Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə131/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   127   128   129   130   131   132   133   134   ...   197

www.vivo-book.com 

 

655 



yaĢayan  bacısı  oğlunu  tütün  məmulatları  üzrə  inspektor 

keçirmək üçün ona yalvarırdı.  

AxĢam  madmazel de La-Mollun cavan kənizi Jülyenlə 

bir  vaxtlar  Elizanın  onunla  dilxoĢluq  elədiyi  kimi  söhbət 

eləyərkən  dedi  ki,  onun  xanımı  bu  matəm  paltarını  heç  də 

ona görə geyinmir ki, camaat gözlərini bərəldib ona baxsın.  

Deyəsən, bu həngamə qızın özünəməxsus təbiətinə çox 

doğmaydı.  O  bir  vaxtlar  kraliçanın  sevimlisi  olan,  öz 

dostlarını  xilas  etməyə  çalıĢanda  həlak  olan  həmin  de  La-

Mollu  doğrudan  da  sevirdi.  Özü  də  o  hansı  dostları  xilas 

etməyə çalıĢırmıĢ? Birinci Ģahzadəni və IV Henrixi!  

Xanım Renalın hərəkətlərindəki təbiiliyə alıĢmıĢ Jülyen 

Parisli  qadınların  davranıĢında  riyakarlıqdan  baĢqa  heç  nə 

görmürdü və qadınla ünsiyyətə ehtiyac duyanda belə, onlarla 

nə danıĢacağını bilmirdi.  

Madmazel de La-Moll istisna oldu.  

Ġndi  o,  bu  ağayana  qədd-qamətə  yaraĢan özünəməxsus 

gözəllikdə  ürək  soyuqluğu  görmürdü.  Buludsuz  yaz 

günlərində  madmazel  de  La-Molla  bağçada,  açıq 

pəncərələrin  altında  gəziĢərək,  onunla  uzun-uzadı  söhbət 




www.vivo-book.com 

 

656 



eləyirdi.  Bir  dəfə  qız  Jülyenə  d'Obinye  və  Brantomun 

hekayətini oxuduğunu dedi.  

“Maraqlıdı, – Jülyen  düĢündü, – görəsən,  markiza ona 

Valter Skottun romanlarını oxumağa icazə verir?” 

Bir  dəfə  də  qız  səmimiyyətdən  gözləri  parıldaya-

parıldaya  ona  III  Henrixin  hakimiyyəti  zamanında 

qəhrəmanlıq eləyən bir cavan qadının hekayətini danıĢdı. O 

bunu  Letualın  memuarlarından  təzəcə  oxumuĢdu  –  həmin 

qadın  ərinin  ona  xəyanət  elədiyini  biləndə,  onu  xəncərlə 

vurmuĢdu.  

Jülyen  göyün  yeddinci  qatındaydı.  Belə  hörmət-izzət 

sahibi  olan,  akademikin  dediyinə  görə  evdə  hamını  idarə 

eləyən bu qız onunla dostyana söhbət eləyirdi. 

– Yox, deyəsən, mən səhv eləmiĢəm, – bir müddətdən 

sonra Jülyen  düĢünürdü.  –  Bu dostyanalıq  deyil,  o,  sadəcə, 

bunları  kiməsə  danıĢmaq  istəyir.  Axı  onlar  məni  oxumuĢ 

adam kimi tanıyırlar. Mən bu Brantomu, d'Obinyeni, Letualı 

oxumalıyam.  Onda  bu  məsələlər  barədə  madmazel  de  La-

Molla  mübahisə  edə  bilərəm.  Mən  lal-dinməz  ona  qulaq 

asmağı tərgitməliyəm. 




www.vivo-book.com 

 

657 



Özünü eyni zamanda həm çox ləyaqətlə, həm də sərbəst 

aparan  bu  cavan  qızla  söhbətlər  getdikcə  daha  maraqlı 

olurdu.  Oğlan  bu  yaxınlarda  yaĢadığı  qəzəbli  plebey 

vəziyyətini  yaddan  çıxarırdı.  O  gördü  ki,  qızın  yaxĢı 

mütaliəsi  və  gözəl  analiz  etmək  bacarığı  var.  Qızın  bağda 

gəziĢdikləri  vaxt  danıĢdığı  Ģeylər  ziyafət  salonunda 

danıĢdıqlarından  çox  fərqlənir.  Hərdən  oğlanla  söhbət 

zamanı qız elə həvəslənir və Jülyenlə elə çılğınlıqla danıĢırdı 

ki, bu da onun həmiĢəki soyuqluğu və təmkiniylə heç uyğun 

gəlmirdi.  

–  Fransanın  qəhrəmanlıq  illəri  Liqa  müharibələri 

zamanı  olub,  –  bunu  danıĢanda  qızın  gözləri  heyranlıqla 

parlayırdı.  –  O  vaxt  insanlar  öz  silahdaĢlarına  qələbə 

gətirəcək  Ģeylərin  uğrunda  döyüĢürdülər,  daha  sizin 

imperatorunuzun  zamanındakı  kimi,  orden  almaq  uğrunda 

deyil. Gəlin, razılaĢaq ki, onda eqoizm və xırdaçılıq daha az 

olub. Mən o əsrin vurğunuyam.  

– Bonifas de La-Moll da həmin əsrin qəhrəmanı olub, – 

Jülyen dedi. 



www.vivo-book.com 

 

658 



– Ən azı onu bir kiĢinin sevilməli olduğu Ģeylərə görə 

sevirdilər.  Ġndi  öz  sevgilisinin  kəsilmiĢ  baĢına  yaxın  duran 

qadın tapmaq olarmı?  

Xanım  de  La-Moll  qızını  çağırdı.  Adətən  riyakarlıq, 

xeyir  versin  deyə,  gizlədilməlidir,  amma  Jülyen  az  qala 

madmazel  de  La-Molla  Napoleona  olan  sevgisini  etiraf 

eləmiĢdi. 

“Onların  bizdən  üstünlüyü  də  bundadır  –  bağçada  tək 

qalan  Jülyen  düĢündü.  –  Ulu  babalarının  tarixçələri  bu 

adamları  xırda  Ģeylərin  fövqündə  saxlayır,  onlar  həmiĢə 

dolanmaq üçün pul axtarmaq qayğısından uzaqdırlar... Bu nə 

məzlumluqdu!  –  o  acı-acı  əlavə  elədi.  –  Mən  bu  Ģeyləri 

müzakirə  eləməyə  layiq  deyiləm.  Mənim  həyatım  – 

riyakarlıqdan ibarətdir, hamısı da ona görə ki, ildə min frank 

gəlir gətirən bir parça torpağım yoxdur”.  

–  Xəyallara  qapılmısınız,  cənab?  –  az  qala  qaçaraq 

bağçaya qayıdan Matilda soruĢdu. 

Jülyen özünə nifrət etməkdən yorulmuĢdu. Qürur hissi 

onu  düĢündüklərini  qıza  deməyə  məcbur  elədi.  Oğlan 

qıpqırmızı  qızarmıĢdı  –  axı  o  belə  varlı  qadına  öz 




www.vivo-book.com 

 

659 



kasıbçılığından danıĢırdı. O özünün sərbəst, qürurlu danıĢıq 

tərziylə  qıza  baĢa  saldı  ki,  heç  nə  istəmir.  Jülyen  hələ  heç 

vaxt  Matildanın  gözünə  belə  yaraĢıqlı  görünməmiĢdi:  qız 

onun üzünün ifadəsində bu vaxta qədər oğlanda çatıĢmayan 

həssaslığı və səmimiyyəti gördü.  

Aradan bir neçə ay keçdi. Bir dəfə Jülyen fikirli halda 

de  La-Molların  evinin  bağçasında  gəziĢirdi.  Ġndi  onun 

üzündə  öz  tabeçiliyinin  daim  ona  hiss  elətdirdiyi  quru, 

filosofyana  barıĢmazlıq  yox  idi.  O  indicə  qardaĢının 

arxasınca qaçanda ayağının burxulduğunu deyən madmazel 

de La-Mollu qonaq otağının qapısına ötürmüĢdü.  

“Qız mənim qoluma nəsə qəribə Ģəkildə söykənmiĢdi! – 

Jülyen  düĢündü.  –  Ya  mən  doğrudan  da  həddimi  aĢmıĢam, 

ya  da  doğrudan  da  qızın  xoĢuna  gəlirəm.  Mən  qürurumun 

ucbatından  əzab  çəkdiyimi  danıĢanda  belə,  o  elə  anlayıĢla 

üzümə  baxır  ki.  Təsəvvür  eləyirəm,  ziyafət  salonundakılar 

onu belə görsələr, nə hala düĢərdilər. Dəqiq bilirəm ki, o heç 

kimlə danıĢanda üzündə belə ifadə olmur”.  

Jülyen  çalıĢırdı  ki,  bu  qeyri-adi  dostluğu  gözündə  çox 

da  böyütməsin.  O  bu  vəziyyəti  nəsə  barıĢıq  kimi  bir  Ģey 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə