Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə134/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   130   131   132   133   134   135   136   137   ...   197

www.vivo-book.com 

 

670 



– O, abbat Mori kimi yepiskopluğa qədər gedə bilər – 

qız düĢünürdü. 

Qızın bəzi fikirlərinə səmimi inadkarlıqla etiraz eləyən 

qəhrəmanımız  onu  maraqlandırmıĢdı:  qız  bu  barədə 

düĢünürdü.  Matilda  onunla  olan  söhbətlərini  xalası  qızına 

danıĢsa  da,  ona  elə  gəlirdi  ki,  söhbətin  əsl  mahiyyətini, 

havasını çatdıra bilmir.  

Qəfildən beyninə dolan fikirlərdən qəlbi iĢıqlandı: 

“Mən  sevə  bilmək  xoĢbəxtliyini  qazanmıĢam  –  qız 

izahagəlməz  bir heyranlıqla  öz-özünə  dedi.  –  Mən  sevirəm, 

sevirəm, bu, gün kimi aydındır. Mən yaĢda ağıllı, gözəl qız – 

böyük  hissləri  sevgidən  baĢqa  nədə  tapa  bilər  ki?  Mən  nə 

qədər  çalıĢsam  da,  nə  bu  Kruazenuanı,  nə  Keltosu,  nə  də 

tutti quanti-ni

58

  sevə bilmərəm. Onlar  mükəmməldirlər, özü 



də  ifrat  dərəcədə  mükəmməldirlər.  Bir  sözlə,  onların 

yanında adam darıxır. 

Matilda  “Manon  Lesko”da,  “Yeni  Eloiza”da, 

“Portuqaliyalı  rahibənin  məktubları”nda  oxuduğu  ehtiras 

                                                 

58

Onlara oxşayanların hamısını (ital.) 




www.vivo-book.com 

 

671 



təsvirlərini  yadına  salmağa  baĢladı.  Təbii  ki,  söhbət  ali 

hisslərdən  gedirdi.  Yüngül  sevgi  macəraları  onun  yaĢında, 

bu  əsil-nəcabətin  sahibi  olan  bir  qıza  yaraĢmazdı.  Onun 

üçün  sevgi  Fransada  III  Henrix  və  Bassompyerin 

vaxtlarındakı  qəhrəmanlıqlar  idi.  Belə  sevgi  hansısa 

maneələrdən qorxaraq geri çəkilə bilməzdi, əksinə, bu sevgi 

adamı böyük Ģücaətlərə səsləyirdi. 

–  Ġlahi,  indi  Yekaterina  Medisi,  ya  da  XIII  Lüdovikin 

vaxtlarındakı  kimi  əsl  kral  sarayının  olmaması  nə  böyük 

bədbəxtlikdir!  Hiss  eləyirəm  ki,  mən  ən  ali,  ən  cəsur 

addımlara  hazıram.  Mən  ayaqlarıma  düĢmüĢ  XVI  Lüdovik 

kimi  Ģücaətli  kral  üçün  nələr  eləməzdim!  Baron  de  Tolli 

demiĢkən,  onu  Vandeyə  aparardım  və  kral  oradan  öz 

krallığını geri alardı. Onda heç bir Xartiya olmazdı. Jülyen 

də mənə kömək edərdi. Onun nəyi əskikdi? Bircə adı və var-

dövləti. O özünə həm ad-san, həm də var-dövlət qazanardı. 

Kruazenuanın  hər  Ģeyi  var,  amma  o  ömrü  boyu  təkcə 

yarıroyalist,  yarıliberal  hersoq,  yəni  nəsə  qeyri-müəyyən, 

ortabab, bütün çılğınlıqlardan kənar, bir sözlə, ikincidərəcəli 

olacaq.  Ola  bilərmi  ki,  sonradan  böyük  qəhrəmanlıq  kimi 




www.vivo-book.com 

 

672 



qələmə  verilən  bir  addım  öz  məqamında  son  anda  verilmiĢ 

qəti  qərar  olmasın?  Mümkün  olmayanı  eləyəndən  sonra  bu 

imkansız Ģey baĢqalarına mümkün görünür və sadə insanlar 

da bu addımı atırlar. Bəli, sevgi bütün möcüzələriylə mənim 

qəlbimə  hakim  kəsilib:  hiss  eləyirəm  ki,  onun  alovu  məni 

ruhlandırır.  Tanrı  bu  lütfü  mənə  göstərməliydi.  Axı  o  bir 

varlığa  bu  qədər  keyfiyyəti  boĢ  yerə  verməyib? 

XoĢbəxtliyim  mənə  layiq  olmalıdır.  Həyatımın  hər  günü 

dünənki  günün  mənasız  təkrarı  olmayacaq.  Aramızda 

cəmiyyətdəki  yerlərimizə  görə  bu  qədər  fərq  olan  adamı 

sevməyə  cəsarət  eləmək  –  bu,  doğrudan  da  cəsarətli 

addımdır. Görək, o sonralar da mənə layiq olacaqmı? Onda 

xırdaca  bir  zəiflik  gördüyüm  anda,  tərk  eləyəcəyəm.  Belə 

Ģərəfli  nəsildən olan cəngavər  ruhlu qız  (bunu ona  bir dəfə 

atası demiĢdi) özünü səfeh kimi aparmamalıdı.  

Əgər  Kruazenuanı  sevsəydim,  məhz  bu  səfehliyə 

məhkum  olacaqdım.  Bu,  xalaqızılarımın  həzz  aldıqları 

xoĢbəxtliyin  eynisi  olardı  –  mənsə  bu  cür  xoĢbəxtliyə 

ürəkdən nifrət eləyirəm. Bu bədbəxt markizin nə deyəcəyini, 

ona  nə  cavab  verəcəyimi  mən  əvvəlcədən  bilirəm.  Sevgi 




www.vivo-book.com 

 

673 



səni  darıxaraq,  əsnəməyə  məcbur  eləyirsə,  bu  nə  sevgidir? 

Yox, riyakarlıq bundan yaxĢıdır. Yox bir: balaca xalaqızının 

toyunda  olduğu  kimi,  nikah  müqaviləsi  imzalanacaq  və 

xeyirxah 

qohumlar 

sevindiklərindən 

özlərinə 

yer 


tapmayacaqlar. YaxĢı ki, onları razı salmaq elə də asan deyil 

və  qarĢı  tərəfin  notariusunun  nikah  müqaviləsinə  əlavə 

elədiyi axırıncı bənd onları narazı salıb.  

 

 



 

XII 


 

BU DANTON DEYĠL KĠ? 



 

 

“Həyəcan  arzusu  –  mənim  bibim,  indi  Fransada  IV 

Henrix  kimi  məşhur  olan  Navarra  kralına  ərə  gedən  gözəl 

Marqarita  Valuanın  istəyi  bu  idi.  Risk  eləmək  ehtiyacı  –  o 

gözəl şahzadə qızın xarakterinin əsas sirri bundaydı. On altı 

yaşından  qardaşlarıyla  başladığı  bütün  mübahisə  və 


www.vivo-book.com 

 

674 



barışıqlarının səbəbi bu idi. Gənc qız nəyiylə risk edə bilərdi 

ki? Sahib olduğu ən dəyəli şeylə – təmiz adıyla. Onun bütün 

həyatı bundan asılıydı”. 

 

Anqulem  hersoqu,  IX  Karlın  nikahdankənar  oğlunun 



xatirələrindən 

 

“Jülyenlə mənim heç bir müqaviləm, meĢĢan ənənəsini 

həyata  keçirəcək  heç  bir  notariusum  yoxdur.  Hər  Ģey 

qəhrəmancasına  olacaq,  hər  Ģey  təsadüflərin  ümidinə 

buraxılacaq.  Əgər  Jülyenin  əsil-nəcabətinin  olmadığını 

nəzərə  almasaq, bu  tarixçə Marqarita  Valuanın gənc de  La-

Molla,  o  zamanların  ən  parlaq  adamına  olan  sevgisinə 

oxĢayacaq. Amma mənim nə günahım var ki, bizim zadəgan 

gənclər  ənənələrə  belə  kor-koranə  tabe  olurlar  və  azacıq 

qeyri-adi  bir  hərəkəti  düĢünmək  belə  onların  gözünü 

qorxudur. Yunanıstan, ya da Afrikaya qısaca bir səfər onlara 

qəhrəmanlığın  yüksək  həddi  kimi  görünür,  özü  də  bu 

səfərlərə  heç  kim  tək  çıxmağa  cəsarət  eləmir,  dəstəylə, 

komandayla gedirlər. Bir kəndçinin nizəsiylə üz-üzə qalmaq 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə