Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə52/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   48   49   50   51   52   53   54   55   ...   138

erməni  terror  təşkilatının  üzvıi  tərəfindən  öldürülmüşdü.  Qətl 

Tiflisin  İrəvan  meydanında  Fətəli  xan  Xoyski  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  digər  görkəmli  xadimi  Xəlil  bəy  Xasməmmə- 

dovla  birlikdə  indiki  Paliaşvili  adına  Opera  və  Balet  Teatrının 

yanından  keçərkən  baş  vermişdi.  «Daşnaksütyun»  erməni  ter­

ror  təşkilatının  üzvləri  Aram  Erkayanın  və  Misak  Qriqoryanın 

silahlı  basqını  nəticəsində  X.Xasməmmədov  ağır  yaralanmış, 

F.Xoyski  isə  öldürülmüşdü.

Fətəli  xan  Xoyskinin  «Daşnaksütyun»  erməni  terror  təşkilatı 

tərəfindən  qətlə  yetirilməsi  bütün  Zaqafqaziya  regionunun  de­

mokratik  qüvvələrinin  hiddətinə  səbəb  olmuşdu.

1922-ci  İL  İYULUN  25-də  TİFLİSDƏ  «Daşnaksütyun»  er­

məni  terror  təşkilatının  yaratdığı  ixtisaslaşdırılmış  «Qisas»  bir­

ləşməsindən  olan  erməni  terrorçuları  Petros  Ter-Poqosyan  və 

Zare  Məlik-Şahnazaryan  görkəmli  türk  siyasi  xadimi,  Türkiyə­

nin  Suriyadakı  4-cü  ordusunun  baş  komandanı  Kamal  (Camal) 

paşanı  və  müavini  Surəyyə  bəyi  öldürmüşlər.  Qətlin  təşkilat­

çısı  Artaşes  Gevorkyan  idi.  Terror  aktı  hətta  erməni  ziyalıların­

da  da  hiddət  doğurmuşdu.  Buna  tədqiqatçı,  doktor  Lepsiusun 

məlumatları  da  sübutdur.

1922-ci  İLİN  AVQUSTUNDA  BUXARADA  «Daşnaksütyun» 

erməni  terror  təşkilatının  üzvü,  Saruxanyan  adlı  birisi  məşhur 

türk  siyasi  və  ictimai  xadimi,  İttihad  və  Tərəqqi  Partiyasının 

rəhbərlərindən  olan  Ənvər  paşanı  qətlə  yetirmişdi.

168



II  FƏSİL

Erməni  şovinizminin 

növbəti  hədəfi


1948-1953-cü  illərdə  azərbaycanlıların 

Ermənistandan  kütləvi  deportasiyası

XIX  əsrin  əvvəllərindən  başlayaraq  XX  əsrin  son- 

larınadək  ermənilər  tərəfindən  azərbaycanlılara  qarşı 

yeridilən  deportasiya,  soyqırımı  siyasəti  zaman-zaman 

müxtəlif  üsullarla  həyata  keçirilmişdir.  Tarixi  mənbələ­

rə,  arxiv  materiallarına,  xarici  ölkə  səyyahlarının  yaz­

dıqlarına  istinadən  azərbaycanlıların  tarixi  etnik  dədə- 

baba  torpaqlarından  çıxarılması  1905-1907,  1918-1920, 

1948-1953-cü  illərdə  baş  vermiş  və  nəhayət,  1988-ci 

illərdə  daha  böyük  ərazi  işğalı  ilə  başa  çatdırılmışdır.

Sovet  hakimiyyəti  illərində  də  «Daşnaksütyun»  erməni  ter­

ror təşkilatı  öz  fəaliyyətini  dayandırmadı,  əksinə,  qan  tökmək­

də,  terror  etməkdə  yeni  mərhələyə  qədəm  qoydu.  Onlar  bol­

şeviklərə  sığınaraq  öz  işlərini  daha  da  kəskin  şəkildə  davam 

etdirdilər.  Əslində,  elə  bolşevik  ermənilərin  özləri  də  mahiy­

yətcə  daşnaklar  idi.  Təşkilatın  üzvü  Hovanes  Kaçaznuninin  bir 

tezisindəki  ifadə  də  bu  fikri  təsdiqləyir:  «Bolşevik  ermənilər 

bu  gün  səndən  də,  məndən  də  daha  çox  daşnakdırlar.  Çünki 

mənim  də,  sənin  də  aciz  olduğumuz  yerlərdə  onlar  bizi  əvəz 

etmiş  və  ömrümüzü  həsr  etdiyimiz  işi  görürlər».  Bu  da  mə­

lumdur  ki,  həmin  terror  təşkilatının  üzvləri  Sovet  İttifaqının 

ali  hakimiyyət  dairəsinə  daxil  olmuşdular.  Bu  səbəbdən  də 

onların  rəhbərliyi  adından  ermənilər  öz  cinayətkar  fəaliyyət­

lərinin  yeni  mərhələsini  çox  fitnəkarlıqla,  heç  kimdən  çəkin­

mədən,  bəzən  də  qanun  pərdəsi  altında  həyata  keçirirdilər. 

İndiki  Ermənistan  ərazisindən  azərbaycanlı  əhalinin  kütləvi 

surətdə  deportasiyasını  həyata  keçirmək  məqsədi  ilə  daşnaklar 

tükürpədici  vəhşiliyə,  terrora  və  şantaja  başladılar.

171



«Daşnaksütyun»  erməni  terror  təşkilatının  üzvü,  1918-ci 

ildə  Bakının  dinc  əhalisinə  qarşı  törədilən  cinayətlərə  başçılıq 

etmiş  yüksək  vəzifəli  kommunist A.Mikoyan  1947-ci  ilin  deka­

brında  «Ermənistan  SSR-dən  kolxozçuların  və  başqa  azərbay­

canlı  əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına  köçü­

rülməsi  haqqında»  sənədin  layihəsini  hazırlayıb.  Təsdiq  üçün 

həmin  bədnam  sənədi  Stalinə  təqdim  edib.  Repressiyalar  döv­

ründə  (1930-1938-ci  illər)  əli  yüzlərlə  azərbaycanlının  qanına 

batmış  «ölkə  rəhbəri»  heç  bir  müqavimət  göstərmədən  daşnak 

Mikoyanın  hazırladığı  sənədin  layihəsinə  öz  dərkənarını  qo­

yub:  «Ermənistandan  100-150  min  azərbaycanlının  könüllülük 

(?  -  red.)  əsasında  Azərbaycana -   Kür-Araz  ovalığına  köçməsi­

nə  icazə  verilsin».  1947-ci  il  dekabrın  23-də  SSRİ  Nazirlər  So­

veti  Ermənistan  SSR-dən  kolxozçuların  və  başqa  azərbaycanlı 

əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına  köçürülməsi 

haqqında  11  bənddən  ibarət qərar qəbul  etdi.  Həmin  qərardan 

yalnız  iki  bəndi  diqqətə  çatdırırıq.  Birinci  bənddə  göstərilirdi: 

«1948-1950-ci  illərdə  Ermənistan  SSR-dən  100  min  kolxozçu 

və  başqa  azərbaycanlı  əhali  könüllülük  əsasında  Azərbaycan 

SSR-in  Kür-Araz  ovalığına  köçürülsün;  onlardan:  10  min  nə­

fər  1948-ci  ildə,  40  min  nəfər  1949-cu  ildə  və  50  min  nəfər 

1950-ci  ildə».  Amma  ermənilər  bu  qərardakı  göstərişlərə  də 

əhəmiyyət vermədən  1948-ci  ildə  10  min  əvəzinə  24  min  631, 

1949-cu  ildə  40  min  əvəzinə  54  min  373  və  1950-ci  ildə  50 

min  əvəzinə  76  min  50  nəfər  soydaşımızı  deportasiya  ediblər. 

Ömrü  boyu  dağ  şəraitində,  gözəl  təbiətdə,  səfalı  yerlərdə  ya­

şayan  insanları  qəflətən  gətirib  ilan  mələyən  düzlərə  tökərək 

onları  alışmadığı  iqlim  şəraitində  məskunlaşmağa  məcbur  et­

dilər.  M üxtəlif xəstəliklərə,  aclığa  və  digər  qeyri-insani  müna­

sibətlərə  tuş  gələn  «könüllü»  köçkünlər  üzləşdikləri  dərdlərə, 

bəlalara,  haqsızlıqlara  dözməyərək  güIləsiz-filansız  kütləvi  su­

rətdə  həyatlarını  dəyişdilər.

172



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə