Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə135/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   131   132   133   134   135   136   137   138   ...   197

www.vivo-book.com 

 

675 



deyil, nəsə gülməli vəziyyətə düĢəcəklərini təsəvvür edəndə 

qorxularından  özlərinə  yer  tapmırlar  –  bu  qorxu  onların 

ağıllarını baĢlarından alır. 

Mənim  sevimli  Jülyenimsə  əksinə, o hər iĢi özü  görür, 

kiməsə  arxalanmaq,  kimdənsə  kömək  istəmək  bu  qeyri-adi 

məxluqun  heç  ağlına  da  gəlmir.  O  hamıya  yuxarıdan  aĢağı 

baxdığına görə mən ona yuxarıdan aĢağı baxmıram.  

Əgər  Jülyen  kasıb,  amma  zadəgan  olsaydı,  mənim 

sevgim  ədəbsiz  axmaqlıq  olardı,  mən  heç  vaxt  bunu 

eləməzdim.  Belə  olsa,  bu  hisslərdə  böyük  ehtiras, 

münasibətlərdə  keçilməsi  mümkün  olmayan  maneələr, 

gələcək barədə qaranlıq ehtimallar olmazdı”.  

Madmazel  de  La-Moll  bu  ali  xəyallara  elə  aludə 

olmuĢdu  ki,  səhəri  gün  özü  də  bilmədən  Jülyeni  öz 

qardaĢının  və  markiz  Kruazenuanın  yanında  tərifləməyə 

baĢladı. O elə çılğınlıqla danıĢırdı ki, hər ikisi incidi.  

–  Bu  diribaĢ  cavan  oğlandan  özünüzü  qoruyun!  – 

qardaĢı  birdən  dedi.  –  Ġnqilab  baĢlasa,  o  bizim  hamımızın 

boynunu gilyotinin altına qoyar.  



www.vivo-book.com 

 

676 



Qız  bu  məsələyə  münasibət  bildirməkdən  çəkinərək, 

qardaĢı  və  markiz  de  Kruazenuanın  qətiliklərindən  yaranan 

qorxularıyla  zarafatlaĢmağa  baĢladı.  Axı  bu  sadəcə  nəsə 

bilinməyən  bir  Ģeylə  üz-üzə  gəlmək,  nəsə  bilinməyən  bir 

Ģeyin qarĢısında özünü itirmək qorxusuydu... 

– 

Cənablar, 



siz 

həmiĢə 


gülməli 

vəziyyətə 

düĢəcəyinizdən qorxursunuz. Bu qorxusa min səkkiz yüz on 

altıncı ildə məzara gömülüb.  

Cənab  de  la-Moll  deyirdi  ki,  iki  partiyası  olan  bir 

ölkədə gülməli vəziyyət yarana bilməz. Markizin bununla nə 

demək istədiyini qızı baĢa düĢmüĢdü.  

–  Beləliklə,  cənablar,  –  qız  Jülyeni  gözü 

götürməyənlərə  dedi,  –  siz  bütün  ömrünüzü  qorxu  içində 

keçirəcəksiniz, sonra da arxanızca oxuyacaqlar: 

“Axı canavar deyildi, canavarın kölgəsiydi”.  

Tezliklə Matilda onlardan uzaqlaĢdı. QardaĢının sözləri 

onu  dəhĢətə  gətirmiĢdi:  qız  uzun  müddət  özünü  ələ  ala 

bilmədi,  səhəri  günsə  bu  qənaətə  gəldi  ki,  həmin  sözlər  ən 

ali tərifdir.  



www.vivo-book.com 

 

677 



“Qətiyyətin  ölüb  getdiyi  bu  dövrdə  istənilən  qətiyyət 

bunları  qorxudur.  Mən  qardaĢımın  dediklərini  ona 

təkrarlayaram.  Bilmək  istəyirəm,  görüm,  o  buna  nə  cavab 

verəcək.  Amma  bunu  ona  demək  üçün  Jülyenin  gözlərinin 

parladığı anı tutmaq lazımdı. Belə vaxtlarda o yalan danıĢa 

bilmir”. 

“Bəlkə o elə Dantondur? – xeyli fikirləĢəndən sonra qız 

öz-özünə pıçıldadı. – Neynək?! Əgər yenə inqilab olsa, onda 

markiz Kruazenuanın və qardaĢımın rolu nə olacaq?” 

 

Onlar  qürurla  Taleyə  boyun  əyəcəklər.  Onlar 



müqavimət  göstərmədən  boyunlarını  bıçaq  altına  uzadan 

qəhrəman  qoyunlar  olacaqlar.  Onlar  ölüm  ayağında  belə 

nəsə  ədəbsiz  bir  Ģey  eləyəcəklərindən  qorxacaqlar.  Mənim 

balaca Jülyenimə, xilas olmaq üçün zərrəcə imkanı olsa, onu 

həbs  etməyə  çalıĢan  yakobinçinin  alnından  bir  güllə 

vuracaq.  Onun  ədəb  qaydalarından  kənara  çıxmaq  qorxusu 

olmayacaq, bu dəqiqdir. 

Bu sözlər qızı düĢünməyə məcbur elədi. Bu fikir onun 

hansısa  əzablı  xatirələrini  oyatdı  və  qızın  coĢqunluğu  tez 



www.vivo-book.com 

 

678 



keçdi. Bu sözlər ona cənab de Kelyusun, de Kruazenuanın, 

de  Lyuzun  və  qardaĢının  zarafatlarını  xatırlatdı.  Onlar 

hamısı  Jülyeni  hər  Ģeylə  barıĢmıĢ  və  saxta  rahib  görünüĢü 

olmaqda ittiham edirdilər.  

– Ah, – qız qəfildən qıĢqırdı – onların zəhərli zarafatları 

da  bunu  sübut  eləyir  ki,  bu  adam  bizim  qıĢ  ərzində 

gördüyümüz  ən  yaxĢı  adamdı.  Onun  kəm-kəsirlərindən, 

gülməli qəribəliklərindən onlara nə? Bu adamda əsl əzəmət 

var  və  onlar  öz  xeyirxahlığına,  lütfkarlıqlarına  baxmayaraq 

pərt  olurlar.  Düzdü,  o  kasıbdı,  rahib  olmaq  üçün  oxuyub, 

bunlarsa 

ceskadronlara 

rəhbərlik 

eləyirlər, 

oxumaq 

məcburiyyətləri  yoxdur.  Busa  daha  rahatdır.  Onun  bütün 



kəm-kəsirlərinə  –  məsələn,  qara  kostyumuna  və  acından 

ölməmək  üçün  üzündə  gəzdirdiyi  rahib  ifadəsinə 

baxmayaraq,  mükəmməlliyi  bunları  qorxudur.  Bu  göz 

qabağındadır. Biz bir neçə saniyəliyə də olsa, ikilikdə qalan 

kimi  onun  üzündəki  rahib  ifadəsi  o  dəqiqə  yoxa  çıxır.  Bu 

cənablar  ağıllı  və  sərt  bir  söz  dediklərini  düĢünən  kimi,  ilk 

növbədə Jülyenə baxırlar. Mən bunu çoxdan hiss eləmiĢəm. 

Onlar axı dəqiq bilirlər ki, Jülyenə kimsə nəsə sual verməsə, 




www.vivo-book.com 

 

679 



o heç kimlə danıĢmır. O təkcə mənimlə danıĢır. O məni ali 

varlıq hesab eləyir. Bu adamların sözlərinəsə ancaq nəzakət 

xatirinə cavab verir. Tezcə də hörmət hissiylə susur. O haqlı 

olduğuna  əmin  olanda,  mənimlə  saatlarla  mübahisə  eləyir, 

mən də bir kəlmə də olsun, etiraz eləyə bilmirəm. Nəhayət, 

bu qıĢ biz onunla demək olar ki, ciddi mübahisə eləməmiĢik, 

ancaq  hərdən  diqqət  çəkmək  üçün  bir-birimizə  atmaca 

atmıĢıq. Nə demək olar, hətta atam kimi dahi adam da – axı 

ailəmiz bütün hörmətinə və nüfuzuna görə ona borcludur, – 

Jülyenə  hörmət  eləyir.  Qalanları  ona  nifrət  eləyirlər,  amma 

anamın  riyakar  rəfiqələrini  çıxmaq  Ģərtiylə  heç  kim  ona 

yuxarıdan aĢağı baxa bilmir.  

Qraf  de  Kelyus  çılğın  at  həvəskarıydı,  ya  da  belə  ad 

çıxarmağa iddialıydı. Onun həyatı at tövləsində keçirdi, qraf 

hərdən  səhər  yeməyini  də  burada  yeyirdi.  Belə  qeyri-adi 

maraq,  bir  də  heç  vaxt  gülümsəməmək  vərdiĢi  ona 

dostlarının  arasında  görünməmiĢ  hörmət  qazandırmıĢdı:  bir 

sözlə, o dahi Ģəxsiyyət, bu dar çevrənin qartalıydı.  

Səhəri  gün  onlar  xanım  de  La-Mollun  böyük 

kürsüsünün arxasına toplaĢanda  – həmin axĢam Jülyen yox 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə