Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə49/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   45   46   47   48   49   50   51   52   ...   138

D Ə VƏ Ç İ

1918-ci  ilin  aprelin  axırlarında  Amazaspın  erməni  quldur 

dəstəsinin  hətta  südəmər  körpələrə  də  rəhm  etmədiyindən  xə­

bər  tutan  Dəvəçibazar  və  Qızılburun  Azərbaycan  kəndlərinin 

sakinləri  yığıncaq  keçirərək  bir neçə  (15  nəfər)  hörmətli  ağsaq­

qalı  erməni  quldur  dəstəsini  duz-çörəklə  qarşılamağa  göndər­

məyi  qərara  almışlar.  Çünki  yaxşı  silahlanmış  erməni  saqqal­

lılarına  qarşı  təkcə  dəyənəklə  vuruşmaq  mənasız  idi:  əhalidə 

odlu  silah,  demək olar,  yox  idi.  Bu  yerlərin  sakinləri  -  azərbay­

canlılar,  tatlar,  ləzgilər  əmin  idilər  ki,  Qafqaz  adətinə  uyğun 

olaraq  ağsaqqalların  duz-çörəklə  qarşıya  çıxması  sülhsevərlik 

və  qan  tökülməsinə  yol  verməməyə  çalışmaq  rəmzi  sayılır. 

Amma  Amazaspın  quldurlarının  bu  qocalara  qarşı  törətdiyi 

vəhşilik  bütün  mahalı  sarsıtdı...

Fövqəladə  İstintaq  Komissiyasının  üzvü  Novatskinin  məru­

zəsinə  görə,  qısa  bir  müddətdə  erməni  quldur  dəstəsi  Dəvəçi 

mahalında  122  kəndi  yerlə  yeksan  etmişdi,  o  cümlədən  bu, 

ən  iri  yaşayış  məntəqələrini  əhatə  etmişdi:  Dəvəçi,  Siyəzən, 

Sədən,  Xaçmaz,  Xudat,  Sarvan,  Böyük  Moruq,  Üçkənd,  Hə- 

sənqala  və  digər  kəndlərdə  yaşayan  kəndlilərin  bütün  əmlakı 

talanmış,  evlərinə  od  vurularaq  yandırılmışdı.  Yüzlərlə  azər­

baycanlı,  tat,  ləzgi  vəhşicəsinə  öldürülmüşdü.  Uşaqlara  və  qo­

calara  işgəncələr  verilmişdi.

MAHAÇQALA  (PETROVSK)

1918-ci  il  martın  23-24-də  xüsusi  mühüm  işlər  üzrə  məhkə­

mə  müstəntiqi  Komarovskinin  raportuna  görə,  Bakı  qaçqınları­

nın  bir  hissəsi  (850  nəfər)  erməni  saqqallılarının  əlindən  xilas 

olmaq  üçün  Bakıdan  «Poseydon»  gəmisi  ilə  Petrovska  gəlmiş­

di,  özü  də  «Kornilov»  gəmisində  yanğın  baş  verdiyindən  onlar 

üç  gün  reyddə  dayanmalı  olmuşdular.  Dördüncü  gün  qocala­

rı,  qadınları  və  uşaqları  «Evelina»  gəmisinə  mindirib  Bakıya 

göndərmiş,  təxminən  18  yaşından  45  yaşınadək  olan-qalan

159



müsəlmanları  (təqribən  750  nəfər)  isə  Petrovskda  düşürmüşlər. 

Bakı  qaçqınlarının  şəhərdə  sığınacaq  tapdığından  xəbər  tutan 

«Daşnaksütyun»  beynəlxalq  terror təşkilatının  üzvü  Stepan  Şa- 

umyanın  göstərişi  ilə  S.Lalayev  öz  quldur  dəstəsi  ilə  birlikdə 

xüsusi  olaraq  buraya  gəlmişdi.  Bakıda  dinc  əhaliyə  qarşı  qanlı 

cinayətləri  ilə  ad  çıxaran  peşəkar qatil  Ruben  Aqamaliyants da 

onlarla  birlikdə  idi.  Şahidlərin  dediklərinə görə, erməni  quldur­

ları  «hər  dəfə  10-15  nəfərdən  ibarət  bir  qrup  müsəlmanı  gah 

həbsxanaya,  gah  da  şəhər ətrafına,  yaxınlıqdakı  bağlara  aparır, 

orada  müsəlmanlara  dözülməz  əzab-əziyyət  və  işgəncələr ve­

rir,  onları  öldürürdülər.  Onlar 8-10  nəfəri  bir-birinə  bağlayır və 

mübahisə  edirdilər  ki,  kimin  tüfəngi  daha  çox  adam  vuracaq­

dır.  Bundan  əlavə,  onlar  müsəlmanları  zəncirlə  əl-ələ  bağla­

yır  və  sonra  axırıncıdan  başlayaraq  onların  başına,  qarnına  və 

sinəsinə  zərbələr  endirərək  bir-bir  öldürürdülər.  Bəzilərini  də 

iki-iki  üz-üzə  bağlayır  və  onların  başlarını  qılıncın  bir  həmləsi 

ilə  vurmağa  çalışırdılar».  Şahidlərin  dediklərinə  görə,  bu  cür 

vəhşi  üsulla  50  adam  qətlə  yetirilmişdi.  Həmin  gün  Lalaye- 

vin  erməni  quldur  dəstəsi  535  adamın  axırına  çıxmışdı.  Dörd 

bir  tərəf  azğıncasına  eybəcər  hala  salınmış  insan  meyitləri  ilə 

dolu  idi  -  kiminin  başı  xıncım-xıncım  edilmiş,  kiminin  əl-ayağı 

kəsilmişdi.  Həmin  şahidlərin  ifadələrinə  görə,  erməni  terroriz­

mi  «elita»sının  -   «Daşnaksütyun»  təşkilatı  üzvlərinin  vəhşilik 

etdiyi  türmənin  ayrıca  bir  hissəsində  eybəcər  hala  salınmış 

çoxlu  meyit  aşkar  olunmuşdu.

Şahidlərin  məlumatlarına  görə,  erməni  saqqallı  terrorçuları 

öldürülmüş  uşaqların  başlarını  payaya  keçirir  və  onları  əllə­

rində  tutaraq  lovğalana-lovğalana  şəhərdə  var-gəl  edirdilər. 

Öldürülənlər  və  yaralananlar  arasında  azərbaycanlılar,  ləzgi­

lər,  türkmənlər,  kürdlər,  yəhudilər,  gürcülər  də  vardı.



CƏNU Bİ  AZƏRBAYCAN

1907-ci  ildə  Böyük  Britaniya  ilə  Rusiya  arasında  bağla­

nan  müqaviləyə  görə,  İran  bu  iki  dövlətin  nüfuz  dairəsinə

160



bölünmüşdü.  İranın  cənubuna  ingilis,  şimalına  isə  rus  qoşun­

ları  yerləşdirilmişdi.  Birinci  dünya  müharibəsində  isə  İranın 

özünün  bitərəfliyini  elan  etməsinə  baxmayaraq,  onun  torpaq­

larında  Türkiyə  məcburən  -   öz  ərazi  bütövlüyünü  düşmənlər­

dən  qorumaq  üçün  Böyük  Britaniya  və  Rusiya  ilə  müharibə 

aparmışdı.  Bu  zaman  İranın  Qacarlar  sülaləsinin  nümayəndəsi 

Əhməd  şah  ölkənin  müdafiəsini  təşkil  etmək  iqtidarında  deyil­

di.  Şahın  ətrafındakı  dövlət  və  siyasi  adamların  vətənpərvərlik 

duyğusu  da  yox  idi.  Onların  bir  qismi  ingilislərə,  bir  qismi 

də  Rusiyaya  satılmışdı.  Müharibə  aparan  dövlətlərin  hamısının 

Tehranda  elçiləri  var  idi.

Ermənilər  Birinci  dünya  müharibəsində  də  öz  məkrli  plan- 

arını  həyata  keçirmək  üçün  Osmanlı  Türkiyəsinə  qarşı  vuru­

şan  ANTANTA  bloku  dövlətlərinin  (Böyük  Britaniya,  Fransa  və 

Rusiya)  hərbi  birləşmələrinin  tərkibində  fəal  iştirak  etmişdilər. 

Müharibə  başlayanda  yalnız  Rusiya  imperiyasında  yaşayan  er­

mənilərdən  250  min  nəfərdən  çox  adam  səfərbərliyə  alınmış­

dı.  Erməni  silahlı  quldur  dəstələrinə  müxtəlif  vaxtlarda  Andro­

nik  Ozanyan,  Arşak  Qafaryan,  Vardan  Mehrabyan,  Amazasp 

Srvandzyan,  Qriqor  Avşaryan,  Наук  Bjşkyan  (Qay),  Havser 

Arğutyan  komandanlıq  etmişdilər.  Bu  dövrdə  ermənilərə  Böyük 

Britaniya,  ABŞ  və  Fransa  da  müəyyən  maliyyə  yardımı  göstər­

mişdi.  1917-ci  il  dekabrın  18-də  Londondakı  ABŞ  səfiri  Peyç 

dövlət  katibi  R.Lansinqə  xəbər  verirdi  ki,  10  gün  bundan  əvvəl 

ingilis  hökuməti  özünün  nümayəndəsinə  səlahiyyət  vermişdir 

ki,  Cənubi  Rusiyada  ayrı-ayrı  əksinqilabi  qüvvələrə,  eyni  za­

manda  erməni  və  gürcülərə  maliyyə  yardımı  təşkil  etsin.

Rusiya  ordusu  həmin  vaxt  İranın  şimal-qərb  və  cənub-qərb 

bölgələrini  döyüş  meydanına  çevirmişdi.  Bir  sıra  şəhərlərdə 

azərbaycanlı  əhalinin  ərzağı,  mal-qarası,  yük və  minik  heyvan­

larını  əlindən  almışdılar.  Bu  zaman  ermənilər Türkiyə  ərazisin­

də,  o  cümlədən  Azərbaycanın  şimal  və  cənub  torpaqlarında 

azərbaycanlılara  qarşı  dəhşətli  qırğınlar  törətmişdilər.  1918-ci

161



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə