiz  

Günəş biz. 

O gündən başlayır mübarizəmiz 

Bu gündən zərbə alır 

Qospada, madmazellər, qraflar, 

Sandıqların can çəkişən 

 

  sönük-sönük 

şeylər 

Bu günəşə 

Günəşlərin al günəşi –  

Şimal günəşi deyərlər. 

(Kommunist" qəzeti, 23 dekabr, 1930) 

Göründüyü kimi, bu şerin bədii dəyərləri nəcabətiylə  tən 

gəlir. 

*** 



 193 

Bu məqalədən sonra qəzetlərdə, jurnallarda anamın əleyhinə 

dalbadal şerlər, yazılar çıxmağa başladı. Belə yazıların altında 

bir çox tanış imzalar var. Anam: "Amma Cəfər Cabbarlıyla 

Səməd qol çəkməmişdilər", – deyirdi. 

Məqalələrin birinin altında atamın da imzası olub. Atam özü 

bu barədə belə yazır: 

"1931-ci ildə  şairə Nigar Rəfibəyli ilə tanış oldum. O 

zamanlar səhvən özgənin  şerini onun adına çıxıb, tənqidçilər 

ona  şiddətli atəş açmışdılar. Həm də bu tənqidi  ədəbiyyata 

dəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar. 

Həqiqət sonra aşkara çıxdı. Gənc  şairə özünü ləyaqətlə 

aparırdı.  

Bu tənqidi məqalələrin birisinin altında başqa müəlliflərlə 

bərabər, mənim də imzam var idi, ona görə də indi bu barədə 

yazmağı lazım bildim. Qəribə görünsə  də, bu hadisə bizi 

yaxınlaşdırdı. Məlum oldu ki, Nigarla mənim  ədəbiyyata və 

həyata olan münasibətimizdə ümumi nöqtələr çoxdur. 

Bilmirəm, mən ona necə təsir bağışladım, ancaq o mənim çox 

xoşuma gəldi. Görünür, onun da mənə münasibəti pis deyilmiş, 

çünki sonralar bizim yollarımız ayrılmadı. 

...Ağıllı, qayğıkeş, mərd bir qadın olan şairə ilə evləndiyim 

üçün xoşbəxtəm". 

Mən bu əhvalatı dönə-dönə atamdan da, anamdan da 

eşitmişəm, illər keçdikcə bu hadisə onlarçün bir zarafat

yüngülvari atışma mövzusu olmuşdu. Amma mənə elə gəlir ki, 

çox illər sonra da atam hardasa ürəyinin dərinliyində o 

imzasının peşmançılığını ovuda bilmirdi. Atam haqqında kitab 

yazmış  ədəbiyyatşünas-alim Gülrux Əlibəyovanın bir 

müşahidəsi çox dəqiqdir: həmin bu hadisəni Rəsul təəssüf 

hissiylə, Nigar isə yumorla nəql edirdilər. 

Mən həmişə ona təəccüb edirdim ki, "Qızıl gül olmayaydı" 

poemasında Müşviq haqqında: 

Ona namərd şilləsi kimi vurulan 

imzalar içində 



 194 

mənim imzam olmadı – 

misralarını yazmağa mənəvi haqqı olan Rəsul Rza, hər zaman 

öz imzasının təmizliyini saxlaya bildiyi halda, nə cür olub 30-

cu ildə bu sayaq "kompaniya məqaləsinə" qol çəkib. 

Əlbəttə, 30-cu il 37-ci il deyil və ən kəskin tənqidlərdən sonra 

belə, hələ heç kəsi tutmur, sürgün etmir, güllələmirdilər. 

Sadəcə AZAP-çıların bir çoxu, o cümlədən də, heç şəksiz 

atam ideya əyintisi saydıqları  hər  şeyə  qəzəblərində, 

hiddətlərində səmimi idilər... 

Bir də o var ki, sonrakı illərin sınaqlarında atamın 

məhəbbəti, sədaqəti, vəfası  və  şübhəsiz ki, ictimai mövqeyi 

anamı bir çox bəlalardan xilas elədi, qorudu. 

Bütün bunlar belədir. 

Amma hər halda bu yazıda mən o acı faktın da üstündən 

sükutla keçmək istəmədim. Necə ki, atam özü də keçmirdi. 

Bir gün hədəf oldun 

Qaradan qara böhtana. 

Bu ədalətsiz ittihamda 

mənim də yaralı payım vardı. 

Zaman keçdi, İllər yudu ləkəni 

Bilən bildi, 

aylarca, illərcə 

sən çəkəni, mən çəkəni... 

"Maarif evinə – indiki Sabir bağının yerindəydi – 

gəlmişdim. Nə isə  ədəbi gecə vardı.  Əbülhəsənlə tanış idim! 

Əbülhəsənin yanında bir cavan oğlan da var idi. Göygöz. 

Əbülhəsən təklif elədi ki, şer oxuyum. 

–Yox, – dedim, – şer oxumağa gəlməmişəm. 

Birdən-birə  Əbülhəsənin yanındakı  oğlan hələ tanış 

olmadığımıza baxmayaraq: 

–Nə  olsun, – dedi, – şer oxumağa gəlməsəniz də oxuya 

bilərsiniz. 

Mənə elə  gəldi ki, dili ağzında bir az böyükdür. Bu sayaq 

təklifsiz söhbətə müdaxilə etməsi də heç xoşuma gəlmədi. 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə