Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə65/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   61   62   63   64   65   66   67   68   ...   219

 216 

olurdum, amma o şerinizi nədənsə – kitablarınıza daxil 

etmirdiniz. Bu günlərdə isə  oğlum, (onun artıq 25 yaşı var) 

mənə Sizin şerinizi göndərdi. Mənə  xəbər verdi ki, bu şeri 

"Oqonek"un 1960-cı il nömrələrinin birində tapıb. 

Mənim taleyimdə hər şey Sizin şerinizdəki kimi oldu – yeni 

ailə, xoşbəxtlik, qız övladım. Uşaqlarım (qızın 16 yaşı var) da 

poeziyanı sevirlər. Yaxşı kitabları almaq çox çətin olduğu üçün 

mən artıq on il var ki, xoşladığım şerləri dəftərimə köçürürəm, 

mənim övladlarımın da beləcə dəftərləri var. Birimiz yaxşı bir 

şer tapanda, o birilər bu şeri öz dəftərlərinə "layiq" biləndə bu 

hamımız üçün ən böyük sevinc olur. 

Sizin digər  şerlərinizdən  ən çox xoşuma gələnlər "Dəniz 

nəğmələri", "Qayıqlar", "Damlalar" və xüsusilə "Gənclik və 

qocalıq" haqqında şerlərinizdir. 

Bağışlayın ki, Sizi işinizdən ayırıram, amma Sizə  təşəkkür 

etmək çox böyuk arzum idi. Bir də sağ olun. Sizə cansağlığı, 

uzun illər və yeni şerlər diləyirəm. 

Sağ olun. 15.01.81 

 

Mənim 46 yaşım var, mühəndis-radiotexnikəm, oğlum da 



mühəndisdir. EHM proqrammistdir, qızım 9-cu sinifdə oxuyur. 

Ünvanım: 310092 Xarkov-92, Şekspir küçəsi 12. mənzil 4. 

Markov Valentin Semyonoviç".  

 

"Hörmətli Rəsul Rza 

Sizə Ukraynanın Senkov 8 illik məktəbinin "Rassvet" ədəbi 

studiyasının və "Poisk" gənc kitab həvəskarları klubunun 

üzvləri müraciət edirlər. 

Əziz Rəsul Rza, SSRİ-nin yaranmasının 60 illiyi şərəfinə 

Sizinlə dostcasına məktublaşmağı çox arzu edirik. Bizim 

ədəbiyyatçılara və kitab həvəskarlarına dostluq 

məsləhətlərinizi verməyi rica edirik. Habelə, Sizin avtoqraflı 

kitabınızı almaq, Sizin yaradıcılığınız və xalqınız haqqında 

məlumat toplamaq istərdik. Çox xahiş edirik ki, məktubumuza 

cavab yazasız. Sizin cavabınız bizimçün xalqlarımızın 


 217 

dostluğunun rəmzi olacaq. Yazın, Sizin dilinizdə "xleb", 

"pesnya", "drujba" sözləri necədir. Sizə yaradıcılıq uğurları, 

sağlamlıq və səadət arzulayırıq. 

Hörmətlə  

Poltava əyaləti Qadyan rayonu Senkov 8 illik  

məktəbinin "Rassvet" ədəbi studiyasının və  

"Poisk" klubunun üzvləri". 

 

Bu məktublar cavabsız qaldı. Poltava məktəbliləri də 



bilmədilər ki, Azərbaycan dilində "xleb", "pesnya", "drujba" 

sözləri necə  səslənir. "Smertğ" sözünün azərbaycanca "ölüm" 

olduğunu da bilmədilər.  

 

*** 

Azərbaycan yazıçılarının III Qurultayı keçirilməliydi. Bu 

Qurultay  ərəfəsindəki bir çox hadisələr, söhbətlər situasiyalar 

da ömrümün qəmli yüz gününə düşür, amma bu ayrıca bir 

söhbət mövzusudur.  

Qurultay vaxtı iki gün ərzində xəstəxanaya anama baş çəkə 

bilməmişdim. Qurultayın səhərisi gün yanına gəldim.  İmran 

Qasımovun ölümünü anama deməmişdik.  İmranın  əlacsız 

xəstəliyini bilir və tez-tez onu soruşurdu. Bir dəfə – bəlkə  də 

onu yuxuda görmüşdü – təlaşla xəbər aldı: 

–Düzünü deyin, İmrana nə olub? 

Deyirdik ki, halı yaxşı deyil, xəstəliyi  şiddətlənir, odur ki, 

ərizə verib Yazıçılar İttifaqındakı vəzifəsindən çıxıb. Hardansa 

anama söhbət gəlib çatmışdı ki, İmranın yerinə təyin olunacaq 

namizədlər arasında mənim də adımı çəkirlər. 

Qurultaydan sonra anamı zarafatla təbrik elədim, "sədrliyə 

qardaşını seçdik", – dedim. (Mirzə  İbrahimov anama həmişə 

"Nigar bacı" deyərdi, biz də anamla söhbətdə M.İbrahimovun 

adı gələndə "sənin qardaşın" deyərdik – A). 

Anamın sifətinə çox məmnun və rahat bir təbəssüm qondu. 

Əlini uzadıb yastığının altından üç manat çıxardıb mənə uzatdı: 



 218 

–Gedəndə bunu nəzir ver, – dedi, – nəzir eləmişdim ki, o 

yerə səni qoymasınlar.  

*** 

İyunun 20-də  qəzetlərdə  məlumat dərc olundu ki, Nigar 

Rəfibəyliyə ədəbiyyat sahəsində böyük xidmətlərinə görə Xalq 

şairi adı verilir.  

Xəstəxanaya təbrik teleqramları  gəlməyə başladı. Anam: – 

Niyə bu camaat məni belə istəyir, – dedi, – mən ki həmişə 

kölgədə olmuşam.  

Mən atamın adından da ona kiçik bir təbrik kağızı yazdım, 

gətirib oxudum. 

O qədər zəif və halsız idi ki, artıq bu şeylərə  də heç bir 

reaksiya vermirdi. Atam haqqında daha az-az, hərdən-birdən 

soruşurdu. Bir dəfə dayısı  qızı  Sənubərlə  tək qalanda ona 

gileylənib: "Görürsən Rəsulu, mən o qədər onun qulluğunda 

durdum, – üç aydır xəstəyəm, bir dəfə yanıma gəlmədi..." 

Gündüzün və gecənin çox hissəsini yuxuda keçirirdi

oyananda da heç dinib-danışmırdı. Arabir Füzulinin beytlərini 

oxuyurdu: "Mənim tək heç kim zari-pərişan olmasın, yarəb!". 

Bir də bir sətri tez-tez təkrar edirdi: 



"Fəsli bahar tək gedərəm". 

Bilmirəm bu misra kimindir – başqa bir şairinmi, ya 

özününmü? Bəlkə  mənə  məlum olmayan, yaxud da hələ 

yazılmamış şerindəndir. Hələ yazılmamış və daha heç bir vaxt 

yazılmayacaq  şerindən bir sətir, yalnız bircə  sətir. Anamın 

zəifləmiş, amma əvvəlki məlahətini saxlamış  səsiylə, 

pıçıltısıyla təkrar etdiyi bu misra daima qulağımdadır: 

"Fəsli bahar tək gedərəm". 

Gedirdi də,  şam kimi gün-gündən  əriyirdi, sönüb gedirdi 

əlimizdən. Fəsli bahar tək gedirdi. 

Ömrünün axırıncı baharıyla bərabər gedirdi. 



Yaşıllanır çöllər, oyanır torpaq, 

Bəzənir gəlintək hər dərə, hər dağ 

Ruhuma bir adət olur çırpınmaq  


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə