Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə102/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   98   99   100   101   102   103   104   105   ...   197

www.vivo-book.com 

 

509 



– Mənə elə gəlir ki, – Jülyen qıpqırmızı qızararaq dedi, 

–  mənə  üstdən  aĢağı  baxan  adamın  zarafatlarına  heç  cavab 

verməsəm, yaxĢıdı. 

–  Siz  kinayənin  bu  növünün  necə  bir  Ģey  olduğunu 

təsəvvür  edə  bilməzsiniz:  bu  əndazədən  çıxan  nəzakətin 

altında  gizlənmiĢ  bir  Ģeydir.  Əgər  axmaq  adam  olsaydınız, 

buna  aldanmaq  sizə  asan  olardı,  amma  yüksək  mənsəb 

qazanmaq istəyirsinizsə, aldanmağa məcbursunuz. 

–  Bəs  gözəl  günlərin  birində  görsəm  ki,  bu  iĢ  mənə 

yaramır  və  –  Jülyen  dedi,  –  yüz  üç  nömrəli  hücrəmə 

qayıtmaq istəsəm, məni nankor hesab edəcəklər? 

– Əlbəttə, – abbat dedi. – Ailəyə yaxın olan hər kəs sizə 

qara yaxmağa çalıĢacaq, amma bu yerdə mən peyda olacam. 

Adsum qui feci

54

. Deyəcəm ki, bu mənim qərarımdı. 



Abbat  Pirarın  kinayəli,  az  qala  qəzəbli  ahəngi  Jülyeni 

bərk  narahat  edirdi,  bu  ahəng  rahibin  sözlərinin  bütün 

dəyərini itirirdi. 

                                                 

54

Mən bunu elədim(lat.) 




www.vivo-book.com 

 

510 



ĠĢ  burasındadı  ki,  abbat  Jülyenə  olan  bağlılığından 

özünə acığı tuturdu və indi özcə taleyini həll elədiyinə görə 

də dəhĢətli dərəcədə qorxurdu. 

–  Orada  bir  məsələ  də  olacaq,  –  abbat  elə  bil  nəsə 

xoĢagəlməz  bir  tapĢırığı  yerinə  yetirirmiĢ  kimi  narazı  səslə 

davam  elədi,  –  markiza  de  La-Moll.  Bu  ucaboy,  ağbəniz, 

imanlı,  təkəbbürlü,  son  dərəcə  nəzakətli  və  son  dərəcə 

lazımsız  qadın.  O  öz  aristokrat  mühafizəkarlığıyla  ad 

çıxaran  qoca  hersoq  ġonun  qızıdı.  Bu  vacib  xanım  öz 

çevrəsinin  mahiyyətini  ifadə  edir.  Gizlətmir  ki,  onun 

gözündə hörmətə layiq yeganə üstünlük adamın nəslində xaç 

yürüĢlərində iĢtirak edən əcdadlarının olmasıdır. Onun üçün 

pul  –  ikincidərəcəli  və  nəsə  mövcud  olmayan  bir  Ģeydir. 

Busizi  təəccübləndirir?  Dostum,  axı  biz  əyalət  adamlarıyıq. 

Siz  onun  məclislərində  bizim  ölkəni  idarə  edənlər  barədə 

cəsarətli  sözlər  deyən  adlı-sanlı  adamlar  görəcəksiniz. 

Xanım  de  La-Molla  gəlincə,  o  hansısa  Ģahzadənin  adını 

çəkəndə  səsini  aĢağı  salmağı  vacib  bilir.  Onun  yanında 

üçüncü  Filippin,  ya  da  səkkizinci  Henrixin  naqis  adamlar 

olduğunu  demək  lazım  deyil.  Onlar  kral  olublar,  bu  da 




www.vivo-book.com 

 

511 



onlara bütün insanlardan, xüsusilə sizinlə mənim kimi xırda 

adamlardan hörmət görmək üstünlüyü verir. Amma, – cənab 

Pirar  əlavə  elədi,  –  bizim  kimi  din  adamları  –  o  sizi  belə 

qəbul  edəcək,  –  onlara  nəsə  ruhi  təmizlənmələrini  həyata 

keçirəcək xidmətçilər qismində lazımıq. 

– Cənab, – Jülyen dedi, – mənə belə gəlir ki, Parisdə o 

qədər də çox qalmayacam. 

– YaxĢı olar. Amma nəzərə alın ki, bizim kimi adamlar 

əyanların  hamiliyi  olmadan  bir  mərtəbəyə  çata  bilməzlər. 

Sizə xas olan maraqlı cəhətlər sizə çox maneə yaradır, əgər 

öz yerinizi möhkəm  tuta bilməsəniz – sizin üçün orta hədd 

olmayacaq.  Çox  Ģeyə  ümid  eləməyin.  Ġnsanlar  görürlər  ki, 

onlar  sizi  danıĢdıranda  elə  də  həvəslə  cavab  vermirsiniz, 

söhbətcillərlə dolu olan bizim ölkədəsə insanlar sizə hörmət 

eləməsə, dərd çəkməyə məcbursunuz. FikirləĢin əgər markiz 

de  La-  Mollun  təklifi  olmasa,  Bezansonda  baĢınıza  nələr 

gələcəkdi?  Gün  gələcək,  onun  sizin  üçün  necə  böyük 

yaxĢılıq  elədiyini  baĢa  düĢəcəksiniz,  əgər  siz  qəlbsiz  bir 

varlıq  deyilsinizsə,  ona  qarĢı  içinizdə  əbədi  minnətdarlıq 

olacaq.  Sizdən  qat-qat  savadlı  olan  neçə  kasıb  rahib  illərlə 




www.vivo-book.com 

 

512 



Parisdə yaĢayıb, on beĢ su məvacib qarĢılığında Sorbonnada 

dərs deyib! 

Yadınıza  salın,  keçən  qıĢ  sizə  o  fırıldaqçı  kardinal 

Dübuanın  ilk  vaxtlar  necə  yaĢamağından  danıĢmıĢdım. 

Bəlkə  siz  o  qədər  qürurlusunuz  ki,  ondan  daha 

istedadlısınız?  Məsələn  mən,  sakit,  boz  adamam,  elə 

bilirdim  ki,  ömrümün  axırına  qədər  seminariyada  rəhbərlik 

eləyəcəm, o yerə uĢaq sadəlövhlüyüylə bağlanmıĢdım. Axırı 

nə  oldu?  Mən  istefa  verəndə  iĢdən  uzaqlaĢdırılmağıma  az 

qalmıĢdı.  Bilirsiniz,  həmin  vaxt  mənim  var-yoxum  nədən 

ibarət  idi?  Cəmi-cümlətanı  beĢ  yüz  iyirmi  frankım,  bir  də 

iki-üç 


nəfər  dost-tanıĢım  vardı.  Ömrümdə  üzünü 

görmədiyim cənab de La-Moll məni bu murdar həngamədən 

qurtardı – bircə kəlmə deməyi kifayət elədi ki, məni kilsəyə 

rəhbər  təyin  eləsinlər.  Mənim  ziyarətçilərim  varlı-hallı 

adamlardı,  daha  kasıbçılıqda,  çəkiĢmələrdə  ömrünü 

çürüdənlər  deyillər,  gəlirimsə  –  bunu  demək  nə  qədər 

utandırıcı olsa da, zəhmətimi kölgədə qoyacaq qədər çoxdur. 

Mən  sizinlə  ona  görə  belə  uzun-uzadı  danıĢıram  ki,  bu 

havalı baĢa bir az ağıl qoya bilim. 



www.vivo-book.com 

 

513 



Bir məsələ də var: xoĢbəxtlikdən mən çılğın adamam, – 

ola bilər ki, nə vaxtsa biz bir-birimizlə kəlmə də kəsməyək. 

Əgər  markizanın  təkəbbürü,  ya  da  onun  oğlunun 

mənhus  zarafatları  sizə  dözülməz  gəlsə,  məsləhət  görürəm 

ki,  təhsilinizi  Parisdən  otuz  lye  aralıda,  özü  də  cənubda 

deyil,  Ģimaldan  olan  seminariyalardan  birində  davam 

etdirəsiniz. 

ġimalda  insanlar  daha  müasirdi,  orada  ədalətsizlik  də 

daha azdı və etiraf edək ki, – abbat səsini aĢağı salıb dedi, – 

paris  qəzetlərinin  yaxınlıqda  olmağı  bu  balaca  tiranların  əl-

ayağını bir az yığır. Əgər siz markizin evindən bezəndə biz 

hələ də xoĢ münasibətlərdə olsaq, təklif eləyirəm ki, mənim 

yanımda  vikariy  vəzifəsini  tutasınız,  belə  olsa,  rəhbərlik 

elədiyim  kilsənin  gəlirinin  yarısı  sizin  olacaq.  Mən  bunu 

sizə ən azından ona görə borcluyam ki, – o, təĢəkkür etməyə 

baĢlayan Jülyeni dayandırdı,  – Bezansonda mənə elə qeyri-

adi  bir  təklif  elədiniz.  Əgər  o  vaxt  yanımda  beĢ  yüz  iyirmi 

frank olmasaydı, siz məni xilas etmiĢ olardınız. 

Abbatın səsi daha bayaqkı kimi kinayəli deyildi. Jülyen 

abbatın  gözlərinin  yaĢardığını  görüb  utandı:  oğlan  özünü 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə