Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə130/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   126   127   128   129   130   131   132   133   ...   197

www.vivo-book.com 

 

650 



Hamı yavaĢ-yavaĢ masanın arxasından qalxırdı.  

 “Gərək  akademiki  əldən  buraxmayım”,  –  Jülyen 

düĢündü.  

Hamı  bağçaya  çıxanda  oğlan  akademikə  yaxınlaĢdı. 

YavaĢca,  mərhəmət  hissiylə  onun  “Ernani”nin  uğuruyla 

bağlı narahatlığına Ģərik oldu.  

– Hə, əgər biz kralların gizli əmrlər verdikləri dövrlərdə 

yaĢasaydıq... – o dedi.  

– Onda bu adamın cəsarəti çatmazdı! – qoca akademik 

əllərini Talma kimi silkələyərək qıĢqırdı.  

Jülyen  söhbəti  bir  gülün  üstünə  gətirib,  Vergilinin 

“Georgi”sindən  sitat  gətirdi  və  tezcə  də  fərqinə  vardı  ki, 

abbat  Delilin  gözəl  Ģeirləriylə  heç  nəyi  müqayisə  eləmək 

olmaz.  Bir  sözlə,  o,  akademikə  bir  az  yarınandan  sonra 

laqeyd görkəm alıb, dedi:  

–  Deyəsən,  madmazel  de  La-Moll  bu  gün  xatirəsini 

matəm paltarıyla yada saldığı hansısa əmisindən miras alıb?  

–  Necə?  –  akademik  ayaq  saxlayıb  soruĢdu.  –  Siz  bu 

evdə yaĢayırsınız, amma onun vərdiĢlərindən xəbərsizsiniz? 

Düzdü,  onun  anasının  buna  necə  icazə  verdiyini  bilmirəm, 




www.vivo-book.com 

 

651 



amma öz aramızda qalsın, bu evin adamları elə də möhkəm 

xarakterli  deyillər.  Madmazel  de  La-Mollun  dəmir 

xasiyyətisə  hamıya  bəs  eləyər. Odur  ki, hamını barmağında 

oynadır. Axı bu gün aprelin otuzudur.  

Akademik  susub,  hiyləgərcəsinə  Jülyenə  baxdı.  Jülyen 

bacardığı qədər çoxmənalı bir təbəssümlə gülümsədi. 

“Evdə  hamını  barmağında  oynatmaq,  matəm  paltarı 

geyinmək  və  otuz  aprelin  bir-biriylə  nə  əlaqəsi  ola  bilər  – 

oğlan düĢündü. – Deməli, mən düĢündüyümdən də naqolay 

vəziyyətə düĢmüĢəm”.  

– Etiraf eləyim ki, mən... – o sual dolu baxıĢlarla utana-

utana akademikə baxdı.  

– Gəlin, bağçada bir az gəziĢək, – akademik gəncə uzun 

və  ağıllı  nitq  söyləmək  imkanına  sevinərək,  təklif  elədi.  – 

Qulaq  asın,  necə  ola  bilər  ki,  siz  min  beĢ  yüz  yetmiĢ 

dördüncü  ilin  aprel  ayının  otuzunda  nə  baĢ  verdiyini 

bilməyəsiniz? 

– Harda nə baĢ verdiyini? – Jülyen təəccüblə soruĢdu. 

– Qrev meydanında. 



www.vivo-book.com 

 

652 



Jülyen  elə  heyrətlənmiĢdi  ki,  hətta  bu  adı  eĢidəndə  də 

məsələnin əsli ona çatmadı.  

Faciəvi  dərəcədə  maraqlı,  ruhuna  yaxın  olan  bir  Ģeyin 

gözləntisi oğlanın gözlərini elə bir xüsusi odla parıldatdı ki, 

nəsə danıĢan adam həmiĢə həmsöhbətinin gözlərində bu odu 

görmək istəyir.  

Əlinə  belə  bakirə  qulaqların  düĢdüyünə  görə 

sevincindən yerə-göyə sığmayan akademik, Jülyenə min beĢ 

yüz  yetmiĢ  dördüncü  ilin  aprel  ayının  otuzunda  Qrev 

meydanında  baĢ  verənləri  qəribə  bir  tərzdə  nağıl  eləməyə 

baĢladı.  Həmin  il  Qrev  meydanında  o  dövrlərin  cəsur 

gəncləri  Bonifas  de  La-Moll  və  onun  dostu,  pyemontlu 

zadəgan Annibale de Kokonassonun boyunları vurulmuĢdu.  

–  De  La-Moll  Navarra  kraliçası  Marqaritanın 

sevgilisiydi,  özü  də  çox  sevdiyi  sevgilisi.  Nəzərə  alın  ki, 

madmazel  de  La-Mollun  da  tam  adı  MatildaMarqaritadır. 

Eyni zamanda, de La-Moll Alanson hersoqunun sevimlisi və 

sonradan IV Henrix olan, onun sevgilisiylə evlənən Navarra 

kralının da yaxın dostu olub. Elə həmin pasxa bayramında, 

həftənin  ikinci  günü  kral  sarayı  ölüm  ayağında  olan  VII 




www.vivo-book.com 

 

653 



Karlın  yanında,  Sen-Jermendə  yerləĢirmiĢ.  De  La-Moll 

kraliça  Yekaterina  Mediçinin  həbsdə  saxladığı  Ģahzadə 

dostlarını xilas etmək qərarına gəlir. O, iki atlı dostuyla Sen-

Jermenə  gəlir.  Amma  Alason  hersoqu  qorxur  və  de  La-

Mollu cəlladın əlinə verirlər. Bu tarixçədə madmazel de La-

Mollu təsirləndirən əsas məsələ, – o bunu yeddi il əvvəl özü 

mənə  demiĢdi,  həmin  vaxt  onun  cəmi  on  iki  yaĢı  vardı, 

amma bilirsən nə ağıl sahibiydi! – Akademik baĢını qaldırıb 

göyə baxdı. – Bir sözlə, bu siyasi faciədə onu təsirləndirən 

budu  ki,  o  vaxt  Qrev  meydanına  yaxın  evlərin  birində 

gizlənən  Navarra  kraliçası  Marqarita,  cəlladın  yanına  qasid 

göndərərək sevgilisinin baĢını tələb edib. Gecəyarısısa, o bu 

baĢı  götürüb,  Monmart  təpəsinin  ətəyində  yerləĢən  kilsəyə 

apararaq, öz əliylə basdırıb.  

–  Doğrudanmı belə olub? – təsirlənmiĢ Jülyen soruĢdu. 

– Madmazel de La-Moll qardaĢına ona görə nifrət eləyir ki, 

o bu məsələni yada salmaq və hər il aprelin otuzunda matəm 

paltarı geyinmək istəmir. Həmin məĢhur edamdan sonra, de 

La-Mollun italiyalı Annibal Kokonassoyla dostluğu heç vaxt 

yaddan çıxmasın deyə, bu nəsildə bütün kiĢilərə Annibal adı 




www.vivo-book.com 

 

654 



qoyurlar.  Amma  həmin  Kokonasso  –  akademik  səsini 

alçaltdı – IX Karlın dediyinə görə, min beĢ yüz yetmiĢ ikinci 

ilin iyirmi dörd avqustunun ən qəddar qatillərindən biri olub. 

Amma, əziz Sorel, necə ola bilər ki, siz bu ailənin süfrəsində 

oturan adam, bu tarixçədən xəbərsiz olasınız?  

– Deməli, buna görə nahar vaxtı madmazel de La-Moll 

qardaĢını iki dəfə Annibal deyə çağırdı. Mənsə elə bilirdim 

ki, səhv eĢitmiĢəm.   

–  Əslində,  qız  belə  deməklə,  qardaĢını  qınamaq 

istəyirdi.  Maraqlıdır  ki,  markiz  belə  hoqqalara  necə  dözür. 

Bu gözəl qızın əri heç vaxt darıxmalı olmayacaq. 

Bu  sözlərdən  sonra  akademik  bir  neçə  zəhərli  ifadə 

iĢlətdi.  Akademikin  danıĢıq  tərzi  və  gördüklərindən  zəhərli 

tərzdə sevinməsi Jülyeni hirsləndirdi. 

– Biz onunla iki xidmətçi kimi, ağalarımızın qeybətini 

eləyirik,  –  o  düĢündü.  –  Amma  bu  akademikdən  hər  Ģey 

gözləmək olar.  

Jülyen  bir  dəfə  onu  markiza  de  La-Mollun  qarĢısında 

diz  çökdüyü  yerdə  yaxalamıĢdı,  –  akademik  əyalətdə 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə