Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə48/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   44   45   46   47   48   49   50   51   ...   138

Tatlı  müharibəsidir.  Bu  müharibə  bütün  günü  davam  etmiş­

dir  və  iki  nəfər  müsəlmanın  həlakı  ilə  başa  çatmışdı.  Üçüncü 

Əskipara  kəndində  olan  döyüşdür  ki,  bundan  sonra  Qazax 

uyezdi  hökumət  qüvvəsi  tərəfindən  nəzarətə  alınmış,  bir  növ, 

sakitlik  bərpa  edilmişdir.  Fevral  ayının  5-ci  günü  isə  Qazax­

da  bütün  dükanlar,  evlər  qoşun  tərəfindən  axtarılmış,  əsasən 

müsəlmanların  silah-sursatı  əllərindən  alınmışdı.  Ermənilər­

dən  isə  bir  top,  bir  tüfəng  belə  alınmamışdı.  Qazax  uyezdin- 

də  erməni-müsəlman  davası  zamanı  bir  çox  kəndlər  dağıdılıb 

yandırılmışdı.  Onlardan  məşhur  olanı  on  iki  kənddir:  Əlibəy­

li,  Haccalı,  Kazımlı,  Köhnəqışlaq,  Yaradullu,  Həqbəli,  Sofulu, 

Cəfərli,  Çaxmaqlı,  Qızılhacılı,  Xeyrimli,  Bağanıs-Ayrım  və  baş­

qaları.  Bu  qırğınların  əsas  səbəbkarı  Şəmşəddin  pristavı  erməni 

Mesrop  olmuşdur.

«Daşnaksütyun»un  erməni  quldur  dəstələri  1920-ci  il  apre- 

in  5-də  Tatlı  kəndi  yaxınlığında  kiçik  bir  Azərbaycan  kəndini 

ələ  keçirərək  onun  bütün  sakinlərinə  qəddarcasına  divan  tut­

muşlar.  Həmin  gün  Azərbaycan  Xalq  Cümhuriyyətinin  xarici 

işlər  naziri  F.Xoyskinin  Ermənistanın  xarici  işlər  nazirinə  no­

tasında  deyilir  ki,  aprelin  5-də  səhər  saat  5-də  daşnak  quldur 

birləşmələri  Yaradulla  kəndinə  basqın  etmişlər.  Əhalinin  üçdə 

bir qismindən  çoxu  məhv edilmiş,  əmlakları  talan  olunmuşdur. 

Aprelin  8-də  bura  ikinci  dəfə  basqın  edilmiş,  Yaradulla və Tatlı 

kəndləri  yandırılmışdır.

1920-ci  il  aprelin  9-da  Qazax  rayonunun  azərbaycanlı 

kəndlilərinin  barışıq  haqqında  imzalanmış  müqaviləyə  əməl 

edərək  ağ  bayraqlar  qaldırmasına  baxmayaraq,  qaniçən  Dro- 

nun  erməni  quldur  birləşmələri  Əskipara,  Yuxarı  Əskipara, 

Aşağı  Fərəhli,  Xeyrimli,  Bənası,  Quşçu  Ayrım,  Ayrım,  Salahlı 

kəndlərinə  basqınlar  etmiş  və  onları  tamamilə  yandırmışlar. 

Dinc  əhali  arasında  çoxsaylı  tələfat  olmuşdur.  Dro  bir  sıra 

qətllərə  şəxsən  özü  başçılıq  etmişdir.  Bu  qətllər zamanı  qadın­

lar  və  qocalar  ən  ağır  işgəncələrə  məruz  qalmışlar.

156



KÜRDƏMİR

1918-ci  ilin  iyun  ayında  «Daşnaksütyun»  erməni  terror  təş­

kilatının  göstərişini  yerinə  yetirən  erməni  silahlı  quldur  birləş­

mələri  Kürdəmirə  basqın  edərək  evlərə,  dükanlara  və  məscid­

lərə  od  vurmuşlar.  Onlar  bütün  müsəlmanları  amansızcasına 

öldürür,  nə  qocalara,  nə  qadınlara,  nə  də  uşaqlara  rəhm  edir­

dilər.  Şahidlərin  dediklərinə  görə,  çoxlarına  öldürülməzdən 

əvvəl  vəhşicəsinə  işgəncələr  verirdilər.  Quldurlar  bir  oğlan 

uşağını  süngü  ilə  deşik-deşik  etdikdən  sonra  onun  qan  itirə- 

itirə  necə  öldüyünə  soyuqqanlıqla tamaşa  etmişlər...  Kürdəmi­

rə  basqın  nəticəsində  56  ev,  iki  məscid  yandırılmış,  Quranın 

təfsirinə  dair  nadir  kitablar  saxlanılan  kitabxana  darmadağın 

edilmişdir.  Quranın  özünü  isə  quldurlar  cırıb  atmışlar.  İstintaq 

komissiyası  sədrinin  1918-ci  il  22  noyabr  tarixli  məruzəsində 

deyilir  ki,  «...həmin  günlərdə  ermənilər  Cəngi  kəndini  dağıt­

mış,  burada  20  adamı  öldürmüş  (onların  burunlarını,  qulaqla­

rını  kəsmiş,  başlarını  daşa  çırpmışlar),  Qaravəllidə  iki  kişini, 

Qarabucaqda  7  adamı,  Xəlil  Qasımbəydə  7  adamı,  Ərəbmeh- 

dibəylidə  83  adamı,  o  cümlədən  78  kişini,  4  qadını  və  bir 

oğlan  uşağını  öldürmüşlər.  Adları  çəkilən  kəndlərdə  erməni 

quldurları  bütün  əmlakı  talan  etmişlər».

LƏNKƏRAN

Ermənilərin  1918-ci  ilin  martında  törətdikləri  soyqırımının 

qurbanları  arasında  lənkəranlılar  və  ətraf  rayonların  sakinləri 

də  var  idi.  «Daşnaksütyun»  firqəsinin  üzvləri  burada  40-a  ya­

xın  kəndi  yandırmış,  yüzlərlə  günahsız  insanı  qətlə  yetirmişdi­

lər.  Tarixçi  alim,  professor  Anar  İsgəndərov  «Türk-müsəlman 

əhalisinə  qarşı  həyata  keçirilən  soyqırımları»  adlı  silsilə  məqa­

lələrində  yazır  ki,  Lənkəranda  M illi  Ordunun  təşkili  ilə  məş­

ğul  olan  «Vəhşi  d i v i z i ya»n ı  tərksilah  etmək  üçün  bolşeviklər 

dəniz  vasitəsilə  oraya  silahlı  dəstələr  göndərmişdilər.  Bu  təd­

birlər  Erməni  M illi  Şurasının  göstərişi  ilə  həyata  keçirilirdi.

157



Bolşevik  əsgərləri  yolda  qarşılarına  çıxan  müsəlman  kəndlə­

rini  dağıdıb  talayır,  sonra  isə  od  vurub  yandırırdılar.  Vilvan, 

Veravul,  Girdəni,  Cil,  Osakiiçə  və  digər  kəndlərin  sakinləri 

qırğınlardan  qurtulmaq  üçün  meşələrə  çəkilirdilər.  Dinc  əhali 

talan  və  qırğınlara  son  qoyulması  üçün  Sütəmurdov  kəndin­

dən  13  nəfər  ziyalını  qəza  rəisi  Şıvkunovun  yanına  göndərir. 

Şıvkunov  isə  onların  sözlərinə  qulaq  asmayıb  həmin  insanları 

qətlə  yetirmək  barədə  əmr  verir.  Yanvarda  başlanan  qırğınlar 

mart ayında  daha da  şiddətlənmişdi.  Əhali  arasında  narahatlıq, 

həyəcan  xeyli  artmışdı.

Bu  ərəfədə  Astara  şəhəri  bolşevik  əsgərləri  tərəfindən  topa 

tutularaq  darmadağın  edilmiş,  əhalinin  əksəriyyəti  yaşayış 

yerlərini  tərk  etməyə  məcbur  olmuşdu.  Xəzər  dənizi  sahilin­

də  Qızılağac  ilə  Lənkəran  arasındakı,  demək  olar  ki,  bütün 

müsəlman  kəndləri  «Aleksandr  Candar»  paroxodu  tərəfindən 

top  atəşinə  tutulmuşdu.

Professor  A.İsgəndərov  daha  sonra  göstərir  ki,  Osmanlı  qo­

şunlarının  Bakını  azad  etməsindən  bir  az  əvvəl  Lənkərana  2 

min  nəfərlik  erməni  dəstəsi  gəlib  yerli  əhaliyə  divan  tutmağa 

başlamışdı.  Onlar  müsəlman  yeməkxanalarına  girib  insanları 

təhqir  edir,  xidmətlərə  görə  pul  ödəmir,  Osmanlı  türklərin­

dən  qorunmaq  üçün  yerli  adamları  səngər  qazmağa  məcbur 

edirdilər.  İş  o  yerə  çatmışdı  ki,  erməni  əsgərləri  məhərrəmlik 

mərasimində  məscidlərə  girib  müsəlmanlara  öz  təziyələrini 

keçirməyə  mane  olurdular.  Hətta  məscidlərdə  müsəlmanla­

rı  qarət  edir,  oranı  partlatmağa,  yandırmağa  səy  göstərirdilər. 

Daşnaklar  bu  bölgədə  yüzlərlə  evləri  viran  qoydular,  minlərlə 

günahsız  insanları  müxtəlif  işgəncələrlə  qətlə  yetirdilər.  1918- 

ci  ilin  yanvarından  1919-cu  ilin  avqustunadək -   malakan  qiya­

mı  yatırılana  qədər  bu  bölgədə  erməni  və  rus  birləşmələri 

tərəfindən  2  min  azərbaycanlının  həyatına  son  qoyuldu.

Son  illər  aparılan  arxeoloji  qazıntılar  nətic.əsində  həmin  in­

sanların  sümükləri  tapılaraq  kənd  məzarlığında  basdırılmışdır.

158



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə