Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə127/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   123   124   125   126   127   128   129   130   ...   197

www.vivo-book.com 

 

635 



Bacısının  istəklərini  sözsüz  yerinə  yetirməyə  alıĢmıĢ 

qardaĢı,  nəzakət  xatirinə  özünü  elə  göstərirdi  ki,  guya 

qonaqları  yarıb  keçə  bilmədikləri  üçün  burada  dayanmalı 

olublar.  

–  Siz  haqlısınız,  –  Altamira  dedi.  –  Hər  Ģeyi  həvəssiz 

eləyirlər, sonra da heç nə, hətta cinayətlər belə yada düĢmür. 

Bax,  məsələn,  bu  ziyafətdə  mən  sizə  o  dünyada  cəhənnəm 

əzablarına  layiq  görüləcək  azı  on  nəfər  göstərə  bilərəm. 

Onlar  özləri  də,  bütün  dünya  da  bunu  unudub

57

.  Onlardan 



çoxu  itlərinin  ayağı  qırılanda  ağlamağa  hazırdı.  Per-LaĢez 

qəbiristanlığında,  sizin  Parisdə  çox  yaxĢı  ifadə  etdiyiniz 

kimi,  onların  qəbirlərini  güllərə  qərq  edəndə,  bizə  deyirlər 

ki,  bu  adamların  sinələrində  bütün  cəngavərlərin  Ģücaəti 

gizlənir.  Və  onların  IV  Henrixin  dövründə  yaĢayan  ulu 

babalarının  cəsur  hərəkətləri  haqqında  danıĢırlar.  Amma 

əgər  Araçellinin  bütün  cəhdlərinə  baxmayaraq,  məni  dar 

ağacına çəkməsələr və nə vaxtsa Parisdə öz sərvətimi idarə 

                                                 

57

Bunu narazı adam deyir (“Tartüf” komediyasındaMolyerin remarkası – müəllifin 



qeydi). 

 



www.vivo-book.com 

 

636 



eləmək  hüququ  qazansam,  sizi  səkkiz-doqquz  nəfər  vicdan 

əzabının  nə  olduğunu  bilməyən,  hörmətli  qatilin  iĢtirak 

elədiyi  nahara  dəvət  edəcəm.  Həmin  naharda  əli  qana 

batmayan  adamlar  bir  siz,  bir  də  mən  olacam.  O  naharda 

məni  qaniçən  yakobinçi  kimi  lənətləyəcək,  sizəsə  kübar 

cəmiyyətə  soxulmuĢ  kəndli  balası  olduğunuza  görə  nifrət 

edəcəklər. 

– Tamamilə doğrudur! – madmazel de La-Moll dedi. 

Altamira  təəccüblə  Matildaya  baxdı.  Jülyen  qıza  tərəf 

heç baxmadı da.  

– Nəzərə alın ki, mənim baĢında dayandığım inqilab, – 

qraf  Altamira  dedi,  –  ancaq  bu  sadə  səbəbdən  alınmadı  ki, 

üç  adamın  boynunu  vurub,  tərəfdaĢlarımıza  açarı  məndə 

olan  sandıqlarda  qorunan  dövlət  milyonlarını  paylamadım. 

Əgər  o  üç  adamın  boynunu  vursaydım  və  o  milyonları 

paylasaydım,  indi  məni  asmaqdan  ötrü  ürəyi  gedən  və  o 

qiyama  qədər  mənimlə  “sən”  deyə  danıĢan  kralım  yaxama 

kral  ordeni  taxardı,  çünki  o  zaman  heç  olmasa  uğurun 

yarısını  əldə  etmiĢ  olardım  və  ölkəmin  necəsə  bir 



www.vivo-book.com 

 

637 



konstitusiyası  olardı.  Həyat  belə  qurulub  –  Ģahmat  taxtası 

kimi.  


–  Amma  o  vaxt,  –  gözləri  alıĢıb-yanan  Jülyen  etiraz 

elədi,  –  siz  hələ  bu  oyunda  elə  də  təcrübəli  oyunçu 

deyildiniz, indisə... 

–  Demək  istəyirsiniz  ki,  mən  o  üç  adamın  boynunu 

vurardım?  Və  o  gün  mənə  dediyiniz  kimi,  jirondist  rolunu 

oynamazdım?  Bu  barədə  sizinlə  danıĢaram  –  Altamira 

kədərlə dedi. – Siz dueldə adam öldürəndə; Axı bu o adamı 

cəlladın əlinə verməkdən daha məsum hərəkətdi.  

–  Bilirsiz,  –  Jülyen  dedi,  –  məqsədə  tərəf  gedəndə 

vasitələrlə oynamaq lazım deyil. Əgər mən toz dənəsi olmaq 

yerinə,  hansısa  hakimiyyətə  sahib  olsaydım,  dörd  nəfərin 

həyatını  xilas  etməkdən  ötrü,  üç  nəfəri  dar  ağacına 

göndərərdim.  

Onun  gözləri  məzlum  insani  mülahizələrə  qarĢı  qəti 

əminlik  və  nifrətlə  parladı.  Elə  bu  vaxt  baxıĢları  yanaĢı 

dayanmıĢ madmazel de La-Mollun gözlərinə sataĢdı; həmin 

an oğlanın gözlərində nəzakətli xoĢrəftarlıqla əvəz olunmalı 

olan nifrət ifadəsi, əksinə, daha da artdı.  




www.vivo-book.com 

 

638 



Matilda  özünü  bərk  incidilmiĢ  hiss  elədi,  amma  daha 

Jülyeni  yaddan  çıxartmaq  iqtidarında  deyildi;  o,  qardaĢının 

qolundan yapıĢıb arxasınca çəkərək, hirslə uzaqlaĢdı. 

“Ġndi  mən  punĢ  içib,  yorulana  qədər  rəqs  eləməliyəm. 

Gərək  ziyafətin  ən  yaraĢıqlı  oğlanını  seçim  və  qonaqlığın 

diqqət mərkəzində olum. Hə, bu da cəmiyyətin ən adlı-sanlı 

əclaflarından biri – qraf de Fervak”.  

Qız  gənc  qrafın  təklifini  qəbul  elədi  və  onlar  rəqs 

eləməyə getdilər. 

“Görək,  hansımız  daha  cəsarətliyik.  Amma  onunla  əla 

məzələnmək üçün gərək söhbətə çəkim”. 

Kadril  oynayanların  hamısı  sadəcə  ədəb  qaydalarını 

gözləmək  üçün  rəqsdə  iĢtirak  eləyirdilər.  Heç  kim  qrafa  iti 

cavablar  verən  Matildanın  bircə  sözünü  də  qaçırmaq 

istəmirdi. Cənab  de Fervak  çaĢqınlıq  içindəydi, o bayaqdan 

çox  gözəl  sözlər  hazırlamıĢdı,  amma  qızın  rəftarına  baxıb, 

ancaq  üz-gözünü  turĢuda  bilirdi.  Matilda  olduqca  əsəbiydi, 

qrafa  qarĢı  amansızlıq  eləyirdi  və  özünə  daha  bir  düĢmən 

qazandı.  Qız  səhərə  qədər  rəqs  elədi  və  yorulub  taqətdən 



www.vivo-book.com 

 

639 



düĢmüĢ  halda  evə  getdi.  Amma  karetada  oturanda  belə 

içindəki kədər və darıxqanlıq qızı tərk eləmədi.  

Jülyen  ona  öz  nifrətini  göstərmiĢdi  və  indi  Matilda  da 

ona nifrət etməyə bilmirdi.  

Jülyen  xoĢbəxt  idi.  Özü  də  hiss  eləmədən,  musiqi, 

güllər,  gözəl  qadınlar,  ətrafındakı  təmtəraq  onu  məst 

eləmiĢdi.  Onu  hər  Ģeydən  artıq  məst  edənsə  –  hamı  üçün 

azadlıq, özü üçünsə Ģöhrət xəyallarıydı.  

– Nə gözəl ziyafətdi! – O, qrafa dedi. – Adam doymaq 

bilmir. Burda çatıĢmayan bir Ģey varmı?  

Altamira: 

– Var, – dedi.– Fikir çatıĢmır. 

Onun  üzündəki  nifrət  ifadəsi  ona  görə  daha  aydın 

göründü ki, qraf nəzakət qaydalarına əməl edərək, bu nifrəti 

gizlətmək istədi. 

– Axı burada siz varsınız, qraf! Məgər siz fikirləri olan 

adam deyilsiniz?  

– Məni bura ancaq adıma görə çağırıblar. Amma sizin 

qonaq olduğunuz ziyafət salonlarında fikrə nifrət eləyirlər. O 

salonlarda  fikri  ancaq  vodevillərdəki  sətirlərdən  sitat 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə