Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə150/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   146   147   148   149   150   151   152   153   ...   197

www.vivo-book.com 

 

750 



Və  bu  fikir  IX  Karlın  və  III  Henrixin  uzaq,  gözəl 

zamanlarına apardı.  

Qız  indicə  qılıncı  divardan  asmıĢ  Jülyenin  qarĢısında 

dayanmıĢdı,  onun  gözlərində  daha  nifrət  yox  idi.  Etiraf 

eləmək lazımdır ki, bu an o həqiqətən də gözəl idi və onun 

barəsində  danıĢarkən  qızın  Paris  kuklası  olduğunu  demək 

mümkün  deyildi.  Bu  ifadə,  Jülyenin  Paris  qadınlarında 

zəhləsi gedən xasiyyətləri ümumiləĢdirirdi. 

Matilda düĢündü: 

 “Gərək,  hisslərə  qapılıb,  yenə  təslim  olmayım.  Belə 

eləsəm,  o  özünü  əməlli-baĢlı  mənim  sahibim,  ağam  kimi 

hiss  eləyəcək,  özü  də  mən  onunla  belə  təkəbbürlə 

danıĢandan sonra”.  

Qız qaçıb, getdi. 

 “Ġlahi,  o  necə  də  gözəldi?!  –  Jülyen  qızın  arxasınca 

baxa-baxa düĢündü. – Ġki həftə bundan əvvəl bu gözəl varlıq 

mənim ağuĢumdaydı! Deməli, o gözəl anlar bir də heç vaxt 

təkrarlanmayacaq, heç vaxt! Bunda mən özüm günahkaram! 

Belə  qeyri-adi,  belə  vacib  anlarda  kötük  kimi  duyğusuz 



www.vivo-book.com 

 

751 



idim!  Özümə  etiraf  eləməliyəm  ki,  mən  dəhĢətli  dərəcədə 

miskin və bədbəxtəm!” 

Markiz  içəri  girdi.  Jülyen  səfərə  çıxdığını  ona  tələm-

tələsik xəbər verdi. 

 – Hara belə? – cənab de La-Moll soruĢdu. 

 – Langedoka gedirəm. 

 –  Yox,  cənab,  bağıĢlayın,  amma  bizim  daha  vacib 

iĢlərimiz var. Sizin gedəcəyiniz bir yer varsa – o da Ģimaldır. 

Fikrimi hətta bir az sərt ifadə edirəm – bu gündən mən sizi 

ev dustağı eləyirəm. Lütf edib mənə söz verin ki, bu gündən 

etibarən  siz  evdən  iki-üç  saatlıqdan  daha  çox  müddətə 

ayrılmayacaqsınız. Siz hər dəqiqə mənə lazım ola bilərsiniz.  

Jülyen təzim edərək, bircə kəlmə də demədən, otaqdan 

çıxdı  və  bununla  da  markizi  bərk  təəccübləndirmiĢ  oldu. 

Jülyen danıĢacaq halda deyildi – oğlan otağına girib, qapını 

arxadan bağladı. Burada onun qəddar taleyin ədalətsizliyini 

qarğımasına və  baĢına  gələnləri ifrat dərəcədə  böyütməsinə 

heç kim mane olmurdu. 

 –  Ġndi  mən  heç  yana  gedə  də  bilmərəm.  Allah  bilir, 

markiz məni Parisdə hələ nə qədər saxlayacaq? Ġlahi, baĢıma 




www.vivo-book.com 

 

752 



nə  gələcək?  Dərdimi  deyə  biləcəyim  bir  dostum  da  yoxdu. 

Abbat  Pirar  o  dəqiqə  baĢıma  oyun  açar,  qraf  Altamirasa 

məni hansısa həngaməyə çəkəcək. Axı mən dəli oluram, hiss 

eləyirəm ki, mən dəli oluram. Mənə kim kömək edəcək? Bu 

iĢlərin axı nə olacaq? 

 

 



XVIII 

 

 



DƏHġƏTLĠ ANLAR  

 

 



Özü  də  o  bunu  mənə  etiraf  eləyir!  Hər  şeyi 

xırdalıqlarına  qədər  danışır!  Onun  gözəl,  sevgidən  alışıb-

yanan  gözləri  mənə  baxır,  amma  bu  gözlərdəki  sevgi 

başqasına aiddi! 

 

Şiller 

 



www.vivo-book.com 

 

753 



Madmazel  de  La-Moll  öldürülə  biləcəyi  gözəl  anları 

həzlə xatırlayırdı. Qız az qalırdı özünə desin: 

“Hə,  o  mənim  sahibim  olmağa  layiqdi.  Axı  o  məni 

öldürməyə  hazır  idi.  böyür-baĢımda  fırlanan  zadəgan 

oğlanların  hamısını  bir  yerə  yığsan,  onun  bugünkü 

çılğınlığını edə bilməzdilər! Etiraf eləyim ki, həmin anlarda 

o çox gözəl idi. xüsusilə kətilin üstünə çıxıb, qılıncı yerinə 

asanda.  Deməli,  onu  sevdiyimə  görə  ağılsız  hesab  oluna 

bilmərəm”. 

Bu  dəqiqə  Jülyenlə  münasibətlərini  bərpa  etmək  üçün 

nəsə bir uyğun bəhanə tapılsaydı, qız həvəslə bu bəhanədən 

yapıĢardı. Həmin anlarda Jülyen otağının qapısını bərk-bərk 

bağlayıb, kədərdən ağlını itirmək dərəcəsinə çatırdı. Hərdən 

düĢünürdü  ki,  bütün  qürurunu  tapdalayaraq,  gedib  qızın 

ayaqlarına qapansın. Evin bir küncündə gizlənmək əvəzinə, 

oğlan  bağçaya  çıxıb  gəziĢsəydi,  bununla  da  özünü  xoĢbəxt 

bir  təsadüfdən  məhrum  etməsəydi,  bəlkə  də  tale  onun  bu 

dəhĢətli anlarını xoĢbəxtliyə çevirə bilərdi. 




www.vivo-book.com 

 

754 



Amma  onu  buna  görə  qınasaq  da,  oğlanda  bir  az 

tədbirlilik olsaydı, o qəhrəmancasına həmin köhnə qılıncdan 

yapıĢmaz və qızın gözündə gözəl görünməzdi.  

Jülyenin  xeyrinə  olacaq  bu  Ģıltaqlıq  gün  uzunu  davam 

elədi.  Matilda  oğlanı  sevdiyi  günləri  təəssüflə  xatırlayır  və 

Ģirin xəyallara dalırdı. 

 “Düzünü  desəm,  bu  yazıq  oğlana  olan  sevgim, 

məsələyə  onun  gözüylə  baxsaq,  o  cibində  tapançayla 

otağıma  qalxdığı  gecədən  səhər  saat  doqquza  qədər  davam 

elədi.  On  beĢ  dəqiqədən  sonra,  anamla  müqəddəs  Valeri 

kilsəsində  ayində  iĢtirak  edəndəsə  mən  artıq  oğlanın  məni 

Ģantaj  edəcəyini,  məni  rüsvayçılıqla  hədələyib,  zorla  ona 

tabe olmamı istəyəcəyini düĢünürdüm”. 

Nahardan  sonra  madmazel  de  La-Moll  nəinki 

Jülyendən  qaçmadı,  hətta  hər  vasitəylə  hiss  elətdirdi  ki, 

onunla  birlikdə  bağa  getməyin  əleyhinə  deyil.  Oğlan  tabe 

oldu. Artıq o, Matildanın sınaqlarına dözəcək halda deyildi. 

Matildasa  öz  növbəsində  yenə  onu  oğlana  bağlayan 

meyillərə  uymuĢdu.  Ġndi  qız  oğlanın  yanında  getməkdən 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə