Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

Yaddaşlarda yaşayacaq 

29 


xalq qəhrəmanı Mehdinin həyatı və müharibədə keçdiyi dö-

yüş yolunun ayrı-ayrı məqamları “Bu günün heçi, gələcəyin 

klassiki”, “Keçilən dərslərdən sağ qalmayacağım aydındır”, 

“İnsan insana canavardır”, “Casus axtarışı işi”ndən “Geroy”a 

qədər”, “Mehdi kinodakı kimi ölməyib?”, “Anjelika “Mixay-

lo”dan danışdı”, ”Mixaylo” kinoteatrı partladandan sonra 

ağlayırdı”, “Nasistlərin ürəyinə saplanan xəncər”, “Mixaylo” 

haqqında yazının sonu” adlı yazılardan boylanır. 

Kitabda maraqlı insanlar haqqında dəyərli məlumatlar 

verilmişdir. Siyasət və dövlət adamlarından Dadaş Aslanov, 

Həbibə Həsənova, Şıxəli Qurbanov, Qəzənfər Məmmədov, 

Sabit Orucov, Süleyman Rüstəmzadə, Məhəmmədəli Rə-

sulzadə, Cəfər Vəliyev, Hüseyn Zeynalov, rəhbər vəzifədə 

çalışanlardan Böyükağa Ağayev, Vaqif Ağayev, Nadir Ba-

lakişiyev, Məmməd Dadaşov, Balaəli  Əliyev,  Əlikövsər 

Əliyev,  Əliqardaş  Xıdırov, Məmməd Məmmədzadə  və b. 

haqqında maraqlı yazılar diqqəti çəkir.  

Tanıdığım  şairlərdən Ümmügülsüm, Süleyman Rüstəm

Nadir Ağayev, Ruhulla Qafil, İlqar Bizəban, Arif Bahadı-

roğlu və başqaları haqqında məlumat və şeirlərindən nümu-

nələr verilmişdir.  

Tanınmış rəssamlardan Əzim Əzimzadə, Nazim Bəykişi-

yev, Elçin Cabbarov, Cavanşir Dadaşov, Bədurə Əfqanlı və 

b. bəstəkarlardan Aqşin Əlizadə və Sərdar Fərəcov, müğən-

nilərdən Nadir Ağayev, Ağaverdi Məmmədov və Qismət 

Məmmədzadə, mədəniyyət xadimlərindən Məhərrəm Bə-

dirzadə,  Əliabbas  Əliyev, Ramiz Məlik, Arif Teymurov, 

Nazim Zeynalov və b. haqqında onların həyatını, fəaliyyəti-

ni işıqlandıran məqalələr də diqqəti çəkir.  

Kitabda din xadimlərinin həyat fəaliyyətini açıqlayan ya-

zılarda müqəddəs yolun yolçuları: Məmmədzadə Axund 

Molla Ruhulla, Hacı Hatəm Mirzəyev, Hacı Molla Kərəm, 

Hacı Faiz və b. eləcə də Şeyxülislam Əliağa Süleymanzadə 

təqdim olunurlar.  

Bu bölümdəki yazıların müəllifləri Vaqif Ağayev, Əliab-



Sona Xəyal 

30 


bas Əlimədətoğlu, Hacı Arif Bahadıroğlu, Nəriman Qəhrə-

manlı, İlham Əzimov, Təbriz Vəfalı, Hacı Gülhüseyn Nov-

ruzoğlu, Hacı Cavanşir Manafov, Lalə Əsgərova, Nailə Ba-

lakişiyeva, Fikriyyə Balakişiyeva, Vaqif Şadlinski, Mailə 

Muradxanlı, Nurlan Atamoğlanlı, Hacı Rahim Babayev, 

Məmmədəli Əliyev, Reyhan Müslümova, Mirsəməd Cəfərli, 

Nurəddin Həbibov,  İlqar, Məlikəjdər Ağabəy oğlu, Vaqif 

Böyükağa oğlu, Qılman İlkin, Zərifə Nəcəfova, Rafiq Meh-

diyev, Fətulla Fəcri, Məlahət Əliyeva, Məmməd Kazımov, 

Nəzakət Qurbanqızı, R.Kərimov, Araz Rüstəmov, Könül 

Nemətova, Şamil Salmanov, Gülrəna Qacar, Gülarə Sadıq-

zadə, Elçin Novruzov, Nəcibə  Əhmədova, Hafiz Sadıq, 

Telli Pənahqızı və S.Zeynalovdur.  

Kitabdakı maraq doğuran bölümlərdən biri də “Gəncləri-

miz”dir. Vaqif Ağayevin bu yazısında səkkiz gənc haqqın-

da məlumat verilmişdir: Vüqar, Zöhrab, Rüfət, Mühəmmə-

dəmin kimi idmançılar, Kanadada və Hindistanda keçirilən 

beynəlxalq biologiya olimpiadasında gümüş medala layiq 

görülən Camal, taxta üzərindəki oyma işləri ilə evləri bəzə-

yən Həsənağa,  əsərləri bir çox sərgilərdə  fəxri diplomlara 

layiq görülən Vasif, tərcüməçilik sənətini seçən Zaur. 

Üçüncü bölüm “Bərəkətli-çörəkli torpaq” adlanır. Bura-

da “Abşeron”, “XVII və XVIII əsrlərdə Bakı və Abşeronda 

cərəyan edən siyasi durumdan bəzi faktlar”, “Novxanı kən-

di”, “Siyangöl–şəhər tipli qəsəbə”, “Novxanılılar”, “Xəzri-

Giləvar”, “Qış tədarükü”, ”Qoyunçuluq”, “Taxılçılıq”, “Ba-

lıqçılıq”, “Xalçaçılıq və toxuculuq” adlı ayrı-ayrı yazılarda 

Bakının 34 kəndinin adı  çəkilir, Abşeronun ictimai-siyasi 

vəziyyəti açıqlanır, Novxanı, onun kənd təsərrüfatı və səna-

ye əhəmiyyətli sahələri haqqında məlumatlar verilir. Vaqif 

Ağayev bu yazını hazırlarkən, tarix elmləri namizədləri To-

fiq Babayevin, Təvəkkül Şağani–Səlimovun və İdris Əliye-

vin elmi məqalələrindən istifadə etdiyini qeyd etmişdir.  

Vaqif Ağayevin “Sosial-iqtisadi problemlərin həlli” adlı 

yazısında adından göründüyü kimi bu sahədə görülən işlər 



Yaddaşlarda yaşayacaq 

31 


işıqlandırılmışdır. “Novxanı və Siyan yer-yurd adlarının mən-

şəyi haqqında” bölümündə isə Vaqif Ağayev, Arif Bahadır-

oğlu, Məzahir Hacıyev və Əhməd Cabbarov müxtəlif fikirləri 

çözələyərək, bu sözlərin mənasını açıqlamağa çalışmışlar.  

Növbəti bölüm “Memarlıq abidələri”dir. Burada Novxa-

nının memarlıq quruluşundan, məscidlərdən, Axund Əbil 

sərdabəsindən, hamam və ovdanlardan söz açan Nəriman 

Qəhrəmanlı mövzunu əhatə etməyə çalışmış, öz qənaətlən-

dirici fikirlərini oxucularla bölüşmüşdür. 

“1918-ci ilin soyqırımı”, “1937-ci il–Repessiya. Bura 

Vətəndir!”, “Böyük Vətən Müharibəsinin (1941-45) iştirak-

çıları”, “Qarabağ  şəhidləri” bölümlərində Novxanı  kəndi-

nin qəhrəman övladlarından, onların göstərdikləri  şücaət-

dən, mətanətdən bəhs olunur. Burada təkcə bir kəndin deyil, 

bütövlükdə Azərbaycanın unudulmaz dərdləri, tökülən qan-

lar, güllələnən talelər səhifələnib.  

“Şairlər” bölümündə novxanılı şairlərin şeirlərindən nü-

munələr, “Həmkəndlilərimizin  əhvalatları” bölümündə isə 

Lalə Abuzərovanın, Arif Teymurovun, Molla Rövşənin, 

Vaqif Ağayevin, Mirsəməd Səfərlinin, Cavanşir Manafo-

vun, rəssamlardan Elçin və Zöhrab Cabbarovların qələmə 

aldıqları lətifələr, Vaqif Ağayevin “Son söz əvəzi”ndə kita-

bın təsviri, kitabın işıq üzü görməsində zəhməti olan insan-

lar haqqında məlumat, kitabın sonunda “Əlavələr”də isə 

müxtəlif illərin statistik məlumatları verilmişdir.  

Kitab təkcə bir kəndi əks etdirmir. Burada Azərbaycanın 

tarixinə  qısa bir baxış var. Burada Azərbaycan xalqının 

milli adət-ənənələrinin  əksi var. Burada mənəvi dəyərləri-

mizə hörmət və rəğbətin ifadəsi var. Kitab hər bir Azərbay-

can vətəndaşının kitabxanasında ön rəflərdən birində yer 

tuta bilər. Kitabın işıq üzü görməsində böyük zəhməti olan 

bütün vətənpərvər insanlara dərin təşəkkürümüzü bildirir, 

və onları təbrik edirik. 

 

 “Haqqın sədası” qəzeti, 10.08.10. 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə