Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

Sona Xəyal 

32 


“OBRAZLAR ALƏMİNDƏ” 

 

“Kredo” qəzeti bizi çox yazarlarla tanış edib, çox şairi



nasiri, publisisti ədəbi ictimaiyyətə tanıdıb. Bu qəzetin re-

daksiyasında yaxından tanıdığım adamlardan biri də Elçin 

Kamaldır. Üzündən uşaq məsumluğu əskik olmayan, səmi-

miyyəti ilə hamının hörmətini qazanmış bu yazıçının ancaq 

qəzetdə çap olunan yazılarını oxumuşam. Amma onun 

“Manqal” adlı hekayələr toplusunun müəllifi olduğunu da 

bilirəm. Fariz Çobanoğlunu da elə “Kredo”dan tanıyıram 

və  qəzetdə çap olunan geniş  həcmli yazılarını oxumuşam. 

Bir neçə il bundan əvvəl onlar mənə bir kitab bağışlamışdı-

lar. O zaman “Müasirlərim” seriyasından kitablar yazdı-

ğımdan, çap olunan kitablar haqqında yazılar yazmaq im-

kanım olmurdu. Bu yaxınlarda həmin “Obrazlar aləmində” 

kitabı əlimə keçdi. Onu bir də vərəqlədim... 

Kitab yazıçı-publisist Hüseynbala Mirələmovun yaradı-

cılığından bəhs edir. Kitaba otuz bir məqalə daxil edilmiş-

dir ki, bunların 15-ni Elçin Kamal, 16-nı Fariz Çobanoğlu 

yazmışdır. Kitabın redaktoru və ön sözün müəllifi şair-pub-

lisist  Əlirza Xələflidir. O, kitabı belə  dəyərləndirir: ”Mən 

bu kitabda toplanmış  ədəbi-publisistik düşüncələrin “Kre-

do” qəzeti redaksiyasında gedən  ədəbi döyüşlərin nəticəsi 

olaraq zaman-zaman araya gəldiyinin şahidiyəm. Müəlliflər 

bəzən təhlillərində ifrata varsalar belə, onları sözə qeyri-sə-

mimi münasibətdə kimsə qınaya bilməz. Yanğı ilə qələmə 

alınmış bədii lövhələri Elçin Kamal da, Fariz Çobanoğlu da 

həssaslıqla duymuş, eyni yanğı ilə həmin hissləri yaşamağa 

çalışmış, elə bu səbəbdən də heç kimin yolu ilə getməyərək 

orijinal tədqiqat  əsəri yaratmışlar. Sərrast fikirlər, dəqiq 

ədəbi-nəzəri mühakimələrlə obyekt olaraq qəbul edilmiş 

yazıçının daxili-mənəvi aləmindən geniş oxucu auditori-

yasına körpü salmışlar”. 

Elçin Kamalın “Qayada min bir çiçək...” yazısında söh-

bət Hüseynbala Mirələmovun “Qayada çiçək” kitabından 




Yaddaşlarda yaşayacaq 

33 


gedir. Son zamanlar oxucuların azalmasından şikayətlənən 

müəllif, bunun səbəbini təkcə oxucularda görmür, dövrün, 

zamanın qarmaqarışıq olduğunu diqqətə çatdırır və belə bir 

vaxtda heç nəyə baxmayaraq ortaya kitab qoyan yazıçıları 

alqışlayır.  

Hüseybala Mirələmovun kitabındakı “Bir tikə çörək”, 

“Tənha durna uçuşu”, “Qayada çiçək”, “İzlər”, “Qayıtdı 

durnalar”, “Dəyirmana gedən yol”,”Qartal” və s. hekayələ-

rindən söz açır və müəllifin ədəbi-bədii potensialını dəqiq-

ləşdirməyə,  əsərlərin bədii dəyərini, mövzu əhəmiyyətini 

oxuculara çatdırmağa çalışır. Müəllif yazır: ”Mən “Qayada 

çiçək”ə baxarkən “tənha durnanın uçuşu”na diqqət kəsil-

dim. “Qayıdan durnalar”ın səmada qövs cızmasına tamaşa 

etdim. “İzlər”ə düşdüm. Həmin izlərlə “dəyirmana gedən 

yol”a çıxdım, “bir tikə çörək” ümidilə yolları  ağardan in-

sanları gördüm. Səmada süzən “Qartal”ın azadlıq eşqi ilə 

havalanıb “Meşədə  tənha ev”in sakinləri ilə söhbətləşdim. 

Mənə aydın oldu ki, hamımızın xofla qarşıladığımız qasır-

ğa bəzən insanın dağılmış həyatını sahmana sala bilir. Eyni 

zamanda hələ də “vicdanın cəzası”ndan qorxmayıb “casus-

”luq edənlər var”. 

Kitabdakı “Yollar səni yormayıb ki...” adlı yazıda müəl-

lifin həmin əsərlərinə müraciət görürük. Hüseynbala Mirə-

ləmovun hekayə qəhrəmanlarının həyat yolunu izləyən mü-

əllif xüsusilə müharıbə dövründə yaşadıqları  çətin həyatı, 

bir tikə çörəyə olan ehtiyacı yazıçının necə ustalıqla qələmə 

aldığını qeyd edir. Əsərlərdəki qəhrəmanların istəklərinin, 

arzularının necə məhv olmasını, bütün bunların yazıçı qələ-

mində necə canlandırıldığını qeyd edən müəllif əsərin sanki 

şeir dilində yazıldığını düqqətə çatdırır. Burada obrazların 

səciyyəvi cəhətləri araşdırılır.  Əsasən ana obrazı üzərində 

dayanan müəllif ana arzusunu, xeyirxah arzuları təqdir edir 

və yazıçının sənətkarlığını yüksək qiymətləndirərək ya-

zır:”Gözəllik və eybəcərlik, ülvilik və rəzillik, xeyir və şər

qaranlıq və işığı təfəkkür süzgəcindən böyük sənətkarlıqla 



Sona Xəyal 

34 


keçirən H.Mirələmova yazdığı ilk “Bir tikə çörək” hekayəsi 

ədəbiyyat aləmində  uğurlu bir qapı açmışdır. Bu qapıdan 

içəri daxil olanlar—yazıçı kədərinin izinə düşənlər “Bir ti-

kə çörək”dən, “Vicdanın hökmü”nə, “Güllələnmiş heykəl-

lərin fəryadı”na, müəllifin  ən böyük ədəbi uğuru sayılan 

“Xəcalət” povestinə qədər uzanan yolda həyəcanlı bir öm-

rün, yazıçı taleyinin yaşantılarını özlərinə çox doğma gör-

düklərindən yorulmadan bu yolun damarını  qırmağa səy 

göstərirlər”. 

Fariz Çobanoğlunun “Daşlar qəzəbdən göyərir” adlı ya-

zısında Hüseynbala Mirələmovun “Son arzu” hekayəsindən 

bəhs edilir. Məqalənin əvvəlində Amerika yazıçısı O. Hen-

rinin “Son yarpaq” hekayəsinə münasibət bildirən müəllif 

öz uşaqlığını xatırlayır. Lakin sonralar da həmin hekayəni 

təkrar-təkrar oxuduğunu və sənətin ecazkar təsirini məhz o 

hekayəni oxuyarkən duyduğunu qeyd edir. Daha sonra Hü-

seynbala Mirələmovun “Son arzu” hekayəsini oxuyanda 

yenidən həmin hissləri yaşadığını bildirir. Onun fikrincə bu 

hekayə ən soyuqtəbiətli insanın belə qəlbinin buzunu əridə 

biləcək təsirə malikdir. Burada bir xəstənin—Elmarın son 

arzusundan söhbət gedir. Fariz Çobanoğlu məqaləni belə 

bitirir:”...”Son arzu” mənə “Son yarpaq” qədər təsir etdi. 

Yaddaşımda əbədi iz salmış qoşa adlar sırasına bir qoşa ad 

da yazıldı. “Son arzu” və “Son yarpaq”. Hər ikisində istək 

var, arzu var. Birində qoca rəssam Bermanın sənət incisi 

yaratmaq arzusu, digərində insan olmaq arzusu. Bu arzular 

bir-birinə nə qədər uzaqdırsa, bir o qədər də yaxındır”. 

Elçin Kamalın “Xəcalət”i müharibə yaratdı” və “Vətən: 

qədim tarix kitabının səhifələri” adlı yazılarında Hüseynba-

la Mirələmovun “Xəcalət” povestindən bəhs açılır. “Xəca-

lət”də vətən həsrəti, yurd təəssübkeşliyi, torpaqların işğalı, 

qaçqın-köçkün problemi bədii ifadəsini tapmışdır. Bu po-

vest çap olunduğu vaxtda diqqəti çəkmiş, haqqında bir sıra 

yazılar nəşr olunmuşdur. Elçinin bu yazılarında da həmin 

məqalələrə istinad olunur. Müəllif başqalarının fikirlərinə 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə