Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə104/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   100   101   102   103   104   105   106   107   ...   197

www.vivo-book.com 

 

519 



Onlar otaqdan çıxanda abbat Jülyenə dedi: 

–  Siz  markizə  hansısa  rəsm  əsərinə  baxırmıĢ  kimi 

baxırdınız;  mən  bu  adamların  nəzakət  deyəndə  dəqiq  nəyi 

nəzərdə  tutduqlarını  elə  də  yaxĢı  bilmirəm  –  tezliklə  siz 

bunu  məndən  yaxĢı  biləcəksiniz,  amma  sizə  deyim  ki,  ona 

belə  uzun-uzadı  baxmağınız  mənə  elə  də  nəzakətli  hərəkət 

kimi gəlmədi. 

Onlar  təzədən  faytona  oturdular;  faytonçu  bulvar 

yaxınlığında  saxladı,  abbatın  arxasınca  Jülyen  də  düĢüb, 

böyük  bir  tikiliyə  girdilər:  gözlərinin  qarĢısında  geniĢ 

salonların  anfiladası  açıldı.  Jülyen  burada  heç  bir 

avadanlığın olmadığının fərqinə vardı. Oğlan divardan asılı 

nəhəng, qızılı, ona görə nəsə ədəbsiz təsvirləri olan saatlara 

tamaĢa  edirdi  ki,  olduqca  Ģıq  və  xoĢsifətli  bir  cənab  ona 

yaxınlaĢdı. Jülyen baĢının iĢarəsiylə onunla salamlaĢdı. 

Cənab gülümsünüb, əlini oğlanın çiyninə qoydu. Jülyen 

diksinib  kənara  sıçradı.  O,  qəzəbdən  rəng  verib-rəng  aldı. 

HəmiĢə  sərtliyiylə  seçilən  abbat  Pirar,  bu  səhnəni  görəndə 

gülməyini saxlaya bilmədi. Bu cənab dərziydi. 



www.vivo-book.com 

 

520 



–  Sizə  iki  gün  tam  azadlıq  verirəm,  –  onlar  çıxanda 

abbat  Jülyenə  dedi,  –  iki  gündən  sonra  sizi  xanım  de  La-

Molla təqdim edə bilərəm. Yerimə baĢqa adam olsaydı, sizi 

ilk  vaxtlarda  yeni  Babildə  qızları  qoruduqları  kimi 

qoruyardı.  Amma  əgər  siz  burada  məhv  olacaqsınızsa, 

yaxĢısı  elə  indi  məhv  olmağınızdı,  ən  azından  mən  axmaq 

zəifliyim  ucbatından  sizə  görə  əzab  çəkmərəm.  Birisigün 

dərzi  sizə  iki  dəst  paltar  göndərəcək,  paltarları  yoxlamaq 

üçün sizə gətirən dərzi Ģagirdinə beĢ frank verərsiniz. Hə, bir 

də  çalıĢın  ki,  bu  parislilər  səsinizi  mümkün  qədər  az 

eĢitsinlər.  Bircə  kəlmə  deməyiniz  kifayətdi  ki,  onlar  nəsə 

tapıb,  sizə  gülsünlər.  Bu  onlarda  fitri  istedaddır.  Birigün 

günorta  mənim  yanıma  gəlməlisiniz...  Nəsə,  gedin,  məhv 

olun...  Hə,  az  qala  yadımdan  çıxmıĢdı:  özünüzə  köynək, 

ayaqqabı,  Ģlyapa  sifariĢ  verin  –  bu  da  sifariĢ  verməli 

olduğunuz ünvanlar. 

Jülyen ünvanların yazıldığı xəttə diqqətlə baxdı. 

Abbat: 


– Bu markizin xəttidir, – dedi  – Bu adam çox zirəkdi, 

həmiĢə  hər  Ģeyi  nəzərə  alır,  əmr  verməkdənsə  çox  Ģeyi  özü 




www.vivo-book.com 

 

521 



eləyir.  O  sizi  elə  buna  görə  yanına  iĢə  götürür  ki,  onun 

canını  belə  xırda  qayğılardan  qurtarasınız.  Bu  hövsələsiz 

adamın  sizə  bir  baxıĢla  qandırdığı  Ģeyləri  lazımınca  yerinə 

yetirməyə  ağlınız  bəs  edəcəkmi?  Ehtiyatlı  olun,  bunu 

gələcək göstərəcək! 

Jülyen,  bircə  kəlmə  də  demədən,  kağızda  adları  olan 

ustaların yanına getdi; oğlan gördü ki, bu adamların hamısı 

ona  xüsusi  hörmətlə  yanaĢır,  çəkməçisə  adını  qeyd 

kitabçasına: “Cənab Jülyen de Sorel” kimi qeyd elədi. 

Per-LaĢez  qəbiristanlığında  hansısa  yüksək  vəzifəli, 

fikirlərini  kifayət  qədər  liberal  ifadə  edən  bir  cənab  ona 

marĢal Neyin qəbrini göstərdi – müdrik siyasət onun qəbrini 

epitafiyadan  məhrum  eləmiĢdi.  Amma  gözləri  yaĢaran, 

oğlanı  bərk-bərk  qucaqlayanda  az  qala  boğan  bu  cənabdan 

ayrılandan sonra Jülyen saatının oğurlandığını gördü. 

Bu təcrübələri qazanandan iki gün sonra, günortaçağı o 

abbat Pirarın yanına getdi; abbat uzun-uzadı ona baxdı. 

– YaxĢıdı, deyəsən, alıĢırsınız – abbat dedi. 

Jülyen  matəm  saxlayan  cavan  oğlan  təəssüratı 

bağıĢlayırdı,  o  doğrudan  da  çox  yaxĢı  görünürdü,  amma 




www.vivo-book.com 

 

522 



abbat  özü  də  əyalət  adamı  olduğundan  onun  yeriyərkən 

çiyinlərini  əsdirməyinin  fərqinə  varmadı  –  əyalətdə  bu 

hərəkət çox Ģıq görünür və adamın havasından xəbər verirdi. 

Markiz  Jülyeni  görəndə  xeyirxah  abbatdan  fərqli 

olaraq, oğlanın Ģıqlığı ona baĢqa cür təsir bağıĢladı. Markiz 

abbatdan soruĢdu: 

– Jülyenin rəqs dərsləri almağına etiraz eləməzsiniz ki?  

Abbatın matı-qutu qurudu. Handan-hana o: 

– Yox, – dedi. Jülyen rahib deyil ki... 

Markiz,  gizli  pilləkənlə  addımlayaraq,  özü  bizim 

qəhrəmanımızı  pəncərəsi  qəsrin  gözəl  bağçasına  baxan 

qəĢəng  mansarda  apardı.  O,  Jülyendən  özünə  neçə  köynək 

aldığını soruĢdu. 

–  Ġkisini  almıĢam,  –  belə  mötəbər  adamın  məiĢət 

xırdalıqlarıyla  maraqlanmağından  təəccüblənən  Jülyen 

utana-utana dedi. 

– Əla, – üzündəki ciddiliyi itirməyən markiz ahəngli və 

qəhrəmanımızı  düĢünməyə  məcbur  edən  amiranə  səslə  dedi 

– əla. Ġyirmi iki dənə də köynək alarsınız, buyurun, bu da ilk 

üç ayınızın məvacibi. 




www.vivo-book.com 

 

523 



Mansarddan  düĢəndən  sonra  markiz  yaĢlı  bir  kiĢiyə 

tərəf səsləndi. 

–  Arsen,  –  markiz  kiĢiyə  dedi,  –  siz  cənab  Sorelə 

xidmət edəcəksiniz. 

Bir  neçə  dəqiqədən  sonra  Jülyen  gözəl  bir 

kitabxanadaydı.  Ġlahi,  necə  də  böyük  həzz  idi!  Həyəcanını 

kimsə görməsin deyə, oğlan ən qaranlıq küncə çəkilib, ordan 

heyrətlə kitabların parlayan cildlərinə baxırdı. 

“Mən  bu  kitabların  hamısını  oxuya  biləcəm!  –  o  öz-

özünə  deyirdi.  –  Bura  necə  xoĢuma  gəlməyə  bilər?  Cənab 

Renal  indi  markizin  mənə  elədiklərinin  yüzdə  birini 

eləsəydi,  yəqin  ki,  məni  artıq  Ģərəfini  itirmiĢ  adam  sayardı. 

Ġndi də baxaq görək mən burada nə eləməliyəm?” 

ĠĢini  qurtarandan  sonra,  Jülyen  kitablara  yaxınlaĢmağa 

cəsarət  elədi;  Volterin  əsərlərinin  toplusunu  görəndə 

sevincindən  az  qaldı  dəli  olsun.  Qaçıb  kitabxananın 

qapılarını  bağladı  ki,  kimsə  qəfil  gəlib  onu  görə  bilməsin. 

Ancaq bundan sonra səksən cildin hamısını bir-bir vərəqlədi. 

Kitablar  əla  cildlənmiĢdi  –  bu,  Londonun  ən  yaxĢı 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə