Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə157/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   153   154   155   156   157   158   159   160   ...   197

www.vivo-book.com 

 

785 



qardaĢıyla  mehribanlıq  eləyəndən  bəri  kübar  cəmiyyətin 

bütün qaydalarına qarĢı da hörmətlə davranmağa baĢlamıĢdı.  

Olduqca gözəl axĢam idi, amma qız bağçaya getməmək 

üçün  təkid  elədi.  O  heç  kimin  salondan  çıxıb  getməyini 

istəmirdi.  Evdəkilərin  hamısı  xanım  de  La-Mollun  iri 

kürsüsünün arxasına toplaĢdılar. Mavi divan bu qıĢ  ərzində 

olduğu  kimi,  yenə  də  onların  balaca  dəstəsinin  mərkəzinə 

çevrildi.  

Bağçanın  adını  eĢidəndə  Matilda  nəsə  xoĢagəlməz  bir 

Ģey hiss eləyir, ürəyi dəhĢətli dərəcədə darıxırdı  – deyəsən, 

bura ona Jülyeni xatırladırdı.  

Dərd  ağlı  yaman  günə  qoyur.  Bizim  qəhrəmanımız  bir 

vaxtlar qələbələr əldə elədiyi həmin balaca kətildə oturacaq 

qədər  axmaqlıq  elədi.  Bu  axĢam  heç  kim  ona  müraciət 

eləmədi,  heç  kim  ona  bircə  kəlmə  də  söz  demədi  –  onu, 

demək  olar  ki,  görmürdülər.  Madmazel  de  La-Mollun 

dostları  arxalarını  ona  tərəf  çevirib,  oturmuĢdular  –  ya  da 

bəlkə, Jülyenə belə gəlirdi. 

– Mən dəbdən düĢmüĢəm, – oğlan düĢündü. 



www.vivo-book.com 

 

786 



O  öz  laqeydliklərini  az  qala  üzünə  püskürən  bu 

adamların sifətlərinə yaxından baxmaq istədi. 

Cənab  de  Lyuzun  dayısı  kralın  yanında  nəsə  məsul 

vəzifəyə  keçmiĢdi  və  indi  bu  gənc  zabit  kiminlə  ünsiyyətə 

girirdisə,  həmin  vacib  xəbəri  deməyi  özünə  borc  bilirdi: 

onun dayısı saat yeddidə Senkluya getməli və gecəni orada 

keçirməliydi  –  bu  xəbəri  o  sanki  elə-belə,  təsadüfən 

deyirdisə  də,  çalıĢırdı  ki,  söhbətdə  iĢtirak  edən  hər  kəs  onu 

eĢitsin. 

Dərdin  nə  olduğunu  bilən  adamın  sərt  baxıĢlarıyla 

cənab de Kruazenuanı müĢahidə eləyən Jülyen, bu nəzakətli 

və  ürəyiyumĢaq  cavan  oğlanın  okkult  güclərə  böyük 

əhəmiyyət  verir.  Söhbət  əsnasında  kimsə  bir  az  vacib 

məsələni sadə və adi səbəblərə görə izah etməyə çalıĢanda o 

ciddi Ģəkildə məyus olur, hətta özündən çıxırdı.  

– Bunun, deyəsən, baĢı xarab olub – Jülyen düĢünürdü. 

– Bu xasiyyəti onu təəccüblü dərəcədə imperator Aleksandra 

oxĢadırdı – onu mənə knyaz Korazov təsvir eləmiĢdi.  

Parisdə  qaldığı  birinci  il  ərzində,  seminariyadan  təzə 

çıxmıĢ  yazıq  Jülyen  bu  cavan,  nəzakətli  adamların  onun 




www.vivo-book.com 

 

787 



üçün  gözlənilməz  olan  xoĢ  davranıĢından  elə  fəth  olmuĢdu 

ki, onlara ancaq heyranlıqla baxa bilirdi. Onların  əsl üzünü 

oğlan ancaq indi görə bilirdi. 

–  Mən  burada,  bunların  yanında  necə  də  ləyaqətsiz 

görünürəm! – oğlan qəfildən düĢündü.  

Bu balaca, hörmə kətildən qalxıb, mümkün qədər uzağa 

qaçmaq,  heç  kimin  gözünə  görünməməyə  çalıĢmaq  lazım 

idi. Oğlan nəsə tapmağa, nəsə düĢünməyə çalıĢırdı, o bütün 

təxəyyülünü iĢə salmıĢdı, amma fikri-zikri indi tamam baĢqa 

Ģeylə  məĢğul  idi.  Jülyen  yaddaĢını  qurdalamalıydı,  amma 

etiraf  eləmək  lazımdır  ki,  bu  vəziyyətdə  yaddaĢı  çətin  ki, 

ona kömək edə biləydi: yazıq Jülyen kübar vərdiĢlər sarıdan 

olduqca  kasad  idi,  buna  görə  də  ayağa  qalxıb,  qonaq 

otağından  çıxmağı  çox  yöndəmsiz  alındı  və  hamının 

diqqətini  öz  üstündə  cəmlədi.  Hamı  onun  nədənsə  bərk 

məyus olduğunu hiss elədi. Axı o düz bir saat idi ki, burada 

ev  əhlinin  sığınacaq  verib,  sonra  üzünə  qarĢı  hörmətsizlik 

elədiyi adam vəziyyətində oturmuĢdu. 

Amma  indicə  rəqiblərini  məruz  qoyduğu  tənqidi 

müĢahidələr  onu  məcbur  elədi  ki,  öz  bədbəxtliyinə  faciəvi 




www.vivo-book.com 

 

788 



yanaĢmasın.  Həftənin  üçüncü  günü  baĢ  verənlər  onun 

qüruruna xoĢ gəlir və oğlanı dirçəldirdi. 

 “Bu  adamların  məndən  nə  qədər  çox  üstünlükləri  olsa 

da,  onların  heç  biriylə  Matildanın  arasında  bu  Ģeylər 

olmayıb.  Matilda  iki  dəfə  mənə  yaĢatdığı  xoĢbəxtliyi 

bunların  heç  birinə  yaĢatmayıb  –  oğlan  bağçada  gəziĢərək 

düĢünürdü”. 

Amma  ağlı  bundan  artığına  çatmırdı.  Təsadüfən  onun 

xoĢbəxtliyinin  ağası  olan  bu  qəribə  qızın  xasiyyətini  o  heç 

cür baĢa düĢə bilmirdi. 

Səhər  bütün  günü  o  özünü  də,  atını  da  yorub  əldən 

saldı. AxĢamsa Matildanın bu dəfə də tərpənmədən oturduğu 

divana  yaxınlaĢmağa  çalıĢmadı.  O,  qraf  Norberlə  üz-üzə 

gələndə gəncin onun üzünə belə baxmadığının fərqinə vardı. 

“Yəqin  ki,  qraf  buna  çətinliklə  nail  olur,  –  Jülyen 

düĢündü – axı bu olduqca nəzakətli adamdır”. 

Ġndi Jülyen üçün yuxu  əsl xoĢbəxtlik idi. Amma fiziki 

yorğunluğa  baxmayaraq,  gözəl  xatirələr  onun  ağlından 

çıxmır,  oğlanı  yatmağa  qoymurdu.  Ağlına  da  gəlmirdi  ki, 

bitib-tükənməyən  at  çapmalar,  gəzintilər  ancaq  onun  özünü 




www.vivo-book.com 

 

789 



narahat  eləyir,  bu  gəzintilərin  Matilda  üçün  heç  bir 

əhəmiyyəti yoxdur. Əksinə, bununla o öz iradəsini qıza daha 

çox təslim eləmiĢ olurdu.  

Ona elə gəlirdi ki, bu dəqiqə ancaq bir Ģey onun ürəyini 

yerinə gətirə bilər – Matildayla danıĢmaq. Amma o, qıza nə 

deməyə cəsarət edə bilərdi ki? 

Bir  səhər  saat  yeddidə  iĢ  otağında  oturub,  bu  barədə 

düĢünürdü ki, qəfildən Matilda içəri girdi.  

 – Bilirəm, cənab, siz mənimlə danıĢmaq istəyirsiniz. 

 – Ġlahi! Bunu sizə kim dedi? 

 –  Mən  bilirəm.  Nə  fərqi  var  ki,  hardan  bilirəm?  Əgər 

siz Ģərəfsiz adamsınızsa, məni məhv eləməyə çalıĢırsınızsa, 

hər  halda  buna  cəhd  edə  bilərsiniz.  Amma  bu  təhlükə,  yeri 

gəlmiĢkən,  mən  belə  bir  təhlükənin  olduğuna  inanmıram, 

sizinlə  tam  açıq  danıĢmağıma  mane  ola  bilməz.  Mən  sizi 

sevmirəm, cənab, çılğın xəyallarım məni aldadıb... 

Belə  dəhĢətli  zərbə  gözləməyən  Jülyen  sevgi  və 

əzabdan  ağlını  itirərək,  özünə  nəyə  görəsə  bəraət 

qazandırmağa  baĢladı.  Bundan  daha  naqolay  bir  Ģey 

düĢünmək  olmazdı.  Əgər  sən  daha  kiminsə  xoĢuna 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə