Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə148/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   144   145   146   147   148   149   150   151   ...   197

www.vivo-book.com 

 

740 



Amma  özünü  məruz  qoyduğu  bu  zorakılığa  baxmayaraq, 

Matilda möhkəm dayanmıĢdı. 

Jülyenə  xoĢbəxt  gecədən  daha  çox  qəribə  görünən  bu 

saatlara heç bir təəssüf və qınaqlar kölgə sala bilmədi. Ġlahi, 

onun  Veryerdə  keçirdiyi  son  günlərlə  bu  gecənin  arasında 

necə böyük fərq var idi!  

“Parisin  bu  gözəl  davranıĢ  qaydaları  hətta  ən  gerçək 

sevgini  də  korlamağa  qadirdi!”  –  oğlan  bunun  necə  böyük 

ədalətsizlik olduğunu düĢündü.  

O  bütün  bunları  gizlənməli  olduğu,  qırmızı  ağacdan 

düzəldilmə  paltar  dolabında  –  xanım  de  La-Mollun 

otağından  səs  gələn  kimi,  qız  Jülyeni  burada  gizlənməyə 

məcbur eləmiĢdi – düĢünürdü.  

Matilda  anasıyla  kilsə  ayinində  iĢtirak  etmək  üçün 

getdi, qulluqçu qızlar da çıxıb gedəndən sonra Jülyen onlar 

otaqları  yığıĢdırmağa  baĢlamamıĢdan  əvvəl  qızın otağından 

siviĢib çıxa bildi.  

Jülyen atlanıb, Medon meĢəsinə getdi. O, atını asta-asta 

sürür  və  ən  gizlin  yerlərə  can  atırdı.  Oğlan  özünü  xoĢbəxt 

hiss  eləmirdi,  hiss  elədiyi  tək  Ģey  heyrət  idi.  Zaman-zaman 




www.vivo-book.com 

 

741 



qəlbini bürüyən sevincsə hansısa qəfil xidmətinin sayəsində 

təcili  polkovnik  rütbəsi  almıĢ  cavan  əsgərin  sevincinə 

bənzəyirdi  –  o  özünü  indiyə  qədər  əlçatmaz  bildiyi  zirvəyə 

qalxmıĢ kimi hiss eləyirdi. Bu günə qədər onun baĢı üstündə 

dayanan  hər  Ģey  indi  Jülyenin  bərabərində,  bəlkə  də  ondan 

daha  aĢağıda  dayanmıĢdı.  Jülyenin  xoĢbəxtliyi  oğlan  bu 

xoĢbəxtlikdən uzaqlaĢdıqca, yavaĢ-yavaĢ artırdı.  

Matildanın  qəlbində  azacıq  hiss  yox  idi  və  nə  qədər 

qəribə  olsa  da,  bunun  səbəbi  qızın  özünü  borclu  bildiyinə 

görə bu addımı atmasıydı. Bu gecə baĢ verənlərin heç birisi 

onun  üçün  gözlənilməz  deyildi.  Romanlarda  təsvir  olunan 

məstedici  xoĢbəxtliyin  yerinə  hiss  elədiyi  ağrı  və  utanc 

duyğusundan baĢqa... 

“Görəsən, mən səhv eləməmiĢəm ki? Doğrudanmı, mən 

onu sevirəm?”  

 

 



XVII 

 

 




www.vivo-book.com 

 

742 



 QƏDĠM QILINC  

 

I now mean to be serious, – it is time, 

 Since laughter now-a-days is cleem'd too serious. 

 A cest at Vice by Virtue's cali'd a crime 

 Don Juan, c. XIII, st.

60

 

 

Həmin  gün  qız  nahara  gəlmədi.  AxĢam  yeməyində  bir 

neçə  dəqiqəlik  qonaq  otağına  gəlsə  də,  baĢını  qaldırıb 

Jülyenə baxmadı. Matildanın bu hərəkəti Jülyenə çox qəribə 

göründü.  

                                                 

60

Mən artıq ciddi olmalıyam. Çünki indi 



GülüĢün cəzası ağırdı...ləyaqət 

Günahın zarafatını da günaha yazır... 

  Bayron, “Don Juan”, on üçüncü nəğmə (ing.) 

 

 




www.vivo-book.com 

 

743 



 “Nəsə,  etiraf  eləməliyəm  ki,  yüksək  cəmiyyətin 

qaydalarını mən bu evdə gördüklərim qədər bilirəm. Yəqin 

ki, bunu səbəbini özü mənə baĢa salacaq” – oğlan düĢündü.  

Amma  dəhĢətli  maraq  hissi  onu  yeyib-bitirir  və  oğlan 

Matildanın  üzündəki  ifadəni  diqqətlə  izləyirdi.  Jülyen  bu 

anlarda  onun  üzündəki  ifadənin  sərt  və  qəddar  olduğunu 

özünə  etiraf  eləməli  oldu.  Aydın  məsələydi  ki,  bu,  keçən 

gecə özünü ehtiraslara təslim edən, ya da ən azı özünü belə 

göstərən, inandırmağa çalıĢan qadın deyil.  

Səhər də, o biri gün də qız öz soyuqluğunu qorudu. Qız 

ona  tərəf  baxmır,  onun  varlığını  hiss  eləmirdi!  Narahatlıq 

Jülyenə dəhĢətli dərəcədə əzab verir və oğlan indi özünü ilk 

günlər  yaĢadığı  qələbə  duyğusundan  çox-çox  uzaq  hiss 

eləyirdi. 

 “Bəlkə  qız  əxlaq  qaydalarını  tapdaladığı  üçün 

heyifsilənir?”  –  Jülyen  düĢünürdü.  Amma  Matildanın 

təkəbbürlü  xisləti  üçün  bu  ehtimal  həddən  artıq  meĢĢan 

görünürdü.  

“Adi  məiĢət  qaydaları  məsələsində  bu  qız  heç  dinə-

filana tabe olmur – oğlan düĢünürdü. – Onun üçün din ancaq 




www.vivo-book.com 

 

744 



mənsub  olduğu  təbəqəyə  sərf  eləyən  bir  Ģeydi,  vəssalam. 

Bəlkə də düzəldilməsi mümkün olmayan bir addım atdığına 

görə sırf bir qadın olaraq, təəssüflənir?”  

Jülyen özünün qızın ilk sevgilisi olduğunu düĢünürdü.  

 “Amma – bir neçə dəqiqə düĢünəndən sonra oğlan öz-

özünə deyirdi – mən bu qızda nə bir damcı məsumluq, nə də 

sadəlövhlük  görürəm.  O,  taxtdan  düĢmüĢ  kraliçaya 

oxĢayırdı.  Bəlkə  o  mənə  nifrət  eləyir?  Mümkündü,  bu  qız 

mənim hansı təbəqəyə mənsub olduğumu düĢünəndə, atdığı 

addıma görə it kimi peĢman ola da bilər”. 

Jülyen  özünü  kitablardan  və  Veryerdəki  xatirələrindən 

qaynaqlanan  təsəvvürlərlə  ovutduğu  vaxt,  sevgilisini 

xoĢbəxt  edib,  taleyin  ümidinə  buraxan  Matildanın  qüruru 

ona qarĢı çıxaraq, qıza olmazın əzab verirdi. 

Bu  iki  ay  ərzində  qız  bircə  dəfə  də  darıxmadığı  üçün, 

darıxmaq qorxusundan qurtulmuĢdu və beləliklə, Jülyen özü 

də  bilmədən,  onun  gözündəki  əsas  keyfiyyətindən  məhrum 

olmuĢdu.  

 “Deməli,  indi  mənim  sahibim  var  –  otaqda  o  baĢ-bu 

baĢa  gedib-gələn  Matilda  öz-özünə  deyirdi.  –  Onun  qəlbi 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə