Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə103/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   99   100   101   102   103   104   105   106   ...   197

www.vivo-book.com 

 

514 



onun qucağına atmaq istədi. O özünü saxlaya bilmədi, səsinə 

mümkün qədər əminlik verməyə çalıĢaraq dedi: 

–  Mən  doğulan  gündən  bəri  atam  mənə  nifrət  eləyib; 

mənim ən böyük bədbəxtliyim bu idi. Amma sizi mənə bəxĢ 

elədiyinə görə taleyimə minnətdaram, cənab. 

–  YaxĢı,  yaxĢı,  –  abbat  həm  utanaraq,  həm  də    əsl 

seminariya rektoruna xas məsləhət vermək üçün əlinə düĢən 

fürsətə sevinərək dedi: 

–  Heç  vaxt  “tale”  demə,  mənim  balam;  denən  ki, 

“qismətim beləymiĢ”. 

Fayton dayandı, sürücü nəhəng darvazaları tunc çəkiclə 

vurdu. 


Bura  La-Molların  iqamətgahıydı;  gəlib-keçənlərin  bun 

heç  bir  Ģəkk-Ģübhəsi  olmasın  deyə,  bu  sözlər  darvazaların 

üstündəki qara mərmər lövhədə də yazılmıĢdı. 

Bu təkəbbür Jülyenin xoĢuna gəlmədi. 

Bunlar yakobinçilərdən elə qorxurlar ki! O hasar yoxdu 

ki,  onun  arxasında  gözlərinə  Robespyer  və  onun  arabası 

görünməsin! Hərdən iĢ o yerə çatır ki, adamın lap gülməyi 

gəlir  –  bunlar  öz  ev-eĢiklərini  elə  bil  qəsdən  belə  fəxrlə 




www.vivo-book.com 

 

515 



nümayiĢ etdirirlər ki, birdən xalq qəzəblənib-eləsə, o dəqiqə 

tanıyıb  darmadağın  eləsin.  Oğlan  düĢündüklərini  abbat 

Pirarla bölüĢdü. 

–  Eh,  yazıq  balam!  Mən  belə  görürəm  ki,  siz  tezliklə 

mənim  yanımda  vikari  olacaqsınız.  Bu  nə  qorxunc  Ģeylərdi 

sizin ağlınıza gəlir?! 

– Axı bu gün kimi aydındı, bunu fikirləĢmək üçün elə 

də ağıllı olmaq lazım deyil. 

Bələdçinin  zəhmli  görünüĢü,  xüsusilə  də  həyətin 

inanılmaz  təmizliyi  Jülyeni  heyrətə  saldı.  Açıq,  günəĢli  bir 

gün idi. 

–  Nə  gözəl  arxitekturası  var?!  –  oğlan  yol  yoldaĢına 

dedi. 

Bu ev Volterin ölümünə qədər Sen Jermendə tikilən ən 



zövqsüz  iqamətgahlardan  biriydi.  Dəb  və  gözəllik  bir-

birindən hələ heç vaxt belə uzaq olmamıĢdı. 




www.vivo-book.com 

 

516 



II 

 

    ĠLK DƏFƏ KÜBAR CƏMĠYYƏT ARASINDA 



 

Heç bir dəstəyə ümidi olmayan on səkkiz yaşlı oğlanın 

təkbaşına ziyafət salonuna qədəm basmağı necə də təsirli və 

maraqlı  xatirədir!  Bir  qadının  tələsik  baxışı  mənim  özümü 

itirməyim  üçün  bəs  eləyərdi.  Nə  qədər  çox  xoşa  gəlmək 

istəyirdimsə,  yöndəmsizliyimi  o  qədər  çox  hiss  eləyirdim. 

Mənim  müxtəlif  şeylər  barədə  təsəvvürlərim  –  onlar 

həqiqətdən nə qədər uzaq idi! Amma mən gah qəfildən bütün 

qəlbimlə kiməsə bağlanır, gah da üzümə soyuq baxan kimsə 

gözümə düşmən görünürdü. 

Amma  utancaqlığımdan  gələn  bütün  bu  dəhşətli 

əzablara baxmayaraq, həyat necə də xoş, günlərim buludsuz 

göy üzü kimi necə də aydın idi. 

 

Kant 

 



www.vivo-book.com 

 

517 



Jülyen həyətin ortasında dayanıb, döyükdü. 

 

–  Özünüzü  ağıllı  aparın,  –  abbat Pirar  dedi,  –  ağlınıza 



dəhĢətli  fikirlər  gəlir,  sonra  da  məlum  olur  ki,  siz  hələ 

uĢaqsınız!  Bəs  hanı  Horatsinin  nil  mirarisi

55

?  DüĢünün, 



burada  dayanıb  döyükdüyünüzü  görən  xidmətçilər  sizi 

özlərinə  tay  tutacaqlar  və  düĢünəcəklər  ki,  sadəcə  hansısa 

ədalətsizlik  ucbatından  onlardan  bir  az  yuxarı  qalxa 

bilmisiniz.  Mehribanlıq,  xeyirxahlıq,  faydalı  məsləhətlər, 

kömək  etmək  istəyi  adı  altında  onlar  çalıĢacaqlar  ki,  sizi 

gülüĢ hədəfinə çevirsinlər. 

–  Hünərləri  var,  buna  cəsarət  eləsinlər  –  Jülyen 

dodağını diĢlədi, oğlanın həmiĢəki inamsızlığı özünə qayıtdı. 

Onların  markizin iĢ otağına  tərəf  addımladığı  beletajın 

qonaq  salonu,  mənim  oxucum,  sizin  gözlərinizə  əzəmətli 

göründüyü  qədər  məzlum  da  görünə  bilərdi.  Bu  evi  sizə 

içindəkilərlə  birlikdə  təklif  etsəydilər,  yəqin  ki,  burada 

yaĢamaqdan  imtina  edərdiniz.  Bura  əsnəmə  və  darıxdırıcı 

                                                 

55

heç nəyə təəccüblənməməli(lat.) 




www.vivo-book.com 

 

518 



söz-söhbət  ocağıydı.  Amma  Jülyen  buranı  görəndə 

heyranlığı bir az da artmıĢ oldu. 

“Bu  gözəlliyin  içində  yaĢayan  insan  necə  xoĢbəxt 

olmaya bilər?” – oğlan düĢündü. 

Axır  ki,  onlar  bu  dəbdəbəli  evin  ən  eybəcər  otağına 

girdilər: bura iĢıq da güclə düĢürdü.  

Otaqda baĢına ağappaq parik qoymuĢ arıq, iti baxıĢları 

olan bir adam oturmuĢdu. Abbat geri dönüb, adamı Jülyenə 

təqdim  elədi.  Bu  adam  –  markiz  idi.  Jülyen  onu  çətinliklə 

tanıdı: kiĢi indi ona çox nəzakətli və xoĢrəftar göründü. Bu, 

onun  Bre-le-oda  gördüyü  təkəbbürlü  adama  heç  oxĢamırdı. 

Jülyenə elə gəldi ki, markizin parikində həddindən artıq çox 

saç var. Oğlan öz müĢahidələrinə elə uymuĢdu ki, qətiyyən 

çəkinmirdi. 

Dördüncü  Henrixin  dostunun  nəticəsi  onun  gözünə  ilk 

baxıĢdan çox boz adam kimi göründü. O, dəhĢətli dərəcədə 

arıq və qəribə tərzdə çevik idi. 

Amma  tezliklə  Jülyen  gördü  ki,  markizin  həmsöhbətlə 

nəzakətliliyi  bezanson  yepiskopunun  nəzakətindən  də 

xoĢdur. GörüĢ üçcə dəqiqə çəkdi. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə