Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

Yaddaşlarda yaşayacaq 

35 


hörmətlə yanaşır, amma sonda yenə də öz içindən, qəlbinin 

dərinliyindən gələni qələmə alır.  Əsərdəki obrazları  səciy-

yələndirən müəllif, təbiət təsvirlərindən də yan keçmir, Qa-

rabağ camaatının qonaqsevərliyini də qeyd edir, ümumiy-

yətlə, yazıçının diqqət çəkdiyi bütün məqamlara güzgü tut-

mağa çalışır.  

“Bədii söz: təfəkkürün qasırğası” adlı yazısında H.Mirə-

ləmovun “Qasırğa tez keçdi” hekayəsindən danışan Fariz Ço-

banoğlu Zəminə obrazının səciyyəsini açmağa, ana olmaq 

istəyən, amma bu arzusuna çata bilməyən bir qadının qar-

şılaşdığı xoşagəlməz münasibətlərdən, nəhayət onun evini 

tərk etməsindən, eyni zamanda əri Rəhimə olan güclü mə-

həbbətindən, sədaqətindən söz açır və onu xarakterizə etməyə 

çalışır. Onun “Duyğuların harayı yaxud yazıçı  qəlbindən 

gələn səs” adlı yazısında da həmin povest haqqındakı fikirləri 

diqqəti çəkir. Burada əsərin ideyası,  əhəmiyyəti ön plana 

çəkilir. Müəllif burada müxtəlif müqayisələr aparır. Burada 

Əmir Teymur da xatırlanır, Antey də, Seyid Nigari də. Yazı 

belə yekunlaşır: ”Xəcalət” povesti Azərbaycanın taleyinə 

gecə kimi qaranlıq gətirən günlərin ağrısından doğulub. Bu 

ağrı daha çox 1988-93-cü illəri əhatə edir. İndi isə Azərbay-

can həmin illərin ağrısını xatırlayır və yaşayır. Ümüd edirik 

ki, yaddaşımızı silkələyən, duyğularımızı ehtizaza gətirən, 

bizi sözüylə, sənətiylə  Vətənə sarı  çəkən yazıçıdan qələbə 

soraqlı salnamələri yazmaq qisməti də yan keçməyəcəkdir”. 

Farizin “Təbiəti qorumaq istəyi” adlı yazısında H.Mirə-

ləmovun “Simüzər” hekayəsindən və “Həyat eşqi” poves-

tindən, “Kişnəsə namərd atları” adlı yazısında “Güllələnmiş 

heykəllərin fəryadı” essesindən, onun televiziya tamaşasın-

dan, “Mənəvi-əxlaqi dəyərlərin təbliği”ndə “Yeni həyat”, 

“Çimərlikdə”, “Qarınqulu” hekayələrindən bəhs edilir.  

Elçin Kamal “İnsanın keçdiyi yolun bədii sözlə ifadəsi” 

adlı yazısında Hüseynbala Mirələmovun gənclik illərində 

yazdığı hekayələrə bir də yenidən qayıdır, son illərdə yaz-

dığı povestlərə də qısa arayış verir və yazıçının 1987-ci ildə 



Sona Xəyal 

36 


qələmə aldığı “Qartal” hekayəsindən söz açır. Toğrul Ay-

dəmir obrazını təhlilə cəlb edən müəllif onu tarixi, fəlsəfə-

ni, ədəbiyyatı, musiqini bilən, duyan bir yazıçı kimi təqdim 

edir. Daha sonra “Həyat eşqi” povestinə keçid alır və bu 

əsərin məhz elə o hekayənin davamı olduğu qənaətini bildi-

rir. “Qartal”dakı Toğrul Aydəmirin “Həyat eşqi”ndəki 40 

yaşlı Müdrik, Qartal-İnsan, Palıd-İnsan olduğunu qeyd edir. 

Əsərdən verdiyi sitatla fikirlərini əyaniləşdirən müəllif bə-

dii obrazın fəlsəfi mahiyyətini açmağa çalışır. Burada digər 

müəlliflərin əsərləri ilə müqayisələr də yer alır. Yazı müəl-

lifin hökm kimi səslənən qənaəti ilə bitir: ”Axırda onu de-

yərdim ki, bu əsər oxucularda mütləq azadlıq duyğusu ya-

rada biləcəkdir. Məncə, “Həyat eşqi”nin  ən böyük dəyəri 

də elə bundadır”. 

Elçin “Bir qovluğun izi ilə” adlı yazısında isə Hüseynba-

la Mirələmovun gənclik illərində yazdığı  “İstəmirəm” he-

kayəsi, “Qartallar uçan yerdə” oçerki olduğunu diqqətə çat-

dırır. Müəllif burada yazıçının vaxtilə jurnalist kimi fəaliy-

yət göstərdiyini də qeyd edir. Onun publisistikasından söz 

açır və sonda fikrini belə yekunlaşdırır: ”H.Mirələmovun 

publisistik əsərləri də özünəməxsusluğu ilə seçilir. O heka-

yələrində olduğu kimi, publisistik əsərlərində də səmimidir. 

O heç nəyi uydurmur, demək istədiyi fikirləri faktlarla mə-

nalandıraraq oxucunu inandırır”.  

“Çimərlikdə yeni həyat və “Maşallahın paneli” adlı yazı-

sında isə “Çimərlik”, “Qarınqulu” və “Maşallahın paneli” 

hekayələrindən söz açan müəllif  ən çox Maşallah surəti 

üzərinda dayanır, onu xarakterizə etməyə çalışır.  

Elçin Kamalın “Dünyanın ən qiymətli paltarı” adlı yazı-

sındasa Hüseynbala Mirələmovun məşhur “Gəlinlik palta-

rı” povestindən söhbət gedir. Bu povest hamıya “Kredo” 

qəzetindən tanışdır. Müəllif yazısının  əvvəlində  əsərin ge-

niş epik lövhələrinə görə, obrazların həyat fəlsəfəsi haqqın-

dakı düşüncələrinə görə, bəzən əsas hadisədən kənarlanma-

lara və hadisələri bütün təfərrüatı ilə təsvirinə görə povest 



Yaddaşlarda yaşayacaq 

37 


çərçivəsindən çıxdığını, romana yaxınlaşdığını vurğulayır. 

Sonra obrazlar aləminə baş vurur. Bəzi səciyyəvi cəhətləri 

qeyd edir. Ən çox ziddiyyətli Fənayə surətinin üzərində da-

yanır. Əsərdəki rəmzi mənalara diqqət çəkən müəllif yazır: 

”Povest başdan-başa rəmzlər üzərində qurulmuşdur. Gəlin-

lik paltarı rəmzi məna daşıdığı kimi, əsərdəki obrazların adı 

da rəmzi məna kəsb edir. Zinayə bu cəmiyyətə zinalar bu-

raxa bilər. Fənayə bu dünyanı boş, mənasız sayır. Haris pu-

la və qadına çox hərisdir və s. Bu obrazların hər birinə öz 

xarakterinə və əməllərinə görə müəllif ad seçmişdir. Ancaq 

rəmzlər təkcə adlarla bitmir...”.  

Elçin “Bir daha Fənayə haqqında” yazısında yenidən 

“Gəlinlik paltarı”na qayıdır. Burada müəllifi bir qədər geri-

yə dönən, Anarın Təhminəsini xatırlayan və onlar arasında 

oxşarlıq tapan görürük. Fənayənin gah əxlaq qanunlarına 

məhəl qoymadan uçuruma yuvarlandığını, gah bütün yaxşı-

lıqlar üçün könül qapısını açdığını, gah da əxlaqsızlara layi-

qincə cavab verdiyini qeyd edən müəllif onun həm də is-

tedadlı olmağını, duyğulu  şeirlər yazmağını  dəyərləndirir. 

Amma onun qənaəti belədir: “Fənayə Təhminəyə oxşasa da 

Təhminə deyil. Əgər Təhminənin hərəkətləri onu altıncı 

mərtəbəyə qaldırırsa, Fənayənin hərəkətləri onu mənəvi 

boşluğa aparır. Bəlkə də, bu ona görə belədir ki, Təhminə-

dən fərqli olaraq Fənayə həyatda sevgisini tapa bilməyib”.  

Farizin “Mənəvi dəyərlərin faciəsi” və “Gəlinlik paltarı” 

və həyatın üzü və astarı” adlı yazılarında da “Gəlinlik pal-

tarı” geniş təhlil olunur.  

Hər iki müəllifin Hüseynbala Mirələmovun yaradıcılığı 

ilə bağlı digər məqalələrində də dəyərli fikirlərə rast gəlirik. 

İstər bir yazıçı kimi hekayə  və povestlərindən, istərsə  də 

publisistik yazılarından bəhs edərkən hər iki müəllif publi-

sistik yol tutmuşdur. Bu da təbii haldır. Bu günün əsəri 

haqqında məhz elə bu cür danışmaq məqsədəuyğundur. Bir 

əsərin gərək ən azı yüz illik ömrü olsun ki, onun haqqında 

elmi yazı yazasan. Bu günün əsəri ancaq publisistik düşün-



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə