Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə149/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   145   146   147   148   149   150   151   152   ...   197

www.vivo-book.com 

 

745 



alicənab  hisslərlə  doludu.  Əlbəttə,  bu  çox  yaxĢıdı,  amma 

mən  onun  izzəti-nəfsini  yaraladığım  an  o  münasibətlərimiz 

barədə aləmə car çəkib, məni rüsvay edə bilər”. 

Əsrimizin  ən  böyük  bədbəxtliyi  budur:  hətta  ən 

ağlasığmaz  çılğınlıqlar  da  adamı  darıxmaqdan xilas  eləmir. 

Jülyen  Matildanın  ilk  əyləncəsiydi.  Və  belə  vəziyyət  hətta 

ən sərt insanların da qəlbində Ģirin xəyallara səbəb olsa da, 

qızın baĢı ən ağrılı tərəddüdlərə qarıĢmıĢdı. 

“O mənim üstümdə ağalıq əldə eləyib, onun ağalığı da 

qorxu üzərində qurulub. Onu hövsələdən çıxarsam, məndən 

dəhĢətli  qisas  ala  bilər”.  Elə  bunu  düĢünmək  Matildanın 

Jülyenə  nifrət  eləməsi  üçün  bəs  idi:  qızın  xislətinin  əsas 

əlaməti  cəsurluğuydu.  Həyatıyla  oynamaq  fikri  qızı 

darıxmaq  hissindən  qurtarıb,  onu  canlandırmağa  bəs 

eləyirdi.  

Madmazel  Matildanın  inadla  onun  üzünə  baxmaq 

istəməməsini  görən  Jülyen,  üçüncü  gün  qızın  iradəsinin 

əleyhinə olaraq, onun arxasınca bilyard otağına getdi.  

– Cənab, siz deyəsən, bu qənaətə gəlmisiniz ki, mənim 

üzərimdə  nəsə  bir  hüququnuz  var.  Mənim  iradəm  xilafına 




www.vivo-book.com 

 

746 



söhbətə  baĢlamaq  istəməyiniz  bunu  sübut  eləyir. 

Məlumunuz  olsun  ki,  dünyada  hələ  heç  kim  bu  dikbaĢlığa 

cəsarət eləməyib.  

Bu  iki  sevgilinin  danıĢığından  daha  gülməli  bir  Ģeyi 

ağla gətirmək mümkün deyildi – özləri də bilmədən, onların 

ürəkləri  bir-birilərinə  qarĢı  nifrətlə  dolmuĢdu.  Ġkisi  də 

hövsələsiz  olduğundan,  bununla  belə,  ikisi  də  özünü  ədəb-

ərkanlı  tutmağa  çalıĢdığından,  uzun-uzadı  danıĢmadan  bir-

birilərinə elan elədilər ki, aralarında hər Ģey qurtarıb. 

 – And içirəm ki, aramızda olanlar həmiĢə sirr qalacaq – 

Jülyen dedi. – Və bunu da demək cürətini özümdə tapıram: 

əgər  mənə  qarĢı  belə  qəfil  davranıĢınızın  sizi  Ģübhə  altına 

alacağını  düĢünməsəydim,  heç  vaxt  sizinlə  danıĢmaq 

qərarına gəlməzdim.  

Oğlan ehtiramla baĢ əyib, otaqdan çıxdı. 

Bu  vaxta  qədər  Jülyen  sadəcə  özünə  əziyyət 

verməyərək, ləyaqət borcundan çıxırdı: o, madmazel de La-

Molla  vurulduğu  barədə  bircə  dəqiqə  də  düĢünməmiĢdi. 

ġəksiz  ki,  üç  gün  əvvəl,  qırmızı  ağacdan  düzəldilmə  paltar 

dolabında gizlənəndə də qızı sevdiyini düĢünmürdü. Amma 




www.vivo-book.com 

 

747 



qızla  münasibətlərinin  artıq  bitmiĢ  olduğunu  dərk  etdiyi 

anda onun üçün hər Ģey dəyiĢdi. 

Ġndi Jülyenin qəddar yaddaĢı, olduqca soyuq davrandığı 

həmin  gecəni  bütün  xırdalıqlarına  qədər  xatırlayır  və  ona 

əzab  verirdi.  Münasibətlərini  bitirdiklərindən  bir  gün 

keçəndən sonra  Jülyen Matildaya vurulduğunu  özünə  etiraf 

eləməyə məcbur olanda, dəli olmaq dərəcəsinə gəldi.  

Bunu  kəĢf  eləyəndən  sonra  oğlanın  içində  necə  əzablı 

mübarizə baĢladı! Onun hisslərinin altı üstünə çevrildi. 

Bir  həftə  keçmiĢ  Jülyen  cənab  de  Kruazenuaya 

təkəbbürlü  soyuqluq  nümayiĢ  etdirmək  əvəzinə,  az  qalırdı 

onun qucağına atılıb, ağlasın. 

Öz  bədbəxtliyilə  birtəhər  barıĢmıĢ  oğlan  özündə  güc 

tapıb,  bir  az  ağıllı  hərəkət  edərək,  Langedoka  getmək 

qərarına  gəldi.  O,  yol  sandığını  hazırlayıb,  poçt  həyətinə 

yollandı. 

Poçt  həyətində  ona  xoĢbəxtlikdən  Tuluz  poçt 

arabasında boĢ yer olduğunu deyəndə, Jülyen az qaldı ağlını 

itirsin. O, yerin pulunu verib, gediĢini markizə xəbər vermək 

üçün de La-Molların qəsrinə qayıtdı.  




www.vivo-book.com 

 

748 



Markiz de La-Moll evdə yox idi. Özünü yarımcan hiss 

eləyən  Jülyen,  onu  gözləmək  üçün  kitabxanaya  yollandı. 

Madmazel de  La-Mollu orada  görəndə, yazıq oğlan nə hala 

düĢdü?! 


Oğlanı  görən  kimi  qızın  üzündə  elə  zəhərli  bir  qəzəb 

əmələ gəldi ki, bu qəzəbin Jülyenə yönəldiyinə heç bir Ģübhə 

ola  bilməzdi.  Gözlənilməzlikdən  özünü  itirən  Jülyen,  indi 

hiss  elədiyi  kədər  tutmasının  acılığına  dözə  bilməyərək, 

sidq-ürəkdən gələn bir səmimiyyətlə: 

 – Deməli, siz məni daha sevmirsiz? – deyə soruĢdu. 

Özünə olan qəzəbini güclə boğmağa çalıĢanda, sel kimi 

axan göz yaĢlarını saxlaya bilməyən Matilda: 

 –  DəhĢətdən  özümə  gələ  bilmirəm  –  mən  bir  yoldan 

ötənə təslim olmuĢam! – dedi.  

 – Yoldan ötən?! – Jülyen qıĢqıraraq, kitabxanada əntiq 

əĢya  kimi  saxlanılan,  orta  əsrlərdən  qalma  qılınca  tərəf 

atıldı.  Madmazel  de  La-Molla  danıĢmağa  baĢlayanda  hiss 

elədiyi  dözülməz  əzab  oğlanın  özündən  güclüydü,  amma 

qızın  utandığından  ağladığını  görəndə  əzabları  birə  yüz 



www.vivo-book.com 

 

749 



artdı. Qızı bu dəqiqə, elə buradaca öldürə bilsəydi, o özünü 

dünyada ən xoĢbəxt adam bilərdi.  

Qılıncı  zorla  qədim  qınından  sıyıran  dəqiqədə,  belə 

qəfil  hərəkətdən  sevinən  Matilda  qürurla  ona  sarı  yeridi  – 

qızın gözlərinin yaĢı qurumuĢdu.  

Jülyen qəfildən markiz de La-Mollu, onun yaxĢılıqlarını 

xatırladı: 

 “Ġlahi,  az  qalmıĢdı  ki,  mən  onun  qızını  öldürüm! 

DəhĢətə bax!” 

Oğlan qılıncı yerə atmaq istədi. 

 “Bunu  eləsəm,  qız  yəqin  ki,  bu  kövrək  hərəkətimə 

ürəkdən  güləcək!”  –  deyə  Jülyen  fikirləĢdi  və  özünə  gəldi. 

O,  sanki  üstündə  pas  olub-olmadığını  yoxlayaraq,  qılıncı 

gözdən keçirtdi, sonra onu qınına qoyaraq, sakitcə yerindən 

– qızıla tutulmuĢ bürünc mismardan asdı. 

Olduqca  ləng  davam  edən  bu  hərəkətlər  bir  dəqiqə 

çəkdi. Madmazel de La-Moll təəccüblə oğlana baxdı: 

 “Deməli,  mən  ölümün  bir  addımlığındaydım.  Məni  az 

qala məĢuqum öldürəcəkdi!” – deyə qız düĢündü.  



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə